Turuz Dictionary
SÖYÜŞ : Turuz Dictionary
gah sözündə seviş, gözündə söyüş, gah sözündə söyüş, gözündə seviş. biləməm gözə biləməm sözə inanım. (söyüş: nifrət)
SÖYÜŞ : Turuz Dictionary
bilmirəm yanlış tuxum, yanmış yerim, ya bilmədim becərməgin, əkdim seviş, bişdim söyüş
SÖYÜŞ : Turuz Dictionary
gah sözündə seviş gözündə söyüş, gah sözündə söyüş, gözündə seviş.biləməm inanım, biləməm qınanım. (söyüş: nifrət)
SÖYÜŞ : Turuz Dictionary
nifrət.
sevişlə söyüş birgə doğur, dirgə yaşır. (dirgə: digər. ayrı). (sevişlə söyüş: eşqlə nifrət)
SÖYÜŞ : Turuz Dictionary
seviş.
eşq.
söyşüm mənim: eşqim mənim.
yaşam söyşü.
məhəbbət. mehr..¶-söyüşlə (eşqlə) açılan dil, söğüşlə qapanmaz
SÖYÜŞLƏMƏK : Turuz Dictionary
sövüşləmək. sovuşlamaq. sağuşlamaq. sevişləmək.
ağırlamaq. əzizləmək.
soyuşlamaq. kimsəni ağırlamaq üçün sağuş, soyuş, soğuş (bəslənmiş davar) kəsmək
SÖYÜŞLÜ : Turuz Dictionary
sevişli. eşqli.
söyüşlü gözlər.
söyüşlü yaşam
SÖYÜŞMƏK : Turuz Dictionary
aşiq olmaq
SÖYÜŞMƏMƏK : Turuz Dictionary
aşiq olmamaq
SÖYÜŞQƏP : Turuz Dictionary
söyüşgəp. süyüşgəp. sügüşgəp. süvüşgəp. sevüşgəp. sevəgən. sevən. sevgili
SÖYÜŞÜN : Turuz Dictionary
-sevişlə söyüşün kökü birgə, vay ikincinə tutulan!. (sevişlə söyüş: məhəbbətlə nifrət)
SÖYÜTLÜQ : Turuz Dictionary
-yanan düzlük söyütlük, ölən sığır süytlük (olar)
SÖYÜTMƏK : Turuz Dictionary
söz vermək. qovl vermək
SÖZ : Turuz Dictionary
gələçi. gələç. ləfz.
gələçi. gələç. sözləm. ibarət.
gələçi. gələç. qonuşma. danışma. nıtq.
gələçi. gələç. dil.
gələçi. gələç. söyləyiş.
luğət. kəlmə. hərf. vajə.
qızmar ayın istisi, ovad yerin tüstüsünə söz olmaz. (qızmar ayın: yayın). (ovad > abad).
aydılmadıq söz yox, eşidilmədik söz çox.
aydılmadıq söz yox, eşidilmədik söz çox.
çıxarlılar çıxar yolun tapallar, iş bilənlə söz qanan, atın minib çaparlar.
söz çıxdısa ağızdan, geri girməz bayırdan.
doslar olar üç qollu, dilək, çörək, can yollu. diləkçini xoş söz ilə danışdır, çörəkçini bir çörəklə barışdır, can yolluya varınca, saxla onu özünlə, qoru canın gözünlə. (qollu: çeşitli).
sözlənəndən söz dinlə, sözləyəndə az sözlə.
aydılan söz, aydılacaq sözün qaynanası. (aydamaq: ayıtmaq: demək).
kişi gizli söz atda, sözdə gizli dil altda.
körpü üsdə yol üsdə söz verənə inanma.
söz, yol açar, iş açmaz. (açmaz: çözməz).
deşən, sökən nəmə, söz: söğüş. doşnam (fars) < deşnam. yaman.
söz dinləməmək: keçiləşmək. inadı tutmaq. girtişmək. kitrişmək.
söz törətmə. söztörəti. sözürəti. kəlmə sazi. (törəti: sazi).
uzağ yoldan, yaxın könüldən söz salmaq: yanıx yanıx, dərdli dərdli danışmaq.
söz yaladan, çatdıran: yalavac. (peyamrəsan. peyğambər).
yaş küyməz, yalavac ölməz demə: yaş yanmaz demə, elçi ölməz demə.
təkiz söz: açıq söz. ( təkiz: gizi qatlağı, ivi bükü olmayan. açıq aşqar olan).
dal söz: iti söz. (dal: lüt. boş. çıplaq).
əğib, kifir söz: suyuğ gəp. (suyuğ: pis. pozuq. iğrən).
suyuğ söz. (suyuğ. bayat. mübtəzəl. ).
bəğənilməz söz: suyuğ söz: (suyuğ: boş. etgisiz. təsirsiz).
təkiz söz: doğru, açıq söz. {təkiz: təksi. dəhsi. ( < dənğ)}.
söz sav, danışıq gücü, bilşi olan: sözəvər. sözəbar. sözəbal. sözəmal. aytğan. çeçen. (suxəndan. suxənvər).
yer tutmaz söz: quru söz: boş söz.
dərəbəyi söz: gobud, boş, çox yüksəkdən satılan söz.
anlamı bütün, tam olan tümlə, birikmiş söz: söyləm. qoylam. qoydam. cümlə. ibarət.
söz toslavı: söz dağarcığı, məxzəni.
söz demək: sözləmək. danışmaq.
söz sav, danışıq gücü, bilşi olmaqlıq: sözəvərlik. səzəbarlıq. səzəballıq. səzəmallıq. aytğanlıq. çeçenlik. (suxəndanlıq. suxənvərlik. soxəndanlıq. ).
bir anlaşılmazlığı gidərmək üçün söylənən deyim, söz: sözüm sözüvə, suyum suyuva.
söz arası çatdırmaq: sürtmək. söyləmək.
o gün sürtdüyüm söz yadındamı.
aydılmadıq söz yox, eşidilmədik söz çox.
aydılmadıq söz yox, eşidilmədik söz çox.
bilirsen, bir söz de! seni örnək saysınlar, bilmeyiren sus, seni adam sansınlar.
basma qalıb, öğrətilmiş söz: soxdurulan, uydurulan sav, söz: soxsav. (sox sav).
aydılan söz, aydılacaq sözün qaynanası. (aydamaq: ayıtmaq: demək).
yeni söz, xəbər: süfdə. savda. savat ( < savmaq).
savdanız nə.
çoxdandı ondan savat ətərim yox.
önsöz: tanışdırış. tanşıtış. tanıtım. müqəddimə. mədxəl. mətlə. dibaçə.
uşaq sözü.
anlamsız, tutarsız söz.
oğşaq, qoğşaq söz. dediqodu.
eşşəyi durdurma istəkdə deyilən söz: tüş tüş. tuş tuş. hoş hoş.
tınım (nəfəsim.
dinim: səsim) daha uçuğdu, söz deməyə gücüm yox.
söz yoruğu: söz təfsiri, təbyini.
söz tutmayan: yuağız. ağzı yufa. ağzı açıq, yırtıq. ağzı göyçәk yüngül, yersiz danışan.
düzəlmə, qondarma, yonma söz: yasma söz.
bir konuda çox danışmaq, çox söz edmək: qaqalamaq. qaqlamaq
SÖZ : Turuz Dictionary
-(kar dümsüklə, dürtüklə söz dinlər).
ağır qulaq baş ağrıdar, sağır qulaq göt. (sağır
kar). (ağır qulaq: söz dinləməz, öğrəşməz).
oturaqlı iş, söz: tam yerində, doğru yapılan, söylənmiş olan. (oturaqlı: tam yerində olan, olunan nərsə)
sözçü köçər sö
SÖZ : Turuz Dictionary
qovl.
söz ver: qovl ver.
söz vermişidin: qovl vermişidin
oğan söz başı. (oğan: olğan. hər).
alver dosluq götürməz, bütöv ağız hər bir söz ötürməz.
eşitməsə söz qulaq, başı olar kor ulaq.
doğru amac yalan yolla çatılmaz, heç bir yaxşı, bir söz ilə atılmaz.
kimsələrlə qonuşmağa söz tapmaz, kimsələrlə qonuşmağı son tapmaz. (son tapmaz: son bilməz)
söz yetirər, iş bitirər.
sözçü köçər söz qalar, sönmüş oddan kül qalar.
köpüt söz: yekə, ağır söz.
ömür qıssa söz qalar, odun yanar köz qalar, közdə yerin kül alar.
quru, boş söz: qoturuq. qatırıq. qozağı. zayvax. qarıldaq. qırıldaq. pıtırdaq. qurqur. qavur. qapur. tullantı. kürüntü. guruntu. axal. çöpül. külsük. pusuq. püsürtü. süpürtü. sandıraq. yavağ. laf.
sevən olsa açıq göz, sonrasına olmaz söz.
oxşayıcı söz: kompiliman
söz qılındım: və'də verdim.
bu gecədə gəlməsə gütqünmnin artıq sonğu deb, söz qılındım öz özümqə, şaşma ol gəlqusi deb. (şaşma: zənn edmə. başqa xiyal edmə). (qəlqusi: gələsi)
vermө söz tutmayacaqsan bilisənki sorağın, biçinin vardı səninsə iti saxla orağın.
söz verib tutmayasan çox mandır, nə gözəlki veribən kəndi sözündə durasan.
yalnız duymaq kəndini, yalnızlıqdan aşa güc, söz veribən tutmamaq, söz verməkdən qata güc. (aşa: qata. qatı)
yarın könül, arın ürək diləyim, dadlı bir söz duya istər ürəyim. (yarın: açıq. ışıqlı)
anlatan köçər, söz qalar. (anlatan: ravi)
sevgini övməyə yaranmamış bir söz, ən böyük söz yansıtır ən kiçik parçacıq dağdan
SÖZ : Turuz Dictionary
-orınlı söz ox dələr. (orınlı söz: yerinə düşən söz. yerini tapan söz).¶-'sözün düzü', 'düz söz' ilə çəlişdə. (çəlişdə: çələngdə. savaşda).¶-söz baylığı dil görkü, tuğra sözlük ər görkü. (görkü: göyçəkliyi). (tuğra: doğru).¶-yolağıyam ol kişiki söz qana. (yolağıyam: qurbanıyam).¶-soyuq söz ürəyə yetməzdən buza dönər, sıcaq söz boza. (boza: şəraba. məlhəmə).¶-dili yalan görməmiş, əli kötüyə çalınmamış, kötü söz qulağına sürünməmiş. (sürünmək: çalınmaq).¶-qanmazı dinlə, qanandan söz eşit.¶-yürüş bilməz, yol pozar, gəpiş bilməz söz pozar.¶-alğısöz: dibaçə. müqəddimə.¶-aytılan söz yığılmaz, atılan ox tutulmaz.¶-sürünür qulağa söz, dara baş çəkillir (sürünmək: çalınmaq).¶-yetən yemiş, sapda durmaz, söz dinləməz adam olmaz.¶-söz köz deyil dağlayır, piçaq deyil doğrayır.¶-söz var evdə gəzər, sözdə var eldə.¶-az söz verib, çox bacar. (az: kəm) (söz: və'də).¶-çaxmaq çalınsa od çıxar, söz deyilsə oy çıxar.(oy çıxar: fikir doğar). (çaxsa tütünür, çalsa bilinür). (fikir, dilək bəllənər) (çaxmaq çalınsa (nərsə yansa) tüstülər, söz eşidilsə, dilək, istək bəllənər, anlaşar).¶-gec atılan ox, yersiz aytılan söz. (ox atılmasın gecinə, söz düşsün yerinə).¶-bütün söz: kələki. söyləv. ibarət.¶-aytılan söz, atılan ox.(aytılan: deyilən).¶-iyi söz: eyku. zikri xeyr.¶-kötü söz: geyku. geyində, dalıda deyilən söz. qiybət. qeybət.¶-aytılmaz söz, atılmaz ox yanılmaz. (aytılmaz: deyilməz).¶-qunçə, gülə açar, söz könuldən qaçar, çaxır küpdən uçar.¶-söz yayıldıqca cığır salar, danyırlara yollar açar
SÖZ : Turuz Dictionary
yalın olsa basma ayaq tikənә, beyini kütə , sağır qulaq söz girməz.
söz dinləyən: sözə baxan. əslək. əsnək (əslək < əsmək). köndən. çöndən. yöndən. üzü yola. uzlaş. uysal. başı yumşaq. sığ. kövəgə. kövəg. uyşan. müti'.
söz gürləmək: söz gurlamaq. xətiblik edmək.
dağlar yarmış iş görən, daş qımıtmaz söz gürən. (qımıtmaz: hərəkətə gətirməz).
uyqulanmayıb, yalnız sözdə, kağazda, boşda qalan söz, iş: hördək. ördək.
qaynanadan dadlı söz, könül açan olasılıq gözləmə.
iç söz: ürək sözü. sirr
SÖZ : Turuz Dictionary
gəvəl. gəp.
gəvəl vermək: söz vermək
SÖZ : Turuz Dictionary
gəp.
gəp pul iməs: söz pulda deyil.
söyləş. qonuşma.
yalan söyləş, yaman öyləşə yol açır. (öyləşə
oylaşa. düşüncəyə).
el içrə söz dağılmış ki. (dalığ: şayiə).
biri üçün əsgidici söz olaraqda işləyir: çuşqa. cışqa. cışıq < (qısqa) > qıçqa. cıqqa.
o gədə çuşqanın biridir.
sən qalmamışdın çuşqa!.
duysan yalan birindən, itər güvəncin ona, olsa güvənci sənə, satma yalan söz ona.
omuza yaslama baş, gün acısı keçər gedər, min söz denə birin tutsa yetər gedər. (omuza yaslama baş: boynuvu ciğnivə qoyma).
atılmış ox, deyilmiş söz, savılmış gün qayıtmaz.
başı baş edən dildir, başa qay salan söz. (qay salan
bəla gətirən)
bir yalan söz, yüz doğruyu paslatır.
söz eşidənə: açıqbaşa.
açıqbaşa bir söz
açıqbaşa bir söz (açıqbaşa
söz eşidənə).
sözdən söz, gəpdən gəp çıxar.
başı açan dil olar, qay başlayan söz olar. (qay: bəla)
dil söz ilə tanınar.
söz atmaz: sözünə yiyə çıxar.
qızıl olan pas qapmaz, igit olan söz atmaz.
söz satmaz: sır verməz.
qızıl olan pas qapmaz, igit olan söz satmaz.
karvan ötər yol qalar, kişi köçər söz qalar.
söz qalası, dil qalası. (söz qalır, dilə qala olur)
evrən ötər kişi qalmaz söz qalar, adamlığı söz ışığiylə yaxar.
çoxlar edər söz içdən, içdəkindən iz verməz, dışardakın göstərər, qapındaki bəllənməz.
baş çönürsə daşa, könül susar, dil deməyə söz tapmaz.
piçaq yarar baş qoyar, söz yarırsa baş qoymaz. (söz: dil). (baş qoymaq: baş bağlama. çözmək qoymaq. çözmək qoyan yara toxdamaq üzrə olur)
acı badam, acı söz, biri partlar ağızda, biri çalar qulaqda. (çalar
sancar)
qanana bir söz, yanana bir köz.
söz düşüncənin güzgüsü.
bulqa kişi bir imiylə söz qanar!. (bulqa: anlıq. arif)
danışmağa söz yoxdur, görüşməyə yer yoxdur, baxışmağa üz yoxdur, uzaq qaldın ıraq dur, yaxınçılıq yozluqdur. (yozluqdur: iki üzlülükdür)
söz eşitmək:qulaq asmaq
ansızın anlamın göstərən söz: çıp-çıp gəlib çıp geddi.
söz söyləsən az söylə, iş görürsən çox gözlə. (gəpin az söylə işin çox gözlə).
söz eşidəni öldürməzlər: asılan qulaq, baş asdırmaz.
dərdsiz kişi dәrdli sözün dinləməz, axmaq, sözdən dəğər almaz anlamaz, bulqun bolsan söz anlamın seçərsən. (bulqun: arif)
dış atılsın içi belə sevilsin, söz dışarı, öz içəri keçilsin, tənin bırax, tini belə içilsin.
söz dinlər: söz dinləyən: aşılğan. yumşaq başlı.
söz könüldə doğur, dilimlə çıxır.(könül çaxar dilim yayar)
söz saymazlıq edmək: boşlağlanmaq. səhlənkarlıq edmək.
söz vermə: söz tapşırma.
təntiyə söz vermə, qoluna bel vermə. (təntiyə: təmbələ). (qoluna bel vermə: işinə güvənmə. dayanma). (söz vermə: söz tapşırma). (bel versən işin qalar, söz tapşırsan yerə düşər)
susduğa söz deyilməz.
görən söz satmalar haçan bitəcək, kişi kimi dediklərin edəcək. (dedik
qovl).
hovla yazılmış yaşam, tez qırılan cam üsdə, sevən atar sevənin, bir quruca söz üsdə. (hovla
buğla. buxarla).
iş çağında, söz yerində olsun.
buda bir toxşu, bir söz.
ağıllıda saç durmaz. ağıllılıq keçəllik. (toxşu: bursan. məntiq. fikri sistim). (qızıl yatağ üsdə ot bitməz).
dağı, daşı su pozar, əroğlunu söz pozar. (dağı, taşı su pozar, insan oğlun söz (yalan, böhtan) pozar).
el oğrusuz, ev sözsüz, oğru tutular, söz açılar. (açılar: danışılar).
kişi var söziylə böyür, kişi var sözü böyüdür, kişi var söz böyüdür. (kişi var danışdığı söz, anlam araclı (yararlı, ilə) dəğər bulur, söz yaraldıb, yaşatmaqla özündə yaşadır, kişi var sözün dəğərin açıqlır, sözü yaşadır, kişi var boş sözə önəm qazandırmaqla özün yaşadır).
bacarçıdan iş qalar, sözərindən söz qalar, igid ölər iz qalar, odu sönər köz qalar, karvan köçər yurt qalar. (bacarçıdan: ustaçı. peşəkardan). (sözərindən: bilgədən. çeçendən. xətibdən. ədibdən).
zırnaçının göz nəyinə, anlamazın söz nəyinə.
yazı sənin, dildə sənin söz sənin, yazac alıb öz yazıvı özün yaz, qazac alıb yatlağ sinin özün qaz.
çaq kişi verirsə söz tutanmaz, qırar ilqar, dönər üzün utanmaz. (ilqar: əhd).
göyçək gözəl üz ilə, gözəl göyçək göz ilə, kişi göyçək söz ilə.
duyan qulaq, aydın söz , umaylı el açıq göz. (umaylı
baxtı açıq). (bir elgəni, milləti eşidən qulaq, aydın, açıq, doğru, qarışıqsız, qorxusuz qoxusuz söz, görən göz qurtarar).
kişi var boyun çəkir dara , kişi var söz çəkir sapa.
söz sözü çəkdi yol uzandı, verən olmadı, qol uzandı, ayaq getdi baş usandı, yalan dünya yalan dünya.
susduq kişi söz dinməz. (dinməz: eşitməz).
susduq kişiyə söz olmaz.
doyar qarın göz doymaz, bitər yaşam, söz bitməz.
kahıllara söz doğrusun anlatmaq, bataqlıqda ayaq çalıb batmaqdır.
qulaq ağır, baş ağrıyar, söz dinləməz, çor anqırar. (qulaq sağır, baş ağrıyar) (çor anqırmaq: acınacaqlı səslənmək, haykırmaq, bağırmaq).
qulaqsıza gözsüzə, söz utdurmaq zor olar, qoduq gəlib eşşək gedən çox olar. (utdurmaq
qavratmaq. qandırmaq).
söz anası qulaq, su anası bulaq.
çalısöz: iti söz.
söz atası könül baş. (baş: ağıl).
sözə söz edsən: sözü sözləsən. bəsə bəs edsən. aytışsan. deyişsən.
aytışsan söz çıxar, dürtüşsən göz.
aytışsan söz çıxar, dürtüşsən göz. (aytışsan
deyişsən. sözə söz edsən. sözü sözləsən. bəsə bəs edsən).
baş sınsa börk içində, qol sınsa yenğ içində, söz deyilsə el içində.
dəvə üsdə it qapmaz, qonşu evdə söz qalmaz.
özgə söz verir, öz verməz.
qırmadan sındırır, yaxmadan yandırır, acı öclü azlı kəmli söz atan. (atan: aytan. deyən).
söz var sütlac, söz var qırpaç, söz var gələr keçər, söz var dələr keçər.
anlamsız söz, dənəsiz çöp.
gördüm demək çox söz, görmədim demək bir söz. ("gördüm" demək çox sözdür, "görmədim" demək isə bir sözdür (görəni çox soruştururlar. görmədim deyən, soruşturmalardan qurtulmuş olur).
söz uçar, açıq qulağa qonar.
(pənd. əndərz. nəsihət).
sözüm dinlə.
ardına keç bir söz eşid, aldına keç ikisin. {heç çağun könətilməz kimsə. (könətilməz
razı salınamaz. razı ediləməz)}.
pişməmiş söz yırtıq boğazdan çıxar. (pişməmiş
kal).
yerində söz söyləsən, ötünüşməyə yer qalmaz. (ötünüşməyə
üzr istəməyə).
duzun çoxu yanqı verir, söz dinləməz gora keçir.
sevgi gözdən su içir söz ürəkdən, gözdən ıraq sevgi batar, könül yoksa söz qatar. (qatar: qatlaşar. könlə yatmaz).
sevgi gözdən su içir söz ürəkdən, gözdən ıraq sevgi batar, könül yoksa söz qatar. (qatar: qatlaşar. könlə yatmaz).
sözsüz gerçək olamaz, sözsüz durmuş yaramaz, anlamsız söz gərəkməz, sözsüz anlam olanmaz, anlamlı söz dil qurur, tanrı bu dildən olur.
sözsüz gerçək olamaz, sözsüz durmuş yaramaz, anlamsız söz gərəkməz, sözsüz anlam olanmaz, anlamlı söz dil qurur, tanrı bu dildən olur.
söz danışsan söyləqıl sən başqasın, dinləyən versin könül assın qulaq. (başqasın: ə'lasın).
ütün olsa söz ağızdan çıxılmaz, atlı olsa yük arada qalınmaz.
ərdəmli ol sözün yoxa çıxmasın, yaxşılıqdan yalqu başa çıxmasın, bərk oturub boş yerə söz danışma, qulaq duydu ağzını yum çıxmasın. (yalqu: qanmaz , annamaz).
evrən gözəl dil ilə. (dil: söz). (dedilər var dərmanı minbir, olursa dərdi min, minbirinci dərdivə sözdür gəlir dərmanuva).
günləri yoş ötəver, söz vermisən tutaver, yolun əğri qaydaver, sevdin qulluq edəver, çağun bitər, günün keçər , iş yapmağın yetinməz. (yoş: çağ. xoş. şad).
söz könül açar, bilgi beyin. {uçsa ışıq, ışıqlı göz kor qalır. (uçsa: sönsə). (lap iti görən göz qaranlıqda kor kimidir)}.
yaş ötər, ölüm ötməz, dəmim gələr, dilək çatmaz, əlim yetər, dişim batmaz, ayaq qaçar baş saxlar, ayaq yürür, yol bitirir, söz acısı baş. yalan dünya, yaman dünya.
söz qırıcı: söz xaini.
söyləsən söz qəmbasan söylə açılsın könlümüz. (qəmbasan: qəm dağıdan).
(söz atıb tutmamaq. ilişib keçmək). gözə girib, sözdən qaçmaq.
ağır qəmlər gəpiməyə söz bulmaz.
aytışıqdan söz doğar. (söz danışıqdan keçər). (danışıq, qonuşuq, gəpiş olan yerdə söz, oy gəlişər).
dil çaşırsa söz ölər, solar tini qalar təni , ölümçuluq varlıq olar.
dinlər qulaq bir söz ilə yol tapar, dinləməzsə min söz belə boş çalar. (eşidənə bir söz keçər, eşitməzə mini neylər).
hər elin bayrağıdır ''dil'' deyəli söz varımız.
karvan keçər izi qalar, kişi köçər sözü qalar.
söz başla deyilir, özlə yox. (özlə: öz ilə) (öz: nəfs).
söz vermə: söz tapşırma.
təntiyə söz vermə, qoluna bel vermə. (təntiyə: təmbələ). (bel versən işin qalar, söz tapşırsan yerə düşər).
söz vermәk: aytmaq. demək.
ər aytmaz, aytdı qaytmaz.
az bilənlər çox bilənə söz qoymaz, heç bilməyən, az bilənə yer qoymaz.
deyilməmiş söz dil yaxmaz.
eşidənə bir söz keçər, eşitməzə mini neylər. (dinlər qulaq bir söz ilə yol tapar, dinləməzsə min söz belə boş çalar).
hər ağız bir söz desə söz olar, min ağız bir söz desə sel olar.
könlündə söz saxlama, yaş, su deyil, heç boşuna ağlama, sağlıq ilə keçən günün toydandır, sağ sana düşüngilən yaşınqıl. (sana: düşüncә). (yaşınqıl: yaşın sür).
qulaq duyan soyuq söz, düşsə içə buz bağlar.
yalxu olub, yalxu dərkin bilməyən, ondan yenə ot otlayan yaxşıdur, sözləyəndə söz sözünə ilməyən, ondan yenə sözləmiyən yaxşıdur. (dərkin: qədrin). (yalxu: insan). (söz sözünə ilməyən: sözün iç anlamın, fəlsəsini qavrayamayan).
gül sevərsən, tikəni var, söz dilərsən acısı.
başın qoymaz söz dinləməz uşaqdan, işlək ərin tovaş yılığ yeğ gəlir. (ərin: ram. uysal. usal). (tovaş: güclü).
dolçası yox, ip sallamaz, su çıxmaz, bilim almaz, söz öğrəşməz us almaz. (us: ağıl).
söz susan yerdə, müzük başlır.
yarışlı söz yaraşlı gəp tüm görkünün qaynağı. (yarışlı: səfalı. ürək açıcı). (yaraşlı: ərdəmli). (görk: gözəllik).
bir söz çox deyilirsə, tәkәrlәnirsә, tikrar olunursa yalan olmaq olasılığı çoxalır. (qaytalan söz aldağan olur). (tikrar olunan söz, yalansılaşır).
can diləngi kişi üçün eyku söz, dirilikdə qulağına çatdırın, kim bilərmiş bir ildən son gec bolar. (eyku: xoş) (can diləngi: ruh ehtiyacı).
qaytalan söz aldağan olur. (tikrar olunan söz, yalansılaşır). (bir söz çox deyilirsə, tәkәrlәnirsә, tikrar olunursa yalan olmaq olasılığı çoxalır).
mən cə'fəriyəm söz yazaram tükü dilində, türkün balası türk ola evrəndə gözəldir.
söz üzatma dinləməz söz, axmağın yokdur qulağ.
qulaq doymaz dinləməkdən eyku söz. (eyku: xoş).
bitəki söz: bütün söz. (bitəki. bütük.butuk. büküt. bütün. qapıq. yapıq. tıxıq
çiğgik söz. (çiğrik: çiğgik. çiğdik. bərk. qat. sərt).
dil bilginin elçisi. (dil
söz)
üzün görkü qaşla göz, kişi görkü bilik söz. ( görkü
gözəlliyi)
söz toxundurub incitmək: dil dəğirmək.
çalış kimsəyə dil dəğirmə: kimsəni dilinlə, sözünlə incitmə, çalma
SÖZ : Turuz Dictionary
sav. gələçi. gələç. qonuşma. qonuşağ. qonşağ. danışma. danışağ. danşağ.
gələçi bilən kişinin, ağ edər bir söz üzünü.
bu nə biçim qonuşaxdı.
kəsik söz: qısatılmış kəlmə.
ər arvad birbirindən söz edərkən, işlətdikləri taxma, ad: kəndi.
söz anlamaz: geçi. keçi. kütəz. kotaz. qıtamaz. qıtmaz. qıtanaz. qıtnaz. korata. koramaz. körəməz. çoramaz. çörəməz. qatuvaz. qatavuz. qatvaz. qısıq. qısıqçı. qısqaç. qısnaş. qıtnaş. girtiş. kitriş. danqaz. danaz. donaz.
söz başların kəslərək təkərləyib, güclüklə qonuşmaq: (özəlliklə damaq səsləri ilə başlayan). səkələmək. səkəvləmək. səkəmək. kəkələmək. kəkəmək.
söz dinləməz: kəlata. kəl kimi. yaramaz. qurata. qırtçala. haylaz. qatuvaz. qatavuz. qatvaz. qısıq. qısıqçı. qısqaç. qısnaş. qıtnaş. girtiş. kitriş. korluq. inad.
söz dinləməz: qəmalmaz. qartlanqaz. ovsarsız. yaramaz. qurata. kovat. korat. çorat. qırtçala. haylaz. qatuvaz. qatavuz. qatvaz. qısıq. qısıqçı. qısqaç. qısnaş. qıtnaş. girtiş. kitriş. korluq. inad.
söz gəzdirən: gərcik. qıyvatçı. qıybatçı. qıynatçı. dediqducu. qoşucu. qoğucu. qovucu. kovucu. koğucu. qoğuşcu. qovuşcu. kovuşcu. koğuşcu. qoğuncu. qovuncu. kovuncu. koğuncu. kovan. koğcu.
söz yanııtan: gərcik. sözü uzaldan. sözə qarşılıq verən. qopuq. sayqısız.
söz verilmiş: kəsili. qəti'.
kəsili sözüzüz nədir sonu.
o qayanın (oportünistin) biridir, ondan bir söz gözlənilməz.
kəsili sürə: ötəl. bəlli, məhdud, möhlət, zaman.
söz apararıb gətirən. söz gətirib götürən. qoşucu. qoğucu. qovucu. kovucu. koğucu. qoğuşcu. qovuşcu. kovuşcu. koğuşcu. koğuc. qoğuncu. qovuncu. kovuncu. koğuncu. kovan. koğcu. kəsici. qıyvatçı. qıybatçı. qıynatçı. dediqurducu. deyiqurducu. dediqoducu. yozuçu. yozuyan. qılquyruq. qıyvatçı. qıybatçı. qıynatçı. qodoc. qoduc. quyruqçu. çatı quyruq.
arapozucu söz atmaq, pəl atmaq: bir olayı pəlləmək. qılçıq atmaq.
söz arasında örnək gətirmək: gəliştirmə gətirmək.
o hər söz başı bir gəliştirmə gətirir.
girəs söz. (gərəltə: girəltə. gizli).
son söz: kəsim.
sözüvün kəsimi nəysə onu söylə.
söz kəsmə: kəsəmət. anlaşma. yarğaşma. yarğaş. qərarlaşma. qararlaşma.
boş, saçma sapan söz: key. kov. köv. kəv. sapıq supuq.
köv söyləmə.
köv közənr kövəzən: koflaq. kovlaq. abartıcı. qabartıcı. yalançı. qoşmaçı.
tarla sürürkən, tarlanın başına çatdığında, öküzləri geri çevirmək üçün söylənən söz: geroğlum.
boş söz: cəvənğ. cəfəng. kəvənğ. gəvənğ. kəfənğ.
cocuqlara deyilən istəkli söz: qıcım. qıycım. cicim. ciycim. qıdam. qadam. qadası. qıdış. qıydış. qıcış. qıycış. çiçiş. çiyçiş. yavrum. balam. balım. dadım. daydım. canım. kətim. kəytim. kitim. kiytim. aslanım. quzum.
yalan söz: saçma sapan. laf. qıytıq. qıyrıq. qıysıq. qıyqaç. qıyıq. qıyıt. qıyır. qıycıq. qıycıt. qıyıq. qıyır. qıyıt. qırıq. qırır. qırıt. qısıq. qısır. qısıt. qıtıq. qıtır. qıtıt. qıcıq. qıcır. qıcıt. qıcqıt. qıcqırt.
qıtır atmaq: {.
yersiz söz atmaq, açmaq.
yalan söyləmək}
SÖZ : Turuz Dictionary
söz, sirr saxlayan:içlək. içində olanı dışa verməyən. (tudar).
o çox içlək kişidir, hələ hələ ondan söz çıxmaz
SÖZ : Turuz Dictionary
-sözdən söz ayıran: qılavşa. qılovşa. qıloyşa. (< qıl avlayan: qıl tutan, arayan) qılayazdı. qıldan tük çəkən
SÖZ : Turuz Dictionary
degi.
tat degi: tatlar demişkən. tatlar sözü.
ayta.
ayta yox.
aytalıya oxşur.
ayta ver.
aytan nə: (qayta: deyilən, göndərilən sözə, ilətiyə, ayta (aytıya) yanıt, cəvab).
degi. deyiğ. deygi. hərf.
deyiğ yoxdur: söz yoxdur.
deyiğin nədir: sözün nədir. nə demək istəyirsin.
söz deyiğ: hərf o suxən..¶-əroğlunu qurtaran, gözəllik yox, söz olacaq. (söz, savsal. fəlsəfə analamındadır. örnək-sözlü sözlər. birdə söz: dil anlamındadır. divandan.
erdem başı dil. söz hər nəyin eşidilməz, duyulan, qavranan içidir)..¶-yoğrulu söz, duzlağı gülşən edər, yontusuz söz, gülşəni duzlağ edib!..¶-dünyaya gələn, söz, qalan, söz, aparan söz. (ərdəm başı dil.)..¶-söz bilməyən elbaşı, el başına, yov çəkir. (yov çəkir: yamanlıq, bəla, düşman gətirir.).¶-sözün doğrusu, doğru söz, bütün dillərdə, yazıleydi kaş!..¶-söz saxlamayan: atıcı..¶-bincik durar sap üsdə, kişi qalar söz üsdə(bincik: ardarda sapa mindirilmiş (bindirilmiş. düzülmüş) mıncıq (bıncıq). təsbeh). bu söz, dil savı, kişiliyə təməl (kök) sayır. dilin gücü, kişi onatı (kişinin bərkliyi, tovu, sözündən asılıdır). (onatı: təsdigi. doğruluğu, gücü.)..¶-ışığa tutar, göz verir, kişiyə tutar, söz verir. (tutar: dəğər)..¶-yel, ələklə tutulmaz, söz, çomaqla yutulmaz. (sözü utmaq (sindirməyə, qanmağa, həzm edməyə) su gərəkdeyir, baş gərək)..¶-yontalanmışsa, qılar, duzlaqları gülzar söz..¶-başlı ara, söz dinlə, dibsiz bulsan, söy dinlə! (söy: söyüş)..¶-böylə dar tutma, boğursan sözüvü, açılıq, söz yaradır, hər gözələ söz yaraşır..¶-sarsıdarmış, yoğrasız söz, can evin..¶-eyləyər bizar, yuğrulmamış söz, can evin..¶-sızladar sazı əgər, söz sızsa axsa tellərə, titrəsə tellər, saz oynar, can bağışlar ellərə..¶-söz yaratmaq, sözdən yararmaq..¶-söz çalan..¶-söz paylamaq: şantaj edmək..¶-sözlü iş görmə, işli söz tutma. (sözlü iş
çatışmıyan iş). (işli söz: başavur söz. baş ağrıdan söz) (elə iş görmə, sözə qalsan, elə söz demə, işə qalasan). (sözə qalmaq: üzünə söz gəlmək). (işə qalmaq: işə (soruya) düşmək)..¶-yığmaq olmaz əl ayağın, söz düşərsə dillərə
SÖZ : Turuz Dictionary
dil.
ərdəm başı dil, yardam başı il. (il: el). (dəğərlərin ən yüksəyi sözdür, kömək diləsən eldir) (eldən başqa umma yardım). (el yardımı tükənməz).
sır.
söz, sır saxlayamaz
ağzı yırtıq. ¶-cibi yırtıq, pul durmaz, ağız yırtıq söz durmaz. ¶-çəkini bilmək ərdəmçilikdə baş söz. (həddini bilmək, adamçılıqda birinci yeri tutur). ¶-ağzından çıxan söz, səndə qanac sərgəni. (qanac
dərk gücü. qanma, dərk gücü. şuur). (sərgəni: vitrini). ¶-əroğlunu söz pozar. donla daşı suv pozar. (kişi sözündə durduqca dəğərlənər, ''parça, daş'' su altında yeyilib, əriyər, pozular). ¶-atılan ox, aydılan söz qaytmamış. (aydılan: deyilən). ¶-bilgin olan imcimilə söz qanar. (bilgin olan bir himilə söz qanar). (imcim: himcim. ima işarə). ¶-dil: söz xəzinəsi, varlığı: dil baylığı. ¶-söz evrənin dayağı, birelligin yarağı. (birelligin
bir millətliyin). ¶-söz danışıb, oy alışdılar: söhbət edib fikir rəddi bədəl elədilər. ¶-aydıla söz, aydılacaq sözün qaynansı. (deyilən söz, deyiləcək sözün qaynansı). ¶-sorulsa söz baş şişər, sorulsa su, iç şişər. ¶-göyçək duyqular axarı, söz bulağı, qopuşan suyun calağı. (calağı: calanması. tökülməsi. şırrası. sırıltısı). ¶-söz eşitməz:. öğüt yukmaz. nəsihət eşitməz. ¶-söz yerin bulsa qılıncı yonar
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani