Azerbaijani Explanatory Dictionary
SƏD : Azerbaijani Explanatory Dictionary
miqd. s. [fars.] Yüz (adeten aferin, merheba, heyif kimi sözlerin evveline getiri-lerek onların tesir gücünü artırmaq üçün nida meqamında işlenir). [Ustadlar:] Hər görən söyləyə: ay səd afərin! Nəinki məclisdə yüz qanan ola. "Letif şah". Oxudum, öpdüm, gözə sürtdüm, dedim: səd mərhəba! Gözüm üstə var yerin, ey gülüzarın kağızı! M.P.Vaqif. Məst olmadığım dəm yox idi dəhrdə bir gün; Səd heyf ölən vəqtdə huşyar ölürəm mən. S.Ə.Şirvani.
SƏDA : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Ses, avaz. Orkestrin sədası yayıldı. Uşaqların sədası gəlirdi.
Quşlar
. cəh-cəh ilə min cürə nəğmələr oxuyub, me-şəni sədaları ilə doldurmuşdular. A.Divan-beyoğlu. Melodiyanın ilk sədaları təzəcə dilə gəlmişdi.. Ə.Memmedxanlı. □ Səda düş-mək
ses düşmek, yayılmaq. Hər yana səda düşür; İgidlər gəlir məclisə. Aşıq Əlesger. Qar əriyir, çaylar daşır; Dağa-daşa düşür səda. B.Vahabzade. Səda etmək
seslemek, çağırmaq. Mollabaşının təhriki olmamış da bu halda kəmali-qeyz ona üz verib, Xacə Mü-barəki qaim sövt ilə səda etdi. M.F.Axund-zade. Səda salmaq
1) ses salmaq, gurultu qopartmaq, hay-küy qopartmaq. Göyün dağ-lara səda salan dəhşətli şaqqıltısı
. bir qızı yox, bütün kişiləri də qorxuya salır. S.S.Axun-dov. Deyirlər, qəlbində bir vulkan gömülü; Şir kimi nərə çək, səda sal cahana! M.Müş-fiq; 2) məc. meşhurlaşmaq, gurultu qoparmaq. Onun qüvvəsilə sənin dəmirin; Olkəmizə səda salır, Daşkəsən! Aşıq Mesum.
SƏDAQƏT : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Dostluqda, meheb-betde deyanet, sebat, vefa; sadiqlik, etibarlı-lıq. ürək özünündür, özün bilərsən; Mənimsə əhdimə sədaqətim var. S.Rüstem. Mən ver-mişəm ürəyimi yadigar sənə; Sənin mənə ya-digarın sədaqətindir. N.Xezri.
SƏDAQƏTLILIK : Azerbaijani Explanatory Dictionary
is. Sadiq (sedaqetli)
olma, etibarlılıq, vefalılıq, vefadarlıq.
SƏDAQƏTSIZ : Azerbaijani Explanatory Dictionary
sif. Dostluğunda, meheb-
betinde sadiq olmayan; etibarsız, vefasız. Sədaqətsiz yoldaş.
SƏDAQƏTSIZLIK : Azerbaijani Explanatory Dictionary
is. Dostluqda, meheb-betde sadiq olmama; etibarsızlıq, vefasızlıq.
SƏDARƏT : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Başçılıq, sedrlik, reis-
lik. Sədarət sandalyasında Koroğlu əyləşir, qalanları da iki tərəfdən əyləşirlər. Ə.Haq-verdiyev. □ Sədarət etmək
sedrlik etmek, başçılıq etmek. Iclasa sədarət etmək.
Dəc-cal bu məclisdə sədarət edir. Ə.Haqverdiyev. Sədarətə keçmək (çıxmaq)
sedr seçilmek, sedr vezifesini ifa etmeye başlamaq, başçı-lıq etmeye başlamaq, bir işin başına keçmek. Omər sədarətə çıxdıqda ürəklərə fərəh yayıldı. çemenzeminli. Cəmil sədarətə keçəndən son-ra suala cavab verməyə başladı. Mir Celal.
SƏDBƏR(G) : Azerbaijani Explanatory Dictionary
is. [fars.] bot. bax mixək-gülü. Sədbər və ya mixəkgülü
. birillik bo-zumtul, keçətüklü, budaqlı bitkidir. M.Qası-mov.
SƏDDis. [ər.]
Müxtelif meqsedler üçün çekilen divar, hasar. Bütün sədd boyu dalba-dal atılan tüfənglərin arası kəsilmir. M.Rza-quluzade. Minlərlə insan yorulmadan sədlər qururdu. M.Süleymanov.
Suyun qarşısını almaq üçün betondan divar; dehne, bend. çay
. at kimi baş alıb ge-dir, bəndləri və sədləri uçururdu. Ə.Veliyev. Borulardan sürətlə çıxan su bu beton səddə toxunaraq parçalanacaq və öz sürətini itirə-cəkdi. Ə.Sadıq. Yaradırıq əməklə; Mingəçevir səddini. M.Seyidzade. □ Sədd çəkmək
suyun qarşısını almaq üçün betondan, sement-den ve s.-den bend tikmek. Hər gölməçənin dörd yanına torpaqdan sədd çəkmişdilər. M.Hüseyn. Ənvər camaatı yığıb sədd çəkirdi. Ə.Veliyev.
məc. Manee. Bir neçə dəqiqə içərisində Məşədi bəylə müəllim arasında sədd uçub töküldü. M.Hüseyn. Abdulla ilə öz arasında böyük sədd saydığı Leyla [Şekerin] fikrincə aradan çıxırdı. B.Bayramov.
◊ Səddi-çin, çin səddi
xarici tesirden tamamile tecrid olunma menasında (çini Monqolustandan ayıran qedim bir seddin adından). Səddi-İskəndər (Makedoniyalı Iskenderin adından)
çox möhkem divar menasında. Atasının keçmişdə Kərbəlaya zi-yarətə getməyi bu gün Mirzə Süleyman bə-yin bütün amal, əfkarının qarşısında Səddi-Iskəndər kimi durub, onun gözəl məqsədinə nail olmağına mane olurdu. B.Talıblı.
SƏDƏF : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Bezi balıqqulağıların iç qatını teşkil eden ve müxtelif bezek şeyleri hazırlamaq üçün istifade edilen, müxtelif renglere çalan parlaq berk madde. Yaxasına hərdən-hərdən; Inci sədəf düzən gözəl! Aşıq Əlesger. Imi çəhrayı atlaz örtüyü açıb, baş-dan-başa sədəfə tutulmuş tarını ehtiyatla çı-xartdı. I.Əfendiyev. // Sedefden qayrılmış, sedefle bezedilmiş. Sədəf düymə. Sədəf qaval.
Səba xanım öz etidalını itirmədi. Kaman-çanı götürüb başındakı sədəf qübbəni çıxardı, onun içərisindən kiçik bir məktub çıxarıb Atabəyə uzatdı. M.S.Ordubadi. Tarçı, köklə sarı simi; Bir şey çal ellər eşqinə! Durma, köklə sədəf tarı. M.Müşfiq. // məc. öz parlaq-lığı, zerifliyi, renginin saflığı ile sedefi xa-tırladan (bezen obrazlı teşbehlerde işleyir). Bir şirin göftarlı, bir şəkər sözlü; Ağzı sədəf, dişi dürdanədəndir. M.V.Vidadi. Sədəf də-hanından çıxan sözlərin; Hər biri bir qeybi-xəzanədəndir. M.P.Vaqif. Gülzarın süzgün baxışı, yanaqlarının atlaz şəfəqi, gülümsədiyi zaman görünən ağ sədəf dişləri indi də Rüs-təmin bu gün səhər gördüyü kimi qarşısında idi. T.Ş.Simurq. □ Sədəf kimi
ağ, parlaq. Onun sədəf kimi ağ dişləriparıldayır, iki ala gözləri dərin bir səmimiyyətlə alışıb yanırdı. M.Hüseyn.
.Güləndə dodaqlarının arasından sədəf kimi saf dişləri ağarırdı. M.Rzaqulu-zade. Sədəf saçmaq (səpmək)
nur saçmaq, işıqlandırmaq, parıldatmaq. Gündüz yağan qar toxtamış, Ay aləmə sədəf saçırdı. çemen-zeminli.
SƏDƏFGÜLÜ : Azerbaijani Explanatory Dictionary
SƏDƏFOTU is. bot. Limon-
kimiler fesilesinden terkibinde efir yağı olan ağçiçekli yarımkol bitkisi.
SƏDƏFLI : Azerbaijani Explanatory Dictionary
sif. Sedefle bezedilmiş, sedefe tutulmuş. Sədəfli tar. Sədəfli mücrü.
[Re-sul:] Əlimə almışam sədəfli sazı; Fələkyazdı mənə belə bir yazı. "Aşıq Qerib". Vətən sə-dasına düşən sənətkar; De, indi nə çalır sə-dəfli sazın? S.Vurğun.
SƏDƏQƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Yoxsula, dilençiye veri-len pul, şey. Sədəqə vermək. Sədəqə payla-maq.
Yolun o tay-bu tayında hasar təşkil edən dilənçilər, kor və şillər.. sədəqə diləyir-dilər. çemenzeminli. Tapdıq olanda Göyçək çoxlu sədəqəpaylamışdı. Ə.Veliyev. // məc. Qurban edilen şey; qurban. Müddətdi həsrə-təm, bir gəz bəri bax; O xan gözlərinin sədə-qəsi canım. Q.Zakir.
SƏDƏMƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
çarpma, vurma, şid-detle vurma.
məc. Gözlenilmeden başa gelen bela, müsibet, felaket, afet; insanın maddi ve ya menevi halını sarsıdan hadise; menevi zerbe. Fəqət, görürsünüz, bədən ruzgarın sədəmə-lərinə davam etməyir. N.Nerimanov. □ Sə-dəmə toxunmaq
felakete meruz qalmaq, bela üz vermek, zerer deymek, zerbe dey-mek. [Qehreman:] Balaca Sabirə heç bir şey olmasın. Ona bir sədəmə toxunmasın. S.Re-himov. [Hacı Resul:] Başımdan on beş dava keçib, bu az ömrümdə on beş padşah dəyi-şib, amma heç mənə sədəməsi toxunmayıb. Mir Celal.
SƏDR : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
İclasa, yığıncağa başçılıq eden şexs. Sədr iclası açdı. İclasa sədr seçmək.
Dövlet, hökumet ve ya ali dövlet orqan-ları rehberlerinin resmi adlarının terkibinde. Milli Məclisin Sədri. Nazirlər Sovetinin Sədri. // Bezi idarelerin, teşkilatların, cemiyyetlerin ve şöbelerin rehberi, başçısı. Kolxoz sədri. Yerli komitə sədri.
Rüstəm kişi.. rayon ic-raiyyə komitəsi sədrinin yanına getməyi qə-rara aldı. M.İbrahimov.
SƏDRI : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Uzun, nazik, sarıyaçalar düyü növü. Sədri düyüsündən plov.
SƏDRLIK : Azerbaijani Explanatory Dictionary
is. Sedr vezifesi, sedr olma. [Alxan:] Gəlin bu elmli oğlanlardan birini keçirdək sədrliyə. İ.Əfendiyev. □ Sədrlik etmək
sedr vezifesini ifa etmek, sedr ol-maq, başçılıq etmek. Atası Mahmudalı kişi sədrlik eləyəndə, Şamama "atama kömək edi-rəm",
deyə həvəsləpambıqyığardı. Ə.Əbül-hesen.
SƏDULU : Azerbaijani Explanatory Dictionary
is. Azerbaycanlıların etnogene-zinde iştirak etmiş türk tayfalarından birinin adı.
SƏF : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Sıra, cerge, düzgü. Elə ki səjlər düzəldi, dəstələr hərə öz yerini tutdu, Koroğlu Tanrıtanımazı çağırdı. "Koroğlu". // Qatar. Saqın gəzin, laçın gözü görməsin; Qorxuram, səfinizi poza, durnalar! M.P.Vaqif. □ Səf bağlamaq (düzmək, çəkmək)
sıraya dü-zülmek, cerge-cerge durmaq. Qarabaşlar əlləri döşlərində səf çəkib, xanımları gözlə-yirdilər. çemenzeminli. Buğac atasının əlin-dən tutub bir neçə addım kənara çəkildi və səf çəkib yarımdairə vurmuş igidlərinə əlilə bir işarə etdi. M.Rzaquluzade.
SƏFA : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Zövq, neşe, lezzet, kef; ra-hatlıq (adeten feillerle işlenir). Səfa görmək. Səfa vermək. Səfa çəkmək. Səfa sürmək.
çəkdim yar cəfasını; Görmədim səfasını, Siz tanrı, qoyun gedim; Bir bilim vəfasını. (Bayatı). Kim qaytarır bir də bizə gəncliyi; Bu dünyanın səfasını sürməsən? R.Rza. // Şenlik, eylence.
◊ Səfa gətirdin!
birinin salamına veri-len qarşılıq söz.
SƏFAHƏT : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
Sefehlik. Güldü bir qədər onun səfahətinə; Dərkinə, fəhminə, fə-rasətinə. A.Sehhet.
Zövq, eylence, kef düşkünlüyü, vaxtını bu cür işlerde keçirme. [Müfti:] Sərxoş olub aləmi sərsəmlədir; Anlayamam mən, bu sə-fahət nədir? H.Cavid.
SƏFALƏT : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Son derece ehtiyac içe-risinde yaşama, sıxıntı çekme; yoxsulluq ve ehtiyacdan çekilen sıxıntı. Əyyaşlığın sonu yorğunluq və səfalət, səfalətin sonu heçlik və fəlakətdir. A.Şaiq. [Mesme:] Düşdüyüm mü-hit məni zillət və səfalət içində sürünməyə məhkum etmişdi. S.Hüseyn. // Düşkünlük, se-fillik, sefil heyat. Səfalət içində yaşamaq.
SƏFALI : Azerbaijani Explanatory Dictionary
sif. Sefa veren, zövq veren, lez-zet veren, ürekaçan, xoşagelen, xoş. Fəsil-lərin ən gözəli, ən səfalısı bahar vaxtı oldu-ğundan o tərəf-bu tərəf yaşıl otlar, əlvan çiçəklər ilə bəzənmişdi. T.Ş.Simurq. Yayın səfalı, lətif bir günü idi. S.Hüseyn. // Xoş menzereli, axar-baxarlı. Səfalı yer. Səfalı mənzərə. Səfalı təbiət.
[Seferli Aydına:] Dağların döşündə
. səfalı istirahət evləri tikiləcək. H.Seyidbeyli.
SƏFARƏT : Azerbaijani Explanatory Dictionary
[ər.] bax səfirlik
ci menada. Rzaquluxan, səfarət ümurunda təcrübəm yox deyə, səfarətdən büsbütün imtina edirdi.
M.S.Ordubadi.
SƏFARƏTXANA : Azerbaijani Explanatory Dictionary
is. [ər. sefaret ve fars.
..xane] Sefirliyin yerleşdiyi bina, sefirin ida-resi. İngilis səfarətxanasının binası Tehranın şimal tərəfində ən gözəl məhəllələrin birində yerləşirdi. P.Makulu.
SƏFBƏSƏF : Azerbaijani Explanatory Dictionary
zərf [ər. sef ve fars. bitişdi-rici be] Cerge-cerge, sıra-sıra. [Göyxallı at] öz səsiylə balaca şəhəri ayağa qaldırdı. De-mək olar ki, küçənin o tay-bu tayı səfbəsəf tamaşaya çıxdı. S.Rehimov. Igidlər başaçıq durub səfbəsəf; Baxdılar hüzn ilə gündoğan tərəf. M.Rahim.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani