Azerbaijani Explanatory Dictionary
SIXLAŞMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Getdikce sıx olmaq, sıx hala gelmek; kesifleşmek, qatılaşmaq, qeliz-leşmek. Göy üzündə... qara buludlarsıxlaşır, yavaş-yavaş yağış çisələyirdi. Ə.Veliyev. Sıx-laşdı qaranlıq... gəldi çən, duman; çəkildi üfüqdən Elbrus tamam. N.Xezri.
Bir-birine lap yaxın durmaq, qovuşmaq, çox sıx dayanmaq. Məşədibəy cavab vermədi, onun üzündəki qırışlar daha da sıxlaşdı. M.Hüseyn.
məc. Birleşmek, hemreylik, birlik yarat-maq, birge hereket etmek üçün bir araya top-laşmaq. Partiya sıraları döyüşlərdə sıxlaşan; Dənizlər, dağlar aşan; Müzəffər bir ordudur. Ə.Cemil. Kəndlilər sıxlaşmağa başladılar. Ə.Veliyev.
SIXLIQ : Azerbaijani Explanatory Dictionary
is. Sıx şeyin halı; bir-birine çox yaxın olma, bitişik olma. // Qalınlıq. Meşə-nin sıxlığı.
SIXMA : Azerbaijani Explanatory Dictionary
"Sıxmaq"dan f.is.
◊ Bir sıxma
bir atım, bir çimdik. Xatun qayıdıb içəriyə girdi, xörəyə baxıb bir balaca sıxma duz atdı. S.Rehimov.
SIXMA-BOGMA : Azerbaijani Explanatory Dictionary
is. Bir-birini sıxma, sıxış-dırma, basabas. [Əliqulu:] Sonra yavaş-yavaş sıxma-boğma başlandı. S.Rehman. Bu son-suz sıxma-boğmaya daha nə qədər dözmək olar. I.Hüseynov.
◊ Sıxma-boğmaya salmaq
çox sıxışdır-maq, çıxılmaz veziyyete salmaq. [Perişan:] Telli xala kimi ağbirçəklər milçəkdən dəvə qayıranda yazıq kişilər neyləsin, qulaqlarına çatır, arvadı salırlar sıxma-boğmaya. M.Ib-rahimov. Sona
. içəridə əmisi arvadını sıxma-boğmaya salanlara da eşitdirmək istəyib bərk-dən dedi. Ə.Əbülhesen.
SIXMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Ustünden, ya yanlarından basmaq, tezyiq etmek. Qarpızı sıxıb yoxla-maq.
Kip birleşdirmek, bir-birinin üstüne berk basmaq, qısmaq. Cavan müəllim.. susdu, diş-lərini bir-birinə sıxdı, gözləri isə çox şeylər söyləyirdi. M.Rzaquluzade. □ Əlini sıxmaq
salamlama ve ya başqa bir hissini (teşekkür, hüsn-reğbet, razılıq ve s.) ifade etmek üçün birinin elini tutub berk sıxmaq.
Meyveni el ve s. ile berk basıb (sıxıb) suyunu çıxarmaq. üzüm sıxmaq. Meyvə sıx-maq. Limon sıxmaq. // Berk buraraq suyunu çıxartmaq. Paltarları sıxmaq.
Kimi dolaq-larını açıb, çəkmələrini çıxarır, kimipatava-larını sıxıbyenə dəyaş-yaş geyirdi. Ə.Veliyev.
məc. Sıxışdırmaq, ruhen incitmek, sıxıntı vermek. Belə hərəkət adamı sıxır.
Məni çox dərin bir kədər pəncəsinə alıb sıxmağa baş-ladı. M.S.Ordubadi. Bilirəm, könlünü sıxır iztirab; Keçən məktubuna verirəm cavab. M.Rahim. Bəlkə mənim bu ziyarətlərim Ya-qutu və gənc doktoru sıxırdı? Ə.Memmed-xanlı.
Tetiyi çekib boşaltmaq (odlu silahı). [Bahadır] bu sözləri yazandan sonra tapan-çanı gicgahına qoyub sıxdı... N.Nerimanov.
.Kəblə Abbasəli aşpazxananın səqfinə iki güllə sıxdı. Mir Celal.
Dar gelmek, dar olmaq (paltar, ayaq-qabı). Tufli ayağımı sıxır.
Berk çekib bağlamaq. [Gülbadam] boy-nuna düşmüş ağ çit, qara çiçəkli yaylığı ba-şına salıb, boğazının altından sıxdı. N.Neri-manov.
◊ Sıxıb suyunu çıxartmaq məc.
berk sıxışdırmaq, berk tenqid etmek, abrını ver-mek. çünki Qoşatxan büro iclaslarının birin-də [Rüstemin] də sıxıb suyunu çıxartmışdı. M.İbrahimov. [Şofer:] Qayda-qanunu nə tez unutdun, ay Yusif? Bəs demirsən sessiyada sıxıb suyunu çıxartdılar? B.Bayramov.
SIX-SIX : Azerbaijani Explanatory Dictionary
zərfve sif.
çox sıx, bir-birine çox yaxın, bitişik. Sıx-sıx kollar. Ağaclar sıx-sıx əkilmişdir.
Tez-tez, her addımda. Belə hallara sıx-sıx təsadüf edilir.
SIXYARPAQ(LI) : Azerbaijani Explanatory Dictionary
sif. Yarpaqları sıx olan. Sıxyarpaqlı ağac.
SILDIRIM : Azerbaijani Explanatory Dictionary
sif. çılpaq, dik ve uca; yalçın. Sıldırım dağ.
[İskender bey] sıldırım bir qayanın başında laçın yuvasına bənzər, ağ daşdan bina olunmuş ikimərtəbəli sarayında oturub hər tərəfə fərman göndərərdi. Ə.Haq-verdiyev. Xoş gəldin söyləyir yenə şairə; Sinəsi sıldırım qayalı dağlar. S.Rüstem. // Sıldırımlı. Biz sıldırım və çətin bir yol ilə gedirik. M.İbrahimov. // is. Dik qaya. Uşaq-lığım uçurumlar, sıldırımlar arasında keç-mişdi. İ.Əfendiyev. Nərgizin fikri
. qanad çalır, sıldırımlarda dayanan ağacların
. ya-nında süzürdü. B.Bayramov. // Uçurum, yar-ğan. [Koroğlu] atı vurub sıldırımın kənarına gəldi. "Koroğlu".
SILDIRIMLI : Azerbaijani Explanatory Dictionary
sif.
Sıldırım olan, sıldırım halında olan. [Ağbulaq kendi] sıldırımlı dağ-ların geniş ətəyində yerləşərək hər tərəfdən meşə ilə əhatə olunmuşdu. S.Rehimov.
Uçurumlu. Sıldırımlı sahil. Sıldırımlı dərə.
SIMSIQ : Azerbaijani Explanatory Dictionary
SIMSIRIQ sımsığına dəymək
bax damağına dəymək ("damaq"da).
[Xurşid:] Srağagün [Gülsabah] orada otur-muşdu, mən də
. çıxdım getdim. Bu [Gülsa-bahın] sımsığına dəyib. C.Cabbarlı. Sımsığını (sımsırığını) sallamaq
bax qaş-qabağını sallamaq ("qaşqabaq"da). [Cebi:] O arvad-dan həzər etmək gərək, hansı ki əri evə gələn-də sımsığın sallaya.. N.Vezirov. Tapdıq sım-sırığını salladı, bir müddət küsdü. Ə.Veliyev.
SINAQ : Azerbaijani Explanatory Dictionary
is. Sınama işi, imtahan. Söhbətin bu yerində mən sınaq üçün xalça üstündə oy-nayan qızı çağırdım. S.Rehimov. [Əlikram:] Səlim,
.bilirsən ki, yaradıcılıq böyüksınaq-lar tələb edir. B.Bayramov. □ Sınaqdan ke-çirmək
sınamaq, yoxlamaq, imtahandan keçirmek. Varaz oğlunun da cəsarətini bə-yəndi, amma onu daha çətin bir sınaqdan ke-çirmək istədi. M.Hüseyn. [Ferrux] mollanın ağzını yoxlamaq, sınaqdan keçirmək üçün tədbir tökürdü. Ə.Veliyev. Sınaqdan (sınaq-lardan) keçmək (çıxmaq)
yoxlanmaq, sı-nanmaq, imtahandan keçmek. Bu rota böyük sınaqlardan çıxmışdı. S.Veliyev. Həyat yo-lunda, yaxşılıq uğrunda bütün sınaqlardan keçməyə hazıram, sevincdən üz döndərmirəm, qəm-qüssədən qorxmuram. Ə.Memmedxanlı.
SINAQÇI : Azerbaijani Explanatory Dictionary
is. Aparatları, materialları ve s.-ni sınaqdan keçiren mütexessis. Sınaqçı təyyarəçi. Sınaqçı şofer.
SINAQLI : Azerbaijani Explanatory Dictionary
sif. Tecrübeli, sınaqdan çıxmış. Vaqifin sınaqlı gözləri arvadına rast gələrək parladı. çemenzeminli. Səngərdən-səngərə verirlər xəbər; Seçirlər üç nəfər sınaqlı rəh-
bər. H.K.Sanılı.
SINAMA : Azerbaijani Explanatory Dictionary
"Sınamaq"dan f.is.
SINAMAQ : Azerbaijani Explanatory Dictionary
f. Yoxlamaq, tecrübeden, sı-naqdan keçirmek. [Əhmed:] Qızım, mənim nə oğlum var, nə də qızım, səni sınayırdım, xatircəm ol, Qəribini tapıb sənə yetirərəm. "Aşıq Qerib". [Elxan yoldaşlarına:] Qardaş-lar, taleyimizi sınayaq. C.Cabbarlı. [Əsger:] Mən də qəsdən demədim ki, qoy axıra kimi qızı sınayım. U.Hacıbeyov.
SINAN(IL)MA : Azerbaijani Explanatory Dictionary
"Sınan(ıl)maq"dan f.is.
SINAN(IL)MAQ : Azerbaijani Explanatory Dictionary
məch. Sınaqdan keçiril-mek (çıxarılmaq), yoxlanılmaq, tecrübeden keçirilmek. Adamlar təcrübədə sınanmalıdır. Ə.Əbülhesen. Hüseyn yoldaşını qoyarmı dar-da; Sədaqət sınanıb vuruşmalarda. M.Rahim.
SINANMIŞ : Azerbaijani Explanatory Dictionary
f.sif. Sınaqdan çıxmış, tecrübe-den keçirilmiş, yoxlanmış. Döyüşdə sınanmış mərd əsgər kimi; Ellər vəhdətinə səs verək bu gün. M.Rahim. Burda çox sınanmış şerin hü-nəri; Bura ilham yurdu sənət şəhəri. N.Refi-beyli.
SINAYICI : Azerbaijani Explanatory Dictionary
sif. Sınayan, bilmek isteyen, imtahanedici, sual ifade eden. Mahmud
. ana-nın sınayıcı baxışlarının mənasını başa düşdü. Ə.Əbülhesen. Polkovnik sınayıcı nəzərlə [ka-pitana] baxdı. S.Veliyev.
SINDIRMA : Azerbaijani Explanatory Dictionary
"Sındırmaq"dan f.is.
SINDIRMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Berk bir şeye vurmaqla, toxundurmaqla, yaxud yere salmaqla parça-lamaq, qırıb tökmek. Stəkanı yerə salıb sın-dırmaq. Su dolçasını sındırmaq. Güzgünü sındırmaq.
.Birdən gülümü üzdüm, tacımı daşa vurdum,
.sındırdım. A.Divanbeyoğlu. Noldu, ehtiyatsızyenə dolandın; Bulaqda ku-zəni sındırdın dünən. N.Xezri. // Bütöv bir şeyi berk bir şeye vuraraq xıncım-xıncım etmek, qırmaq. Daş sındırmaq.
Qopararaq üzmek, qırmaq. Şaxı sındır-maq. Stolun qıçını sındırmaq.
Getdi meşə içrə odun qırmağa; Şax budağı başladı sın-dırmağa. A.Sehhet. [Güllü:] Mən daha budaq sındırmayacağam. H.Seyidbeyli.
Korlamaq, xarab etmek, yararsız hala salmaq. Saatı sındırmaq. Oyuncağı sındır-maq. Aləti sındırmaq.
Şikest etmek, qırmaq. Qolunu sındır-maq. Ayağını sındırmaq.
Molla bir uşağın ayaqlarını falaqqaya qoyanda on bir çubuq sındırır. C.Memmedquluzade. [Hambal:] A Məşədi, bu qədər xəlqə pul paylayırsan, mənə də bir abbası ver, belimi sındırıbsan. U.Hacı-beyov.
məc. Mehv etmek, yox etmek, meğlub etmek, dağıtmaq. Köhnəlmiş idarə üsulunu sındırıb yenisini qurmaq.
Qoşun sındırmış, qala fəth etmiş əsgər sevinci ilə Durmuş ya-tağına girdi. Mir Celal.
məc. Pert etmek, xetrine deymek, me-yus etmek. Səlim [Naşadı] son sözilə məclis-də sındırmışdı. S.Hüseyn. Bu gülüşlər də onu sındırmışdı. H.Nezerli. Yoldaş komandir! Gəlin siz məni sındırmayın, mənim də tay-tuşum var. Ə.Veliyev.
məc. dan. zar. Hevesle, şövqle oynamaq (reqs etmek). [Kerbelayı Fatmanise:] Vallahı, zalımın qızı elə sındırır ki, elə sındırır ki, bü-tün sümükləri beşatılan kimi şaraq-şaraq şaqqıldayır. C.Cabbarlı. □ Sındıra-sındıra oynamaq
hevesle, ehtirasla, şövqle oyna-maq. Gələnlərdən iki nəfəri ortada sındıra-sındıra oynayırdı. M.Hüseyn.
Bir sıra isimlerin yanına getirilerek, mü-rekkeb feil ve müxtelif ifadeler düzeldilir; mes.: üreyini sındırmaq, sözünü sındırmaq, başını sındırmaq, qol-qanadını sındırmaq, belini sındırmaq ve s.
SINIXMA : Azerbaijani Explanatory Dictionary
"Smıxmaq"dan f.is.
SINIXMAQ : Azerbaijani Explanatory Dictionary
f. Zeiflemek, arıqlamaq, etini tökmek, üzülmek, erimek. Kiçikbəyimin
. solğun çöhrəsi sınıxmışdı və dərin bir kədər saçırdı. çemenzeminli. Züleyxa bir tərəfdən ərinin rəftarını, digər tərəfdən qardaşının zəlalətini görüb günü-gündən sınıxırdı. C.Cabbarlı. [çepel:] Qız, bu nə gündür, sını-xıb əriyibsən? Mir Celal.
SINIQ : Azerbaijani Explanatory Dictionary
sif.
Sınmış halda olan; qırıq. Sınıq dolça. Sınıq boşqab. Sınıq güzgü. Sınıq ma-şın.
Mirbalayev oturduğu sınıq taburetdən qalxaraq gəzinməyə başladı. M.Hüseyn. Dağınıq və uçuq evləri, küçələrə tökülmüş sınıq qab-qacaqları görərkən dağılmış insan yurdunun bu xarabazarlığı qarşısında yolçu-nun ürəyi sıxıldı. Ə.Memmedxanlı.
is. Sınmış, qırılmış bütöv bir şeyin kiçik hissesi. Stəkan sınığı. Maşının sınıqlarını dü-zəltmək. Qabların sınığını atmaq.
məc. Perişan, qüsseli, derdli. [Şükür] sınıq bir ürəklə kəndə qayıtmağa məcbur ol-muşdu. S.Hüseyn. Acı qəmlərlə onun qəlbi sınıq, ruhu sınıq; Ona rəhm eyləyən əllər hanı? Olmuşmu qırıq? M.Müşfiq. [Sona:] Ay oğul! Gözümə bir az sınıq dəyirsən? Z.Xelil.
Iflas etmiş, müflis.
məc. Meğlubiyyete uğramış, basılıb po-
zulmuş. Sınıq qoşun.
◊ Sınıq çıxmaq
iflas etmek, müflis ol-maq. Nəhayət, Hacı Sultan sınıq çıxdı. S.Hü-seyn. Həmzə sınıq çıxıb iflas etmiş "intiligent" tacir və əmisi oğlu Ağasəfəri öz yanında işə götürmək niyyətində idi. Ə.Əbülhesen. Sınıq düşmək
1) b ax sınıq çıxmaq; 2) meğlub olub dağılmaq, darmadağın olmaq. Sınıq dü-şən Səlim bəy suyu süzülənə-süzülənə Gorusa qayıdıb, istər-istəməz Peterburqa bir də xə-bəryazdı. S.Rehimov. Sınıq salmaq
dağıt-maq, basmaq, meğlub etmek, darmadağın etmek. Nəbi dağın bir tərəfində olan qoşunu sınıq salıb, dərə enişə qovdu. "Qaçaq Nebi".
SINIQÇI : Azerbaijani Explanatory Dictionary
is. çıxmış ve ya sınmış sümüyü yerine sala bilen arahekimi. Biçarə qolunun ağrısından bitab düşüb, nəhayət, məşəqqətlə özünü sınıqçı Kərbəlayı Piriyə yetirdi. S.M.Qenizade. Sınıqçı dalınca gedən atlı alçaqboy, qırmızısaqqal qoca bir kişi ilə qa-yıtdı. P.Makulu.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani