Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
ETİLA : Azerbaijani Explanatory Dictionary

[ər.] tənt. klas. Yükselme, ucal-ma; yükseklere qalxma, yükseliş; tereqqi. Mən bu sözlərimlə nə dedim bilsən:
çırpın üfüqlərə, uç etilaya! S.Vurğun.

ETİLEN : Azerbaijani Explanatory Dictionary

[esliyun.]bax etil kim. Terkibi karbon ve hidrogenden ibaret olan rengsiz yanıcı qaz.

ETİMAD : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Etibar, inam, inanma. Iqbalıma yoxdur etimadım; Müşkül görünür mənim muradım. Füzuli. Sən o deyilmidin, dedin:
Var bizim ittihadımız? Mən də, yadında var, dedim:
Yox buna etimadımız. M.Ə.Sabir. □ Etimad etmək
inanmaq, etibar etmek, bel bağlamaq.

ETİMADKAR : Azerbaijani Explanatory Dictionary

ax etimadverici. Xanı-mın şirin və etimadkar səsi mərsiyəxanın mühakimələrinə qələbə çalmağa başladı. çemenzeminli.

ETİMADLI : Azerbaijani Explanatory Dictionary

sif. Etibarlı, inanılan, bel bağlanıla bilen, sedaqetli. Etimadlı adam.
Məktub Zahir Bəlxinin ən etimadlı qulamı olan Bəsirə tapşırıldı. M.S.Ordubadi. Pro-fessorun hərarətli və etimadlı danışığı hamının diqqətini cəlb etmişdi. Mir Celal. [Sarxan]
.ən etimadlı adamlardan ibarət balaca özəklər düzəltmişdi. M.İbrahimov.

ETİMADNAMƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər. etimad ve fars.
..name] Bir dövletin nümayendesinin başqa dövlet yanında sefir olduğunu tesdiq eden sened. Yeni səfir etimadnaməsini təqdim etdi.

ETİMADSIZ : Azerbaijani Explanatory Dictionary

sif.
İnanıla bilmeyen, bel bağlanıla bilmeyen, etibarsız. Etimadsız adam.
Şübhe ifade eden. Müəllimin daha sa-ralmış və gözəl biçimli dodaqlarında etimad-sız və şübhəli bir təbəssüm gəzirdi. Ə.Veliyev.

ETİMADSIZLIQ : Azerbaijani Explanatory Dictionary

is. Etimad etmeme, ürek qızdırmama; etibarsızlıq, inamsızlıq.
Bu baxış
. bir etimadsızlıq demək idi.
M.S.Ordubadi.

ETİMADVERİCİ : Azerbaijani Explanatory Dictionary

sif. İnandırıcı, ümidve-rici, inamlı, etibarlı. Xanın vəziyyəti məclisi də kiriməyə məcbur etdi. Dərin sükutu Vaqifin yumşaq, lakin etimadverici səsi pozdu. çemenzeminli.

ETİMOLÖGİYA : Azerbaijani Explanatory Dictionary

[yun. etymon
heqiqet ve logos
elm] dilç.
Dilçiliyin, sözlerin qohumluq elaqeleri ve menşeyinden behs eden şöbesi.
Sözün menşeyi ve onun eyni dilde, ya-xud başqa dillerdeki sözlerle qohumluq mü-nasibeti. Sözün etimologiyası yaxşı məlum deyil.
◊ Xalq etimologiyası dilç.
başqa dilden keçme sözün ana dilinin ses qanunlarına uyğunlaşdırılıb işlenmesi.

ETİMOLOJİ : Azerbaijani Explanatory Dictionary

sif [yun.] Etimologiyaya aid. Etimoloji lüğət. Sözün etimoloji təhlili.

ETİMÖLOQ : Azerbaijani Explanatory Dictionary

[yun.] dilç. Etimologiya mütexessisi.

ETİNA : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Artıq diqqet yetirme, ehe-miyyet verme, sayma. □ Etina etmək (elə-mək qılmaq)
saymaq, ehemiyyet ver-mek, diqqet yetirmek, fikir vermek. Yemə-yə, içməyə etina qılmır; Heç alnının qırışığı açılmır. A.Sehhet. Etina etməmək
saymamaq, fikir vermemek. Dünyada yal-taqlıq nə olduğunu Mirzə bilməzdi. Bir bəyə, bir xana etina eləməzdi və deyərdi: "Nə vaxt qapılarına çörəyə getsəm, verməsinlər". Ə.Haqverdiyev. Qazının qısıla-qısıla gəl-məyinə ağa artıq etina etməyib, bir az da irəli gəlməyə aman verir. çemenzeminli.

ETİNASIZ : Azerbaijani Explanatory Dictionary

zərf Saymazcasına, saymaz-yana, fikir vermeden, diqqet yetirmeden, ehemiyyet vermeden. Etinasız danışmaq. Etinasız cavab vermək.
Qadın olduqca vüqarlı və etinasız bir surətdə gedir və Fəx-rəddinin onu təqib edib-etməməsinə diqqət vermirdi. M.S.Ordubadi. Etinasız baxmasın sənə; Divarlarında sükuta dalıb; Qarış-qarış yüksəltdiyin; Binada yaşayanlar. R.Rza.

ETİNASIZCA(SINA) : Azerbaijani Explanatory Dictionary

zərf Saymadan, ehe-
miyyet vermeden, etina etmeden, laqeydce-sine. Qara və yorğa atlı bir cavan, atını lap qabaqda və etinasızca sürürdü. Ə.Veliyev.

ETİNASIZLIQ : Azerbaijani Explanatory Dictionary

is. Diqqetsizlik, hörmet-sizlik, sayğısızlıq; saymamazlıq, fikir ver-meme, ehemiyyet vermeme. Etinasızlıq etmək. Etinasızlıq göstərmək.
Nina bu eti-nasızlığın zəminəsini çoxdan bəri mənə xə-bər vermişdi. M.S.Ordubadi. Qoşatxan
. ko-budu yerində oturdar, dikbaşa etinasızlıq göstərərdi. M.İbrahimov.

ETİOLÖGİYA : Azerbaijani Explanatory Dictionary

[yun. aitia
sebeb ve logos
elm] tib.
Xesteliyin törenmesi sebebleri ve şeraitinden behs eden elm.
Her hansı bir xesteliyi töreden sebeb-ler. Xəstəliyin etiologiyası bəlli deyildir.

ETİOLOJİ : Azerbaijani Explanatory Dictionary

sif. [yun.] tib. Etiologiyaya aid, etiologiya ile bağlı olan. Etioloji məlumat.

ETİRAF : Azerbaijani Explanatory Dictionary

is. [ər.] öz qüsur ve nöqsanını, az-çox özünün günahı olan bir şeyi inkar etmeyib, qebul etme, tesdiq etme, boynuna alma. Yüz şükr ki, yox sənə xilafım; Insafım var, var etirafım. Füzuli. Qadının etirafı və yaxud təsdiqi mənim marağımı təskin et-mirdi. S.Hüseyn. Əlyar koftanın cırılmasına aid Rüxsarənin etirafını istintaq protoko-luna qeyd edərək, bugünkü sorğunu bunun-la bitirmiş hesab etdi. S.Rehimov. □ Etiraf etmək (eləmək)
öz qüsurunu, günahını, teqsirini qebul etmek, boynuna almaq, tes-diq etmek. Inanma gər desə rəmmal sirri-qeybə agahəm; Dəhanın sirrinə yüz kərrə iczin etiraf eylər. S.Ə.Şirvani. [Selim:] Get-mək qolay, ancaq sən etiraf et; Anlat başın-dan keçəni büsbütün. H.Cavid. Lətifə öz səh-vini etiraf eləməyə utanırmış kimi, Tahirin üzünə hələ də düz baxmırdı. M.Hüseyn.

ETİRAZ : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Bir fikri, teklifi, qerarı ve ya hereketi qebul etmeyerek onun eley-hine çıxma, qeti narazılığını bildirme. özün-dən qıl riyanı tərk, əgər vardır hünər səndə; Deyil əhli-riyayə etirazın bir hünər, vaiz. S.Ə.Şirvani. Səriyyə xalanın bütün eti-razları puça çıxdı. S.Rehman. □ Etiraz etmək
qeti razı olmadığını bildirmek, razılaşmamaq, qebul etmemek. Ey səlamət əhli, al rüxsarə baxma zinhar! Etiraz eylə məlamətdən, məni-rüsvayə bax! Füzuli. Qətibə bu fikrə etiraz etdi.. M.S.Ordubadi. Anası
. qızının səfərinə etiraz etmək istədi. Ə.Memmedxanlı.

ETMƏ : Azerbaijani Explanatory Dictionary

"Etmek"den f.is.

ETMƏK : Azerbaijani Explanatory Dictionary

f.
Bir işi yerine yetirmek, emele getirmek, görmek, elemek. Qurbani der: könlüm bundan sayrıdır; Nə etmişəm yarım məndən ayrıdır? Qurbani. [Mehriban] buna baxmayaraq, soyuqqanlılıqla cavab verdi:
Necə istəyirsiniz, ediniz!.. S.Hüseyn. [Yaqub:] Əgər mən də oxuyub təhsil etsəy-dim, onda gərək mən da bir mədən sahibinin qabağında sürünüb, ona nökərçilik edəy-dim. B.Talıblı.
Kömekçi feil kimi isimlerle yanaşı iş-lenib mürekkeb feil emele getirdiyi zaman ismin menası ile bağlı olan hereketi bildirir; mes.: şehadet etmek, dad etmek, düçar et-mek, etina etmek.

ETMƏKLİK : Azerbaijani Explanatory Dictionary

köhn. bax etmək. Mən bəni-adəm üçün görməmişəm səcdə ola; Səcdə etməklik üçün hanı həqqin fərmanı? S.Ə.Şirvani.

ETMƏKSİZİN : Azerbaijani Explanatory Dictionary

zərf Etmeden. Nəsir ki heç
bir vaxt Mirzə Qədirin sözündən çıxmazdı, hər əmrini tərəddüd etməksizin qəbul edər, onun hər fikrinə şərik olardı. S.Hüseyn.

ETNOGENEZ : Azerbaijani Explanatory Dictionary

[yun. ethnos
xalq ve genesis
doğulma] Her hansı bir xalqın menşeyi. Azərbaycan xalqının etnogenezi. Slavyanların etnogenezi.