Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
XOŞQILIQLIQ : Azerbaijani Explanatory Dictionary

is. Xoşxasiyyetlilik, xoş-reftarlrq.

XOŞLAMA : Azerbaijani Explanatory Dictionary

"Xoşlamaq"dan f.is.

XOŞLAMAQ : Azerbaijani Explanatory Dictionary

f. Zövqüne uyğun geldiyi üçün beyenmek, xoşuna gelmek, üreyine yatmaq. [Gülçöhre:] Bəs sən məni bir kərə görməklə xoşladın? ü.Hacrbeyov. [Murad]
Nigarı daha kiçik bir qız ikən xoşlamışdı. S.Hüseyn. // Xoşu gelmek, sevmek, istemek. [Doktor Qebzibey:] Siz hamınız bilirsiniz və görürsünüz ki, mən atı çox xoşlayanam. C.Memmedquluzade. Bayquş xaraba, gecə-quşu qaranlıq sevən kimi, xain adamlar da xəlvəti xoşlarlar. M.İbrahimov. Balaca Kamal nənəsinin nağıllarını çox xoşlardı. M.Rzaquluzade.

XOŞLANDIRMA : Azerbaijani Explanatory Dictionary

"Xoşlandrrmaq"dan f.is.

XOŞLANDIRMAQ : Azerbaijani Explanatory Dictionary

f. Xoş ehval-ruhiyye yaratmaq, sevindirmek, ferehlendirmek, üreyini açmaq. [Altunbay Solmaza:] Mən də səni daha artıq xoşlandırmaq üçün [El-xanrn] füsunkar dilini dibindən kəsdirib atdıracağam. C.Cabbarlr. // Memnun ve razr etmek, hezz vermek, lezzet vermek.

XOŞLANMA : Azerbaijani Explanatory Dictionary

"Xoşlanmaq"danf.is.

XOŞLANMAQ : Azerbaijani Explanatory Dictionary

f. Baxrb hezz almaq, üreyi açrlmaq, sevinmek, fereh duymaq. Qızın ala gözlərini, şümşad barmağını görən Kəblə Xeyransa xala çox xoşlanır. H.Sarabski. Qayınatasının son sözündən Zöhrə də xoş-lanmışdı. Ə.Veliyev. // Xoşu gelmek, mem-nun olmaq, xoşnud olmaq, üreyine yatmaq. O qədər xoşlanıram tüstüsü çıxcaq kababın; Ac pişik tək cumuram şövq ilə birbaşa ətə! M.Ə.Sabir. [Əbülhesenbey:] Səttar xanın bu söhbətdən xoşlanmadığını hiss etdim.. M.S.Ordubadi. Bilikli şagirdlərdən; Müəl-lim çox xoşlanır. M.Seyidzade.

XOŞLANMALI : Azerbaijani Explanatory Dictionary

sif. Sevinmeli, ferehlen-
meli, şadlanmalr; xoş, ferehli. [Cahan:] A balam, ağlamalı günlər keçdi, indi isə sevinməli, xoşlanmalı günlərimiz gəlibdir! Ə.Haqverdiyev.

XOŞLƏHCƏ : Azerbaijani Explanatory Dictionary

sif. [fars. xoş ve ər. lehce] klas. bax xoşkəlam. Müdir Fəxrəddinə mü-raciət edib dedi:
Qurban olum, bu qızı da-nışdırın, çox xoşləhcə qızdır. M.S.Ordubadi.

XOŞLIQA : Azerbaijani Explanatory Dictionary

sif. [fars. xoş ve ər. liqa] klas. bax xoşsurət(li). [Letif şah:] Pəridən xoşliqa, qılmandan əla; Məlayikdən gördüm lütfkar səni. "Letif şah". [Tülkü qarğaya:] Nə gözəlsən, nə xoşliqasən sən; Yeri var söyləsəm:
hümasən sən. M.Ə.Sabir.

XOŞLUQ : Azerbaijani Explanatory Dictionary

is.
Xoşa gelen, lezzet veren şeyin halr, xoş tesir. Havanın xoşluğu.
Havada xəfif bir sazaq var idisə də, yazın
.
ilk yeli bu sazağa bir xoşluq verirdi. çemenzeminli. Aydınlığın xoşluğunda; Nə gözəlsən, sonam dəniz! R.Rza. // Melahet, gözellik; göze, qulağa gözel tesir bağrşla-yan, üreyeyatan. Müğənninin səsinin xoş-luğu. // Xoş ehval-ruhiyye, şenlik, fereh. □ Xoşluq gətirmək
fereh getirmek, se-vinc getirmek. Bəndalı həmişə evə gələndə bir şənlik, xoşluq gətirərdi. Mir Celal.
Xoşluqla şeklinde zərf
öz xoşu ile, yaxşrlrqla, öz razrlrğr ile; qalmaqalsrz, zor-suz. Xoşluqla qəbul etmək.
[Əsger:] [Gül-çöhre] xoşluq ilə ərə getməyə razı olmadı... ü.Hacrbeyov. [Müellim:] Siz də mövqeyi-nizi xoşluqla buraxmaq istəməyəcəksiniz. S.Hüseyn. [General:] Xoşluqla etməsə, nə gəlib zora? Biz ki gəlməmişik xoşluqla bura! B.Vahabzade.
◊ öz xoşluğu üçün
özüne xoş olmaq üçün, öz seadeti üçün, öz xeyri üçün. Oz xoşluğu üçün dünyalarca cinayətlərə səbəb olan bu adam, öz əməllərinin cəzasına çat-dırılmışdı. P.Makulu.

XOŞMƏZAC : Azerbaijani Explanatory Dictionary

sif. [fars. xoş ve ər. mizac] bax xoşxasiyyət(li). Yüngül hərəkətli, xoş-məzac Zəfərin görünüşü də xeyli dəyişmişdi, o arıqlamışdı. M.Süleymanov.

XOŞNƏVİS : Azerbaijani Explanatory Dictionary

sif. [fars.] köhn. Yaxşr xetti olan; xettat.

XOŞNlYYƏT(Ll) : Azerbaijani Explanatory Dictionary

sif. [fars. xoş ve ər. niy-yet] Niyyeti, meramr, meqsedi yaxşr olan; üreyinde kin, qerez olmayan, üreyitemiz. Novruzəli və usta Zeynallar daxilən çox təmiz və xoşniyyət adamlardır. M.İbrahimov.

XOŞNİYYƏTLILIK : Azerbaijani Explanatory Dictionary

is. Xoş, gözel niyyet, yaxşr meqsed güdme, yaxşrlrq etmek niy-yetinde olma; üreyitemizlik.

XOŞNUD : Azerbaijani Explanatory Dictionary

sif. ve zərf [fars.] Razr, mem-nun. Sən pozmusan mənim xoşnud halımı; Abbas sana nə edib, tanrı zalımı? "Abbas ve Gülgez". [Ferman:] Bircə de görüm, əmim ağa ilə qohum olmaqdan xoşnuddurmu? Ə.Haqverdiyev. [Araz ve Güneş] hər şeydə qənaətkar, hər zaman həyatlarından məm-nun və xoşnud görünürlərdi. A.Şaiq. [Şah:] Sizi məşrutəçi cavanlar göndəriblər, mən də xoşnudam ki, məmləkətdə belə zəki cavanlar tapılır. C.Cabbarlr. □ Xoşnud etmək
razr salmaq, memnun etmek. Keçmiş vaxtlarda teatr işlərimiz və teatr nümayişlərimiz məni o qədər məmnun və xoşnud eləməzdi, nə qədər ki indi eləyir. C.Memmedquluzade. Xoşnud olmaq
razr düşmek, memnun olmaq. Məndən təki ol xatirin olsun xoşnud; Şadəm ki, salır fələk bu zindanə məni. S.Ə.Şirvani. [Derviş:] Bu dəliqanlılar məni dərdimin üstündə doğrayıb itlərə atsaydılar, baxtımdan çox xoşnud olardım.. A.Divan-beyoğlu. [Reşid:] Anası xoşnud olur, zira nə qədər Qurbanquluya təklif etmişdisə də, rədd cavabı almışdı. T.Ş.Simurq.

XOŞNUDLUQ : Azerbaijani Explanatory Dictionary

is. Razrlrq, memnunluq;
razr düşme. Xoşnudluğundadır nəcatım; Ey mənşəi-cövhəri-həyatım! Füzuli. Bir tərəf-dən, sağ-salamat sahilə çıxmış olduqların-dan doğan xoşnudluq, o biri tərəfdən, taleyi üçün məsul olduğu bölüyü tezliklə topla-yaraq artıq limandan uzaqlaşan batalyonu təqib etmək lazım gəldiyi fikri leytenantı dərhal özünə gətirdi. Ə.Əbülhesen.

XOŞNUDSUZLUQ : Azerbaijani Explanatory Dictionary

is. Narazrlrq, memnun-
suzluq. Qadın o saat dəyişildi, gözəl dodaq-ları büzüldü, qaşlar qalxdı, üzündə bir xoş-nudsuzluq ifadəsi duyuldu. çemenzeminli.

XOŞRƏFTAR(LI) : Azerbaijani Explanatory Dictionary

sif. [fars.] Gözel ref-tarlr, adamlarla yaxşr reftar eden; ünsiyyet-li, mülayim. Cavahir xanımdan aldığı həzz xanın çöhrəsində həkk olunmuş daimi qəzəb izlərini silib aparmış, onu xoşrəftar, müla-yim bir süfrə sahibinə çevirmişdi. çemenze-minli. Fatma ağıllı, xoşrəftar bir arvad idi. S.S.Axundov.

XOŞRƏFTARLIQ : Azerbaijani Explanatory Dictionary

is. Xoşreftar olma, ref-tarr yaxşr olma; ünsiyyetlilik, reftarda mü-layimlik, münasibetde xoşluq, yola getme, ünsiyyet. Bu (
ci il) polojeniyanın hökmüncə
. hər iki sinfin (rəiyyətin və ağaların) mabeynində guya bir növ sülh və xoşrəftarlıq binası təsis olundu. F.Köçerli.

XOŞRƏNG(Lİ) : Azerbaijani Explanatory Dictionary

sif [fars.] Xoşagelen rengi olan, rengi xoş olan. Xoşrəng parça. Xoşrəng üz.
Hava gözəl olduğundan Gülzarın yanaqları daha da xoşrəng olub duru-al bir rəng almışdı. C.Cabbarlr. Dilbərin zülfi şəbi-yelda, cəmali çilçıraq; Ləbləri xoşrəng, vəsli abidar olsun gərək. M.Möcüz.

XOŞSƏS(Lİ) : Azerbaijani Explanatory Dictionary

ax xoşavaz(lı).

XOŞSƏSLlLlK : Azerbaijani Explanatory Dictionary

ax xoşavazlıq.

XOŞSlFƏT(Ll) : Azerbaijani Explanatory Dictionary

sif. [fars. xoş ve ər. sifet]
Gözel, göyçek, xoşsima, qanrşirin. Abbas uzunboylu, nazikbədən, ağbənizli, alagözlü, xoşsifət bir uşaq idi. S.S.Axundov. Mən geri çəkilib, bu xoşsifət qadına müdirin stoluna yaxın durmaq üçün yol verdim. T.Ş.Simurq.
məc. Gülerüzlü, xoşreftar, nevazişkar; xeyirxah, semimi. Koroğlu baxdı ki, nal-bənd çox xoşsifət bir kişidir. "Koroğlu". Fərmanı sözün tam mənasında gülərüz və xoşsifət adlandırmaq olardı. Ə.Sadrq. Aslan bu xoşsifət adamları lap ilk gündən sevməyə başladı. S.Veliyev.

XOŞSlFƏTLlK : Azerbaijani Explanatory Dictionary

is.
Xoşsifet adamrn halr.
məc. üzügülerlik, xoşreftarlrq, mehri-banlrq, nevazişkarlrq, iltifat. Otağın rahat və uyğunluğundan, qulluqçunun safdil və gözəlliyindən başqa, student üçün bir ayrı məsələ də var: bu da xanımın xoşsifətliyidir. çemenzeminli.