Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
SINIQÇILIQ : Azerbaijani Explanatory Dictionary

is. köhn. Sınıqçının işi, pe-şesi, seneti. Sınıqçılıq eləmək.

SINIQLIQ : Azerbaijani Explanatory Dictionary

is.
Sınıq şeyin halı, qırıqlıq.
Sümüklerde, oynaqlarda, damarlarda küt ağrı; ezginlik, yorğunluq hissi. Mədəd işləyir, çalışır, heç bir işdən geri qalmır, ancaq yenə də özündə bir sınıqlıq hiss edirdi. S.Rehimov.

SINIQ-SALXAQ : Azerbaijani Explanatory Dictionary

sif. dan. Yarı sınıq, yarı sökülmüş; köhnelmiş, yıpranmış, yararsız. Sınıq-salxaq yeşik. Sınıq-salxaq ev. Sınıq-salxaq körpü.
Xədicə bu sınıq-salxaq fay-tonun xatirinə hər zülmə dözürdü. S.Rehman. Ətrafevlərdə yaşayanlar öz sınıq-salxaq dax-malarını tərk edirlər. H.Seyidbeyli.

SINIQ-SINIQ : Azerbaijani Explanatory Dictionary

sif. ve zərfSınıq, qırıq (çox-ları haqqında). Sınıq-sınıq qablar. Boşqablar sınıq-sınıq olmuşdur.
SINIQ-SöKüKbax sınıq-salxaq. Sınıq-sökük divar. Sınıq-sökük daxma.
Yan küçədə sınıq-sökük darvazaya çəkmə şəkilli iri bir lövhə çalınmışdı. çemenzeminli. // is. Dağıl-mış, sökülmüş, yıxılmış, uçulmuş ev, bina ve s. [İmran:] Hamı sınıq-söküklər kəndinizin içərisində düzələcəkdir. Ə.Haqverdiyev.

SINIRMAQ : Azerbaijani Explanatory Dictionary

f. Hüdudlaşdırmaq, mehdud-laşdırmaq.

SINMA : Azerbaijani Explanatory Dictionary

"Sınmaq"dan f.is.

SINMAQ : Azerbaijani Explanatory Dictionary

f.
Bir şeye berk toxunaraq par-çalanmaq, tike-tike olmaq, xırda hisselere ayrılmaq; qırılmaq, zedelenmek. Boşqablar əlimdən düşüb sındı. Pəncərə sınıb töküldü.
Su səhəngi suda sınar. (Ata. sözü).
.Əli yumurtasının künəsini tutur və deyir:
Vur! Vəli vurmur, bilir ki, yumurtası sınacaq. C.Memmedquluzade. Gəminin şüşə-pəncə-rələri cingilti ilə sınıb töküldü. M.Rzaqulu¬zade. // Ağır bir şeyin tezyiqi altında eyile-rek yerinden qopmaq, qırılmaq. Küləkdən ağacın budaqları sındı. // Berk bir şeye şid-detle deyerek, toxunaraq şikest olmaq; qırıl-maq, zedelenmek. Ayağı sınmaq. Qolu sın-maq.
[Hambal:] Məşədi, belim sınıbdır, bir abbası da verəcəksən. U.Hacıbeyov.
məc. İncimek, xetrine, qelbine deymek, pert olmaq. Xan, şahın bu təhqirli məktubun-dan sınmadı. çemenzeminli. Uzaqdan çapa-rın Mirzə Valehsiz qayıtdığını görən Yədulla xan bərk sındı və çox pərt oldu. S.Rehimov. Qulam dayı sınmadı, nağılını söyləməyə da-vam etdi. M.Hüseyn.
Basılmaq, meğlub olub dağılmaq, mü-qavimet qabiliyyetini itirmek. Düşmən qo-şunu sınıb qaçandan sonra Nəbi dəstəsiynən Telli qarının meyiti yanına gəldi. "Qaçaq Nebi". Ən əvvəl Gamışvan tərəfindən hücum edən Maku ordusu sındı. M.S.Ordubadi.
Azalmaq, zeiflemek, yenmek. Quyruq doğandan bir həftə sonra idi. Nədənsə istilər hələ sınmamışdı. Gün günortadan əyilsə də hava sərinləşmirdi. Ə.Veliyev. Yavaş-yavaş hava sınır. B.Vahabzade.
məc. Aşağı düşmek, enmek. Qiymətlər sındı.
məc. İflas etmek, müflis olmaq.
Bir sıra isimlerden sonra getirilerek,
mürekkeb feil ve müxtelif ifadeler düzeldi-
lir; mes.: üreyi sınmaq, könlü sınmaq, canına
sınmaq, qol-qanadı sınmaq ve s.

SIPA : Azerbaijani Explanatory Dictionary

is. Bir yaşar qoduq (bezen söyüş yerinde işlenir).

SIRA : Azerbaijani Explanatory Dictionary

is.
Yan-yana ve ya ard-arda duran adamlar ve ya şeyler düzümü; sef, cerge. Evlər sırası. Iki sıra durmaq.
[Uşaqlar:] Sıralara duraq biz; Irəliyə, irəliyə; Yeni dünya quraq biz. C.Cabbarlı. [Xasay] sırada da-yandı. Sıra nömrəsini saydı. Ə.Veliyev. // Ki-noda, teatrda ve s.-de oturmaq üçün bir xetde düzülmüş yerler. Qabaq sırada oturmaq. Ye-rimiz dördüncü sıradadır.
Birinci sırada makinalara buraxılmış xam dəmirparçaları son sıralarda hazır avtomobil olaraq vaqon-lara yüklənirdi. çemenzeminli. Qurultayın birinci iclasında təsadüfimi və ya bilərək-dənmi Eldar [Ceyranın] arxasındakı sırada oturur. S.Hüseyn.
Bu ve ya başqa bir münasibetle, ya teş-kilati cehetce bir arada birleşen adamlar top-lusu; heyet.
[Ferman] həmişə bu yerlərin gələcəyini, sabahını görür və sabahı yaradan-lar sırasında olması ilə fəxr edirdi. Ə.Sadıq. [Mezlum:] Məni sıranızdanpozun. S.Veliyev.
coğr. Cerge, silsile. Qarlı dağlar sırası.
Budur önümdədir təpəsi qarlı; Qafqazın möhtəşəm sıra dağları. M.Rahim.
Növbe. Sırası gəldikcə. İndi sizin sıra-nızdır. Mənim sıram hələ gəlməyib.
Sinif, derece, cerge, mertebe, rütbe, zümre. Bizi onların sırasına daxil etməyin.
Adeten "bir" sözü ile: bir sıra
bir çox, bir miqdar, çoxlu, yaxud bir qeder, bezi. Bir sıra məsələ. Bunun bir sıra səbəbi var. Oxu-culardan bir sıra məktub gəlmişdir.
◊ Sıradan çıxartmaq
korlamaq, xarab etmek, işlemez, yararsız hala salmaq. Maşını sıradan çıxartmaq.
[Sultan:] Lap açıq de-mişəm ki, [Qoşqar], səni sıradan çıxartmaq üçün Sultan Əmirlinin kifayət qədər gücü də var idi. I.Hüseynov. Sıradan çıxmaq
kor-lanmaq, xarab olmaq, daha işe yaramamaq, işleye bilmemek. Maşın sıradan çıxmışdır. Sıradan qalmamaq
hamı ile birge hereket etmek, yoldaşlarından geri qalmamaq, ayaq-laşmaq. Oğul-uşaq zoğal, fındıq, moruq dər-məyə gedərkən Kərim baba da sıradan qal-mazdı. A.Şaiq. Sırası gəldikcə
yeri geldikce, növbeti geldikce. Bu sırada
bu vaxt, bu arada, bu zaman, bu anda. Bu sırada Rüstəm bəy də artıq gülməyə başladı. çemenzeminli. Bu sırada yaxında dörd-beş əl şiddətli tapança atılır. H.Cavid. Bu sırada zavallı mühəndisin gözlüyü də gözündən düşdü. B.Talıblı. O sıra-dan
o cümleden. Qurultayın böyük tərbiyəvi əhəmiyyəti daha yaxından ədəbiyyatın və o sıradan dramaturgiyanın yeni yüksək pillə-lərə qalxmasınayardım edəcək, geniş imkan-larla özünü göstərmiş olacaqdır. C.Cabbarlı.

SIRACA : Azerbaijani Explanatory Dictionary

is. bax xanazır.

SIRALAMA : Azerbaijani Explanatory Dictionary

"Sıralamaq"dan f.is.

SIRALAMAQ : Azerbaijani Explanatory Dictionary

f. Sıraya düzmek, sıraya qoy-maq, sıra-sıra düzmek, sıra halına getirmek.

SIRALANMA : Azerbaijani Explanatory Dictionary

"Sıralanmaq"dan f.is.

SIRALANMAQ : Azerbaijani Explanatory Dictionary

f. Bir-birinin yanınca sıra ile dal-dala düzülmek, sıra ile düzülmek. Natiq
. sıralanıb baxan uşaqları göstərdi.
Bunlar,
dedi,
bu yeni nəsil səadət üçün, həyat və işıqlıq üçün doğulmuşdur. Mir Celal. Fabriklər, zavodlar sıralandı yan-yana; Xoş-bəxt həyat verməkçün azad olmuş insana.
R.Rza.

SIRALANMIŞ : Azerbaijani Explanatory Dictionary

f.sif. Bir-birinin yanınca sıra ile düzülmüş. Lakin getdikcə Şirzad, Nəcəf və başqaları susaraq kənddəki səliqəyə, cərgə ilə sıralanmış evlərə, onların dal tərəfində uza-nan bağçalara baxırdılar. M.Ibrahimov.

SIRALI : Azerbaijani Explanatory Dictionary

sif. Sıra ile olan, sıra ile düzülmüş, sıralanmış. Sıralı dağlar.

SIRASIZ : Azerbaijani Explanatory Dictionary

sif. Sırada olmayan; qaydasız, nizamsız.

SIRATAG : Azerbaijani Explanatory Dictionary

is. memar. Direkler ve ya sü-tunlar üzerinde duran tağlar sırası.

SIRAVI : Azerbaijani Explanatory Dictionary

sif. Rehber işde olmayan, başqa-larından ferqlenmeyen; adi. Sıravi fəhlə.
- Mollayev tək-tək nüfuzlu dostlarına arxa-landığı halda, Aslanov saysız-hesabsız sıravi, sadə adamların gücünə söykənirdi. M.Hü-seyn. [Benövşe:] Sən burada sıravi mühən-dis də işləmək istəmirsən? S.Rehman. // Ko-manda heyetine mensub olmayan, adi. Mən sıravi bir əsgərəm xoşbəxt ana Vətənimdə. S.Rüstem. Az bir müddətdə bütün ordudayüz-lərlə sıravi
. əsgər komanda heyətinə irəli çəkilmişdir. M.Ibrahimov.

SIRF : Azerbaijani Explanatory Dictionary

sif. Xalis, mehz, ancaq, büsbütün. Sırf yalan. Sırf böhtan.
Mən heç vaxt dam-dandüşmə deməmişəm ki,
. hicab yoxdur. Bu söz mən Molla Nəsrəddinin barəsində sırf böhtandır. C.Memmedquluzade. Qulu təhsilə sırf tüccari bir zehniyyətlə getmişdi. "Oxumaq, qazanmaq, sərvət sahibi olmaq"
onun birinci şüarı idi. çemenzeminli.

SIRGA : Azerbaijani Explanatory Dictionary

is. Qadınların qulaqlarına taxdıqları qızıl, gümüş ve s.-den qayrılmış müxtelif for-malı bezek; tana. Brilyant sırğa. Yaqut sırğa.
- Ərknaz heç kəsin ağlına gəlməyən sırğalar, klonlar, qolbaqlar, bilərziklər, boyunbağılar, sancaqlar sifariş elərdi... M.Hüseyn. [Sara xanımın]
.sırğası, qozası, ətəkliyi, nəyi, nəyi yox idi? Qantemir.
◊ Qulağında sırğa olmaq
bax qulaq. SIRGACIQ is. Balaca sırğa, kiçik sırğa. Qızın qulağına sırğacıq taxmaq.

SIRGALIQ : Azerbaijani Explanatory Dictionary

is. Qulağın et halında olan aşağı hissesi; merçek.

SIRIQ : Azerbaijani Explanatory Dictionary

is. Paltara, yorğana ve s.-ye atılan iri ve möhkem tikiş. Döşəyin sırığı açılıb. Paltonun sırıqları bilinir.
Aradan onun sırıq alt köynəyinin qırmızı sapla işlənmiş sırıqları görünürdü. S.Rehimov.

SIRIQLI : Azerbaijani Explanatory Dictionary

sif. Sırıq vurulmuş, sırıq atıl-mış. Sırıqlı paltar.
[Reiyyetin] isti-soyuqdan saxlayan motal papağı, bir də döşü sırıqlı, ətəyi büzməli arxalığı var idi. S.Rehimov. [Əsger bey] sarı, ipək arxalığının sırıqlı bo-ğazının cılıqqalarını açdı. Ə.Veliyev.
is. Gödekce, candonu. Sırıqlı tikdirmək.
- Şofer əynindəki sırıqlını çıxarıb [Aydmm] dalınca qışqırdı. H.Seyidbeyli. [Firengiz Şa-hine:] Əgər sən üşüyürsənsə, götür sırıqlını gey... B.Bayramov.

SIRIMA : Azerbaijani Explanatory Dictionary

"Sırımaq"dan f.is.
B a x sırıqlı
ci menada. Bu adamlar (şəhərin alverçi, baqqal, tacir, dəllalları) çi-yinlərinə güləbətinli sırıma ilə baftalı çuxa
. salardılar. H.Sarabski.