Azerbaijani Explanatory Dictionary
HƏDƏLƏYİCİ : Azerbaijani Explanatory Dictionary
sif. Hedeleyen, qorxu-
ducu, tehdidedici, hede-qorxu gelen, hede-qorxu ifade eden.
.Hədələyici sözlər Mirzə Cəlildə yeni bir qüvvə oyatdı. S.Veliyev.
HƏDƏR : Azerbaijani Explanatory Dictionary
sif. [ər.] Boş-boşuna, ebes, heç bir netice vermeyen; menasrz, faydasrz. Qəssab Həsən aralıqda hədər ölümdən qorxub, özünü adamların içinə soxdu. Mir Celal. □ Hədər(ə) getmək
boşa çrxmaq, heç bir netice vermemek, faydasr olmamaq, ebes yere serf olunmaq. [Nerimanov:] Zəhmətiniz, deyəsən, hədər getdi, çox təəssüf! Q.İlkin. [Aydrnrn] bütün zəhmətləri hədərə getmişdi. H.Seyidbeyli.
HƏDƏRƏN-PƏDƏRƏN : Azerbaijani Explanatory Dictionary
is. Boş, menasrz, cefengiyat, tartan-partan, çeren-peren söz-ler. [Arvadr ustaya:] Əşi, cin-zad səni vurub, ağlını-zadını çaşdırmayıb ki, hədərən-pədərən danışırsan, buğda nədir? çemenze-minli.
.Qalan yüz on beş kağızda da bu cür hədərən-pədərəndən savayı özgə bir mətləb yoxdu. C.Memmedquluzade.
HƏDİK : Azerbaijani Explanatory Dictionary
is. Qarğrdalr, buğda, noxud, lob-ya, merci ve s.-den suda (bezen de et ve qovrulmuş soğanla) bişirilen xörek adr. No-xudu, buğdanı, mərcini, lobyanı bir-birinə qarışdırıb, qazana töküb hədik bişirdikdən sonra qonşulara paylayardılar. H.Sarabski.
HƏDİS : Azerbaijani Explanatory Dictionary
is. [ər.] din. Mehemmed pey-ğemberin qanun hökmünde olan sözlerine verilen ad. Başında ağ araqçın olan, gümüş toqqalı, qırmızısaqqal bir kişi isə təkər səs-lərinə, tıqqıltıya baxmadan adamlara hədis danışırdı. Mir Celal.
HƏDİYYƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Bağrşlanan şey, bex-şiş, sovqat, töhfe, ermeğan. Məhərrəm əmi ilk dəfə Rəmziyyənin görüşünə gəldiyi za-man ona üzgörüşü olaraq kiçik bir çanta hədiyyə gətirmişdi. A.Şaiq. [Əbdüleli bey Gülüşe:] Bu kiçik hədiyyəni qəbul etmənizi rica edirik. C.Cabbarlr. // Yadigar. Onun di-varları al-əlvan naxış; Əsrdən-əsrə hədiyyə qalmış. S.Vurğun.
HƏDSİZ : Azerbaijani Explanatory Dictionary
sif. Heddi-hüdudu olmayan, hedden artrq, saysrz-hesabsrz, hedsiz-hesab-srz. Uşaqlar göz yaşlarını bir dəqiqədə unutdular və
. kərbəlayını hədsiz şadlıq ilə əhatə etdilər. çemenzeminli. Getdikcə böyük və əzəmətli şəhər oyanırdı. Ani kimi görünən sakitlik hədsiz bir qaynarlığa çev-rilirdi. S.Rehimov.
HƏDSİZ-HESABSIZbax hədsiz.
.Əngin
fəzada hədsiz-hesabsız ulduzlar sayrışır. S.Rehimov. [Babek:] Xəlifə və sarayın hədsiz-hesabsız vergiləri hamını cana gətirib.. M.Rzaquluzade.
HƏDSİZ-HÜDUDSUZ : Azerbaijani Explanatory Dictionary
sif. Heddi-hüdudu
olmayan, ucsuz-bucaqsrz, nehayetsiz, son-suz. Hədsiz-hüdudsuz çöllər.
HƏDYAN : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Terbiyesiz, edebsiz, herze, esassrz sözler; söyüş. Keçən sözü çək-mə üzə, amandı; Hədyan danışmışam, laf ey-ləmişəm. Aşrq Əlesger. [Bedircahan:] Ağzına
gələn hədyanı danışma, heyvan oğlu heyvan. N.Vezirov. // sif. Terbiyesiz, edabaz, yava, ağzrpertov. Borcumuzdur, Vətən hər sahədə əmr etsə bizə; Qoymayın tərbiyəsiz kimsəni, hədyan oxusun! Ə.Vahid.
HƏFRİYYAT : Azerbaijani Explanatory Dictionary
is. [ər.] köhn. Arxeoloji qa-zrntrlar; qazrntr işleri.
HƏFTƏ : Azerbaijani Explanatory Dictionary
is. [fars.] Şenbeden bazar gü-nüne qeder yeddi güne beraber vaxt ölçüsü vahidi. Həftənin birinci günü. Bütün həftəni işləmək.
Dolandı həftələr, dolandı aylar; Sənətlə bir yerdə ucaldı Aygün. S.Vurğun. Həftələr, aylar keçir; Axşamlı-səhərli; Bəzən şirin, bəzən zəhərli. R.Rza. // Her hansr günden başlayaraq hesablanan yeddigünlük vaxt, müddet. Xəstəlik iki həftədən bəridir ki, davam edirdi. M.S.Ordubadi. Əhmədov bir həftə deyildi ki, buraya, tikinti işinə ic-raçı mühəndis təyin olunmuşdu. Mir Celal. // Bir hadiseye ve ya bir şeye, tedbire hesr edilmiş yeddigünlük müddet. Yaşıllaşdırma həftəsi. Uşaq ədəbiyyatı həftəsi. Ədəbiyyat və incəsənət həftəsi.
0 Həftə səkkiz mən doqquz
hemişe, daima, tez-tez. Həftə səkkiz, mən doqquz xəstələnir. Həftə səkkiz, mən doqquz maşın xarab olur.
[Ferhad] həftə səkkiz, mən doqquz kağız yazıb, Aslandan pul istəyirdi. C.Cabbarlr. [Yunis xalasrna:] Budur, Yaqut ərə getdiyi üç ay deyil, amma axır zamanlar həftə səkkiz, mən doqquz gəlib, anasının yanında qalır. Ə.Memmedxanlr.
HƏFTƏAŞIRI : Azerbaijani Explanatory Dictionary
zərf Hefteden-hefteye, her hefte(de). Həftəaşırı dənizə getmək.
HƏFTƏBAŞI : Azerbaijani Explanatory Dictionary
zərf Heftede bir defe (bir
qayda olaraq heftenin axrrrnda). Həftəbaşı ova getmək. Həftəbaşı hesabat vermək.
HƏFTƏBAZARI : Azerbaijani Explanatory Dictionary
is. Heftede bir defe
(esasen bazar
istirahet günü) düzeldilen bazar, alrş-veriş. [Ocaqverdi:] Sabah həftə-bazarına inək aparacağam satmağa, satıb, gətirib pulunu verərəm. Ə.Haqverdiyev. Şamaxı yolundan, Quba yolundan və bütün yuxarıda saydığımız məhəllələrdən aşağıda
bir meydançada o zaman həftəbazarı olardı. H.Sarabski.
HƏFTƏBECƏR : Azerbaijani Explanatory Dictionary
is. Duza qoyulmuş kelem, biber, pomidor, xiyar, xrrda balqabaq ve s.-den ibaret şoraba. Xörəyin yanına həftə-becər qoymaq.
HƏFTƏLİK : Azerbaijani Explanatory Dictionary
is. Reqemlerden sonra ge-lerek işin neçe hefte davam etdiyini ve ya etmeli olduğunu gösterir. üç həftəlik iş qalıb. Dörd həftəlik ezamiyyət.
Müəllim [şagirdlerini] iki həftəlik yaz tətilinə bu-raxmışdı. S.Hüseyn. [Cuma:] Bir həftəlik məzuniyyətim var. Ə.Əbülhesen. // sif. Hef-tede bir defe çrxan, buraxrlan, çap olunan. Həftəlik qəzet. Həftəlik jurnal.
Həftəlik "Qüsli-vətən" ruznaməsi
cu nömrəsində yazır ki, dekabr və yanvar ayında Peter-burqda əmələ gələn "övrət cəmiyyəti" xeyli calallı imiş. C.Memmedquluzade. // Bir heftelik müddeti nezerde tutan, bir heftede elde edilen, alrnan, istehsal olunan. Həftəlik plan. Həftəlik məlumat. Həftəlik gəlir.
HƏKƏM : Azerbaijani Explanatory Dictionary
is. [ər.] köhn. İki teref arasrnda olan mübahiseni hell etmek üçün seçilen adam; münsif, jüri. [Ev sahibi bey dedi:] O qoca kəndlini həkəm seçək, nə desə ona razı olaq. S.S.Axundov. Camaat sakit durub ta-maşa edirdi. Yalnız bir ağsaqqal qaydaya baxırdı. Bu, həkəm imiş. çemenzeminli.
HƏKİM : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
Ali tibb tehsili olan adam; tebib, doktor. Uşaq həkimi. Göz hə-kimi. Diş həkimi. Sanitar həkimi.
.Mənim xahişimə görə bacım oğlunu gətirmişdi bizə ki, həm bir-iki ay bizə qonaq olsun, həm də Irəvan həkimləri uşaqları müalicə eləsinlər. C.Memmedquluzade. Həkimlərin məsləhə-tilə atamgil məni yaylağa göndərməli oldu-lar. İ.Əfendiyev // Keçmişde, ümumiyyetle, adamlarr, ya heyvanlarr müalice etmekle meşğul olan adama verilen ad. Həkim gəlib padşahın başının üstündə əyləşdi. "Mesum". Həkimlərin dediyinə görə, Atabəyin ciyər-ləri soyuqlamışdı. M.S.Ordubadi.
klas. Alim, filosof. O, həkimü ədibü şair idi; Şeir fənnində xeyli mahir idi. S.Ə.Şirvani.
HƏKİMANƏ : Azerbaijani Explanatory Dictionary
sif. ve zərf [ər. hekim ve fars.
..ane]
Hikmetli, ağrllr, müdrik(ane), fazilane, derin. Həkimanə söz.
Nitqdəndir bəlalər insanə; Nitq elə hər sözü həkimanə. S.Ə.Şirvani.
köhn. Hekime (alime, filosofa) yaraşan bir terzde; alimcesine, filosofcasrna, alim kimi, filosof kimi, ağrllr. Həkimanə bir əda ilə danışmaq. Həkimanə hərəkət etmək.
Sər-xoşluq ilə ömrünü sərf eyləmə, Vahid! Arif ona derlər ki, həkimanə dolansın. Ə.Vahid.
HƏKİMBAŞI : Azerbaijani Explanatory Dictionary
is. köhn. Baş hekim, hekim-lerin başçrsr. Günün birində həkimbaşı kü-çədə çıxır mollanın qabağına. "M.N.letif.". [Odabaşr:] Mirzə Mehdi həkimbaşı həftədə iki-üç dəfə onu yoluxurdu. Ə.Haqverdiyev. // Hörmetle hekime müraciet. [Nurcahan:] Başına dönüm, həkimbaşı, bu suyu bir bay-tal verib mənim azarıma. N.Vezirov.
HƏKİMXANA : Azerbaijani Explanatory Dictionary
is. [ər. hekim ve fiars.
..xane] Tibb menteqesi, xestexana, polikli-nika. [Rüstem:] Deyərsən bəlkə [sedr] subay-dır, yox, arvadı oxumuş müəllimə, bacıları həkimxanada işləyirlər. M.İbrahimov. Gedək həkimxanaya; Tez sarıyım yaranı. B.Vahab-zade.
HƏKİMLİK : Azerbaijani Explanatory Dictionary
is. Hekim seneti, hekimin işi, peşesi; doktorluq; tebabet. [Ferhad:]
.Musa ilə də belə danışmışıq ki, bir yerdə gedək Xarkov şəhərinə, orada həkimlik oxuyub qurtaraq. Ə.Haqverdiyev. [Sadrq kişinin övreti erine:] A kişi, qaç bazara.. Qaç tez usta Hüseynin yanına, onun həkimlikdə səriştəsi çoxdu.. C.Memmedquluzade. □ Həkimlik etmək
tebabetle meşğul olmaq, doktorluq etmek (bir peşe kimi).
HƏKK : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Her hansr bir material (metal, ağac, daş, şüşe ve s.) üzerinde metal qelemle çuxur ve ya qabartma şeklinde açrl-mrş naxrş, yazr ve s.; oyma. □ Həkk etmək
hemin üsulla bir şeyin üzerinde naxrş açmaq, yazr yazmaq. [Cahandar ağa] elə bil evindəki hər şeyi görmək, onları hafizəsində həkk etmək istəyirdi. İ.Şrxlr. Həkk olun-maq
1) hemin üsulla naxrş açrlmaq, yazr yazrlmaq; 2) məc. Hemişelik qalmaq, unu-dulmamaq (zehninde, qelbinde ve s. söz-lerle). Elə bil qızın bütün xüsusiyyəti, boy-buxunu Şahmarın qəlbində həkk olunmuşdu. B.Bayramov. Qayalara həkk olmayan söz itər; Bu bahardan o bahara iz itər. M.Araz.
HƏKKAK : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Metal, daş ve s. üze-rinde polad qelemle yazr, şekil ve s. neqş-ler oyan senetkar; qravüra ustasr, qravüraçr, oymaçr.
HƏKKAKLIQ : Azerbaijani Explanatory Dictionary
is. Hekkakrn seneti; qra-vüraçrlrq, oymaçrlrq.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani