Azerbaijani Explanatory Dictionary
MEDİUM : Azerbaijani Explanatory Dictionary
is. [lat.] Ruhlar alemi ile canlı insanlar arasında elaqe yaradan şexs.
MEDYE : Azerbaijani Explanatory Dictionary
is. [mac.] Macarıstanda inzibati-erazi vahidi (terkibine daire ve şeherler da-xildir).
MEDUZA : Azerbaijani Explanatory Dictionary
[yunan esatirinde qanadlı ejdaha adından] zool. Bedeni helmeşik maddeden ibaret çoxayaqcıqlı deniz heyvanı. Meduza açılmış və dəstəsilə suya batırılmış çətirə ox-şayır. Meduza üzdüyü zaman onun qabarıq tərəfi yuxarıya çevrilmiş olur. "Zoologiya".
MEGERA : Azerbaijani Explanatory Dictionary
is. [yun.] Qedim yunan mifolo-giyasında qisasçı ilahelerden birinin adı.
MEH : Azerbaijani Explanatory Dictionary
is. [fars.] Xefif yel, yüngül, yumşaq yel, sakit külek. Meh əsir. Meh gəlir.
Yum-şaq göy çəmənin üstə düşüb şeh gecədən; Isti yoxdur, hələ var bir balaca meh gecədən. A.Sehhet. Indi çöldə xəfif meh əsdiyi üçün hava bayaqkı qədər bürkü deyildi. I.Əfen-diyev.
MEHLİ : Azerbaijani Explanatory Dictionary
sif. Meh esen, xefif külekli. Mehli səhər.
MEHMAN : Azerbaijani Explanatory Dictionary
is. [fars.] Qonaq. Bir-iki gün ki, sənə, ey nigar, mehmanəm; Nolur əgər tu-tasan hörmətin bu mehmanın? S.Ə.Şirvani. □ Mehman etmək (eləmək)
qonaq etmek, qonaq saxlamaq. Qədəm basıb bizə gəlsin nagahi; Bir gecə mən onu mehman eyləyəm. M.P.Vaqif. Mehman olmaq
qonaq olmaq. Olsa bir şəxs gər sənə mehman; Eylə ol şəxsə ehtirami-tamam. S.Ə.Şirvani.
MEHMANXANA : Azerbaijani Explanatory Dictionary
is. [fars.] Başqa yerden gelenlerin müveqqeti yaşaması üçün xüsusi techizatlı otaqları olan ev; qonaq evi. [Mozalanbey:] Gəncədə düşmək üçün yaxşı mehmanxanalar varmı? Ə.Haqverdiyev.
MEHMANXANAÇI : Azerbaijani Explanatory Dictionary
is. köhn. Mehmanxana sahibi, mehmanxana saxlayan adam.
MEHMANXANAÇILIQ : Azerbaijani Explanatory Dictionary
is. köhn. Mehman-
xana saxlamaqla meşğul olma, mehmanxana işi. Mehmanxanaçılıq həyatında bu cürə qa-dınlara tez-tez təsadüf edirəm. M.S.Ordubadi.
MEHMANNƏVAZ : Azerbaijani Explanatory Dictionary
sif. [fars.] Qonaqcıl, qonaqperest. Mehmannəvaz adam.
MEHMANNƏVAZLIQ : Azerbaijani Explanatory Dictionary
is. Qonaqperestlik.
Vaqiən Iranın mehmannəvazlığının mislini qeyri yerdə, zənn edirəm, görmək olmaz. C.Memmedquluzade. Qədirin də, Qumru¬nun da mehmannəvazlığına etina etməyən Bədir bəy yerini dəyişmədi. Mir Celal.
MEHPARƏ : Azerbaijani Explanatory Dictionary
klas. bax mahparə. Yanağın şəminə hüsni-Yusifin pərvanədir; çox könül-lər yəğmalandı sən yüzi-mehparədən. Nesimi. Yoxsa kəndimizin o mehparəsi; Qismət olma-yacaq sənə, yaxşı bil. M.Müşfiq.
MEHR : Azerbaijani Explanatory Dictionary
is. [fars.] klas. Sevgi, mehebbet. Könlün xoş isə, təbəssüm eylə! Mehrin var isə, tərəhhüm eylə! Füzuli. Mənə ol mahi-mehrim yəqinimdir ki, ram olmaz; Dedim ki, mehri çıxmaz sinədən, ömrüm tamam olmaz. S.Ə.Şirvani. □ Mehr etmək
mehebbet göstermek, mehribanlıq göstermek. Hər yanda bir məh olsa mənə mehriban idi; Mehr etməz idim sahibi-xanə yavaş-yavaş. Q.Zakir. Mehr(ini) salmaq
mehebbetini salmaq, sevmek, ürek bağlamaq, ezizlemek. Qız daim ata evində qalmaz; Peyvəstə anaya mehr sal-maz. Füzuli. Cuma, mehrini böyük oğlu Azada salmağa çalışmışdı. Ə.Əbülhesen. Mehrini kəsmək
istediyi adamdan soyumaq, üz döndermek. Kəsmə məndən mehri, ey xurşid iqbal. Qövsi.
MEHR : Azerbaijani Explanatory Dictionary
is. [ər. mehr] Köhne meişetde: evlenen kişi terefinden aldığı qadına
qıza nikahda talaq üçün teyin edilen pul; kebin pulu. [Hacı Qember:] Dilbər əgər artıq-əskik danışsa, mehrin qoyaram qabağına, deyə-rəm:
Xoş gəldin! N.Vezirov. Xörəkdən, çörəkdən nə gəlsə yeyib-içib söz açarlar ki, "mehr nə qədər olacaqdır?" R.Əfendiyev. □ Mehr kağızı köhn.
kebin kağızı, eqd kağızı, nikah kağızı. Sarıqlı molla mehr ka-ğızını qurtarmamış gözünü hərləyib içəri qa-pıya zillədi. Mir Celal. Mehr vermək köhn.
kebin pulunu verib boşamaq. Yasəmən onun evindən əl götürmək, yorucu əzabdan qurtar-maq istəyirdi, mehr vermək də Məhərrəm üçün imkansız idi. Mir Celal.
MEHRAB : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Mescidlerin qible te-refdeki divarında namaz qılarken pişnama-zın ve onun ardınca başqa namaz qılanların üzlerini çevirdikleri oyuq yer. Zahidin meh-rab içində zikrü taətdir işi. Nesimi. Axund mehraba çatdıqda ayaq üstə dayanar və ca-maat namazına başladıqda camaat da ona iqtida edərdi. H.Sarabski.
MEHRİBAN : Azerbaijani Explanatory Dictionary
sif. [fars.] çox yaxşı müna-sibet besleyen, semimi, mehr besleyen, şef-qetli, xoş reftarlı. Mehriban qadın.
[Xedice] olduqca xoşsöhbət, eyi təbiətli, geniş qəlbli, munis və mehriban bir qız idi. S.Hüseyn. Mehriban sevgilim qarşımda durdu; Yenə şairliyim başıma vurdu. M.Müşfiq. // Mehri-banlıq ifade eden; semimi, xoş. Mehriban münasibət.
Siması şəhlayi, tərhi badəmi; Baxışı mehriban, özü hərami. M.P.Vaqif. Məhərrəm özünə yer axtarmaqda ikən mü-safir mehriban nəzərlə Məhərrəmə baxdı. H.Nezerli.
MEHRİBANANƏ : Azerbaijani Explanatory Dictionary
[fars.] bax mehriban-casına. Cəlil ağa Şəfiqəni yanına çağırıb, çox mehribananə söhbət başladı. İ.Musabeyov.
MEHRİBANCASINA : Azerbaijani Explanatory Dictionary
zərf Mehribanlıqla,
dostcasına, semimiyyetle. Mehribancasına qəbul etmək.
MEHRİBANÇILIQ : Azerbaijani Explanatory Dictionary
dan. bax mehriban-
lıq. [Memmedhesen emi:] İş düz gətirməz, ortalıqdan mehribançılıq götürülər. C.Mem-medquluzade. [Keble Recebeli:] Dünyada mehribançılıqdan gözəl şey yoxdur. Ə.Haq-verdiyev. [Qulu:] [Yusifin] xasiyyəti və meh-ribançılığı məni özünə qul edibdir. N.Neri-manov.
MEHRİBANLAŞMA : Azerbaijani Explanatory Dictionary
"Mehribanlaşmaq"-
dan f.is.
MEHRİBANLAŞMAQ : Azerbaijani Explanatory Dictionary
f. Mehriban olmaq,
dostlaşmaq, ünsiyyet bağlamaq. Bakıdan gə-lən arvad
4 gün kəndimizdə qalıb, bəzi ar-vadlarla lap mehribanlaşdı. Qantemir.
.Sülh zamanı qaraqabaq olanlar belə mehriban-laşır, bir-birinə təsəlli verir. Ə.Əbülhesen.
MEHRİBANLIQ : Azerbaijani Explanatory Dictionary
is. Münasibetde xoşluq, semimilik, xoşreftarlıq, dostluq, mehriban münasibet. Mehribanlıq görməyib bir məh-liqadən küsmüşəm; Gündə yüz al eyləyən qəlbi qəradən küsmüşəm. M.P.Vaqif. Meh-ribanlıq beşiyimdir; Yerim bağça, yurdum bağdır; Alnım açıq, üzüm ağdır. S.Vurğun. □ Mehribanlıq etmək (qılmaq)
mehri-ban olmaq, semimilik göstermek, xoş mü-nasibet göstermek, yaxınlıq etmek. çün ol sənə qıldı mehribanlıq; Yaxşılığa eyləmə ya-manlıq. Füzuli.
MEHRLƏNMƏ : Azerbaijani Explanatory Dictionary
"Mehrlenmek"den f.is.
MEHRLƏNMƏK : Azerbaijani Explanatory Dictionary
f. Mehr salmaq; alışmaq, isinişmek.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani