Azerbaijani Explanatory Dictionary
SIGMAQ : Azerbaijani Explanatory Dictionary
f. Yerleşmek, gire bilmek. [Mehemmedceferin] portfeli o qədər dol-muşdu ki, qoltuğuna sığmayırdı. Qantemir. Nəriman ölfətin qucağına sığmırdı. Mir Celal. Nəbi pəncəsinə sığmayan bafanı yerə qoyub belini düzəltdiyi zaman günəş onu salamladı. Ə.Abasov.
SIGMAZ : Azerbaijani Explanatory Dictionary
f.sif. Bir araya sığışa bilmeyen, bir araya sığışmaz, uyuşmaz. Omür sürən bəxtiyar; Pozulmasın düz ilqar; Sığmaz bu dünyalara; Könlümdəki arzular. R.Rza.
SlGORTA : Azerbaijani Explanatory Dictionary
is. Tebii felaket ve bedbext ha-dise neticesinde zerer görmüş şexse ve ya teşkilata xüsusi teşkilat terefinden müntezem olaraq pul vermek vasitesile zererini öde-mekden ibaret teminat vasitelerinden biri. Dövlət sığortası. Ictimai sığorta. Əmlakını sığorta etdirmək.
[Mehemmedcefer:] Bu üçüncü
sığorta dəftərim, bu da mənim Bak-soyuz dəftərim. Qantemir. [Mesme:] Mənim həyatımın
ci səhifəsi
cü ilin baharın-dan başlayır. Bu zaman ev qulluqçularının sığorta edilməsi üçün qanun nəşr edilmişdi. S.Hüseyn. Qələmi yaxana sanc! Məndən sənə nə qazanc! Mən ölümdən sığorta istəmirəm. R.Rza.
SIGORTAÇI : Azerbaijani Explanatory Dictionary
is. Sığorta idaresi işçisi.
SIGORTALI : Azerbaijani Explanatory Dictionary
sif.
Sığorta edilmiş.
məc. Əmniyyet altına alınmış; teminatlı.
SIX : Azerbaijani Explanatory Dictionary
sif.
Ağacları, budaqları, yarpaqları ve s. bir-birine çox yaxın, bitişik. Sıx meşə. Sıx kol. Sıx çəmən.
.Dərələrində adamboyu qalxan sıx, ətirli otlar bitən bu yerləri kör-pəlikdən sevirdi. İ.Hüseynov.
Qalın, gur, yoğun. Sıx hörüklər.
Natiq sadə fəhlə paltarı geymiş, papağını əlinə al-mışdı. Onun sıx saçları uzanıb boynunun ardına sarı tökülmüşdü. M.Hüseyn. Füzuli çataraq sıx qaşlarını; Leylinin eşqinə saldı Məcnunu. S.Vurğun.
zərfBir-birine yapışmış, çox yaxın. Cərgədə sıx durmaq. Şeyləri sıx qoymaq. // sif. ve zərfBir-birinden ayrılmaz, yaxın, elaqeli (bezen "sıxı" şeklinde işlenir). Sıx əlaqə.
.Arasında sıx bir rabitə vardı. S.Hüseyn.
SIXAC : Azerbaijani Explanatory Dictionary
is. Bir şeyi sıxmaq, sıxıb saxlamaq üçün alet, qurğu.
SIXCALAMA : Azerbaijani Explanatory Dictionary
"Sıxcalamaq"dan f.is.
SIXCALAMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Sıxıb ezmek, basıb
ezmek.
Sıxışdırmaq.
SIXICI : Azerbaijani Explanatory Dictionary
sif.
Sıxan, sıxmaq üçün olan. Sıxıcı alət.
məc. Darıxdırıcı, üzücü, cansıxıcı. Sıxıcı bir mühit.
[Qetibenin Qızıl Arslana mek-tubundan:] Buna görə də hökmdar məni bu sıxıcı məngənənin altından qurtarmalıdır.
M.S.Ordubadi.
SIXILMA : Azerbaijani Explanatory Dictionary
"Sıxılmaq"dan f.is. Suyun sıxıl-ma dərəcəsi.
SIXILMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Tezyiq, sıxma ve s. neti-cesinde hecmce kiçilmek, sıxlaşmaq. // Da-ralmaq, sıxlaşmaq, balacalaşmaq.
.Getdikcə izdiham çoxalır, Ayazın ətrafını almış halqa daha da sıxılırdı. Ə.Memmedxanlı. Nəha-yət
. üç yol ayrıcında bu halqa tamamılə sı-xıldı. H.Seyidbeyli.
Büzüşmek, yığılmaq, qısılmaq. [Nadir:] Müharibə zamanı üzərimə minlərcə düşmən qurşunu yağdı da, heç qorxmadım. Burada nə üçün sıxıldım, cücəyə döndüm?! B.Talıblı. Zərifə təzədən oturduğu yerdə qurcalanıb dayısına sıxıldı. Ə.Əbülhesen. [Tapdıq] bərk-bərk anasının qucağına sıxılıb dayandı. Ə.Veliyev.
Pert olmaq, utanmaq, tutulmaq. Əhməd bundan bir şey anlamadı. Fəqət Zəkinin ona qarşı olan soyuq hərəkətindən çox sıxıldı. A.Şaiq. Fərman həmişə belə qoçaq və dila-vər qızların yanında sıxılar və özünü itirərdi.
Ə.Sadıq.
◊ Sıxılıb qalmaq
balaca, dar bir yerde yaşamalı olmaq; sığınmaq, daldalanmaq. [Di-lare Qurbanlıya:] Bağışlayın, evimiz darkeş-dir, iki otağa sıxılıb qalmışıq. çemenzeminli. Əri Heydərqulu [Hörmeti] indi həyətin kün-cündə sıxılıb qalan və ailənin bir anbar kimi istifadə etdiyi bir daxmaya gətirmişdi. Ə.Sa-dıq. ürəyi (könlü, qəlbi) sıxılmaq
qüsse-lenmek, darıxmaq, xiffet etmek. [Perviz xan:] Ana, sən allah, burax qızı, aparaq, dərsini oxusun, hərgah Münəvvər orada olmasa bi-zim də qəlbimiz sıxılar. M.S.Ordubadi. [Rüs-tem bey:] Bir adam bir adama öyrəşir, alışır, onu görmədikdə könlü sıxılır. çemenzeminli. Qədirin ürəyi çox sıxıldı, yüzbaşını o indi başa düşmüşdü. Mir Celal.
SIXINTI : Azerbaijani Explanatory Dictionary
is.
çetinlik, qısıntı, yoxsulluq, ehtiyac, korluq, güzeran ağırlığı. [Əmrah] başdan-ayağa sıxıntı, fəryadla yoğrulmuş bir həyatdan küsməkdə haqlı idi. M.Hüseyn. Durnanın uşaqlığı sıxıntı içərisində keçmişdi. Ə.Sadıq. □ Sıxıntı çəkmək
1) maddi ce-hetden çetinlik çekmek, korluq çekmek, ehtiyac içinde olmaq. Min sıxıntı çəkirsən, güzəranın ağırdır; Dərdini eşitməyir tanrın, niyə, sağırdır? N.Refibeyli; 2) ezab çekmek, eziyyet çekmek. [Aydemir Inciye:] İstəmi-rəm sən mənimçin bir sıxıntı çəkəsən, sənin adın çəkilsin. C.Cabbarlı.
Darısqallıq neticesinde duyulan nara-hatlıq. Ailə bir otaqda sıxıntı içərisindədir.
[Kend mektebinin müellimi:] Sizin evdə [müellim] sıxıntı çəkər. Ə.Haqverdiyev.
SIXINTILI : Azerbaijani Explanatory Dictionary
sif. Qüsseli, kederli, ağır, üzün-tülü, cansıxıcı. Gecə düşmüşdü. Bir neçə də-qiqə əvvəl sıxıntılı görünən otaq sanki istira-hət saçmağa başladı. çemenzeminli. Ağır əzablar içində və olduqca sıxıntılı bir tərzdə o, gecəni səhər elədi. Ə.Veliyev.
SIXIŞDIRILMA : Azerbaijani Explanatory Dictionary
"Sıxışdırılmaq"dan f.is.
SIXIŞDIRILMAQ : Azerbaijani Explanatory Dictionary
məch. Başqasının tezyi-qine, sıxıntısına meruz qalmaq; sıxışdırılıb aradan çıxarılmaq.
SIXIŞDIRMA : Azerbaijani Explanatory Dictionary
"Sıxışdırmaq"dan f.is.
SIXIŞDIRMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Sıxmaq, sıxcalamaq.
Kəndlilər bir-birini sıxışdıraraq aralığı açıb Firidunu qabağa buraxdılar. M.Ibrahimov. Hümmətlə Yusif özünü yetirəndə Həmzə Şah-marı yaxalayıb, hesabdarın stoluna sıxışdır-mışdı. B.Bayramov.
Sıxıntı vermek, incitmek, eziyyet ver-mek, qısnamaq, qısqı gelmek. Hacı Kərim [Bextiyarı] sıxışdırır və pulunu tələb edirdi. S.Hüseyn. [Behlul:] Baş mühəndis [Qara-xalovu] sıxışdırırdı. B.Bayramov. // Sıxışdırıb aradan çıxarmaq, tezyiq etmek, tesir etmek. İbrahim xanı sıxışdırmaq yaxın tədbirlərdən biri idi. çemenzeminli.
SIXIŞMA : Azerbaijani Explanatory Dictionary
"Sıxışmaq"dan f.is.
SIXIŞMAQ : Azerbaijani Explanatory Dictionary
f. Yan-yana gelib bir-birinin tezyiqi altında olmaq, bir-birini sıxmaq, sı-xışdırmaq.
SIXLAŞDIRILMA : Azerbaijani Explanatory Dictionary
"Sıxlaşdırılmaq"dan
f.is.
SIXLAŞDIRILMAQ : Azerbaijani Explanatory Dictionary
məch. Daha sıx edil-
mek, daha sıx hala getirilmek, birleşdirilmek.
SIXLAŞDIRMA : Azerbaijani Explanatory Dictionary
"Sıxlaşdırmaq"danf.is.
SIXLAŞDIRMAQ : Azerbaijani Explanatory Dictionary
f. Daha sıx etmek, sıx
hala getirmek, birleşdirmek, lap yaxınlaş-dırmaq.
SIXLAŞMA : Azerbaijani Explanatory Dictionary
"Sıxlaşmaq"dan f.is.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani