Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
QORALEY : Azerbaijani Explanatory Dictionary

is. zool. Bedeni göy, qarnı ve sifeti ağ köçeri quş.

QORASUYU : Azerbaijani Explanatory Dictionary

is. Abqora, kal üzümün turş şiresi.

QORĞANMAQ : Azerbaijani Explanatory Dictionary

f. məh. Bir şeyi çox qoru-yub saxlamaq, gözden qoymamaq, üstünde esmek. Bəxti malını qorğanır, onun üstün-də, doğrudan da, ilan kimi qabıq qoyurdu. S.Rehimov.

QORXACAQ : Azerbaijani Explanatory Dictionary

dan. bax qorxaq.

QORXAQ : Azerbaijani Explanatory Dictionary

sif.
Qorxu hissine tez qapı-lan, üreksiz, ağciyer, xoflu, cesaretsiz. Qor-xaq adam. Qorxaq xasiyyət.
Kəndxuda çox qorxaq adamdı. Uryadnikin vurulması onu büsbütün haldan çıxartmışdı. M.Hüseyn. // İs. menasında. Ana yurdu bu şən torpaq; Yetişdirməz xain, qorxaq. A.Şaiq. [Elxan:] Olüm qorxusundan balta altına baş qoymaq qorxaqların işidir. C.Cabbarlı.
məc. dan. Qısa, azca qısa ve ya kiçik. Məşədi gedib, arşın əvəzinə babasından qalmış Hacı Mustafa tüfənginin sünbəsini, ki uzunluğu iki arşından bir az qorxaq ola, gətirib atasının ərvahına and içir. Ə.Haq-verdiyev.

QORXAQCASINA : Azerbaijani Explanatory Dictionary

zərf Qorxaq adamlar kimi, qorxaq adama xas olan bir şekilde. Qorxaqcasına dala çəkilmək.

QORXAQLIQ : Azerbaijani Explanatory Dictionary

is. Qorxağa xas olan hal; cesaretsizlik, üreksizlik, ağciyerlik. çətinlik qarşısında qorxaqlıq göstərmək. Müharibədə qorxaqlıq cinayətə bərabərdir. Ehtiyat qor-xaqlıq demək deyil.
Qıraqdan baxanlar müəllimin qorxaqlığına gülmüşdülər. Mir
Celal.

QORXMA : Azerbaijani Explanatory Dictionary

"Qorxmaq"dan f.is.

QORXMAQ : Azerbaijani Explanatory Dictionary

f.
Bir adam, ya şey, yaxud hadise ve s. qarşısında qorxu hiss etmek, ürkmek, xoflanmaq, qorxaqlıq göstermek. Qaranlıqdan qorxmaq. İtdən qorxmaq.
[Novruz:] Ağa, nə üçün fikir edirsən, yoxsa qaçaqlardan qorxursan? N.Nerimanov. // Cesaret ede bilmemek. O, qaranlıqda ba-yıra çıxmağa qorxur. // Narahat olmaq, teş-vişe düşmek, telaş etmek. Mahirə qorxmuş kimi dörd yanına boylandı. M.Hüseyn.
çekinmek, sağınmaq, ehtiyat etmek. Soyuq suda çimməkdən qorxur. Yağışa düşə-cəyimdən qorxuram. Onunla üz-üzə gəlmək-dən qorxuram.
Buğac inamlı səslə davam etdi:
Qorxma, anacan, mənə bu yaradan ölüm yoxdur. M.Rzaquluzade.
Bir şeyin tesirinden xarab olmaq, po-zulmaq, korlanmaq. Bu bitkilər soyuqdan qorxmur.
qorxa-qorxa zərf çox ehtiyatla, çekine-çekine. Mən qorxa-qorxa kresloların birinin üstə oturub yumşaq məxmər döşəyin içinə
. qulaylandım. C.Memmedquluzade. [Əhmed:] Sən get qonşu arvadlardan bir-ikisinə qorxa-qorxa nəql elə ki, bəs bizim əncir ağacının dibində çıraqyanır. Ə.Haqverdiyev. Xidmət-çilərin hamısı pəncələri üstə yeriyir, qorxa-qorxa pıçıltı ilə danışırdı. M.İbrahimov.

QORXMAMAZLIQ : Azerbaijani Explanatory Dictionary

ax qorxmazlıq.
Lakin bu qorxmamazlığa və cürətliliyə bax-mayaraq, Baxış oğlu Həsən çox da şəriət qoyan qanundan çıxmaz və dinin yolunu azmazdı. B.Talıblı.

QORXMAZ : Azerbaijani Explanatory Dictionary

sif. Heç şeyden qorxmayan, çekinmeyen; ürekli, qoçaq, cesur, igid. Nə-hayət, bəlli oldu ki, qorxmaz uşaq tüfəng ilə o tərəflərdə gəzişirmiş. A.Şaiq.

QORXMAZLIQ : Azerbaijani Explanatory Dictionary

is. Heç şeyden qorxma-ma; cesurluq, igidlik, qoçaqlıq, reşadet, ürek-lilik. Əmirin üsuli-idarəsinə qarşı bir düşmən kimi hücum edən şair öz böyüklüyünü və qorxmazlığını ziyafətdə onların hamısına göstərdi. M.S.Ordubadi.

QORXU : Azerbaijani Explanatory Dictionary

is.
Gözlenilen ve ya yaxınla-şan bir tehlüke qarşısında hasil olan heye-can halı, dehşet, telaş hissi; hövl, xof. Qorxu hissi. Olüm qorxusu. Qorxudan əsmək.
Yazıq şair qorxudan övrət məsələsini fars və ərəb dilində danışır ki, Ordubad qırmızı-saqqalları başa düşməsinlər ki, hay-küy salmasınlar. C.Memmedquluzade. Qapının səsi onu [Xaveri] gələcək qorxusu və çörək dərdinin doğurduğu iztirablardan ayırdı.
M.İbrahimov. Qalmamış bu bizim azad diyarda; Nə zindan qorxusu, nə çörək dərdi. S.Vurğun. // Heyecan, iztirab, teşviş, telaş. Onların məsum gözlərindən qorxu süzülüb tökülürdü. M.S.Ordubadi. Şəmsiyyənin utan-dığından və qorxusundan bütün bədəninə soyuq bir tər gəldi. M.İbrahimov. İnsan qorxu deyil, qardaşlıq duyur; Körpələr beşikdə ra-hat uyuyur. S.Vurğun. □ Qorxuya düşmək
teşvişe düşmek, heyecana düşmek, qorx-maq.
.Atalarından bir xəbər çıxmadı. Xə-dicə bərk qorxuya düşmüşdü. S.S.Axundov. Katib
. bərk qorxuya düşdü, bir neçə vərəqə kağız çıxarıb qabağına qoydu. S.Rehimov. Qorxuya salmaq
teşvişe salmaq, qorxut-maq, heyecana salmaq.
Tehlüke, felaket, qeza ve başqa qor-xulu hadise ehtimalı. Müharibə qorxusu. Bu gün yağış qorxusu vardır. Daşqın qorxusu azalmışdır. Quraqlıq qorxusu keçdi.
İndi yay günü Mil düzündə azan yolçunun susuz-luqdan yanmaq qorxusu yoxdur. İ.Əfendiyev.
Ehtiyat. Qorxum budur əsər qıla, ey şəh, bu ahlar. S.Ə.Şirvani.
Zərf mənasında: qorxudan. Qorxudan elə bağırdı ki. Qorxudan az qala ürəyipart-ladı.

QORXUBILMƏZ : Azerbaijani Explanatory Dictionary

sif. Heç şeyden qorx-mayan, çekinmeyen; çox ürekli. Qorxubil-məz uşaq.

QORXUBILMƏZLIK : Azerbaijani Explanatory Dictionary

is. Heç bir şeyden qorxmamazlıq, üreklilik.

QORXUDULMA : Azerbaijani Explanatory Dictionary

"Qorxudulmaq"dan f.is.

QORXUDULMAQ : Azerbaijani Explanatory Dictionary

"Qorxmaq"dan məch.

QORXU-HURKU : Azerbaijani Explanatory Dictionary

is. bax qorxu
ci me-nada.

QORXULU : Azerbaijani Explanatory Dictionary

sif.
Qorxunc, qorxu hissi doğuran; qorxu getiren, qorxudan, dehşetli. Qorxulu nağıllar. Qorxulu yuxu.
Tehlükeli, xeterli, xatalı. Qorxulu yol. Qorxulu səfər.
Zəmanənin dəyişikliklərin-dən bixəbər işə başlamaq yolsuz və qorxulu bir çölə yönəlmək kimidir. A.Bakıxanov. La-kin məktubun başqa əllərə düşməsi olduqca qorxulu bir hadisədir. M.S.Ordubadi. Şəm-siyyə yalnız indi necə qorxulu bir addım atdı-ğını duydu. M.İbrahimov. // Pis netice vere bi-len, ölümle neticelene bilen. Qorxulu xəstəlik.

QORXULUQ : Azerbaijani Explanatory Dictionary

is.
Tehlüke, qorxulu ve-ziyyet.
Quşları, heyvanları qorxutmaq üçün bostan ve tarlada qoyulan uyuq. Qorxuluq qoyulduqdan sonra, bir zaman bostanın ya-xınlığına heç bir heyvan gəlmir. Cebrayılbeyli.

QORXUNC : Azerbaijani Explanatory Dictionary

sif.
Dehşet doğuran, qor-xuya salan, vahimeye salan, dehşetli. Qor-xunc səs.
Dərə qərbə getdikcə qayalıq, dağ-lıq iri və oyuq daşlarla dolu qorxunc yer-lərdən ibarətdi. A.Şaiq. [Mehribanın] diş-ləri kilidlənmiş, əl-ayağı quruyub əsdiyi halda, qorxunc və vəhşi bir səslə çığırırdı. S.Hüseyn. Sağımız dağ, solumuz qorxunc uçurum, meşəlik, dağlıqdır. S.Rüstem. // çox güclü, çox şiddetli. Sizi sarsıtmasın qorxunc, inadlı; Şimal göylərinin ayazı, qarı. Ə.Cemil.
Baxanda adamda dehşet, vahime hissi doğuran, görünüşü qorxulu. Qorxunc görü-nüş.
Musa qarabənizli, ortayaşlı, ortaboylu, qorxunc simalı bir tipdir. H.Cavid. Uzun pa-pağını bir kənara qoyan, başının tükləri qa-baran Ələmdar diqqətlə öz qorxunc sifətinə baxmağa başladı. S.Rehimov. [Xanın] yu-xuda gördüyü qorxunc məxluqlar yadına düşdü. M.Rzaquluzade.
Qorxulu, tehlükeli, xeterli. Mikrobların bir qismi zəhərli və hətta qorxuncdur.
Or-xan indi qorxunc bir addım atır. H.Cavid.

QORXUSUZ : Azerbaijani Explanatory Dictionary

sif ve zərf
Qorxusu olma-yan, qorxu bilmeyen, qorxmaz, heç şeyden ehtiyat etmeyen, qorxmayan, çekinmeyen. Qorxusuz adam. Qorxusuz uşaq.
Şığıyıb şimşək kimi qayalar arasından; Qorxusuz keçib gedir qüdrətli dağ qartalı. R.Rza.
Heç bir qorxusu, xeteri, ziyanı olma-yan; tehlükesiz, xetersiz, zerersiz. Qorxu-suz yol. Qorxusuz iş. Qorxusuz dərman.

QORXUSUZLUQ : Azerbaijani Explanatory Dictionary

is.
Qorxu bilmeme, heç şeyden qorxmama, çekinmeme; cesa-ret. [Qız] məni özünün dalğınlığı, qorxusuz-luğu ilə maraqlandırdı. S.Hüseyn.
Tehlükesizlik, emin-amanlıq, emniyyet.

QORXUŞMAQ : Azerbaijani Explanatory Dictionary

f Qorxmaq (çoxları), ha-mısı qorxmaq. çinovniklərdən hər biri bu sözlərin hədyan və başdan-ayağa yalan ol-duğunu anlayıb, bu hədyanatı eşitdikcə dəxi də artıq qorxuşurlar. F.Köçerli.

QORXUTMA : Azerbaijani Explanatory Dictionary

"Qorxutmaq"dan f.is.