Azerbaijani Explanatory Dictionary
İŞGƏNCƏLİ : Azerbaijani Explanatory Dictionary
sif. Əzablı, eziyyetli, ağır,
dözülmez; ezab ve eziyyetle dolu. Bizim gözlərimiz önündən uzun, işgəncəli bir in-san həyatı gəlib keçir. M.Hüseyn.
İŞGƏNƏ : Azerbaijani Explanatory Dictionary
is. [fars.] Yarıbişmiş yağlı etin, toyuğun suyu. // Hele cızdaq halına gelme-miş sulu quyruq tikelerinden ibaret yemek. Qovurma, kabab, işgənə, cızdaq iyi küçəni, meydanı, meşəni bürüyürdü. Mir Celal.
İŞGİL : Azerbaijani Explanatory Dictionary
is. məh. dan.
Cefte, qarmaq. [Kosa]
. şüşənin sınıq yerindən əlini içəriyə saldı və işgili tərpətdi. S.Rehimov.
Arabanın qolu ile boyunduruğu birleşdi-ren nazik ağac. // Arabanın tekeri çıxmamaq üçün oxunun ucuna keçirilen ağac parçası.
İŞGİL : Azerbaijani Explanatory Dictionary
is.
Zenn, şübhe, güman.
çetinlik, manee, engel, çetin veziyyet. Işgildən çıxmaq. □ İşgil olmaq (törətmək)
- mane olmaq, engel yaratmaq. Işgil törət-mək onun köhnə peşəsidir. İşgilə düşmək
- çetinliye, çetin veziyyete düşmek. İşgilə salmaq
engele salmaq. Ol badəni kim, əqlimi başdan aparıbdır; Sandın məni, mən sadədili işgilə saldın. Qövsi.
məc. çatışmazlıq, nöqsan, engel. [Mir-ze Dadaş:] Camaat, görürsünüz ki, bu oğla-nın başında bir balaca işgil var. N.Vezirov.
İŞGİLBAZ : Azerbaijani Explanatory Dictionary
sif. məh. Hiylebaz, kelekbaz, fırıldaqçı. Işgilbaz adam.
İŞGİLLƏMƏ : Azerbaijani Explanatory Dictionary
"İşgillemek1"den f.is.
İŞGİLLƏMƏ : Azerbaijani Explanatory Dictionary
"İşgillemek2"den f.is.
İŞGİLLƏMƏK : Azerbaijani Explanatory Dictionary
f. məh. İşgil salmaq, işgil
keçirmek. Arabanı işgilləmək.
İŞGİLLƏMƏK : Azerbaijani Explanatory Dictionary
f. Bir işin düzelmesine
mane olmaq, engel töretmek, per qatmaq.
İŞGİLLİ : Azerbaijani Explanatory Dictionary
sif. məh. İşgili olan, işgille bağ-lanmış, ceftelenmiş. Işgilli qapı.
İŞGİLLİ : Azerbaijani Explanatory Dictionary
sif. Əngelli, çetin, şübheli. Iş-gilli iş.
İŞ-GÜC : Azerbaijani Explanatory Dictionary
ax iş 1 ve
cü menalarda. Oğul, işin-gücün bu vaxtında bilmirəm ge-dim, necə gedim, getməyim, necə getməyim. "Aşıq Əlesger". [Hacı Murad:] Oğul,
. yenə irəliki kimi işə-gücə get. S.S.Axundov. Deyib-danışaram şümşad boyundan; Işindən-gücündən, təzə toyundan. M.Rahim. □ İşdən-gücdən eləmək
avara qoymaq, işinden ayırmaq. İşdən-gücdən olmaq
- her hansı bir sebebe göre işinden avara olmaq, işini buraxmağa mecbur olmaq, heç bir iş göre bilmemek. [Qulu:] Bu da kasıb oğlandır, neçə gündür işdən-gücdən olub-dur. N.Vezirov. İşə-gücə yaramaq
xeyir vermek, kömeyi deymek, kara gelmek, işe yaramaq. Bu zaman üç oğlundan heç birisi nə
. toxum daşıyır, nə də bir saxsı su gətirib işə-gücə yarayırdı. S.Rehimov. İşini-gücünü buraxmaq
heç bir işle meşğul olmamaq, işinden el çekmek, avaralanmaq. [Əsed bey:]
.Gələn gündən işin-gücün buraxmış, bir tüfənglə ora-buranı gəzir. C.Cabbarlı.
İŞGÜZAR : Azerbaijani Explanatory Dictionary
sif.
Bacarıqlı, işbacaran, işde tecrübesi olan. Işgüzar müdir.
Burada gözə dəyən hər şey otaq sahibinin işgüzar bir adam olduğunugöstərirdi. M.Hüseyn. Əbil.. Mux-tar Zeynalovu işgüzar və gözütox bir adam kimi tanıyırdı. Ə.Veliyev. [Nuriyye:] Sədriniz
işgüzar adama oxşayır. İ.Əfendiyev. // Zeh-metseven, işleyen, işcil, işlemeyi seven, teşebbüskar. Qoçaq və işgüzar qızlardan olduğuna görə, qayınatası Mələkdən əl çəkməyib on üç yaşından kiçik oğluna nikah etdi. A.Divanbeyoğlu. Küçə sürətlə ora-bura gedən işgüzar adamlarla dolu idi. S.Rehman.
Əmeli ehemiyyeti olan, iş üçün faydası olan; ciddi. Işgüzar səfər. Konfrans işgüzar (z.) şəraitdə keçdi.
[Mayor:] Cavanşir bəy-lə işgüzar söhbətimiz var. Ə.Memmedxanlı.
İŞGÜZARLIQ : Azerbaijani Explanatory Dictionary
is. İşgüzar olma; zehmet-severlik, işcillik, teşebbüskarlıq, bacarıqlılıq. Bülənd zarafatyana otağa rişxənd etməklə bərabər, anasının belə işgüzarlığına təəccüb etmişdi. Ə.Əbülhesen. Işgüzarlıq mühüm iradi keyfiyyətlərdən biri olub, başlanan hər hansı bir işi
. tədriclə, ardıcıl olaraq axıra qədər icra etməkdir. "Psixologiya oçerkleri".
İŞGAL : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Her hansı bir dövletin herbi qüvveleri terefinden başqa dövletin torpağının tutulması. Aprel işğalı.
Azər-baycan Atabəylərinə məxsus torpaqlar ta-mamilə xarəzmlər, Iraq və iranlıların işğalı altında idi. M.S.Ordubadi. □ İşğal etmək
1) tutmaq, zorla soxulmaq. özgənin tor-paqlarını işğal etmək; 2) köhn. meşğul et-mek. Əski xatirələr fikrimi işğal etmişdi. S.Hüseyn. Məcidin təbrik etməyi Nadiri bir az düşündürdüsə də, amma qəlbini işğal edən hissiyyatın bu tezliklə bu rəngə girmə-sinə
. əhəmiyyət vermədi. B.Talıblı.
İŞGALÇI : Azerbaijani Explanatory Dictionary
is. özge torpaqlarını zorla tu-tan, işğalçılıq siyaseti yeriden (adam, dövlet ve s.). Yadelli işğalçılara qarşı mübarizə aparmaq.
[Uluq bey:] Elə dərs verərik iş-ğalçılara; Bir də üz çevirməz bu şən diyara. A.Şaiq. Azərbaycan xalqı heç bir zaman yadelli işğalçılara boyun əyməmiş, heç bir zaman öz mənliyini, öz milli vüqarını itir-məmişdir. İ.Əfendiyev.
İŞGALÇILIQ : Azerbaijani Explanatory Dictionary
is. İşğal siyaseti yürütme; istilaçılıq. Işğalçılıq siyasəti.
İŞIĞADAVAMLI : Azerbaijani Explanatory Dictionary
sif. İşığın tesiri ile de-yişmeyen, işıq tesir etmeyen, işıqdan qorx-mayan. Işığadavamlı boyalar (rənglər).
İŞIĞADAVAMLILIQ : Azerbaijani Explanatory Dictionary
is. İşığadavamlı şe-
yin hal ve keyfiyyeti. Rənglərin işığada-vamlılığı.
İŞIĞAHƏSSAS : Azerbaijani Explanatory Dictionary
sif. İşığa hessas olan, işıqdan tesirlenen. Işığahəssas kağız. Işığa-həssas sinirlər.
İŞIĞAHƏSSASLIQ : Azerbaijani Explanatory Dictionary
is. İşığa hessas olma
xassesi, işığa hessas olma.
İŞIQ : Azerbaijani Explanatory Dictionary
is.
Ətrafı işıqlandıraraq, onu gözle görünecek hala salan şüa enerjisi; nur, ziya. Gün işığı. Ay işığı. Lampa işığı. Fənər işığı. Işıq şüası.
Yağışın arasında küçələrdə ya-nan elektrik işıqları tutqun bir ziya nəşr edirdilər. S.Hüseyn. Şam işığında bir dəstə kefli Cumanın nəzərini cəlb etdi. Ə.Əbülhe-sen. Qapı aralandı və içəridən ağ qarın üs-tünə sarımtıl-qırmızı bir işıq zolağı düşdü. Q.İlkin. □ İşıq almaq məc.
1) qüvvet al-maq, ilham almaq; 2) daha qüvvetli işıq menbeyi vasitesile işıqlanmaq. Huri, mələk ola bilməz sənə tay; Işıq alır camalından ərşdə ay. Aşıq Mirze. İşıq olmaq
işıqlan-maq, nurlanmaq. Söz deyən aşiq oldu; Elə yaraşıq oldu; Bu gün yar bizə gəldi; Evimiz işıq oldu. (Bayatı). İşıq saçmaq
şüalan-maq, etrafa işıq vermek, işıq yaymaq. Tində yanan bir fənər ətrafa zəif işıq saçırdı. S.Rehman. İşıq salmaq
1) işıqlandırmaq, nurlandırmaq. On dörd gecəlik ay qayalara işıq salıb, vahiməli kölgələr təşkil edirdi. H.Nezerli. Bəzən olur həyatımın dağlarını duman alır; O gün sənin titrək laylan yolla-rıma işıq salır. Ə.Cavad; 2) parıldamaq, şe-feq saçmaq, berq vurmaq. Uzüyün qaşı işıq salır.
[Salamov:] Bunlar [brilyantlar] baş-qa şeydir, əntiqə şeydir, qaranlıqda işıq sa-lır. C.Cabbarlı. İşıq vermək
1) işıqlandır-maq, işıq saçmaq, nurlandırmaq. Ay doğdu işıq verdi; Yara yaraşıq verdi; Sinəndən do-ğan ulduz; Gözümə işıq verdi. (Bayatı). [Perşan] göylərin axşam parıltısında halə-lənmiş ay kimi işıq verirdi. M.İbrahimov; 2) məc. qüvvet vermek. Milyonların gücünü bir məqsədə yönəltdin; Işıq verdin gözünə, qüvvət oldun qoluna. R.Rza. İşıqdan düş-mək
1) işığı azalmaq, parıltısı sönmek, zeiflemek. Dan yeri yenicə sökülürdü,
. ay və ulduzlar günün parlaq şüaları qarşısında işıqdan düşüb, sönük bir halda gözdən itir-dilər. çemenzeminli; 2) qüvvetden düş-mek, zeiflemek (göz haqqında).
Günün her hansı bir vaxtı üçün seciy-yevi olan aydınlıq. Gündüz işığı. Sabah işığı. Axşam işığı (alaqaranlıq). // Dan yeri, şefeq. Sabahın işığı süzdü içəri; Dostlara göstərdi doğan səhəri. M.Rahim. Ufiüqdə səhər şəfəqinə bənzər bir işıq parıldayır. M.Rzaquluzade.
Lampa, fener, şam ve s. işıq menbeyi menasında. Işığı yandırmaq. Işığı keçirmək. Işığı irəli tut.
Nüşapəri xanımın ürəyinə şək damdı, işığı tutub, ona tərəf üz qoydu getməyə. (Nağıl).
.Otağımdakı işığı keçi-rəndə xəfif qırmızı bir parıltının pəncərə şüşələrində titrədiyini görürdüm. Ə.Mem-medxanlı.
İşıq çıxan yer, işıq yer, işıq düşen yer, işıqlanmış yer. Dalı işığa tərəi durmaq. Dərmanı işığa qoyma.
məc. Ağ gün, aydınlıq, xoşbextlik, fe-reh menasında. Işığa çıxasan.
məc. Maarif, medeniyyet, ürfan, tereq-qi menasında. Indi gənclik Bakını sevir. Indi Bakı onlar üçün işıq və bilik mənbəyi ol-muşdur. M.Hüseyn. Işıq, nur mənbəyi gözəl yurdumuz; Getdiyin yollara nurlar səpələr. N.Refibeyli. □ İşıqdan qorxan
maarif-den qorxan, maarif düşmeni, tereqqi düş-meni; cehaletperest.
.Işıqdan qorxan və millətin ayılmağından xoi və əndişə edən mülkədar, bəylərin və ağaların mərhəmə-tindən [kend camaatı] bir növ əxlaqsız olub-lar. F.Köçerli.
məc. Aydınlıq, temizlik menasında.
Dağlar başı işıqdır; Gün dağa yaraşıqdır;
Qaynanam məni sevmir; Oğlu mənə aşıqdır.
(Bayatı).
◊ İşığı düşmək
çox gözel, göyçek, ağ-beniz qadın (qız) haqqında. Qız o qədər gö-zəldi ki, işığı düşürdü çəmənə, qazlar ürküb otlaşmırdılar. (Nağıl). İşıq müalicəsi
işıq şüalarının (güneş, ya süni işıq menbeyinden çıxan şüaların) müalice meqsedi ile tetbiqi. İşıq siqnalı
işıq vasitesile verilen siqnal, işare. İşıq üzü görməmək işıq üzünə həs-rət qalmaq
daima qapalı bir yerde oturub, açıq havaya çıxmamaq, ya çıxa bilmemek. Göz verib işıq verməmək
bax göz. Gö-zünə işıq gəlmək
bax göz.
İŞIQHAİŞIQ(DA) : Azerbaijani Explanatory Dictionary
zəri Dan yeri sökül-
meye başlayanda, hava işıqlaşmağa başla-yanda. Işıqhaişıqda qara damın hisli baca-sından içəri işıq düşdü. S.Rehimov.
İŞIQLANMAQ : Azerbaijani Explanatory Dictionary
İŞIQLANDIRICI sii. Ətrafı işıqlandıran,
süni işıqlandırmağa mexsus. Işıqlandırıcı cihaz. Işıqlandırıcı raket.
İŞIQLANDIRILMA : Azerbaijani Explanatory Dictionary
"İşıqlandırılmaq"dan i.is.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani