Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
SOLTAN : Azerbaijani Explanatory Dictionary

is. [ər. sultan] Padşah, hökmdar. Hər kimin ki, mövla olur köməyi; Nə işi var soltan ilə, xan ilə. M.V.Vidadi. Dindar ca-maatı hələ başa salmaq olmur ki, şahsız və soltansız məmləkət şura üsulu ilə idarə oluna bilər. M.İbrahimov.

SOLUB-SARALMA : Azerbaijani Explanatory Dictionary

"Solub-saralmaq"dan f.is.

SOLUB-SARALMAQ : Azerbaijani Explanatory Dictionary

f. Solmaq, saralmaq; rengini, parlaqlığını, teravetini itirmek; bo-zarmaq. Burada sınıq budaqlı ağaclar susuz qalıb qurumağa başlamış, bağçalar solub-saralmış(dı).. Ə.Memmedxanlı.

SOLUXMA : Azerbaijani Explanatory Dictionary

"Soluxmaq"dan f.is.

SOLUXMAQ : Azerbaijani Explanatory Dictionary

f. Solmaq. [Dostumun] rast və gözəl qaməti əyilib, rəngi soluxub, gözlərinin işığı gedib. F.Köçerli. Gün batdı, ağardı hər cığır, hər iz; Amma soluxmadı dağ başında nur. N.Xezri.

SOLUQ : Azerbaijani Explanatory Dictionary

sif. Solmuş, solğun, rengi qaçmış, teraveti qaçmış. [Qurbanın] biixtiyar soluq dodaqlarından bütün iztirab və kədərlərinə tərcüman olan bir "of" uçdu. A.Şaiq. Omür qəndilinin şölələrindən; Dərdiyi çiçəklər ola-caq soluq. M.Müşfiq.

SOLYARI : Azerbaijani Explanatory Dictionary

is. [lat.] Güneş vannası qebul edenler üçün avadanlığı olan yer.

SOLYARKA : Azerbaijani Explanatory Dictionary

is. [rus.] Neft yanacağının bir növü.

SOMATOLOGIYA : Azerbaijani Explanatory Dictionary

is. [yun.] tibb. İnsan bedeninin ölçülerini ve tenasübünü öyrenen elm sahesi.

SOMBRERO : Azerbaijani Explanatory Dictionary

is. [isp.] Kenarları enli şlyapa.

SON : Azerbaijani Explanatory Dictionary

is.
Bir şeyin qurtaracağı, nehayeti, axırı; axır. Yolun sonu. Küçənin sonu.
Bay-ramın Məşədibəygilə qonaq gəldiyi ilk gün son gün olmadı. M.Hüseyn. Əhmədov Əzizi ancaq işin sonunu xəbər verən zəng çalınanda buraxdı. S.Rehman.
Eyni menada zaman haqqında. İlin sonu. Ayın sonunda. İş gününün sonu. // Bir işin bit-mesi, qurtarması, başa çatması. İşi sona çatır. Hadisənin sonunu gözləmək. // sif. Axırıncı, sonuncu. Yayın son ayı. Son cərgədə oturmaq.
[Nuriyye:] Son kursda oxuyan Ayna adlı bakılı bir qızla dost olmuşuq. İ.Əfendiyev.
Aqibet, netice, axır. Kambayev dəhşətli sonun yaxınlaşdığını görürdü. S.Rehman.
məc. ölüm, ölme, son nefes. Sonu gəlib çatmışdır. Onun sonudur. Son nəfəsə kimi.
Ən yeni, en teze, yenice meydana çıx-mış, axırıncı. Son moda. Elmin son nailiy-yətləri. Son xəbərlər.
Patefonda son dəbli bir oyun havası çalınır. İ.Əfendiyev.
0 Son dərəcə
olduqca çox, lap çox. Son dərəcə gözəl. Son dərəcə çalışqan. Son dərəcə arıq.
[Fatma arvad] qonağının, bəlkə də gə-ləcək gəlininin gəlişinə son dərəcə şad idi. Mir Celal. Leyla təəccübləndi:
Son dərəcə həssas oğlandır,
deyə, ürəyindən keçirdi. B.Bayramov. Son qoymaq (vermək)
ne-hayet vermek, daha etmemek, yol vermemek, el çekmek, dayandırmaq. [Ferec Qurbana:] Məsuliyyətsiz danışıqlara son qoymaq lazım-dır. Ə.Memmedxanlı. Cahandar ağa keçir-diyi iztirabların gözlərindən oxuna biləcəyini başa düşüb, nəzərlərini Əşrəfin üzündən ya-yındırdı və ani şaşqınlığa son qoyub, özünü toxtatdı. İ.Şıxlı. Son nəfəs
axır nefes, he-yatının son deqiqeleri. Rzaquluxan isə son nəfəsdə ağlayırdı, həm də gülürdü. Zira dok-torun sözlərinin təsəllidən ötrü olduğunu an-lamışdı. M.S.Ordubadi. Son nəfəsdə qışqırı-rıq; Hava çatmır, hava çatmır. B.Vahab-zade. Sona yetirmək (çatdırmaq)
bitir-mek, qurtarmaq, tamamlamaq, axıra çatdır-maq. Bütün gecəni yatmamış Firiduna elə gəldi ki, qorxunc və əzablı bir yuxu sona yetir. M.İbrahimov. Sanki bu nöqtədə çatırdı sona; Onun şıltaqları, onun nazları. B.Vahabzade. Sonuna çıxmaq
bax axırına çıxmaq ("axır"da). O səni yumruqla torpağa yıxdı; Bütün duyğuların sonuna çıxdı.. M.Müşfiq.
SONAis. Əsil menası ördek olub, gözelli-yine göre aşıq şerinde gözelin epitetlerinden biri kimi (çox vaxt yaşılbaş sona terkibinde) işlenir. Gecə-gündüz oda düşüb yanaram; Siyah telli bir sonanın ucundan. M.V.Vidadi. Könül, əbəs yerə üzmə canını; Sonaların əhdə olmaz vəfası. Q.Zakir.

SONALAMA : Azerbaijani Explanatory Dictionary

"Sonalamaq"dan f.is.

SONALAMAQ : Azerbaijani Explanatory Dictionary

f. Her şeye irad tutmağa çalışmaq, her şeyde nöqsan axtarmaq. Əfruz bacı hər şeyi sonalayan idi. O, evin qabağın-da Kosanı qarşılayıb bala baxdı və qızışdı. S.Rehimov. Oz evlərində heç bir şeyi sona-lamayan, anası gətirən hər xörəyi yeyən Qə-dir qonaq getdiyi yerdə mərəkə açardı. Mir
Celal.

SONÄTA : Azerbaijani Explanatory Dictionary

[ital.] Xarakter ve tempi etibarile adeten üç ve ya dörd hisseden ibaret instru-mental musiqi eseri.

SONATINA : Azerbaijani Explanatory Dictionary

[ital.] mus. Kiçik sonata.

SONBEŞIK : Azerbaijani Explanatory Dictionary

is. Sonuncu, axırıncı uşaq, öv-lad. Ailənin sonbeşiyi.
Tükəzban ilk və son-beşiyi olan Qüdrəti min əziyyətlə boya-başa çatdırdığından onun üstündə, öz təbirincə, nanə yarpağı kimi əsirdi. M.Hüseyn. Ulduz ailədə sonbeşik idi. Ə.Memmedxanlı.

SONCUQ : Azerbaijani Explanatory Dictionary

is. Tepik, şıllaq.. □ Soncuq at-maq
bax soncuqlamaq. Oküzsoncuq atır. // Terslik elemek, deyilene qulaq asmamaq. Gülsənəm arvad oğlunun sözlərindən bir az da əsəbiləşdi:
Eh, qurbanın olum,
dedi,
sevir sevsin, mən demirəm ki, onlar da düş-mən olsun, amma sevməyin də bir təhəri var axı. Daha bundan ötrü niyə soncuq atır? M.Hüseyn.

SONCUQLAMA : Azerbaijani Explanatory Dictionary

"Soncuqlamaq"dan f.is. Köçün yaraşığı dananın soncuqlamasıdır. (Ata. sözü).

SONCUQLAMAQ : Azerbaijani Explanatory Dictionary

f. Soncuq atmaq, tepik
atmaq, şıllaq atmaq. Cöngə isə hey soncuq-layır, təkə kimi atılıb-düşürdü. S.Rehimov.

SONET : Azerbaijani Explanatory Dictionary

is. [fr.] Şeir janrı.

SONLUQ : Azerbaijani Explanatory Dictionary

is. qram. Sözün qrammatik de-yişen son hissesi. Hal sonluqları.

SONOR : Azerbaijani Explanatory Dictionary

is. [lat.] Ses tellerinin ahengdar hereketi ile yaranan samit ses.

SONRA : Azerbaijani Explanatory Dictionary

zərfBir işin, hadisenin baş ver-mesinde zaman ardıcıllığı gösteren zaman zerfi. Əvvəlcə müəllim, sonra uşaqlar danışdı.
- Qonaq əvvəlcə Bayramla, sonra da Məşədi-bəylə vidalaşıb çıxdı. M.Hüseyn. On beş gün sonra aparılan işlərin ilk nəticəsi yoxlandı. H.Seyidbeyli.
qoş. Arxasınca, ardınca, dalınca. Mən-
dən sonra kimdir? Hamıdan sonra gəlmək.
Saat
dən sonra. Yağışdan sonra gün çıxdı.
- Uşaqlar dağılışdılar və xanım da ancaq bundan sonra eyvandan otağa çəkildi. P.Ma-kulu. □ Bir azdan (qədərdən) sonra
aza-cıq sonra, az, aradan çox keçmemiş. Bir qə-dərdən sonra qapı açılır. ü.Hacıbeyov. Bir azdan sonra dəmirçi Musa gəlib çıxdı. M.Hü-seyn. Bundan sonra
bundan bele, bir de, daha, artıq. Bundan sonra belə işlər etmə. Bundan sonra gözümə görünmə. // Yoxsa, eks teqdirde. Ora getmə, sonra özün peşman olarsan.
Bir de, ondan başqa, yene, habele. Sonra,
canım sənə desin...

SONRADAN : Azerbaijani Explanatory Dictionary

zərfSonra, axırda, nehayetde, neticede, aqibetde; bir müddet, bir az keçen-den sonra. Məsələni sonradan başa düşdü. Sonradan peşman olmaq. Sonradan ağlına gəlmək.
[Kerem:] Səgrəqibin fitnəsinə inan-dım; Firqət nə olduğun sonradan qandım. "Əsli ve Kerem". Həqiqət halda Sitarə barə-sində [Memmedbağırın] belə, sonradan bo-şamaqfikri yoxdu. S.Hüseyn.

SONRADAN-SONRAYA : Azerbaijani Explanatory Dictionary

zərf Axırda, bir az keçenden sonra, bir qeder fikirleşenden sonra. İsmayıl kişi fikrə getdi. Sonradan-sonraya dedi:
Silahlarını ələ gətirə bilsək, daha yaxşı olar. P.Makulu.