Turuz Dictionary
ALAR : Turuz Dictionary
çalar. basar. qələbə qazanar. şikəs verər.
arxalı it, qurd alar.¶-ağız ağızdan yel alar. (yel alar: güc alar). (ağız ağıza güc verər).¶-min kişi gələr, biri alar
ALAR : Turuz Dictionary
-dərdli ilə dərdləşsən, dərd üstündən dərd alar, dərdsiz ilə dərdləşsən, dərd üstünə dərd qoyar. ¶-son çağan gələr, əzreyil öz canın alar. (son çağan: axirəzzaman. axirüzzaman)
ALAR : Turuz Dictionary
-düşman duysa dərdivi, sevincindən çatlayır, dosdun bilsə dərdivi, dədin alar azaldar. ¶-gənclikdən yarğanan, qəmi atar kam alar. (yarğanan: faydalanan). (qəmi atar kam alar: kiriməni, qısılmanı bıraxar, bolluğu, açıqlığı tutar)
ALAR : Turuz Dictionary
hasıl. məhsul. ürün
ALAR : Turuz Dictionary
-oğru biçib alar, doğru paysız qalar (oğru yeri bolcar, doğru göyü). (bolcarmaq: biçib almaq. qənimət götürmək)..¶-yatan, düş alar. (yatan yuxu görər). (bu söz kişini, göz açıqlığına çağırır)
ALAR : Turuz Dictionary
-oturan orun alar, yürən izin salar. (orun
yerin)..¶-əl ilə gözün yarışı:
biri alar, biri salar, biri qalar, biri dalar..¶-verəndə almadıq, diləb alar. (verəndə almayan, yalvarıb alar). (gedəni boş ver, gələni xoş ver, düşman başın yargilən)..¶-bilməz otac, can alar. (otac: həkim).¶-dil var quyuya salar, dil var quyudan alar
ALAR : Turuz Dictionary
-oturan orun alar, yürən yolun. (orun
yerin)
ALAR : Turuz Dictionary
-dalıda alar, burunda doğar. (gecə boylu düşən, irtə doğur) (hər gizin, gəzi var açlımağa)
ALAR : Turuz Dictionary
çalış sorun saranmasın içivi, sorun içdə alar içdən dincivi. (sorun: pıroblem)
ötər ötün, alar acun,kəndi öcün, bəylik xanlıq çərtilür. (ötün: zaman). (acun: dünya). (öcün: intiqamın). (çərtinmək: əldən qaçılmaq).
ərik verər bildirməz, ərik alar dindirməz, öz aldığın sindirməz, əzib tökər verdiyin. (ərik: ərkə: güc. nifuz. saltanat. səltənət). {dünyanın bəfasızlığı doğru (haqda) }
bağlı qapı bir alsa, açıq qapı min alar.
ömür qıssa söz qalar, odun yanar köz qalar, közdə yerin kül alar.
sürən çağdan bütün varlıq pay alar. (zaman heç nəyi etgisiz bıraxmaz)
ALAR : Turuz Dictionary
(bolçuq, səxi kişidən söz gedəndə deyilir).
bolçuluqla saçaq yapar nən (nənğ) tökər, könlü yalı ısığ alar malından. (bolçuluqla: covmətliklə. səxiliklə) (saçaq yapmaq: süfrə sərmək). (nənğ: ne'mət). (könlü yalı: ürəyicə). (ısığ almaq: faydalanmaq).
əldə qalmış əğri yay, barağ alar doğru ox. (barağ
mənzil)
(tülkü gecəni sınğırar (gizlənər), dan (səhər) saççaq, kətə (nin) aççaq quş, toyuq, xoruzu qapıb alar).
pusquda yatar, dan atar çalar. (tapmaca). (tülkü).
gönən edirsə çoban, sütün alar təkədən. (gönən edirsə
könüldən istəyirsə). (gönən edmişsə çoban, sütün almlş təkədən).
bildiklərin səni sən yapar, inandıqların səni səndən alar.
yağış töksə sel alar, malın qalsa el alar. (el: yad)
könlünü basan diləyin alar. (könül: həvəs). (könül başa yox deyər, ürək başilə vurar).
oğru gəlib bulduğun alar, dosdun gəlib bildiyin yapar. (oğru tanınmaz, dosduvu tanı).
ölümün sudan, gücün yeldən alar. (yel görər qaçar, su görər köçər. (tapmaca). (od)
ayrılıqlar yarar keçər, ölüm gəlsə alar gedər.
at bilməyən ayqır verib bayqır alar. (bilməyən: tanımayan) (ayqır
kökən (əsilli) at). (bayqır
yabı).
bilib salsan qoşunu, hər salanda yüz alar, bilib aytsan sözünü, hər degəndə uz alar. (uz alar: üstələr. eşidilir).
bilib salsan qoşunu, hər salanda yüz alar, bilib aytsan sözünü, hər degəndə uz alar. (uz alar: üstələr. eşidilir).
qırılsa dal, yoxdu quşun qorxusu, güvəndiyi dal deyil güvən alar qanatdan.
acçıl börü, gündə alar verməz geri, yoxdur onda doymaq yeri. (acçıl: acqarın).
qışda sevsəm soyuq çalar, yayda sevsəm isti vurar, güzdə sevsəm xəzəl alar, yazda sevsəm manqu qalar.
aşq alar başdan başı, diş bıraxmaz külbaşı, dedilər başdan edər , başıdaşlı daşbaşı. (diş:dinc). (aşq: hər nəyə aşırı vurqunluq).
çoxlu almaz, hər nə alar bu dünya.
tapan bəğənər, tanan alar. (tanan: tanıyan)
ALAR : Turuz Dictionary
-sevginin hər işi başına, başlar alar əzər daşına. (sevgi işi başa tapşırılmaz, baş bu işdən baş çıxartmaz).¶-atın satıb eşşək alan, toyuq satıb yumurta alar
ALAR : Turuz Dictionary
-acıları dadlıq ilə almaşsan, acı köçər xoşluq alar yerini. (almaşsan: dəğişdirsən). (necə tutsan öylə keçər)-isti suyun sağlığı, candan alar ağrını.
sevgi alar könlü içi gizlicə, çıxmağında çox dirənər üzlücə. (sevgilər könüldəykən çox sıcaq (ısıca) yaş
ALARAM : Turuz Dictionary
-gələr alaram, gedər salaram. (salaram: ötürrəm)
ALARAN : Turuz Dictionary
lap ara.
işin alaranında gəlib çıxdı
ALARIMİŞ : Turuz Dictionary
böylə gəlmiş böylə gedmiş, əsgi bir dəgirmanımiş, burdan verib ordan alarımiş!. yalan dünya. yalan dünya
ALARIQ : Turuz Dictionary
alara. avara. sərgərdan. vel.
aralığın biridir.
alağ. pis. qəbih. qəbeh. sapqın. hərzə.
alarıq sözdən çəkin
ALARIQ : Turuz Dictionary
-sınmayıb qalarıq, dirçəlib alarıq
ALARLA : Turuz Dictionary
ağ almanı alarla, ağ boşqaba qoyarlar, çağrılmamış qonağı, qaş qabaqla qoğarlar. (ağ almanı soyarlar, ağ boşqaba qoyarlar, çağırmamış qonağı, qaş gözülən qovarlar)
ALARLAR : Turuz Dictionary
çalarlar.-qaş üsdə göz yaparlar, əlindəkin alarlar. (qaş üsdə göz yaparlar, əlindəkin çalarlar) (qaş üsdə göz yaparlar: başıvı şer başına oxşadarlar)
ALARLAR : Turuz Dictionary
kəndivə güvən, könülcə sürən. yoxsaki.
ilan kimi çalarlar, tikan kimi atarlar, əldən varın, üzdən görkün alarlar!. (sürən: yaşa. dad, həzz al) (görkün: gözəlliyin)
ALARLAR : Turuz Dictionary
hovanlarla yar olma, almalıvı alarlar, qalmaz qara yaxarlar, yaxcı günün nisgilin, yanuğ könlə qalarlar. (hovanlarla: axmaqlarla)
ALARLAR! : Turuz Dictionary
-demə varımdır, alarlar!
ALARMAQ : Turuz Dictionary
qızarmaq.
əğnim alarmış: gövdəm qızarmış.
xiyrə qalmaq
ALARMIŞ : Turuz Dictionary
qızarmış. {dolqa: dalqa. {tarqa (divan) }. qora. salmanın (mövün, üzüm ağacının) yeni bağlamış, dolmuş dənəsi.
dolqaları alarmış, süycü (şərab) çağı ilərmiş)} (irərmiş: yetimiş)
ALARQA : Turuz Dictionary
uzaq. qıraq
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani