Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
ŞIXTA : Azerbaijani Explanatory Dictionary

is. [alm.] Koks almaq üçün müx-telif metallardan ibaret kütle.

ŞIKAR : Azerbaijani Explanatory Dictionary

is. [fars.] Ov. Cümə bekar, şənbə şikar. (Mesel). [Kerim babanın] indi belə fikri-zikri daima seyrü səfada, ovda və şi-karda idi. A.Şaiq. Biryay aldım çıxmaq üçün şikarə; Tuş gəldim bir ahugözlü nigarə. M.Müşfiq. □ Şikar etmək (eyləmək)
ov-lamaq. Şikar edib, tutdum bir şux tərlanı. "Koroğlu". Açdı siçanlara pişik dəstini; Beş siçanı eylədi zalim şikar. S.Ə.Şirvani. Şikara çıxmaq (getmək)
ova çıxmaq, ova getmek. [Şirin:] Nurcahan qarı, axirətsiz, nə tez xam yerə şikara çıxmısan? N.Vezirov. Tez-tez şi-kara çıxmağı vərdişt etmiş şahin, indi bağ-lanmaqda qaldığından çox bərk darıxır, iki gün olardı ki, o, dimdiyini ətə də vurmurdu. S.Rehimov.
Ovlanan heyvan (quş). Aslan ağzından şikar alınmaz. (Ata. sözü). Boğulduqca dara düşmüş o şikar; Maral kimi dil çıxarıb hay-qırar. S.Vurğun.
məc. Hiyle, kelek yolu ile elekeçen, toradüşen adam haqqında. Bir dəfə nişanla-dığı şikarından [Ağa Murad bey] məqsədinə nail olmayınca əl çəkməzdi. T.Ş.Simurq. Araq öz işini görmüşdü. Şikarını dəhşətli caynaq-larına almışdı. İ.Musabeyov. [Beşaçılanlı adam:] Şikarı əldən çıxarmaq olar? Di, tez olun. Mir Celal.

ŞIKARÇI : Azerbaijani Explanatory Dictionary

is. Ovçu. Xanın sağında-solunda düzülən yasavullar,
. yedəklərində tazı-tula gedən şikarçılar, nökərlər böyük bir yarım-dairə təşkil etmişdilər. M.Rzaquluzade.

ŞIKARI : Azerbaijani Explanatory Dictionary

sif. [fars.] Ova mexsus, ovda işle-nen. [Oğlan] şikari papağını sol qulağına tərəf əydi. M.Hüseyn.

ŞIKAYƏT : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
öz halından ve ya ba-şına gelen bir derd ve acıdan ah-zar etme; memnuniyyetsizliyini izhar etme; giley. Illər ayrısıyam, gəl qucaqlaşaq; Sevdiyim, şikayət zamanı deyil. Q.Zakir. Ata-anasını görcək qız həyatından şikayətə başlardı. H.Sarabski. Bu nə şikayətdir, bu nə nalədir? B.Vahab-zade. □ Şikayət etmək (eləmək)
narazı-lığını, memnunsuzluğunu bildirmek, giley-lenmek, ah-zar etmek. Xestəliyindən şikayət etmək.
Şikayət eyləmə, biganədən səfa gəl-məz; Nə gəlsə başına, ey xəstə, aşinadəndir. S.Ə.Şirvani. [Mirzağa] hər zaman şikayət edər, keçmiş günləri xatırlar, onların geri qayıtmasını arzu edərdi. S.Hüseyn.
Birinin haqsızlığı ve düzgün olmayan hereketi baresinde resmi şekilde verilen me-lumat, erize. [Qasımeli:] Xala, qlava Xuda-yar bəyin şikayətinə görə oğlun Vəliqulunu tutub atdı dama. C.Memmedquluzade. □ Şi-kayət etmək
1) birinin özü baresinde edi-len haqsızlıq haqqında resmi melumat vermek. Kimin Iskəndər bəyin əlindən hökumətə şika-yət etməyə cürəti vardı? Ə.Haqverdiyev; 2) şi-kayetlenmek. Birindən şikayət edəsən əgər; Danışmağa qoymaz, sözünü kəsər. Q.Zakir.

ŞIKAYƏTCIL : Azerbaijani Explanatory Dictionary

sif. Şikayet bildiren, hemişe şikayet eden, narazı. [Dürdane] qızının saçını sinəsindən topladı, kəlağayısını başına çəkdi, şikayətcil (z.) əlavə etdi. Ə.Əbülhesen. Oz stolunun arxasında oturmuş Şəmistan çox danışan, şikayətcil ferma müdirlərinin söz-lərindən daxilən narahat olsa da, çınqırını çıxarmır(dı), İ.Hüseynov.

ŞIKAYƏTÇI : Azerbaijani Explanatory Dictionary

sif. ve is. Şikayet eden, şika-yete gelen. [Dilşad:] Ev dönəcək divanxa-naya, şikayətçinin biri gedib o biri gələcək. M.Süleymanov.

ŞIKAYƏTKAR : Azerbaijani Explanatory Dictionary

sif. [ər. şikayet ve fars.
..kar] köhn. Şikayet eden, şikayetçi, şikayet mahiyyetinde olan. Şirəli dayısının şikayətkar danışığını eşidərkən təəccübləndi. M.Hüseyn. // məc. Kederli, yanıqlı, iniltili. Qocanın ota-ğından şikayətkar bir tar təranəsi gəldi. İ.Əfendiyev.

ŞIKAYƏTLƏNMƏ : Azerbaijani Explanatory Dictionary

"Şikayetlenmek"den
f.is. Rüstəm kişini həmişə qüvvətli və dönməz görməyə alışmış Səkinə şikayətlənməsinə dözə bilmədi. M.İbrahimov.

ŞIKAYƏTLƏNMƏK : Azerbaijani Explanatory Dictionary

f. Halından, veziy-
yetinden, taleyinden ve s.-den şikayet etmek, memnunsuzluğunu bildirmek. Izzətin səs-küyündən şikayətlənən bu ev indi çıraqsız, zülmət bir dama bənzəyirdi. Mir Celal. // Şi-kayet etmek, gileylenmek. [Hacı Mirzağa] Məşədi Kazım ağadan şikayətləndi. M.S.Or-dubadi.

ŞIKAYƏTLI : Azerbaijani Explanatory Dictionary

sif. Şikayet ifade eden, derdli, iniltili. // Mec. menada. [Qehreman:] Kənarda buzlu ruzgar şikayətli bir yaralı heyvan inil-tisi ilə telefon tellərinə toxunur və uğuldayırdı. H.Nezerli. [Yaşar] zorla çəkmək istəyəndə çəpiş şikayətli bir səslə mələdi. Mir Celal.

ŞIKAYƏTNAMƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər. şikayet ve fars.
..name] Yazılı şikayet.

ŞIKƏNCƏ : Azerbaijani Explanatory Dictionary

ax işgəncə.

ŞIKƏST : Azerbaijani Explanatory Dictionary

sif. [fars.]
Bedenin her hansı bir üzvünden mehrum olmuş ve ya her hansı bir sebebe göre onu itirmiş; elil. Uşaq ana-dangəlmə şikəst (z.) doğulmuşdur. Şikəst oğ-lan. Şikəst qoca.
Əlbəttə, əzadan ki bir zad əskik olsa, şikəst hökmündədir. C.Memmed-quluzade. [Hacı Bayram:] Onu bil ki, sənin şikəst atana, qoca anana rəhmim gəlib, istə-mişəm, sizə bir qədər çörək verim. Ə.Haqver-diyev. Qocanın isə bu şikəst qızdan başqa dünyada heç kimi yoxdur. Ə.Memmedxanlı. // İs. menasında. Müharibə şikəstləri. Şikəst-lərə kömək. □ Şikəst etmək (eyləmək)
1) beden üzvlerinden birini sındırmaq, qır-maq, zedelemek. Səng şikəst eylədi balü pə-rim; Banlamağın hasilini anladım. M.Ə.Sabir. [Hambal:] Məşədi, Allah qüvvət versin, amma belimi şikəst eylərsən. ü.Hacıbeyov. [Servi-naz:] Necə qıydın, o cürgözəl atı şikəstelədin? İ.Əfendiyev; 2) məc. Korlamaq, xarab etmek, pozmaq. O kəslər ki, müəllimlik kimi
. xid-məti tərk edib, qeyri peşə dalısınca gediblər, mənəviyyat cəhətincə öz əhdü peymanlarını şikəst ediblər. F.Köçerli; 3) məc. Müharibede meğlub etmek. Düşmənin qoşununu şikəst etmək. Şikəst olmaq (tapmaq)
1) xestelik-den ve ya başqa bir sebebden beden üzv-lerinden birini itirmek ve ya sıradan çıxar-maq; elil olmaq. Müharibədə ayağından şi-kəst oldu.
[Gülbeniz:] Buruqda döşəmə və körpü həmişə palçığın içində olur. Fəhlə sürü-şüb şikəst ola bilər. M.Süleymanov; 2) məc. Xarab olmaq, korlanmaq, pozulmaq, nöqsanlı olmaq. Əgər şerim şikəst olsa, mənə etmə məlamət, kim; Şikəstə söz bəyan etmək şikəst təbə mədyundur. Heyran xanım; 3) məc. Mü-haribede meğlub olmaq, basılmaq, sınmaq, pozulmaq. Ona binaən Yusif şahın həvaxah-ları şikəst tapıb, hər kəs bir növ ilə başın mə-rəkədən qıraq çəkdi. M.F.Axundzade.
məc. Sınıq, nöqsanlı. Stolun bir qıçı şi-kəstdir.

ŞIKƏSTEYI-FARS : Azerbaijani Explanatory Dictionary

is. [fars.] mus. Azer-baycan klassik muğamlarından birinin adı. Sərvər şikəsteyi-fars oxuyur. ü.Hacıbeyov. çalğıçılar şikəsteyi-farsa keçəndə Cavad hövlnakyerindən qalxıb qışqırdı:
Dayan! Ə.Haqverdiyev.

ŞIKƏSTƏ : Azerbaijani Explanatory Dictionary

[fars.]
Segah meqamında zerbli muğam. Sürü-sürü qoyunları çoban yamacda otladır; Alır ələ papağını, oxur şikəstə, fit çalır. A.Sehhet. Həzin şikəstə oxuması Gülzarın fikrini dağıtmaq əvəzinə daha da onu qəhər və yas içində boğurdu. T.Ş.Simurq. Içi adamla dolu qayıqlarda xa-nəndələr şikəstə oxuyurdular. Ə.Memmed-xanlı.
sif. məc. klas. Sınıq, qırıq, qırılmış, sın-mış. Intizarın mən çəkirəm neyvəstə; Könül pərişandır, xatir şikəstə. M.V.Vidadi. Sınıq səbudə su tutmaz qərar, mey durmaz; Şikəstə könlümə məhvəm ki, qan ilən doludur. Q.Teb-rizi. [Cavan sevgilisine:] Nə oldu? Söylə, ne-çin böylə bivəfa çıxdın? Şikəstə könlümü, bil-məm, neçin yaxıb yıxdın? H.Cavid. □ Şikəstə etmək klas.
sındırmaq, qırmaq, üzmek. Etmə şikəstə Seyyidi, ey badəxar, xar; Etsin sənə həmişə bu əhli-dua, dua. S.Ə.Şirvani.
sif. məc. Qelbi qırılmış, qelbi yaralı, üreyi sınmış. Şikəstə Zakirəm, sevmişdim səni; Atəşi-fəraqə yandırdın məni. Q.Zakir. Hicran tüccariyəm, qəm şikəstəsi; Axtarıram bu dün-yanı sini-sin. Aşıq Əlesger.
is. Fars yazısında işledilen, süretle ya-zılan yazı xetlerinden birinin adı. Şikəstə xətti.

ŞIKƏSTƏDIL : Azerbaijani Explanatory Dictionary

sif. [fars.] klas. üreyi sın-mış, qelbi qırılmış, incik, kederli, incimiş. [Hecer xanım:]
.Zöhrəni elə şikəstədil (z.) gördükdə ürəyim paralanır. S.S.Axundov.

ŞIKƏSTƏXATIR : Azerbaijani Explanatory Dictionary

sif. [fars. şikeste ve ər. xatir] klas. Qelbi sınmış, üreyi sınmış, qel-biqırıq, incik. Sənsiz mən idim şikəstəxatir; Yüz şükr, sənə yetişdim axir. Füzuli.

ŞIKƏSTƏNƏFS : Azerbaijani Explanatory Dictionary

ŞIKƏSTƏNƏFS sif. [fars. şikeste ve ər.
nefs] Telebkar olmayan, sade tebietli, teva-zökar.
.Qənaət söhbəti də düşəndəyenə dir-səyimin gücü ilə bir elə gözəl-gözəl sözlər danışım və elə gözəl-gözəl sözlər yazım və elə hesablar verim ki, hamı desin:
Bu adam nə həqirdir, nə şikəstənəfsdir. C.Memmed-quluzade.

ŞIKƏSTƏNƏFSLIK : Azerbaijani Explanatory Dictionary

is. Tevazökarlıq, te-
bietce sadelik, telebkar olmama. □ Şikəstə-nəfslik etmək
tevazökarlıq etmek, sadelik, tevazö göstermek.

ŞIKƏSTLIK : Azerbaijani Explanatory Dictionary

is.
Şikest adamm ve ya hey-vanın halı, şikest olma, elillik. [Usta:] Şükür ki, şikəstlik də olmadı. Mir Celal.
məc. Sınıqlıq, pozuqluq, uğursuzluq. Qardaş, nə olub, genə belə qəm dəryasına qərq olubsan? Ticarətində nə şikəstlik var?
(Nağıl).

ŞIKVƏ : Azerbaijani Explanatory Dictionary

[ər.] klas. Şikayet. İgidler könlünə şikvə gətirməz; Necə dağdır, quzeyində qar olmaz. Qurbani. Istərəm ki, varam yarın kuyinə; Şikvə edəm qəmi-pünhan əlindən. Q.Zakir. Nə ki var, dinlənildi şikvası; Yerinə gəldi hər təmənnası. M.S.Ordubadi.

ŞIL : Azerbaijani Explanatory Dictionary

sif. ve is. [fars.] çolaq, qolsuz, elsiz-ayaqsız, elil. [Yusif Serrac:] Dullara və yetim-lərə və şillərə və karlara ianət və himayət göstərilsin. M.F.Axundzade. [Gülçöhre:] [Arşınmalçı] bilirəm ki, şil deyil, kor deyil, keçəl deyil, sifəti də xoşuma gəldi. U.Hacı-beyov.
0 Şil olmuş, şil olasan!
qarğış, nifrin ifa-desi. çernil, qrafit, ruçka, karandaş; Icad edəni olaydı şil, kaş! M.Ə.Sabir. Lal olsun hiyləgər danışan dilin! Şil olsun əllərin, bü-külsün belin! Aşıq Hüseyn.

ŞILƏ : Azerbaijani Explanatory Dictionary

is. Qatı düyü şorbası. Nə yemisən turşulu şilə. (Ata. sözü). Elədir, plov gərək abırlı olsun. Yoxsa keçəl plovdan nə çıxar? Onda adına şilə deyərlər. S.Rehimov.

ŞILƏ : Azerbaijani Explanatory Dictionary

is. Qırmızırengli sade pambıq parça; bez. Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şilədən, alçaq çit-lərdən tökülübdür. M.F.Axundzade. çayçı dükanında divarın dibində 50 santimetr hün-dürlüyündə, 75 santimetr enliyində dövrə skamya olardı. Onun qabağı qırmızı şilə ilə örtülü olardı. H.Sarabski. Veys özü izah etdi:
- Bu qırmızı şiləni Həmzənin dükanından götürmüşəm. Ə.Əbülhesen.