Azerbaijani Explanatory Dictionary
SÖYKƏNƏCƏK : Azerbaijani Explanatory Dictionary
SöYKƏNƏCƏK is.
Divanda, stulda,
skamyada ve s.-de küreyi söykemek üçün dayaq. [Qadın] yun şalını umuzundan alıb kreslonun söykənəcəyinə saldı. Ə.Əbülhesen. Qoşqar kürəyini stulun söykənəcəyinə verib, başını sinəsinə əydi. İ.Hüseynov.
məc. Dayaq, istinadgah, arxa, kömek, himayeçi. [Selimi] bir yol axtarmalı idi. Ozü-nə söykənəcək tapmalı idi. M.İbrahimov. Ata-lar oğul istər ki, qocalıqda söykənəcəkləri olsun. Mir Celal.
SÖYKƏNMƏ : Azerbaijani Explanatory Dictionary
"Söykenmek"den f.is.
SÖYKƏNMƏK : Azerbaijani Explanatory Dictionary
f.
Arxasını ve ya bede-
nin bir yerini bir şeye dayayaraq dayanmaq; durmaq, istinad etmek. Bir daşa söykənib, tüfəngimi [pelenge] tərəf yönəltdim. A.Şaiq. [Ferhad] əvvəlcə sağ əlinə söykənib güclə qalxdı. Ə.Veliyev. Gecə keçmiş, ulduzlar ağ, göy, qara; Söykənmişəm qocaman bir çinara.
R.Rza.
məc. Arxalanmaq, güvenmek, etibar et-mek. Atasına söykənmək.
Mollayev tək-tük nüfuzlu dostlarına arxalandığı halda, Aslanov saysız-hesabsız sıravi, sadə adamların gücünə söykənirdi. M.Hüseyn. // məc. Əsaslanmaq, istinad etmek. Qabaqcıl nəzəriyyəyə söykən-mək. Faktlara söykənmək.
Bir-birine sıx qoyulmaq, durmaq. çuval çuvala söykənib.
Dalda kisələr bir-birinə söykənmişdi. Ə.Əbülhesen.
SÖYLƏMƏ : Azerbaijani Explanatory Dictionary
"Söylemek"denf.is.
SÖYLƏMƏK : Azerbaijani Explanatory Dictionary
f. Demek. Nə söyləyirsən?
- [Sultan bey:] Qızım, sənin istədiyin, kimdir? Söylə görək. ü.Hacıbeyov. Zeynal yavaşca addımlarla Mehribana yaxınlaşdı. Bir söz deyəcəkdi. Söyləməyə üzü gəlmirdi. S.Hüseyn. // Anlatmaq, bildirmek, xeber vermek. Əhva-latı olduğu kimi söylədi. Bunu sizə kim söy-lədi?
Badi-səba, söylə mənim yarıma; Gö-zəllər çıxıbdı seyrana, gəlsin. Q.Zakir. Molla Fərzəli əsnəyə-əsnəyə bir kağızparçasını dizi üzərinə alaraq:
Həmşəri nə yazılacaq? Söylə!
dedi. A.Şaiq.
SÖYLƏNMƏ : Azerbaijani Explanatory Dictionary
"Söylenmek"den f.is.
SÖYLƏNMƏK : Azerbaijani Explanatory Dictionary
qayıd. öz-özüne danı-şaraq bir şeyden şikayetlenmek; deyinmek, donquldanmaq. Pərdə açıldıqda Qulu otağı süpürərkən öz-özünə söylənir. S.S.Axundov. Hər kəs qonşuluğundakı tiryəki kişinin arxa-sınca deyib söylənirdi. S.Hüseyn. üç-dörd qadın oturub əllərini ölçə-ölçə nə isə söylə-nirdi. Ə.Veliyev.
məch. Deyilmek, danışılmaq. Bütün dağ-lar arasında İskəndər bəyin adı söylənirdi. İgidlikdə, at çapmaqda, düşmən bağrı yar-maqda tayı-bərabəri yox idi. Ə.Haqverdiyev. Söylənir haqqında uzun dastanlar; Deyirlər bitməzmiş onda bostanlar. H.K.Sanılı. çingiz rəsmən Həsənin yanında söhbətlərə qarış-mırdısa da, bunun əleyhinə söylənənlərin hamısına şərik idi. çemenzeminli.
söylənə-söylənə zərf Deyine-deyine, donquldana-donquldana, öz-özüne danışa-danışa. Söylənə-söylənə çıxıb getdi. Söylənə-söylənə iş görmək.
Pası söylənə-söylənə hövl ilə dönüb, o biri otağa keçdi. S.Rehimov. Səhərlər xalam söylənə-söylənə məni oya-dır, durub könülsüz halda dərsə gedirdim. Ə.Memmedxanlı.
SÖYLƏŞMƏ : Azerbaijani Explanatory Dictionary
"Söyleşmek"den f.is.
SÖYLƏŞMƏK : Azerbaijani Explanatory Dictionary
qarş. Bir işin nece edilmesi haqqında danışmaq, müzakire etmek; söh-betleşmek, dilleşmek, meslehetleşmek. İstə-yirik bir iş açaq filməsəl; Söyləşirik bir-iki il laəqəl. M.Ə.Sabir. Yusif xeyli fikirdən sonra dedi:
Qızım, mənim fikrimə bir şey gəlir. Səninlə bir yerdə Peterburqa gedəlim. Baha-dır ilə bir yerdə sözləşəlim, bəlkə birlikdə bir çarə tapdıq. N.Nerimanov.
SÖYLƏTMƏ : Azerbaijani Explanatory Dictionary
"Söyletmek"den f.is.
SÖYLƏTMƏK : Azerbaijani Explanatory Dictionary
icb. Söylemeye mecbur ve ya sövq etmek; danışdırmaq, dindirmek. Hankı bir sərxoşu söylətdim, inan; Bəhs edər gördüm o, huşyarlıqdan. H.Cavid. [Derviş:] Əgər mənim başıma gələndən xəbərin var isə, niyə məni söylətmək istəyirsən? A.Divanbey-oğlu. [Kamal:] Hələ altı-yeddi yaşlarından hər gecə nənəsinə bir-iki nağıl söylətməmiş yatmazdı. M.Rzaquluzade.
SÖYMƏ : Azerbaijani Explanatory Dictionary
"Söymek"den f.is.
SÖYMƏK : Azerbaijani Explanatory Dictionary
f. Nalayiq, pis, edebsiz sözlerle tehqir etmek. Kişi evə qayıdıb götürür dəyə-nəyi və arvadına bir-iki çəkib başlayır söy-məyə. C.Memmedquluzade. [Əhmed:] Əl-bəttə, adam kasıb olanda onu söyərlər də, döyərlər də. Ə.Haqverdiyev. // Pislemek, dan-lamaq, keskin sözlerle mezemmetlemek. Ge-ridə qaldığımız üçün bizi söyürlər.
Səlim öz sadəliyinə zaman-zaman çox söymüşdü. B.Bayramov.
SÖYUD : Azerbaijani Explanatory Dictionary
is. bot. Adeten sulaq yerlerde bi-ten, ensiz yarpaqları, elastiki budaqları olan ağac ve ya kol. O tay-bu tay arx boyu düzül-müş cavan söyüdlərin zərif yarpaqları xəfif mehdən titrəşdilər. İ.Əfendiyev.
SÖYÜDGULU : Azerbaijani Explanatory Dictionary
is. bot. Ətirli çehrayı ve ya ağ çiçekleri olan, ensiz yarpaqlı, hemişeyaşıl kol-bitki. Oleandr və ya söyüdgülü geniş becərilən bəzək bitkisidir, yarpaqları dəstə halında üç-üç düzülür. Bitki zəhərlidir, tər-kibində storofantinə oxşar maddə vardır. M.Qasımov. Səfər kişi
. göy-göyərti əkib-biçir, şimala, cənuba gəlib-gedən yolçuların çoxunu söyüdgülü, ətirşahla qarşılayıb yola salır. Mir Celal.
SÖYUDLU : Azerbaijani Explanatory Dictionary
sif. Söyüd ağacları olan, kenar-larında söyüd biten. Söyüdlü yollar. Söyüdlü bağlar.
Ey söyüdlü dərə, ey dumanlı dağ; Səfaya daldığım yerdir bu yerlər. M.Müşfiq. Həyat ona verib bütün rəngini; Söyüdlü çay-ların ilk ahəngini. N.Xezri.
SÖYUDLUK : Azerbaijani Explanatory Dictionary
is. Söyüd ağacları olan yer, söyüd olan yer. [Miraxurla Sefer] yaxındakı çayı keçib bir söyüdlükdə dayandılar. çemen-zeminli. Biz görüşə gələndə söyüdlükdə du-rub tək; O gözləyir sübhədək. Z.Xelil.
SÖYULMƏ : Azerbaijani Explanatory Dictionary
"Söyülmek"den f.is.
SÖYULMƏK : Azerbaijani Explanatory Dictionary
məch. Söyüşe meruz qalmaq. // Danlanmaq, mezemmetlenmek. Hər gün söyülürəm, hey danlanıram; Bəlkə danlaq-lardan xoşhallanıram. B.Vahabzade.
SÖYUŞ : Azerbaijani Explanatory Dictionary
is. Nalayiq, qaba, tehqirli söz(ler). Bu söz Qurban üçün söyüşdən də pis oldu. T.Ş.Simurq. Hacı Aslan söydükcə qızışır, qı-zışdıqca söyüşünü qəlizləşdirirdi. S.Hüseyn. □ Söyüş söymək
qaba, nalayiq, tehqiredici sözler söylemek. Nəzarətçi söyüş söydü və sağında dayanmış növbətçinin qırmızı yana-ğına əlinin tərsilə ağır bir sillə vurdu. M.Hü-seyn.
SÖYUŞÇU : Azerbaijani Explanatory Dictionary
SöYUŞCUL sif. ve is. Söyüş söymeye adet etmiş, çox söyüş söyen (adam). Söyüşçü adam.
Fərəc bəy
. böyük şəhərlər gəzməsinə, məktəblərdə oxumasına baxma-yaraq, çox kobud, olduqca söyüşcül, dedikcə davakar imiş. Ə.Veliyev.
SÖYUŞKƏN : Azerbaijani Explanatory Dictionary
ax söyüşçü. Nadinc, sö-yüşkən, bu doqquz yaşında uşaq bütün müəl-limləri təngə gətirmişdi. S.S.Axundov. Bəy yekəxananın biriminci mülkədarı, söyüşkən zülmkarı idi. S.Rehimov.
SÖYUŞMƏ : Azerbaijani Explanatory Dictionary
"Söyüşmek"den f.is.
SÖYUŞMƏK : Azerbaijani Explanatory Dictionary
f. Bir-birini söymek, bir-
birine nalayiq, qaba, tehqirli sözler demek. Qonşular bir az söyüşdükdən sonra iş vuruş-mağa müncər oldu. çemenzeminli. Söyüşsə-lər də, döyüşsələr də
. bəzən Cəmil [Semen-derin] könlünü alar(dı).. M.Hüseyn.
SÖZ : Azerbaijani Explanatory Dictionary
is.
Bir şey ve ya hadise haqqındakı anlayışın sesle ifadesinden ibaret olan nitq vahidi; kelme. Sözün mənası.
Hamıya bir vahimə düşdü, söz demək istəyənlərin sözləri boğazlarında qurudu. B.Talıblı. Əşrəfin da-nışdığı gözəl sözlərə qulaq asanlar heyran qalırlar. S.Rehman.
Dil, nitq. Doğma sözlərimizdən geniş is-tifadə etmək. Söz mədəniyyəti. Şairin silahı sözdür.
.Hər kəs rusca, yainki erməni və gürcücə, yainki avropalılar işlətdikləri hüru-fat ilə yazı yazmaq bilir,
bizim sözlərimizi başa düşər və bilər ki, nə deyirik. C.Memmed-quluzade.
Danışıq, söylenilen şey, nitq. Sözünü qiymətdən salmaq. Sözünü bilməyən adam.
- İmran kişi necə qəzəblənmişdisə söz deməyə dili də gəlmirdi. M.Hüseyn. Telli sözlərini bu cümlələrlə bildirdi.
Bu bizim ölkəmizin dəbidir. Bizdə bir arvadlı ev çox azdır. S.Hü-seyn.
Əmr, gösteriş. Sözündən çıxmamaq. Bö-yüyün sözün eşitmək. Onun sözü mənim üçün qanundur.
Ved. Sözünü yerinə yetirmək. O, sözün-də duran adam deyil.
[Əsger:] [Gülçöhre] amma əcəb sözü üstə dayanan qızdır. ü.Hacı-beyov. [Sona xala:]
.Qorxuram Bəşir sözün-dən qaça. S.S.Axundov. [Aslan Anitaya:] Komendant iki gün bizi tamam ac qoydu, ancaq heç birimiz sözümüzdən dönmədik. S.Veliyev.
çıxıb danışmaq ixtiyarı, çıxış üçün icaze. Söz istəmək. Son söz demək. Söz verməmək.
- [Kerbelayı:] Yol verin, ay qardaşlar, Mirzə söz danışmaq istəyir. H.Nezerli. Züleyxa icla-sın lap axırında söz aldı. H.Seyidbeyli.
Ancaq cem şeklinde
sözləri, söz-lərinə
musiqi yazılan edebi metn. "Sənsiz" romansının sözləri Nizaminindir. S.Vurğunun sözlərinə yazılmış romans.
Fikir, mülahize, rey.
.Kişi sözünü deyib, dik-dik baxdı Məhəmmədhəsən əminin üzünə. C.Memmedquluzade.
İş, hadise menasında. Bu əhvalat ki indi istəyirəm nəql eləyim, çoxdanın sözüdür. C.Memmedquluzade.
Şayie, xeber. Ortalıqda söz dolaşır.
0 Söz açılmaq
bir şey haqqında danışıl-
mağa başlanmaq, danışmaq üçün fürset düş-mek, yeri gelmek. [Gültekin Aydına:] İndi söz açılmış, mən nə deyirəm: hamı mənə deyir ki, Aydın oynaq fikirli bir adamdır. C.Cabbarlı. [Avqust:] Yoldaşlar, söz açıldı, mən bu mə-sələni sizə xatırlatmaq istəyirəm. S.Veliyev. Söz açmaq
danışmaq, söhbet açmaq, haq-qında danışmağa başlamaq. İgid neftçi o gün-lərdən; Dönə-dönə söz açardı. N.Refibeyli. Deyin necə söz açmasın; Xudafərin körpü-sündən. H.Hüseynzade. Söz altında qalma-maq
özüne toxunan sözün qarşılığını, lazımi cavabını derhal vere bilmek. Həkim çox gö-rüb-götürmüş adam olduğundan, söz altında qalmadı. Ə.Veliyev. Büləndin eşitdiyi sözə dodağı qaçır, gözündə şirin bir təbəssüm oy-nayırdısa, deməli, o, söz altında qalmaya-caqdı. Ə.Əbülhesen. Söz aramızda
danı-şılan sözün gizli qalmalı olduğunu bildirir. Söz aramızda, heç qızdan xoşum gəlmir. Söz atmaq
1) birinin fikrini bilmek üçün bir söz demek, işare vurmaq, eşitdirmek. Söz atdım, cavab gəlmədi; 2) üstüörtülü şekilde söz de-mek, sataşmaq. Xanım yola düşdükdə bu da ardınca gedib söz atırdı. çemenzeminli. Rııx-sara çamadanı götürüb qapıdan çıxarkən Gülöyşə arxadan:
Sağ gedib, salamat gələ-sən, ay qız!
deyərək söz atmışdı. S.Rehimov. Söz çıxartmaq
şayie yaymaq. Ay uzana-uzana; Sözüm düşdü yazana; Hər adam sözü bilməz; Söz çıxardar yazana. Ə.Cavad. Söz (sözü, sözləri) dəymək
sözden incimek, sözü toxunmaq. Pasının iyrəndirici sözləri Həsiyə güllə kimi dəydi. S.Rehimov. Söz dö-yüşdürmək
bax söz güləşdirmək. Söz düşmək
bax söz açılmaq. Nağıl qurta-randa uşaqlar arasında kimin qorxaq olma¬ğından söz düşdü. M.Hüseyn. Söz eləmək
dedi-qodu, söz-söhbet üçün hedef olmaq, dedi-qodu salmaq. [Rübabe] bilirdi ki, qızın oğlana qoşulub getməsini söz eyləyərlər. Mir Celal. [Seriyye:] Burada qız xeylağı-nın oxumağını söz elərlər. İ.Əfendiyev. Söz gəlmək
töhmet olunmaq, töhmet gelmek. Sənin üstündə mənə söz gəldi. Söz gəzdir-mək
xeberçilik elemek. Nə gülündən bül-bül ayrılmaz, nə aşiq yardən; Ortada söz gəzdirən naəhl əğyar olmasa! Ə.Vahid. Söz güləşdirmək
boş-boşuna, yersiz müba-hise etmek, mübahiseye girişmek. [Maya:] Onda da [Rüstem] deyəcək ki, arvadsan, get işinə, kişi ilə söz güləşdirmə. M.İbrahimov. [Dilşad Letafete:] Mənimlə söz güləşdirir-sən? İ.Əfendiyev. Söz qoşmaq
1) şeir de-mek. [C.Cabbarlı] bəzən xoşuna gələn adam-lar barədə gülməli sözlər qoşardı. M.Arif. Aşıqlar [Yaquta] söz qoşaraq, saz çalıb mahnı oxuyurdular. Ə.Memmedxanlı; 2) araya qoy-maq, lağa qoymaq, mesxere etmek, dolamaq. Söz qoymaq
bax sözü bir yerə qoymaq. Bir gün xanlar xanı Bayandır xanın qonaq-lığında Baybura bəy ilə Baybecan bəy söz qoymuşdular. M.Rzaquluzade. Söz qoyurlar görüşüb; Sevda, Adilə, Zivər. M.Seyidzade. Söz olmaq
dedi-qoduya mövzu olmaq. Bulaq başı toz olar; üstü dolu qız olar; Əyil dəsmalın götür; Mən götürsəm söz olar. (Ba-yatı). Söz salmaq
bir şexs ve ya şey haq-qında danışmaq, söhbet elemek. Məryəm Sə-limdən nigaran idi. Qulağı həmişə səsdə idi: bəlkə mədəndən qayıdan atası Səlimin adını çəkə, ondan söz sala. İ.Qasımov. Söz tut-maq
söz tesir etmek, berk toxunmaq, söz-den pert olmaq, tutulmaq. Onun söz tutma-yan dodaqlarından; Bir sərxoş qəhqəhə qop-du, yayıldı; Yuxudaymış kimi, birdən ayıldı. B.Vahabzade. Söz vermək
vede vermek, öhdesine götürmek. [Gülsabah:] Sizə söz ve-rirəm ki, [Qüdret Arslan] yazar. C.Cabbarlı. [Ana:] Söz verirsən? [Nergiz:] Anamın canı üçün. Ə.Memmedxanlı. Söz yox
elbette, şübhesiz. Söz yoxdur
şübhe yoxdur, eladır. Sözə baxmaq
deyilen söze emel etmek, deyileni qebul etmek, qulaq asmaq. [Ana Nergize:] Sən mənim sözümə baxsan, mən heç vaxt ağlamaram. Ə.Memmedxanlı. Sözə gəlmək
mübahisesi çıxmaq, sözleşmek, mü-bahise elemek, toqquşmaq. Zeynəb də
. ağla-yırdı, nəinki məhz oğluynan sözə gəlmək üstə, xeyr, ancaq keçən günləri yadına düşmüşdü. C.Memmedquluzade. çimnaz arvad çarşab almaq barədə Veyslə əməlli sözə gəlmişdi. Ə.Əbülhesen. Sözü azdırmaq
esas met-lebden uzaqlaşdırmaq, yayındırmaq. [Mur-tuz:] Yaxşı, Göyüş, bunlarda işimizyox. Gəl, sözü azdırma. Ə.Abbasquliyev. Sözü bir yerə qoymaq
hamı bir qerara gelmek, sözü bir elemek, dilleşmek. Sözü keçmək
hörmeti, nüfuzu olmaq, sayılmaq. [Gülgez Hacıya:]
.Ozün deyirsən ki, [Aslanın] divan-dərədə hörməti var, sözü keçir. C.Cabbarlı. Sözü uzatmaq
metlebden kenar danışmaq, met-lebi uzatmaq, uzunçuluq elemek. Dilmanc dəxi səbir eləmədi və qoymadı Yarməmməd sözü uzatsın. C.Memmedquluzade. Sözü yerə düşmək
xahişi, isteyi, arzusu, telebi neti-cesiz qalmaq, qebul olunmamaq, redd edil-mek. Sözü yerə düşməmək
xahişi, telebi yerine yetmek, neticesiz qalmamaq, qebul olunmaq. [Hacı Qurban:]
.Sənin heç yerdə sözün yerə düşməyibdir. N.Vezirov. Söz (sö-zünü) qaytarmaq
qabacasına cavab ver-mek, etiraz etmek. [Veys] ömründə sözünü qaytarmadığı, həmişə hörmət etdiyi müəlli-min pencəyinin ətəyindən tutdu, ağlamsıl, bir az da yalvarıcı səslə dedi. Ə.Əbülhesen. Sözündən çıxmaq
deyilene qulaq asma-maq, emel etmemek, yerine yetirmemek. [Zibeyde Sekine xanıma:] Sən nəkarəsən ki, mənim sözümdən çıxasan. M.F.Axundzade. [Semed:] Ağam nə desə olur. Heç birisi onun sözündən çıxmaz. B.Talıblı. Sözünə baxmaq (qulaq asmaq)
deyilen söze emel etmek, deyileni qebul etmek. [Server Gülnaza:] Ola bilsin ki, bu gün deyər və bir də sənə nə de-yəcəkdir. Sənin borcun onun sözünə qulaq asmaqdır. ü.Hacıbeyov. Uşaq böyüyün sö-zünə baxar. S.Rehimov. Sözünü kəsmək, sözünü ağzında qoymaq
danışmağa im-kan vermemek, sözünü yarımçıq qoymaq. Aslan səbirsizliklə [Lazarın] sözünü kəsib, incimiş halda dedi. S.Veliyev. Oğlan onun sözünü ağzında qoydu:
Əvvəla onu deyim ki, burada milislik heç bir şey yoxdur. Q.İlkin. Atalar sözü
bax ata. Mənə də müəllimi¬miz atalar sözündən bir hekayə düzəldib yaz-mağı əmr etmişdir. S.S.Axundov.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani