Azerbaijani Explanatory Dictionary
LAL : Azerbaijani Explanatory Dictionary
sif.
Danışmaq qabiliyyetinden meh-rum olan, danışa bilmeyen. Lal adam. // İs. menasında. Lalın dilini anası bilər. (Mesel). Biz yetişdikyığın-yığın kor, lal; Hər tərəfdən sağır, çolaq və topal. H.Cavid. □ Lal elə-mək məc.
susdurmaq, danışmaq iqtida-rından mehrum etmek. Bir qüvvə bunların hər ikisini guya lal eləmişdi. İ.Musabeyov.
.Mədinə saray gözəllərini lal edəcək bir hüsnlə Vaqifə baxır, onun qəlbini hər dəqiqə
yaralayırdı. çemenzeminli. Lal əlifbası
lalların barmaqları vasitesile şerti işareler göstermekden ibaret danışma üsulu. Lal ol-maq
danışmaq qabiliyyetini itirmek, da-nışa bilmemek. // Susmaq, sesini kesmek, sükut etmek, danışmamaq, dili tutulmaq. Tey-mur baxır ki, bayaqdan tutuquşu kimi danı-şan vəzirlər, əyanlar Molla Nəsrəddini gör-cək lal oldular. "M.N.letif." Lal olmuşam onu sevəndən bəri; Yoxsa qalmaz idim söz qabağında. Q.Zakir. Düşdün niyə bəs bu hala əlhal? Bilməm nə səbəbdən olmusan lal? M.Ə.Sabir. Lal durmaq
susmaq, susub durmaq, dinmemek, sükut etmek. [Nured-dinin] içərisindən xəbəri olmayan adamlar onun belə lal durmasını vəfasızlıq
. zənn et-dilər. S.S.Axundov. Lal olasan! (olsun!)
qarğış meqamında işlenir. Əzizim, dəydi yara; Su gəldi, dəydi yara; Lal olasan, ay dilim; Nə dedim, dəydi yara? (Bayatı).
məc. Aheste, sakit, sessiz. Gecə sakit, gecə lal; Gecə qərib bir xəyal; Qaralmış pən-cərələr. S.Vurğun. [Salam] lal (z.) axan kəhriz suyundan ovuc dolusu içdi. Mir Celal.
◊ Lal xəritə
tedris vesaiti kimi istifade edilen yazısız coğrafi xerite. Lal səhnə
teatr tamaşalarında, kinofilmlerde danışıqsız, sessiz sehne.
LALAPİTİ(K) : Azerbaijani Explanatory Dictionary
sif. Tamam lal olmayıb,
ancaq kelmeni bütöv teleffüz ede bilmeyen. Lalapiti(k) adam.
LAL-DİNMƏZ : Azerbaijani Explanatory Dictionary
zərf Ses çıxarmadan, dinmeden, damşmadan, susaraq. Lal-dinməz oturmaq.
Səlimnaz lal-dinməz dayanıb, bü-tün bədəni ilə qapını tutmuşdu. M.Hüseyn. Bir ara lal-dinməz hamı onun dalınca baxdı. Ə.Əbülhesen. // Sözsüz, danışıqsız, qeyd-şertsiz. Lal-dinməz əmri yerinə yetirdi.
[Nigar Muradın] hər əmrinə lal-dinməz tabe idisə də, üzü heç gülmürdü. S.Hüseyn.
sif. Azdamşan, danışmağı sevmeyen, çox zaman dinmez, sakit oturan. Indi onlar həmişəki kimi müti və lal-dinməz adamlar deyildir. P.Makulu.
LALƏ : Azerbaijani Explanatory Dictionary
is. [fars.]
bot. İrileçekli qırmızı çiçekleri olan bitki ve bu bitkinin çiçeyi. Bitər çəməndə lalələr, əlində al piyalələr; Səhər zamanı dür kimi düşər ot üstə jalələr. A.Seh-het. Otların arasında saysız-hesabsız lalələr qızarırdı. İ.Əfendiyev. // Bu çiçeyin müx-telif rengde yetişdirilmiş növü.
Qırmızılıq remzi kimi işlenir. Nigarın ala gözlərindən damcı-damcı yaş gilələnib lalə yanaqlarından aşağı gəldi. "Koroğlu". Yanağı laləsən, qaməti dalsan; Ağzı şəkər, dili-dodağı balsan. M.P.Vaqif.
LALƏÇİÇƏKLİLƏR : Azerbaijani Explanatory Dictionary
cəm bot. Lale ve bezi
başqa bitkilerin daxil olduğu bitki fesilesi.
LALƏDODAQ : Azerbaijani Explanatory Dictionary
sif. şair. Dodaqları lale kimi qırmızı. Bu evlər, lalədodaq kəndli qızları, hamısı [Əsgere] məxsus idi. S.Rehman.
LALƏGUN : Azerbaijani Explanatory Dictionary
sif. [fars.] klas. Lale renginde, lalerengli, lale kimi qırmızı. Tərk etdi libasi-laləguni. Füzuli. □ Laləgun olmaq klas.
qana boyanmaq, qanla dolmaq. Töküldü bi-günah qanlar; Urəklər laləgun oldu! M.Ə.Sa-bir. Vətən uğrunda, millət eşqində; Laləgun oldu qanlarında kəfən. Ə.Qemküsar.
LALƏLƏNMƏ : Azerbaijani Explanatory Dictionary
"Lalelenmek"denf.is.
LALƏLƏNMƏK : Azerbaijani Explanatory Dictionary
f.
Lale açılmaq, lale ile
örtülmek. Yaz gəldi, çöllər lalələndi.
Qırmızı reng almaq; qızarmaq. Al bay-raqlar; Lalələnib sinəsində; Doğma yurdun; Azad gözəl bu vətənin. R.Rza.
LALƏLİ : Azerbaijani Explanatory Dictionary
sif. Lale bitmiş, lale ekilmiş, lale olan. Laləli çəmən. Laləli bağ.
Bahar fəsli, yaz ayları gələndə; Süsənli, sünbüllü, laləli dağlar! Aşıq Əlesger. Laləli çöllərdə doğru-dan da sən; Tərlan, səhərlərin ilk müjdəsisən. S.Vurğun.
LALƏLİK : Azerbaijani Explanatory Dictionary
ax laləzar. Al-əlvan geyin-miş qızlar çöllərə səpələnib gül-çiçək dərir, sinəsi qızaran taxılların arası ilə qaçıb lalə-likdə görünməz olurdular. İ.Şıxlı.
LALƏRƏNG : Azerbaijani Explanatory Dictionary
sif. [fars.] şair. Lale renginde, lale rengli, qırmızı. Durnanın qatarı gör nə qəşəngdir; Səhər buludları nə lalərəngdir! R.Rza. □ Lalərəng etmək
qızartmaq, lale rengi vermek. Lalərəng etdi gözüm qan ilə xaki-dərini; Kimyagərdir, edər gördüyü top-rağı qızıl. Füzuli.
LALƏRÜX : Azerbaijani Explanatory Dictionary
klas. bax laləyanaq. Lalə-rüxlər köysümün çakinə qılmazlar nəzər; Hiç bir rəhm eyləməzlər daği-pünhanım görüb. Füzuli. Ey lalərüxüm, könlümə heyranəm əzəldən; Dözmüş necə hicraninə min dağ ilə sənsiz. Ə.Vahid.
LALƏYANAQ : Azerbaijani Explanatory Dictionary
sif. şair. Yanaqları, üzü lale kimi qırmızı; alyanaq, qırmızıyanaq.
LALƏZAR : Azerbaijani Explanatory Dictionary
is. [fars.] şair. Lalelik, çiçek-lik, güllük, çoxlu lale biten yer. Baxdı ki, bura elə çəmənzar, laləzar bir yerdir ki, day nə deyim. "Koroğlu". Qış getdi, yenə bahargəldi; Gül bitdi və laləzar gəldi. Xetayi. // Mec. me-nada. Atəş kənarı qış gününün laləzarıdır. (Ata. sözü). Bu gün xoş, günəşli, laləzar olan hava, sabahı buludlu, küləkli, çiskinli bir hal alır. M.Rzaquluzade. Hər tərəfim laləzardır; Igid oğlum, qızım vardır. M.Dilbazi.
LALƏZARLIQbax laləzar. [Rizvan] bura hər cür ağacdan, güldən əkib, bura olub bir laləzarlıq. (Nağıl). [Zeyneb] bir azdan sonra yorulub bir laləzarlıqda oturdu və lalələrdən gəlin qayırmağa başladı. S.S.Axundov.
LALIQ : Azerbaijani Explanatory Dictionary
sif. Heddinden artıq deyib boşal-mış, yetişib vaxtı ötmüş; lırt. Lalıq armud. Lalıq zoğal.
LALIQLAMA : Azerbaijani Explanatory Dictionary
"Lalıqlamaq"dan f.is.
LALIQLAMAQ : Azerbaijani Explanatory Dictionary
f. Heddinden artıq yetiş-mek, deyib sulanmaq, boşalmaq. Əzgillər lalıqlamış, armudlar dəymişdi. Ə.Veliyev. Lalıqlayan ətli zoğal hərdən bir-bir, ikibir nova düşür, damaq şaqqıltısı kimi səslənirdi. B.Bayramov.
LALIQLANMA : Azerbaijani Explanatory Dictionary
"Lalıqlanmaq"dan f.is.
LALIQLANMAQf. Heddinden artıq yetiş-mek, deyib sulanmaq, lalıq hala gelmek.
LALIQLAŞMA : Azerbaijani Explanatory Dictionary
"Lalıqlaşmaq"dan f.is.
LALIQLAŞMAQ : Azerbaijani Explanatory Dictionary
ax lalıqlanmaq.
LALIQ-MALIQ : Azerbaijani Explanatory Dictionary
sif. dan. Dilsiz-ağızsız, sözünü, fikrini başa sala bilmeyen. Lalıq-malıq uşaq.
LAL-KAR : Azerbaijani Explanatory Dictionary
sif. Hem danışmaq, hem de eşitmek qabiliyyeti olmayan. Lal-kar uşaq. // İs. menasında. Lal-karlar məktəbi.
zərf Dinmez-söylemez, danışmadan, heç bir söz demeden. Lal-kar oturmaq. Lal-kar durmaq.
Qardaşının daş kimi lal-kar olması onu [Şahnigarı] lap vahimələndirdi. İ.Şıxlı. [Nergiz ile Semender] bir müddət lal-kar getdilər. B.Bayramov.
zərf Hereketsiz, sakit.
.Baxışlar danışdı lal-kar; Onlar birdən-birə qucaqlaşdılar. B.Vahabzade.
LAL-KARLIQ : Azerbaijani Explanatory Dictionary
is. Hem danışmaq, hem de eşitmek qabiliyyetinden mehrumluq; lal ve kar adamın halı.
LALLAŞMA : Azerbaijani Explanatory Dictionary
"Lallaşmaq"dan f.is.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani