Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
SONRAKI : Azerbaijani Explanatory Dictionary

zərf
Sonra olan, sonra baş veren, bir şeyin ardınca gelen. Sonrakı hadisə. Sonrakı fikir. Sonrakı nəticələr. Sonrakı peş-mançılıq fayda verməz.
Gelecek, qarşıdakı, növbedeki. Sonrakı işləri fikirləşmək.
Sonrakı illər Nadirlə Zü-leyxanı bir-birinə daha möhkəm bağladı. H.Seyidbeyli.

SONRALAR(I) : Azerbaijani Explanatory Dictionary

zərfBir hadiseden, ehva-latdan, işden sonrakı vaxt, sonrakı vaxtlar(da). Əvvəl yaxşı idi, sonraları əhvalı pozuldu.
Bu əhvalatı mənə sonralar anam danış-mışdı. M.Rzaquluzade. Qəzənfər sonralar Dürrənin ailəsinə böyük yardım göstərdi. S.Veliyev. Əvvəllər kənd uşaqları "xan cığal olar"
deyə, [Memmedxanla] oynamaq is-təməsələr də, sonralar razılıq vermişdilər.
P.Makulu.

SONRALIQ : Azerbaijani Explanatory Dictionary

B a x sonradan. Bu kağızın məzmunundan və 2000 manatpuldan hamısı şad olub, sonralıq xoşbəxt və şadlıq ilə yaşa-dılar. B.Talıblı.
sif. Sonra görülmeli olan, görülecek; sonrakı vaxtı nezerde tutan. Bu, sonralıq işdir.

SONRALIQCA : Azerbaijani Explanatory Dictionary

zərfSonradan, sonra. Son-ralıqca hamı gəldi.
Bəs bu yazıq Tükəzbana niyə erkək deyirlər, əlbəttə, sonralıqca hamı-mız biləcəyik. B.Talıblı.

SONRASI : Azerbaijani Explanatory Dictionary

zərf Axırı, ardı, neticesi, aqi-beti. Sonrası bəlli olar. Sonrasına baxarıq.

SONSUZ : Azerbaijani Explanatory Dictionary

sif. Sonu, nehayeti, axırı olma-yan; hedsiz, bitmez-tükenmez. Sonsuz qayğı. Sonsuz boşluq. Sonsuz bir maraq. Sonsuz mə-həbbət.
Bu bəxtiyar üzlərdə nə nadir ya-raşıq var! Sonsuz sevinc doğurur işıqların yanması. R.Rza. Sən açdın beləcə son sə-hərini; Son səhər bir sonsuz gecəyə döndü. N.Xezri.

SONSUZ : Azerbaijani Explanatory Dictionary

sif. Uşağı, övladı olmayan. Sonra Tutu xala, mənim bu sonsuz mehriban xalam, ayağa qalxıb işığı yandırdı. Ə.Memmedxanlı. Sonsuz, dul kişi [Sultan Əmirli] çox zaman evə baş salmaq belə istəməzdi. İ.Hüseynov.

SONSUZLUQ : Azerbaijani Explanatory Dictionary

is. Sonu, nehayeti olmama; nehayetsizlik, intehasızlıq. Amma bu qısacıq məsafə Qulama sonsuzluq təsiri bağışladı. Ə.Əbülhesen.

SONSUZLUQ : Azerbaijani Explanatory Dictionary

is. Sonsuz olma, övladı, uşağı olmama. Sadığın qardaşı da ağlam-sındı, sonsuzluğun bütün ağırlığını duymuş adamlar kimi büzüşdü. M.Hüseyn. [Mesume Muxtara:] Sənin kimi övladdansa, sonsuzluq yaxşıdır. B.Bayramov.

SONUC : Azerbaijani Explanatory Dictionary

ax son
cü menada.

SONUNCU : Azerbaijani Explanatory Dictionary

sif. Ən axırıncı, axırdakı, axırda olan. Sonuncu dərs. Sonuncu tamaşa.
Qoca kişi sonuncu daşı da yonub hazır etmişdi. S.Rehimov.

SOPLO : Azerbaijani Explanatory Dictionary

is. tex. Ucluq.

SOPRÄNO : Azerbaijani Explanatory Dictionary

[ital.] mus.
Ən yüksek qadın sesi.
Bele sesi olan müğenni haqqında.

SORAQ : Azerbaijani Explanatory Dictionary

is. Axtarma, arama, soruşma, so-ruşub bilme (öyrenme, xeber tutma); soruş-maqla öyrenilen şey, xeber, melumat. Xu-cuklu Mahmudbəy çoxdandı ki, Nəbinin sora-ğında idi. "Qaçaq Nebi". // Biri haqqında melumat, xeber. [ümid nazire:] Bəs sizin sorağınız "Nərimanov" kolxozundan gəlir. B.Bayramov. □ Sorağında olmaq
hesre-tinde olmaq, axtarmaq, temennasında olmaq. Vaqif durnalardan təmənna eləyir ki, intiza-rını çəkdiyi və sorağında olduğu alagözlü həmdəmdən görsünlər ona bir xəbər və əsər gətirə bilərlərmi? F.Köçerli. Soraq almaq
bir xeber bilmek, melumatı olmaq. Sorağını aldım.
[Əlyar xan] harada nadir, gözəl, diqqətəlayiq bir şeyin sorağını alardısa, hər necə vasitə ilə olursa olsun, dərhal onu ələ keçirməyə çalışardı. Ə.Memmedxanlı. Soraq etmək
axtarmaq, aramaq, ondan-bundan soruşub öyrenmek, bilmek, xeber tutmaq, melumat almaq.
İnəyi itən soraq edər. (Ata. sözü). Haraları gəzib aramalı, kimi soraq etməli idim. S.Hüseyn. [Şahin:] [Müellimi-miz] fikirləşib ki, saatın itdiyini tələbələrdən soraq eləsəm yaxşı düşməz. B.Bayramov. Soraq vermək
xeber vermek, melumat vermek. Gələcək günlərdən verərək soraq; Oldu bir-birinə ürəklər dayaq. S.Rüstem. [Katibeden] heç kəs bir soraq verməyirdi. Ə.Əbülhesen.

SORAQÇI : Azerbaijani Explanatory Dictionary

is. Soraq eden, soruşan, axtaran. Soraqçının tüstüsü dabanından çıxar. (Mesel).

SORAQLAMA : Azerbaijani Explanatory Dictionary

SORAQLAŞMA "Soraqla-maq" ve "soraqlaşmaq"dan f.is.

SORAQLAMAQ : Azerbaijani Explanatory Dictionary

SORAQLAŞMAQ f. So-ruşmaq, soraq etmek, ondan-bundan soru-şaraq bilmek. Yar dağdan aşdı, getdi; Urəyi daşdı, getdi; Axtardım, soraqladım; Dedilər, qaçdı getdi. (Bayatı). [Əhmed:] Qoyaram yolunda şirin canımı; Soraqlaşıb Qəribini taparam. "Aşıq Qerib". O, uzun müddət ax-tardıqdan, soraqlaşdıqdan sonra Gövhərin yerini öyrənmişdi. Ə.Veliyev.

SORAQSIZ : Azerbaijani Explanatory Dictionary

sif. ve zərf Xebersiz, xeber vermeden, xeberdarlıq etmeden. Soraqsız itmək. Soraqsızgəlmək.
[Medine Yavere:] Bilmirəm səndə nə adətdir, soraqsız, xətərsiz adamın başının üstünü alırsan. M.İbrahimov.

SORAQ-SORAQLA : Azerbaijani Explanatory Dictionary

zərf Soruşa-soruşa, soruşub xeber tutmaqla, axtara-axtara. Soraq-soraqla istədiyini taparsan.
Doğrudur, de-yərlər ki, soraq-soraqla həccə getmək olar. M.Rzaquluzade.

SORĞU : Azerbaijani Explanatory Dictionary

SORĞU-SUAL is. Sual, sual etme,
verilen sual. Sorğuya qısa cavab vermək.
Ağsaçlı, ağbığlı, ağsaqqallı, ancaq lalə kimi qırmızıyanaqlı Əmiraslan baba nəvəsinin sor-ğularına cavab verirdi. S.Rehimov. [Azad:] Qoy xəbər verim, yoxsa sorğu-sualdan yaxa-mızı qurtara bilməyəcəyik. S.Rehman. Səfiyyə sorğu-sualı uzatmamaq üçün tələsik ünvanı, hətta evin nömrəsini də deyib getməyə icazə istədi. H.Seyidbeyli. // Dindirme, suallar ver-me, soruşma, istintaq. □ Sorğu (sorğu-sual) etmək
soruşmaq, sual vermek. [çiyelek] sorğu-sual eləmədi, lakin mahiyyətinə də en-mədi. B.Bayramov. Sorğu-suala tutmaq
dalbadal sual vermek, çox dindirmek, soruş-maq. [Malik] məsələni anlamaq üçün kim gəldi, sorğu-suala tuturdu. M.İbrahimov. [Hekim:] [Ataşı] bu saat sorğu-suala tutmaq olmaz. Ə.Veliyev.

SORMA : Azerbaijani Explanatory Dictionary

"Sormaq1"dan f.is.

SORMA : Azerbaijani Explanatory Dictionary

"Sormaq2"dan f.is.

SORMAQ : Azerbaijani Explanatory Dictionary

f. Soruşmaq, sual etmek, xeber almaq. Gər sual eyləsə zahid, ki nədir nəşeyi-mey? Degilən, get onu meyxanədə sağərdən sor. S.Ə.Şirvani. Bahadır papiros yandırıb Sultandan sordu.. N.Nerimanov. Əhmədhe-kayəsini tamam etdi. İkimiz də bir-birimizin üzünə baxırdıq. Əhməd gözləyirdi ki, mən bir şey soracağam. T.Ş.Simurq.

SORMAQ : Azerbaijani Explanatory Dictionary

f.
Əmmek. Boynum qolunu dilər həvadan; Ləlim ləbini sorar səbadan. Füzuli. Uşaq iydən ürkən kimi olub başını bu-ladı, lakin yenə də döşü tapıb sordu. M.İbra-himov.
Dil ve dodaqların hereketile konfet, qend ve bu kimi şeyleri ağzında yavaş-yavaş eri-derek yemek. Monpası sormaq. Nabat sor-maq.
[Mustafa] haradansa tapdığı çay da-şını durmadan sorurdu. S.Veliyev.
Bax sovurmaq. Dağ üstə boran gəlir; Qarları soran gəlir. Atın dördnala çapır; Arxamda duran gəlir. (Bayatı).
0 Qanını (şirəsini) sormaq
bax qanını sormaq ("qan"da).
.Mir Yəhya ağalar avam qardaşlarımızın canına daraşıb
. qanlarını sorurlar. C.Memmedquluzade. Nə qədər ki, [mülkedarlar] yaşayırlar, sizin şirənizi sora-caqlar. Ə.Veliyev.

SORT : Azerbaijani Explanatory Dictionary

[fr. sorte, esli lat.]
Her hansı bir malın keyfiyyet ve qiymet cehetden dere-cesi, növü, çeşidi. çayın sortu. Tütünün sortu. Birinci sort un.
[Xelil:] Pambığı tezyığan-da ikinci sortla təhvil verirlər. M.Hüseyn.
Her hansı bir medeni bitkinin teserrü-fat üçün daha qiymetli xüsusiyyetlere malik olan növü. Buğdanın quraqlığa davamlı sortu. Şərablıq üzüm sortları. Tezyetişən alma sort-ları.