Azerbaijani Explanatory Dictionary
METRANPÄJ : Azerbaijani Explanatory Dictionary
[fr. metteur en pages] Yığıl-mış metnleri sehifeleyen metbee işçisi.
METRİKsif.: metrik ölçü sistemi
esası metr olan beynelxalq ölçü vahidi sistemi.
METRİKA : Azerbaijani Explanatory Dictionary
[lat.] Doğum şehadetnamesi.
METRÖ : Azerbaijani Explanatory Dictionary
[fr.] "Metropoliten" sözünün qı-saldılmış forması. Bakı metrosu.
Metro va-qonunda oturanlardan biri, qabağında ayaq üstündə durmuş qocadan soruşur. M.Hüseyn.
METROPOLİTEN : Azerbaijani Explanatory Dictionary
[fr. metropolitain] Yer-altı şeher elektrik demir yolu. Bakı metro-politeni.
MEY : Azerbaijani Explanatory Dictionary
is. [fars.] Şerab. Hər nə etsən, et və lakin etmə meydən ictinab; Hər nə tutsan, tut və lakin tutma bir kari-səvab. M.Ə.Sabir. Dostlar içib gözləri süzülü qaldı; Turş mey-dən dodaqları büzülü qaldı. M.Müşfiq.
MEYDAN : Azerbaijani Explanatory Dictionary
is. [fars.]
Şeher ve ya kend, qesebe ve s. içerisinde tikilisiz açıq ve geniş düz yer, sahe. Bakıda Azneft meydanı.
Yavaş-yavaş gəlib bir böyük meydana yetişdik. Ə.Haqverdiyev. çatıb kəndin mey-danına düşdük atlardan; Kənd axışdı yanı-mıza keçmədi bir an. S.Rüstem.
ümumiyyetle, düz ve geniş sahe; dü-zenlik, genişlik. Dağın o tərəfi böyük mey-dandır.
Bir işin icrası üçün geniş sahe, yer. Vuruş meydanı. Döyüş meydanı. Təlim mey-danı.
[Koroğlu:] Yağı düşmənin hərbəsi; Qaçırtmaz meydandan məni. "Koroğlu".
Gənclərin gücü ilə bir neçə dəfə iməcilik ke-çirilib, idman meydanı düzəldi. Ə.Sadıq.
Obrazlı teşbehlerde: "geniş", "enli" me-
nasında. Əyilməyib, düzdür onun uca qaməti;
Sinə meydan, kürək enli, görkəmi dağdır.
Ə.Əlibeyli.
Yerlik halda: meydanda
ortada, arada,
aralıqda. Meydanda bir səbəb yoxdur. Lazım
olan şeylərin heç biri hələ meydanda yoxdur.
// Yönlük halda: meydana
ortaya, araya,
aralığa. Bəli, bizlərdə övrəti boşamaq lazım
olanda həmişə meydana bir bəhanə gəlir.
C.Memmedquluzade. // Yerlik halda xeber
şekilçisi ile: meydandadır
aşkardır, göz
önündedir, hamı görür. Onun gördüyü işlər
hamısı meydandadır.
məc. Fürset, imkan; elverişli şerait.
Mahi-ramazandır, yenə meydan da bizimdir!
Meydan da bizim, ərsədə cövlan da bizimdir?
M.Ə.Sabir. Bir qız ilən bir gəlinin bəhsi var;
Gəlin deyər:
Bu gün meydan məndədir.
Aşıq Valeh.
◊ Meydan açmaq
mübarizeye çağır-maq, döyüşe hazır olmaq, döyüşe girişmek. Minincə öz Qıratına; Meydan açar əsən yelə. A.Şaiq. Qəhrəmanım gülümsədi, qüvvət gəldi qəlbinə; Dalğalara sinə gərdi, meydan açdı o yenə. S.Vurğun. Meydan demək
bax meydan oxumaq. Meydan deyir qaranlığa; Dayanmadan bir anlığa. S.Vurğun. Mey-dan düzəltmək
bax meydan qurmaq. [Xelfe:] Gəlin aşaq dağ ardına, orda mey-dan düzəldək, qoy gəlin-qız burda çalıb-oynasın. C.Cabbarlı. Meydan günü
imta-han, sınaq vaxtı, yoxlama zamanı. ölənədək dönə bilməz yarından; Meydan günü başın qoyar can ilə. M.V.Vidadi. Meydan qur-maq
toplaşmaq, bir yere yığılmaq. Mey-dan quraq, söhbət açaq, saz tutaq; Gül ya-naqda qoşa xaldan danışaq. S.Vurğun. Mey-dan oxumaq
müharibeye, döyüşe, müba-rizeye çağırmaq, hedelemek. At oynatdı ku-yində hər cahangir bir kərə; Ərəb meydan oxudu şövkətli qeysərlərə. Ə.Cavad. [Altun-bay:] Mən bütün dünyaya meydan oxuyan bir qüvvətə qarşı dura bilmərəm. C.Cabbarlı. Meydan sulamaq
hökmranlıq etmek, özünü hökmran kimi aparmaq, menem-menem demek. Ağacın dibində qanadlarını açıb mey¬dan sulayan çil-çil xoruzu [Qaraş] qovdu. M.İbrahimov. Cəmiyyətlə şəxsiyyət arasında hər cür ziddiyyətin silinib yox olduğu bir dövrdə Kərəmov meydan sulaya bilməzdi. İ.Əfendiyev. Meydan tutmaq
çaşmaq, karıxmaq, özünü itirmek, ne edeceyini bil-memek. Silanın qəlbi alovlandı. Onu meydan tutdu. S.Veliyev. Meydan vermək
imkan vermek, mane olmamaq, yol vermek, kömek etmek. [Behram:] Yox, verilməz buna mey-dan; Sarayın öz qanunu var. A.Şaiq. [Firen-giz Cebrayıla:] Biz [Musaya] öz fikrini deməyə nə vaxt meydan vermişik? B.Bayramov. Mey-dana atılmaq
özünü qabağa vermek, ireli atılmaq. Bizim
. qırxayaq (xərçəng) kimi geri getməyimizin ümdə səbəbi bizim bilamülahizə fikir meydana atıb yalançı pəhləvan kimi oyun çıxartmağımızdır. ü.Hacıbeyov. Meydana atmaq
aşkara çıxarmaq, aşkar etmek, ha-mıya bildirmek. Meydana buyur (buyur meydana)
döyüşe, vuruşa ve ya mübahi-seye devet. [Şah:] Sən bədəfkar və xəbis cəl-ladsan; Qorxmuram səndən, buyur meydana sən. ü.Hacıbeyov. Meydana çıxartmaq
aşkar etmek, göstermek. Bizim mollalarımız bu iki ilin müddətində, guya ki, bir özgə şəriət meydana çıxarıblar. C.Memmedquluzade. "Həyat" Mirzədə güclü dramaturqluq iste-dadının olduğunu meydana çıxartdı. S.Reh-man. Meydana çıxmaq
aşkar olmaq, za-hire çıxmaq, ortada görünmek.
.Əgər xanım qızlar kişi kimi meydana çıxmasalar, vətən övladının gələcəyə arxayın olmağı çətindir. C.Memmedquluzade. Niyə nuri-həqiqət çıx-mayır meydanə bilməm ki.. M.Hadi. Mey-dana gəlmək
1) mübahise, mübarize mey-danına daxil olmaq. Bircə nolaydı gələ mey-danıma; Ta ki, düşə gözləri cövlanıma. S.Ə.Şirvani. Sədd çəkildi dörd yana; Ağ at gəldi meydana. S.Vurğun; 2) ortaya çıxmaq. Hamamdan gələndən sonra bəyin başı qırxıl-maq məsələsi meydana gəlir. R.Əfendiyev. Meydana qoymaq (çəkmək)
ortaya çıxar-maq, üze çıxarmaq, zahir etmek, açmaq, bil-dirmek. Məsələni meydana qoymaq.
Təl-xəklər bütün kələklərini meydana qoydular. çemenzeminli. Meydanda olmaq
za-hirde, aşkarda olmaq, göz önünde olmaq. Meydanda tək qalmaq
kömeksiz olmaq, tekbaşına qalmaq. Bu dəmdə Xəlilə kənar-dan tamaşa edən olsaydı, onu meydanda tək qalmış və ümidsizlikdən qəddi bükülmüş bir igidə bənzədərdi. M.Hüseyn. Meydandan qaçmaq
axıra qeder bir işi davam etdir-memek, dala çekilmek, qorxmaq. Meydan-dan qaçana namus, ar olsun! "Koroğlu". Meydanı boş (xali) görmək
heç bir manee-nin olmamasından istifade etmek, istediyini ede bilmek. Meydanı boş görmüsən?
Gördü meydanı adamdan xali; Hərə bir əzmə şita-ban oldu. M.Ə.Sabir. Meydanı daralmaq
işlenme sahesi azalmaq, mehdudlaşmaq.
.Ərəb [elifbasının] meydanı gündən-günə daralmaqdadır. F.Ağazade.
MEYDANÇA : Azerbaijani Explanatory Dictionary
[fars.]
Balaca meydan, kiçik meydan. Meydançaya kölgə salır; ça-dır kimi göy buludlar. N.Refibeyli. Bulvarın Bayıla tərəf uzadılmış təzə hissəsi ürəkaçan, səfalı bir meydançaya çevrilmişdi. H.Seyid-beyli. // Bir iş görmek üçün açıq sahe. Tikinti meydançası.
Bir tikilinin, binanın ve s. üstünde ve ya içerisinde düz boş yer. Pilləkən meydançası.
Məbəd taxta qüllədən ibarət idi. Yuxarısında kiçik bir meydança var idi. çemenzeminli.
MEYDANLIQ : Azerbaijani Explanatory Dictionary
is. Açıq yer, açıqlıq, düzen-lik, meydan.
MEYGƏDƏ : Azerbaijani Explanatory Dictionary
is. [fars.] klas. bax mey-xana
Zinhar girmə məscidə, bihürmət olma, leyk; Var, payitəxti-meygədədə ehtiram bul.
Q.Zakir.
MEYXANA : Azerbaijani Explanatory Dictionary
is. [fars.] köhn. Şerab satılan ve içilen dükan, şerabçı dükanı.
.Konsul-
xana fərraşı meyxananın qapısında kefli və əlində çaxırla dolu stəkan mənim qabağımı kəsib məndən dörd manat istədi. C.Memmed-quluzade.
MEYXANA : Azerbaijani Explanatory Dictionary
is. [fars.] Fikirleşmeden,
qabaqcadan hazırlaşmadan deyilen, adeten mezhekeli şeir növü. Adamlar dağılandan sonra toy sahibinin yaxın adamları qalıb mey-xana deyərdilər. H.Sarabski. [Dursun:] Ilyas-gili qapıları bağlayıb meyxana deyirlər.
C.Cabbarlı.
MEYXANAÇI : Azerbaijani Explanatory Dictionary
is. köhn. Meyxana sahibi, meyxana saxlayan adam.
MEYXANAÇI : Azerbaijani Explanatory Dictionary
is. Meclislerde meyxana deyen, meyxana deyişmelerinde iştirak eden adam. [Şeki toylarında] xan oyunu çıxar, mey-xanaçılar meyxana deyişərlər, bəzən də aşıq gətirdib nağıl danışdırarlar. R.Əfendiyev.
MEYXANAÇILIQ : Azerbaijani Explanatory Dictionary
is. köhn. Meyxana sax-lama işi.
MEYXANAÇILIQ : Azerbaijani Explanatory Dictionary
is. Meyxana deme işi. Meyxanaçılıq eləmək.
MEYXOŞ : Azerbaijani Explanatory Dictionary
sif. [fars.]
Turş ile şirin ara-sında orta dad; turşaşirin. Meyxoş nar.
məc. Xoşagelen, xoş. Muğandan keçi-rəm, meyxoşdur bahar; Omrü az olsa da bur-dakı yazın. S.Vurğun.
MEYXOŞLUQ : Azerbaijani Explanatory Dictionary
is. Meyxoş şeyin xassesi, keyfiyyeti; turşaşirinlik.
MEYİL : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
Bir terefe eyilme. Divarın meyli bayıradır. □ Meyil etmək (eləmək)
1) eyilmek; 2) istiqamet almaq, yönelmek. Məşədibəy isə adamları yarıb arvadını görməyə meyil etdiyi halda birdən dayandı. M.Hüseyn. Səfər kişi irəliyə tərəf meyil elədi. Mir Celal.
Istek, arzu, heves. Uşağın oynamağa meyli yoxdur. Tələbənin ədəbiyyata meyli var.
Dedi:
Həmsayə! Var nəyə meylin; Nə yeyirsən, nə istəyir könlün? M.Ə.Sabir. □ Meyil göstərmək
heves göstermek, reğbet etmek. öç-dörd günün müddətində haman müntəxib olunan kəslər göründü və hamısı şurişə meyil və amadəlik göstərdilər. M.F.Axundzade. Əcnəbilərin içində övrət sa-hibi bir kişinin özgə övrətə meyil göstərməyi şiddətli təqsir hesab olunur. C.Memmedqulu-zade. Meyil qılmaq (etmək)
arzulamaq, istemek, könül bağlamaq. Bir kimsəyə xur-şid camalın ola mənzur; Mehri-fələkə meyil qılıb ayə baxarmı? Q.Zakir. Meyil salmaq
bir şeye heves göstermek. Meyildən düş-mək
daha hevesi olmamaq, istememek. Meyli düşmək
istemek, beyenmek, xoş-lamaq. Meyli çəkmək
istemek, üreyinden keçirmek. Meyli olmaq
hevesi olmaq, is-temek. Dedi:
Meylin olurmu aluyə; Təmi meyxoş qızıl gəvaluyə? M.Ə.Sabir. Gər mey-lim ola şəmi-rüxi-yarə, nə nöqsan; Adətdi ki, pərvanə edər narə məhəbbət. S.Ə.Şirvani. [Zeynalın] Mehribana bu qədər meyli olduğu görülməmişdi. S.Hüseyn.
Könül, mehebbet. Mən sənə mailəm, səndədir meylim; Demə səndən qeyri kəsdə-dir, ay qız! M.P.Vaqif. [Sitare:] Ozüm cavan
qızam, həm də var sənə meylim. C.Cabbarlı. Səltənət atasının Şahpəriyə olan meylini bi-lirdi. B.Bayramov. Meyil salmaq
sevmek, istemek, könül bağlamaq. Bir ildən artıqdır ki, [Gülşen] özü də bilmədən Eyvaza meyil salmışdı. Ə.Veliyev. Meyli düşmək
bax meyil salmaq. Mən aşiq, neylim sənə; Düşüb-dür meylim sənə; Mən dönsəm, üzüm dönsün; Sən dönsən, neylim sənə? (Bayatı).
MEYİLLƏNMƏ : Azerbaijani Explanatory Dictionary
"Meyillenmek"den f.is.
Temperatur əqrəbinin meyillənməsi.
MEYİLLƏNMƏK : Azerbaijani Explanatory Dictionary
f.
Bir terefe meyil
etmek, yana doğru eyilmek. Sütun getdikcə sol tərəfə meyillənir.
Qoşqar bir uşaq sə-mimiyyətilə irəli meyilləndi. I.Hüseynov.
Meyil göstermek, heves göstermek.
MEYİLLİ : Azerbaijani Explanatory Dictionary
sif.
Bir terefe, bir yana meyil eden, eyilen.
Bir şeye meyli, hevesi olan, meyil gös-teren; mayil.
MEYİLSİZ : Azerbaijani Explanatory Dictionary
sif. ve zərf Meyli, hevesi ol-mayan; meyil, heves göstermeyen; meyilsiz, hevessiz, isteksiz. Işə meyilsiz yanaşmaq.
MEYİLSİZCƏ : Azerbaijani Explanatory Dictionary
zərf Meyli olmadan, iste-
meyerek; hevessiz. Uzun dağyolunu meyil-sizcə addımlayan acmış at sanki bir cənazə sürüyürdü. Mir Celal.
MEYİLSİZLİK : Azerbaijani Explanatory Dictionary
is. Meyil, heves olmama; hevessizlik.
MEYİT : Azerbaijani Explanatory Dictionary
is. [ər.] ölmüş adam; cenaze, neş. Meyiti basdırmaq.
Bir azdan sonra [Hacı Nesirin] meyitini evə gətirdilər. S.S.Axundov.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani