Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
EYNİZAMANLILIQ : Azerbaijani Explanatory Dictionary

is. Bir vaxtda, bir za-
manda olma; bir vaxta, eyni vaxta düşme (tesadüf etme).

EYŞ : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Kef, zövq-sefa, lezzetli he-yat. Dövlətliləriz, məqsədimiz eyşü səfadır; Mehmanlarımız büsbütün ərbabi-qinadır. M.Ə.Sabir. Yoxsullar boğulurkən; Bu qanlı, yaslı vayda; Xaqan dalmışdı eyşə; Bağlar-dakı sarayda. Ə.Cavad. [Xanlar] badələri qaldırıb, bir-birinə mədhlər deyib eyşi da-vam etdirirdilər. S.Rehimov. □ Eyş etmək
kef çekmek. Gülşəndə, Seyyid, içdim o şirinləb ilə mey; Eyş eylədim çəməndə bu gün xosrovanə mən. S.Ə.Şirvani.

EYŞ-İŞRƏT : Azerbaijani Explanatory Dictionary

is. bax eyş (bezen "ve" bağlayıcısı ile). Eyş-işrət məclisi. Eyş-işrətdən başı ayılmır.
Güldü gül, açıldı nərgis, lalə doldu jalədən; Ey, xoş ol kim, eyşü-işrət etməyə əsbabı var. Füzuli. Na-məlsəm məhəlləsinin camaatı ata-babadan yerli, tavanalı olub, günlərini müttəsil eyş və işrətdə keçirən bir xalq idi. N.Nerimanov. Nə qədər əlində dövlət var idisə, Əmiraslan Gülpəriyə yaxın durmurdu. Amma elə ki var-yoxunun hamısı eyş-işrətə qoyulub puç oldu, Gülpərini almaq fikrinə düşdü. S.S.Axundov.

EYŞ-İŞRƏTLİ : Azerbaijani Explanatory Dictionary

sif. Eyş-işret olan, kef çe-
kilen. Eyş-işrətli məclis.

EYVAY : Azerbaijani Explanatory Dictionary

nida.
Keder, ağrı, teessüf kimi hissleri bildirir. Dedim: eyvay, halım yaman olubdur; Dedi: qəmdən belim kəman olubdur. Qurbani. Xabi-qəflətdən oyan, hay könül, hay könül; Könül, eyvay könül, vay könül, ey vay könül. Kişveri.
çağırış, müraciet, yalvarış meqamında işlenir. Bir çoban bir gün etdi dağda haray!
Canavar var,
dedi,
gəlin, eyvay!
M.Ə.Sabir.

EYVAH : Azerbaijani Explanatory Dictionary

EYVAH Kİ nida. Əfsus, heyhat, heyif (ki). Fərat aşdı başımdan və leyk mən təşnə; Yaxıbdır odlara, eyvah, aşiqanə məni. S.Ə.Şirvani. [Orxan:] Od-alov saçmadan qəhrəman Səlim; Eyvah, demək, son nəfə-simdir mənim. H.Cavid.

EYVAN : Azerbaijani Explanatory Dictionary

is. Adeten evin, otağın, ya otaq-ların ön terefinde, üstüörtülü, qabağı açıq balkon; seyvan. Məşuqə eyvanın bağa tərəf baxan küncünə gəlib gözləməyə başladı. S.Rehimov. Həmin günün axşamı Pərşan öz evlərində Qaraşı eyvanın o başına çəkib əhvalatı nəql etdi. M.İbrahimov.

EYVANLI : Azerbaijani Explanatory Dictionary

sif. Eyvanı olan. Eyvanlı ev.
Imamverdi babanın həyətində iki tikilisi vardı. Biri köhnə daxma idi, o biri də iki otaq və mətbəxli, qabağı eyvanlı təzəcə ev idi. S.S.Axundov. Qabaqda eyvanlı bir ev görünür; Baxdıqca sevincdən ürək döyünür. Z.Xelil.

EYVANSIZ : Azerbaijani Explanatory Dictionary

sif. Eyvanı olmayan. Eyvan-sız ev.

EYZƏN : Azerbaijani Explanatory Dictionary

sif. ve zərf [ər.] Tamam, bütün, başdan-başa. Məcməidə düzülmüş, eyzən xuruş sərasər. M.Ə.Sabir. [Asya:] [Gülçöhre] eyzən fikirdə, kefsiz, dinməz, yəqin burada bir hikmət vardır. ü.Hacıbeyov. [Turac:] Ki-tabda yazılan sevgilərin axırı eyzən dava-şava olur. İ.Əfendiyev.

EZAM : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Xidmeti ve ya başqa bir iş üçün bir yerden başqa yere gönder(il)me, yolla(n)ma. Katib uşağın adını yazdı, ona kağız verib maarif komissarlığına, qəbul və ezam komisyonuna göndərdi. Mir Celal. Bu zaman Bəhram müxtəlif kitablarla dolu çamadanını təşkilat şöbəsinin pəncərəsinə qoyub, ezam vərəqəsini şöbə müdirinə təqdim etdi. Ə.Veliyev. □ Ezam edilmək (olunmaq)
müeyyen bir iş ve ya tapşı-rıqla elaqedar olaraq bir yere gönderilmek, yollanmaq. Umumiyyətlə, Nemətullayev ezam olunmağı çox xoşlar, rayona mal yeritməklə məşğul olar və bununla da özünü ticarəti bilən, nadir bir adam kimi gözə verərdi. S.Rehimov. Ezam etmək
müeyyen bir iş ve ya tapşırıqla elaqedar olaraq bir yere göndermek, yollamaq. Yunis öyrəndi ki, Moskva məktəblərinə ezam edən xüsusi komisyon var. Mir Celal.

EZAMİYYƏ : Azerbaijani Explanatory Dictionary

[ər.]
Bax ezamiyyət. Eza-miyyə pulu. Ezamiyyə vərəqəsi.
Ezamiyyet kağızı (vesiqesi).

EZAMİYYƏT : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Xidmeti ve ya başqa bir işi, tapşırığı yerine yetirmek üçün bir yere ezam olunma, getme. Ezamiyyətə getmək. Ezamiyyətdən qayıtmaq.
[Yunis] ərizə və ezamiyyət kağızını çıxarıb göstərdi.
Mir Celal.

EZAMİYYƏTÇİ : Azerbaijani Explanatory Dictionary

is. Xidmeti bir iş üçün bir yere gönderilmiş adam, ezamiyyetde olan adam. [Almaz] gələn adamın
. ezamiyyətçi olduğuna inansa da, yenə baxırdı. Mir Celal.

EZOP : Azerbaijani Explanatory Dictionary

Ezop dili [qedim yunan temsilçisi Ezopun (Aisopos) adından] dilç.
üstüörtülü, müemmalı, remzli dil. Ezop gedib, dili qalıb; Dünyanın min bir müşkülü qalıb. R.Rza.

Ə : Azerbaijani Explanatory Dictionary

Azerbaycan elifbasınrn yeddinci herfi ve bu herfle işare olunan saitin adı.

Ə : Azerbaijani Explanatory Dictionary

nida. Müraciet, çağırış bildirir. [Nebi] pristav Mehdi bəyi görcək deyir:
Ə, bu fağırı niyə qəhr edirsən? "Qaçaq Nebi". [Əlemdar Qoltuqçuya:] Ə, kişisən, mən ölüm, bu tufanda məni dara qısnama! S.Rehimov. [Nebi:] Ə, olmaya Növrəstədən yana bir söz eşitmisən? Ə.Abasov. // Bezen cümlenin axı-rrna getirilir. [Abbas:] Bə, cəmdəklər niyə xarab olmayıb, ə?.. İ.Hüseynov.

ƏBA : Azerbaijani Explanatory Dictionary

ax aba
.Axund əbasını düzəldib dükandan çıxdı, getdi. C.Memmedquluzade. Şeyx Şaban
. otuz il bir əbayla gəzməyi, qırx il bir kürkə bürünməyi qəbul edərdi. Ə.Haqverdiyev. [Ferec:] Səsim var, saq-qalım var, farsca qəzəl bilirəm; pulum da var ki, əba, çarıq və qurşaq alım. Qantemir.

ƏBALI : Azerbaijani Explanatory Dictionary

ax abalı. Görünür [Mirze Poladm] Şuşadakı həkim atası
sarı əbalı Mirzə Həsən öz qızına çox əfsanəli, əsrarlı bir dərs demişdir. S.Rehimov.

ƏBABİL : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Dağ qaranquşu, uzun-quyruq.

ƏBCƏD : Azerbaijani Explanatory Dictionary

is. [ər.] köhn.
Qedim ereb elif-basında ilk dörd herf. (herfleri mexaniki olaraq ezberlemek üçün işledilirdi). Bular gərək hələ "əbcəd"də hıqqana "qərə-şət"də; Kitabi-elmi oxurlar rəvan bu boyda, bu boyda! M.Ə.Sabir. Bu qayda ilə molla əbcəd, həvvəz, hütti ləfzlərini "təhlil" edib, mənə bunları hazırlamağı əmr etdi. T.Ş.Simurq. Molla köməkçisi
. Əvəz xəlfəni çağırıb dedi:
Apar, buna əbcəd, həvvəzi öyrət. C.Cebrayılbeyli.
ümumiyyetle, keçmişde "elifba" me-nasında işlenmişdir. // məc. İbtidai bilik, sa-vad. □ Əbcəd hesabı
müeyyen bir tarixi ve ya reqemi ereb herfleri vasitesile ifade etmek üsulu. Aşıqlıq elmində nədir pərgarın; Əbcəd hesabından varmı xəbərin? Şair Veli.

ƏBD : Azerbaijani Explanatory Dictionary

is. [ər.] köhn. Qul, köle. Əbd olma, ey Nəsimi, fani cəhanə, çün kim; Imanü din içində sənsən əmirü sultan. Nesimi.

ƏBƏ : Azerbaijani Explanatory Dictionary

is. məh. Uşaq oyununda: içerisine qoz, fındıq ve s. salınan çuxur.

ƏBƏ : Azerbaijani Explanatory Dictionary

is. dan. Mama, mamaça.

ƏBƏÇİ : Azerbaijani Explanatory Dictionary

sif. məh. Mamaça, mama. Pis əbə-çiyə arvad tapşıran övladsız qalar. (Ata. sözü).