Azerbaijani Explanatory Dictionary
SOYUQLUQ : Azerbaijani Explanatory Dictionary
is.
Soyuq şeyin halı, hera-ret olmaması, heraretsizlik; soyuq. Havanın soyuqluğu. Suyun soyuqluğu. Küləyin soyuq-luğu.
Havanın artar istisi; Daha soyuqluq az olar. A.Sehhet. Payızın rütubətli havaları başlanmış olduğundan soyuqluq hiss olunur-du. T.Ş.Simurq. Payızdır... havada soyuq-luq da var; Onunçun yarpağı tökür indi o. N.Xezri.
məc. Əvvelki mehebbetin, hörmetin, yaxınlığın olmadığı hal, soyuq münasibet; serinlik. Aralarında soyuqluq var.
Bu səfər uşaqlar müəllimləri tərəfindən soyuqluq gör-dülər. çemenzeminli. [Murad Nigarın] rəftar və hərəkətlərində özünə qarşı bir soyuqluq hiss etdi. S.Hüseyn. □ Soyuqluq göstər-mək
soyuq münasibet göstermek, soyuq qarşılamaq.
məc. Başısoyuqluq, sehlenkarlıq. □ So-yuqluq eləmək
öz işine soyuq baxmaq, sehlenkarlıq, diqqetsizlik elemek, fikir ver-memek, laqeydlik göstermek. [Qaragözov:] Soyuqluq eləməyin, müalicəni yarımçıq qoy-mayın! Mir Celal.
SOYUQ-SOYUQ : Azerbaijani Explanatory Dictionary
zərfSoyuq halda, qızdı-
rılmamış. Xörəyi soyuq-soyuq yemək.
SOYULMA : Azerbaijani Explanatory Dictionary
"Soyulmaq"dan f.is.
SOYULMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Qabığı, derisi çıxarıl-maq, kesilib götürülmek.
məc. Var-yoxu, paltarı ve üstünde ne varsa elinden alınmaq, qaret edilmek. Yenə kimin isə öldürüldüyünü, qız qaçırıldığını, ya adam soyulduğunu güman edirdilər. Mir Celal. Nə üçün sən soyulduğun haqda milis şöbəsinə xəbər vermədin? H.Seyidbeyli.
SOYUMA : Azerbaijani Explanatory Dictionary
"Soyumaq"dan f.is. Zeynalın evdən soyumasına səbəb yalnız Mehribanın xəstə yatdığı deyildi. S.Hüseyn.
SOYUMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Soyuq olmaq, heraretini itirmek, temperaturu aşağı düşmek. Payız gəldi, havalar soyudu.
Hava da bərk soyu-mağa başlayırdı. M.Hüseyn.
.Xəzəllər tö-küldü, toz qopdu, hava soyudu. Mir Celal.
məc. Getdikce hevesden düşmek, ruh-dan düşmek. İşdən soyumaq.
Elə mən özüm də bir həftə, bir ay; Yazmasam, şeirdən çox soyuyaram. S.Vurğun. [Demirov] işin qal-mağından, adamların soyumağından ehtiyat edirdi. S.Rehimov.
məc. Getdikce mehebbetini, hissini itir-mek, daha istememek. Uşaqlardan soyumaq.
[Sona xanım:] Heydər, görünür ki, məndən soyumusan? M.F.Axundzade.
0 Acığı (hirsi) soyumaq
bax acıq. Zalış Məşədi Qasımı döyməklə soyumayıb, tamam boğdu. çemenzeminli. Tükəzbanın hirsi bir az soyudu və qaşqabağı da bir az açıldı.
B.Talıblı.
SOYUNDURMA : Azerbaijani Explanatory Dictionary
"Soyundurmaq"danf.is.
SOYUNDURMAQ : Azerbaijani Explanatory Dictionary
f. Paltarını çıxarmaq
(başqasının). Xədicə oğluna təsəlli verdi, sonra
. soyundurub yatağa uzandırdı. S.S.Axundov.
SOYUTMA : Azerbaijani Explanatory Dictionary
"Soyutmaq"dan f.is.
is. Suda bişirilmiş et, toyuq. Soyutma hazırlamaq.
[Selim bey:] Qoyunlar ax-şamdan kəsilib, soyutma olub, cah-calal ilə, brovhabrov ilə düşürdük yola, guya bir qo-şun gedir. Ə.Haqverdiyev. [Katibe:] Bu gün bufetdə soyutma (sif.) toyuq var. Gətirimmi? M.Hüseyn.
SOYUTMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Bir qeder soyuq elemek, soyuq hala salmaq, soyumasına sebeb olmaq. Pəncərəni açıb otağı soyutmaq. Xörəyi so-yutmaq.
Nə qədər yel soyutsa da havanı; çoban artıq büründü bərk çuxanı. A.Sehhet. [Salman] özünü havaya verib, tərini soyu-durdu. M.İbrahimov.
məc. Ruhdan salmaq, hevesden sal-maq, uzaqlaşdırmaq, gözünden salmaq. Sonra gündən-günə divanəsər etdin məni sən; Mək-təbimdən soyudub dərbədər etdin məni sən.A.Sehhet. [Mirva] dünən bu qızı xəstə kimi qələmə verməkdə Aslandan soyutmaq istə-yirmiş. S.Veliyev.
0 Acığını (hirsini) soyutmaq
acığını, hirsini yatırtmaq, sakitleşdirmek.
.Gülyaz qocanı dilə tutub yumşaltmaq, onun hirsini soyudub, öz istəkli qızını bu ağır xəstəlik ya-tağından qaldırmaq istəyirdi. S.Rehimov.
SOZALMAQ : Azerbaijani Explanatory Dictionary
f. Rengi ağarmaq, rengi qaç-maq.
SÖHBƏT : Azerbaijani Explanatory Dictionary
is. Şifahi fikir, melumat müba-dilesi; danışıq, müsahibe, ixtilat. Uzun-uzadı söhbət.
Əsas söhbətlər axşam şərbəti içilən zaman başlanacaq idi. M.S.Ordubadi. Tərbi-yəçinin söhbətləri də gəzmək kimi ləzzətli idi. Mir Celal. □ Söhbət açmaq
bir şexs ve ya şey haqqında danışmaq, fikir mübadilesine başlamaq. O biri otaqda Yetər macal tapıb istədi söhbət açsın. çemenzeminli. Söhbət aparmaq
fikir mübadilesi etmek, müey-yen bir mesele etrafında müzakire apar-maq, danışmaq, söhbet etmek. Cavad öz dö-yüşçülərini ətrafına toplayaraq müxtəsər bir söhbət apardı. Ə.Veliyev. Söhbət etmək
bir yerde oturub danışmaq. [Rüstem bey:] Bir neçə nəfər dost-aşna çağırmışam, indi bu saat gələrlər, oturub söhbət edərik. ü.Hacı-beyov. İş üçün gələn kəndlilərlə həmişə Mirzə şirin dillə zarafat eyləyərək söhbət edərdi. Ə.Haqverdiyev. Qurban ilə Məsmə xala bir qədər söhbət elədilər. S.Rehman. Söhbətə tutmaq
danışığa tutmaq, söhbetle başını qarışdırmaq, söhbetle fikrini yayındırmaq. Pəri [Behramın] başını qarışdırıb, söhbətə tu-tur. C.Cabbarlı. Söhbəti ayrı yerə salmaq
söhbeti deyişdirmek, söhbet zamanı metlebi qoyub başqa meseleye keçmek. Səriyyə xala qızın utandığını görüb söhbəti ayrı yerə saldı. S.Rehman.
SÖHBƏTARASI : Azerbaijani Explanatory Dictionary
zərf Söhbet esnasında, söhbet zamanı. Söhbətarası işarə vurmaq. Söhbətarası başa salmaq.
Qaraqum səhra-sının bu gənc novatorunu; Qızlar söhbətarası məhəbbətlə anırdı. S.Rüstem. O, söhbətarası durdu ayağa; Yandakı otağa apardı məni. Z.Xelil.
SÖHBƏTCILLIK : Azerbaijani Explanatory Dictionary
is. Söhbetcil adamın xa-
siyyeti, söhbet etmeyi sevme.
SÖHBƏTCIL : Azerbaijani Explanatory Dictionary
SöHBƏTçI sif. Söhbet et-meyi seven, yaxşı, maraqlı söhbetler etmeyi bacaran. Söhbətcil adam.
[Bir kişi:] [Me-şedi Settar] bir söhbətcil arif adam idi. Ə.Haq-verdiyev. Adətən söhbətcil olan Qara Kərəm-oğlu və Zeynəb Quliyeva da susmuşdu. M.İb-rahimov.
SÖKDURMƏ : Azerbaijani Explanatory Dictionary
"Sökdürmek"denf.is.
SÖKDURMƏK : Azerbaijani Explanatory Dictionary
icb.
Sökme işi gördür-
mek. Paltarı sökdürmək.
Sökmeye, dağıtmağa mecbur etmek, dağıtdırmaq, uçurtdurmaq. Evi sökdürmək.
SÖKMƏ : Azerbaijani Explanatory Dictionary
"Sökmek"den f.is.
SÖKMƏK : Azerbaijani Explanatory Dictionary
f.
Qurulmuş bir şeyi uçurtmaq, dağıtmaq, yıxmaq. Hasarı sökmək. Köhnə evi söküb təzəsini tikdilər.
Bir neçə yerdə əli belli və kürəkli kişilər uçuq damların daşını və torpağını sökməkdə idilər. C.Memmedqulu-zade. Kəblə İsrafil iki atlını evin dalında qoy-muşdu ki, Bəndalı damı söküb arxadan qaç-masın. Mir Celal. // Qurulu bir şeyi hisseleri-ne ayırmaq. Maşını sökmək. Cihazı sökmək.
Tikişini açmaq. Döşəyini söküb paketi yunların arasına soxdu. H.Nezerli.
Xam torpağı işlemek, açmaq, qaldır-maq. [Muxtar kişi Adileye:] Eşidirsən təpə-nin dalından gələn o gur səsi? Təzə aldığımız traktordur, güney talada xam torpağı sökür. Ə.Memmedxanlı. Kotan yeri sökən kimi, Nə-cəfalı qarda şırım aça-aça getdi. B.Bayramov.
İşıqlaşmaq, işıqlaşmağa başlamaq; işıq-landırmaq. Oyadır səhər-səhər; Quşlar məni yuxudan; Elə bil ki, mənimçin; Yenə sökür qızıl dan. N.Xezri. Sarımtılfişəng işığı yan-var gecəsinin qatı qaranlığını sökərək, yuxarı qalxdıqca zülmət seyrəlir. Ə.Əbülhesen.
məc. Parçalamaq, dağıtmaq, mehv et-mek (bu menada bezen "söküb-dağıtmaq" şeklinde işlenir). Zahirdi qəmzənin cigər sök-məyi; Can almağı, nahaq qanlar tökməyi. Q.Zakir. [Qız:] Vərəm ciyərlərimi söküb-dağıtdıqca qüvvədən düşdüm. Ə.Memmed-xanlı.
SÖKUK : Azerbaijani Explanatory Dictionary
sif.
Sökülmüş, uçulmuş, dağıl-mış halda olan. Sökük divar. Sökük döşəmə. Sökük daxma.
O zaman kolxoz idarəsi iki otaqdan ibarət köhnə və yan-yörəsi sökük bir binada yerləşirdi. M.İbrahimov. [Cinayetkar adamlar]
.dar dalanlar, sökükhasarlar, ucqar məhəllələr, kimsəsiz səhralar axtarır, öz çir- kin işlərini belə yerlərdə görürdülər. H.Seyid-beyli. // is. Binanın ve s.-nin sökülmüş yeri. Evin sökükləri görünür. Divarın söküklərini təmir etmək.
Tikişi, sapı, hörgüsü açılmış, sapı qaç-mış. Sökük xalça. Sökük papaq. Sökük ətək.
- [Mürsel:]
.Sınıq qələm, sökük zənbil heç kəsin evində yoxdur. Mir Celal. // is. Paltarın ve s.-nin tikişi, sapı açılmış yeri. Paltarın söküyünü tikmək. Corabın söküyünü gözəmək.
SÖKULMƏ : Azerbaijani Explanatory Dictionary
"Sökülmek"den f.is. [Şahlar]
eyvanda dayanıb şəfəqin sökülməsinə tamaşa edirdi. B.Bayramov.
SÖKULMƏK : Azerbaijani Explanatory Dictionary
f.
Tikişi açılmaq. Paltarı-
mın qolu sökülüb. Paltonun astarı sökülüb.
- Ələsgər, ağlayır qızlar, arvadlar; Söküldü döşəklər, yorğan qalmadı. Aşıq Əlesger.
məch. Uçurulmaq, dağıdılmaq (qurulu bir şey). çal-çəpər sökülüb dağılmışdı. Mal-qara sürtünüb bəzi ağacların tənəyini sal-mışdı. B.Bayramov. // Mec. menada. [Meşedi İbad:] Ə kişi, vallah, mən dağıldım, mən sö-küldüm, mən bu qədər pulu haradan alım verim? ü.Hacıbeyov.
İşıqlanmaq, açılmaq (adeten "üfüq", "şefeq" ve s. sözlerle). Dan yeri söküləndə; Zülf üzə töküləndə; Şeh düşmüş gülə bənzər; Ağ üzdən öpüləndə. (Bayatı). Yolda açdım səhəri; üfüq üzümə güldü; Qızıl donlu dan yeri; Gözlərimdə söküldü. Ə.Kürçaylı.
SÖKUNTU : Azerbaijani Explanatory Dictionary
is.
Paltarda ve s. tikilmiş
şeyde sökülmüş, tikişi açılmış, ipi qaçmış yer. Qolunda söküntü görünür.
Sökülmüş şeyin qırıntıları, hisseleri. Maşının söküntüləri yerə tökülmüşdü.
SÖKUŞDURMƏ : Azerbaijani Explanatory Dictionary
"Söküşdürmek"den f.is.
SÖKUŞDURMƏK : Azerbaijani Explanatory Dictionary
f. Dartışdırmaq, didmek.
..Bir balaca uşaq bir övrətin döşlərini ağlaya-ağlaya söküşdürürdü. C.Memmedquluzade.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani