Azerbaijani Explanatory Dictionary
SOVURUQ : Azerbaijani Explanatory Dictionary
Bax burulğan
ci menada.
Qar sovuruğu. çovğun sovuruğu.
Taxılı temizlemek üçün havaya atma. Firidun sovuruq ata-ata, Musa kişinin gü-nəşdən tunc kimi qaralmış üzünə baxdı və heç bir söz demədi. M.İbrahimov.
SOVUŞMA : Azerbaijani Explanatory Dictionary
"Sovuşmaq"dan f.is.
SOVUŞMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Getmek, keçmek, uzaq-
laşmaq, çekilmek (nezere çarpmadan). Arabir səkilərlə keçənlər mühüm bir işi olan adamlar kimi küçələrdən tez sovuşub gedirdi. A.Şaiq. Rüxsara bir şey edir kimi, çiyinləri üstündən geriyə baxdı, gödək tumanlı bir qa-raltı sağdan sovuşub yuxarıya ötdü. S.Re-himov. // Əkilmek, sivişmek, yayınmaq, xel-veti qaçmaq. Balaca Sabir günorta yeməyini yeyib sovuşdu. S.Rehimov.
ötmek, keçmek; keçib getmek, ötüb keçmek. [Axund:] Hərçənd ki, az qalmışdı aralıqda güllə mənə dəysin, amma şükür Allaha ki, xata yandan sovuşdu. B.Talıblı. [İlyas Adileye:] Beləliklə, ilk fəlakət sovuşdu, yoxsa hər ikimiz uçuruma aşıb məhv olacaq-dıq. Ə.Memmedxanlı. // Eyni zamanda vaxt, zaman, mövsüm haqqında. Həftə sovuşdu, getdi; Ay gəldi, başa çatdı. R.Rza.
Dayanmaq, ara vermek, kesmek, keç-mek, ötmek. Qoy yağış sovuşsun, sonra söylə! Ə.Veliyev.
məc. Yaddan çıxmaq, unudulmaq; yox olmaq, keçib getmek. Amma o duyğu tez so-vuşdu məndən; Vallah, gərək başın düşsün bədəndən. A.Sehhet. [Behram:] Bəhram, qorx! Qorx öz vicdanından! Sən ki Saranın xatiri üçün bu işə iqdam etmişdin, nə tez so-vuşdun! C.Cabbarlı. Pirinin dilxorluğu bir anda sovuşdu. İ.Əfendiyev.
SOY : Azerbaijani Explanatory Dictionary
is. Əsil, ecdad, esil-neseb, menşe, cins.
SOYA : Azerbaijani Explanatory Dictionary
is. [yapon.] Paxla fesilesinden bir-
illik bitki.
SOYAD : Azerbaijani Explanatory Dictionary
is. Şexsi addan başqa neslen veri-len ad; familiya.
SOYDAŞ : Azerbaijani Explanatory Dictionary
is. Bir soydan, bir nesilden, bir kökden olan adamlardan her biri.
SOYĞUN : Azerbaijani Explanatory Dictionary
is. Soyma, talama, talan, çapqın. Şəhərdə böyük soyğun oldu.
SOYĞUNÇU : Azerbaijani Explanatory Dictionary
is. Soyğunçuluqla, qaretle meşğul olan adam; çapovulçu, qaretger, adamsoyan; quldur. Bakı yanğınların, barıt tüstülərinin, quldurların və soyğunçuların ix-tiyarına verilmişdi. M.S.Ordubadi. Dağlar arasından keçdikcə, hər addımda oğru soy-ğunçu gözlənilirdi. Mir Celal.
SOYĞUNÇULUQ : Azerbaijani Explanatory Dictionary
is. Talançılıq, çapqınçı-lıq, quldurluq, qaretgerlik. Gülpərini qorxuya salan dağlar arasından və meşələr içindən keçən yollardı ki, oralarda çox vaxtı soyğun-çuluq ittifaq düşərdi. S.S.Axundov. [Hesen]
.keçmiş ağaların zülm və soyğunçuluğunun şahidi olmuşdu. M.İbrahimov.
SOYMA : Azerbaijani Explanatory Dictionary
"Soymaq"dan f.is.
SOYMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Her hansı bir şeyin üst qa-bığını, derisini çıxartmaq, yapışdığı yerden qoparmaq, aralayıb götürmek. Alma soymaq.
- İt yetib, arvadın əllərinin dərisini tamam dişləri ilə soyub tökdü. çemenzeminli. Arvad soyduğu kartofu bir yana qoyub təəccüblə Qəribova yaxınlaşdı. S.Rehman. // Kesilmiş heyvanın derisini çıxartmaq. Qoyun soymaq.
- Aşpazlar erkəkləri soyub dərilərini çevir-məkdə idilər. Ə.Veliyev.
məc. Bütün var-yoxunu elinden almaq; çapmaq, talamaq. [Murov Hacı Qaraya:] Bəs sən Əylis ermənilərini soyub, ipəklərini apa-ranların yoldaşı deyilsən? M.F.Axundzade.
0 Dərisini soymaq
bax dəri. [Mirze Hüseyn Nerimana:] Hacı Bayram kimi qan içənə, camaatın dərisini soyana nökərçilik edincə öz işinə qulluq edərsən. Ə.Haqverdiyev. Soyub soğana döndərmək
bax soğan kimi (qabığını) soymaq. [Böyük oğul:] Hə-kimlərdə o təqsir var ki, əlinə azarlı keçəndə soyub soğana döndərirlər. Qantemir.
SOYSUZ : Azerbaijani Explanatory Dictionary
sif. Soyu, esli olmayan, ya melum olmayan.
SOYUDUCU : Azerbaijani Explanatory Dictionary
is.
Bir şeyi soyutmaq üçün aparat, cihaz. Neft emalı zavodlarında
. maye halında olan məhsulları soyudan aparatlara isə soyuducular deyilir. M.Memmedli. // Bir şeyi soyutmağa mexsus madde ve s.
Tez xarab olan mehsulları mühafize et-mek, soyutmaq üçün daxilinde süni suretde aşağı temperatur yaradılan cihaz, qurğu, otaq ve s. [Seriyye:] [Evimde] televizor, soyu-ducu, paltaryuyan maşın, tozsoran vardı. İ.Əfendiyev. Bibixanım Fərruxun işarəsi ilə soyuducudan içki çıxartdı. B.Bayramov. SOYUDULMA "Soyudulmaq"dan f.is.
SOYUDULMAQ : Azerbaijani Explanatory Dictionary
məch. Soyuq hala getiril-mek, herareti azaldılmaq.
SOYUĞADAVAMLI : Azerbaijani Explanatory Dictionary
sif. Soyuqdan, şaxta-
dan qorxmayan, soyuğa, şaxtaya davam geti-ren. Soyuğa davamlı bitkilər. Soyuğadavamlı materiallar.
SOYUĞADAVAMLILIQ : Azerbaijani Explanatory Dictionary
is. Soyuğada-
vamlı şeyin xassesi. Bitkilərin soyuğa davam-lılığı.
SOYUQ : Azerbaijani Explanatory Dictionary
sif.
Herareti olmayan, tempera-turu aşağı olan (hava ve s. haqqında). Soyuq külək. Soyuq hava. Soyuq qış.
Usta ortadakı soyuq su hovuzunun yanından keçib keçə ilə döşənmiş səkinin üstündə oturdu. çemenze-minli. [Şofer:] Bir yandan islanıb soyuqdan əsirəm, bir yandan da qorxudan məni soyuq tər basıb. M.Rzaquluzade. // İs. mənasında. Soyuq hava, şaxta. Bu soyuqda hara gedə-cəksən? Soyuqda oturmaq.
[Kerbelayı Qur-ban:] Tez ol, qapını aç, soyuq məni kəsdi! çemenzeminli. Qadın ayaqyalın idi və belə məlum olurdu ki, soyuğu hiss etmir. H.Seyid-beyli. // Cem şeklinde: soyuqlar
davamlı, sürekli şaxtalar, soyuq hava. İlk soyuqlar. Soyuqlar düşdü. Soyuqlar hələ də davam edir. // üşüme hissi, üşütme. Canıma soyuq düşdü. □ Soyuq aparmaq
don vurmaq, şaxtadan (soyuqdan) donmaq. Barmaqlarımı soyuq apardı. Soyuq dəymək (olmaq)
so-yuqlamaq, soyuqdan azarlamaq. [Sultan bey:] İndi üstüaçıq yatmışam, deyəsən, belimə so-yuq dəyibdir. ü.Hacıbeyov. Soyuq düşmək
soyumaq (hava haqqında). Axşam oldu, soyuq düşdü, dərələrdən duman qalxmağa başladı. S.S.Axundov. Dağlarda isə gözlənilmədən soyuq düşmüşdü. M.Hüseyn.
Qızdırılmamış, qızdırılmayan, yaxud istini saxlamayan. Soyuq otaq. Soyuq zal.
[Nebi] qışda odsuz-ocaqsız, soyuq tövlədə buza dönmüş bədənini qızdırmaq üçün özünü günə verdi. Ə.Abasov. // Bedeni soyuqdan qoruya bilmeyen, soyuq keçen, istiliyi ol-mayan; nazik. Soyuq paltar. Soyuq yorğan. // Soyumuş, lazımınca isti olmayan. Soyuq çay. Soyuq xörək. Soyuq samovar. // Soyu-dulmuş halda hazırlanan ve yeyilen. Soyuq qəlyanaltı. Soyuq yeməklər. // Şimali. Soyuq ölkələr.
məc. Sert, riqqetsiz, etinasız. Soyuq rəf-tar, münasibət. Soyuq cavab. Soyuq (z.) gö-rüşmək.
Qızprofessora iti və soyuq (z.) bir nəzər salaraq heç bir cavab vermədi. İ.Əfen-diyev. Nərgiz Qorxmazı bir az soyuq (z.) qar-şıladı. Ə.Veliyev. // məc. Coşğunluğu, ehti-rası, herareti olmayan; ehtirassız, üzügülmez. Soyuq qəlb. Soyuq adam. Soyuq baxış.
məc. Darıxdırıcı, usandırıcı, üreksıxan, cansıxıcı, maraqsız, süst. Məclis çox soyuq (z.) keçdi. Məclisi soyuq (z.) görən Məryəm qayıdıb getdi. B.Talıblı.
0 Soyuq müharibə
imperialist dairelerin beynelxalq münasibetlerde gerginlik yaradan ve yeni müharibe alışdırmağa doğru yönel-dilen düşmencesine tecavüzkar siyaseti.
SOYUQDƏYMƏ : Azerbaijani Explanatory Dictionary
is. özünü soyuğa verme; soyuqlama. [Şerefoğlu Rüsteme:] Hərarətini ölçmək lazımdır, başağrısı soyuqdəymədən də ola bilər. M.İbrahimov. [Necefalı:] Bir aydır ki, bircə gecə çimir eləməmişəm, indi soyuqdəymədən qorxub taxılı bada verə bil-mərəm. B.Bayramov.
SOYUQQANLI : Azerbaijani Explanatory Dictionary
sif. ve zərf
Her cür şe-raitde özünü sakit, sebirli, temkinli, dözümlü apara bilen. Soyuqqanlı olmaq.
çox müla-yim və soyuqqanlı danışan İmran kişinin hər sözü [Hümmetelinin] ortasından qılınc kimi keçirdi. M.Hüseyn. Bayraqcıqlarla tülkü və qurd ovuna çıxarkən, ovçu soyuqqanlı və cür-ətli, mahir iztapan olmalıdır. M.Rzaqulu-zade. [Qoşqar Əmirliye:] Düz bir ildir mən bu aparatda işləyirəm. Bir dəfə görməmişəm ki, mənimlə səbirlə, soyuqqanlı danışasınız. İ.Hüseynov.
Qanısoyuq, xoşagelmez, sevimsiz, üre-yeyatmaz. çox soyuqqanlı adamdır.
SOYUQQANLILIQ : Azerbaijani Explanatory Dictionary
is.
Soyuqqanlı ada-
mın xasiyyeti; temkinlilik, sebirlilik, temkin. [Vaqif:] soyuqqanlılığını saxlayaraq ricaya gələnlərin bir-ikisini içəri çağırdı. çemen-zeminli. [İslam:] "Belə mühüm" işlərdə in-san gərək soyuqqanlılığını əldən verməsin. S.Hüseyn. Nadir [Meryemin] xasiyyətini və soyuqqanlılığını bilirdi. B.Talıblı.
məc. Laqeydlik, biganelik. // Qanısoyuq-luq, xoşagelmezlik, sevimsizlik, üreyeyat-mazlıq.
SOYUQLAMA : Azerbaijani Explanatory Dictionary
"Soyuqlamaq"dan f.is.
SOYUQLAMAQ : Azerbaijani Explanatory Dictionary
f. Soyuqdeymeden xes-telenmek, özünü soyuğa vermek. Rüxsara xanım bir il bundan əvvəl soyuqlayıb naxoş-lamışdı. T.Ş.Simurq. [Ana:] Bala, pəncərə qabağında çox oturursan, küləkdir, soyuq-layarsan! Mir Celal.
SOYUQLAŞMA : Azerbaijani Explanatory Dictionary
"Soyuqlaşmaq"dan f.is.
SOYUQLAŞMAQ : Azerbaijani Explanatory Dictionary
f. Get-gede soyuq olmaq (hava haqqında). Avqust ayı aralığa gəldi, hava soyuqlaşdı. N.Nerimanov. Yavaş-yavaş havalar soyuqlaşdıqca bağ mövsümü başa çatardı. H.Sarabski.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani