Multilingual Turkish Dictionary

ƏJDAHA

ƏJDAHA : Azerbaijani Explanatory Dictionary

is. [fars.]
Ağzından od püs-küren, insan ve heyvanları udan, qanadlı neheng, ya ilan şeklinde tesevvür olunan mövhum bir heyvan. Yeddibaşlı əjdaha (nağıllarda).
[Nağılların qehremanları] divlərlə, əjdahalarla pəncə-pəncəyə gəlib vuruşar, hər cür çətin şeyə qalib gələrdilər. M.Rzaquluzade. □ Əjdaha kimi...
teşbeh meqamında. Saat on iki tamamda buxar arabası acıqlı əjdaha kimi Balaxanı tərəf-dən gözlərini ağardaraq nərə vurmağa başladı. S.M.Qenizade. [Hemze:] Uç nəfər əjdaha kimi oğlum var. C.Cabbarlı.
məc. çox qüvvetli, iri, heybetli, qorx-maq bilmeyen adam haqqında; pehlevan. O, lap əjdahadır.
[Aslan bey:]
.Əjdaha-dır, əjdaha. Bu saatda tərəzinin bir gözünə 15 öküz qoysalar, Tarverdini vermərəm.. C.Cabbarlı. Səmədin gözünə əvvəl əjdaha kimi görünən Nadir, indi bu cür sadə və yumşaq danışıqdan sonra bütün əzəmət və məhəbbətini itirdi. B.Talıblı. [Mirze Cemil:] Ataşı Kəngərli kimi əjdahaya tuş elədim. Ə.Veliyev.
0 Əjdaha bürcü astr.
Böyük Ayı bürcü ile Kiçik Ayı bürcü arasında, göyün şimal yarımküresinde olan bürc.

"ƏJDAHA" IN Other Languages