Azerbaijani Explanatory Dictionary
XUMARGÖZ(LÜ) : Azerbaijani Explanatory Dictionary
sif. Gözleri xumar, süz-gün olan; süzgünbaxrşlr. Xumargözlü qız.
Qara at nalı neylər; Qara göz xalı neylər; Ağlama, xumargözlü balam; Görək, ilahı neylər. (Bayatr).
XUMAR-XUMAR : Azerbaijani Explanatory Dictionary
zərf Süzgün-süzgün, nazlr-nazlr. Xumar-xumar baxmaq göz qaydasıdır; Lalətək qızarmaq üz qaydasıdır. M.P.Vaqif. Xumar-xumar o baxmağı göz-lərin; Yəğmalayıb solu-sağı gözlərin. Q.Zakir. Kim bilir, o xumar-xumar baxışın nə qədər ruha saplanıb qalmış. A.Şaiq.
XUMARLANDIRMA : Azerbaijani Explanatory Dictionary
"Xumarlandrrmaq"-
dan f.is.
XUMARLANDIRMAQ : Azerbaijani Explanatory Dictionary
f. Xumar etmek,
mest etmek, bihuş etmek, keflendirmek. Gü-norta yerindən əyilmiş qızmar günəş aka-siya salxımlarını, qızılgül yarpaqlarını pörtür, havanı bu çiçəklərin adamı xumar-landıran (f.sif.) tünd ətri ilə doldururdu. Ə.Əbülhesen.
XUMARLANMA : Azerbaijani Explanatory Dictionary
"Xumarlanmaq"dan f.is.
XUMARLANMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Keflenmek, ne-
şelenmek, mest olmaq. // Keflilikden axmaq, süzülmek (göz haqqrnda). Gülnaz kabab gətirdi. Süfrəyə qoyub qayıtmaq istədi. Mü-başir Məmməd xumarlanan gözlərini onun ala gözlərinə dikdi. M.İbrahimov. Yalan sər-xoşluğunda elə xumarlanmışıq; çaylağı yol, gülü kol, qaranı ağ sanmışıq. B.Vahabzade.
Neşelenmek, zövqlenmek, zövq almaq, nazlanmaq. [Yaşlr kişi:] Uzandığım krovatda xumarlanırdım. S.Hüseyn. Bu dadlı laylalar-dan balaca [qrz] xumarlanıb şirin yuxuya getdi. S.S.Axundov. [Tahir] adəti üzrə, yorğan-döşəkdə xumarlanmadan tez qalxıb paltarını geyindi. M.Hüseyn. //Mec. menada. Qışın səhərində bu qarlar düzü; Günəşdən qızınıb xumarlanırdı. S.Vurğun. Rüstəm kişi atın belinə sıçrayıb dala baxmadan günəş işığı altında xumarlanan çöllərə tərəf sürdü. M.İbrahimov.
.Nazlanıb xumarlanan çay hamının üzünə gülümsəyirdi. S.Veliyev.
XUMARLIQ : Azerbaijani Explanatory Dictionary
is. Mestlik, keflilik; kefli
(mest) adamrn haleti. Xumarlıq aləmində seyr edən tiryəkilərdən bir neçəsi yatağan ilan kimi gözlərini zorla açırdı. P.Makulu. Gözlərinin xumarı pozdu xumarlığımı; Xumarlığın nəğməsi təranən idi sənin. Şehriyar.
XUNXAR : Azerbaijani Explanatory Dictionary
sif. [fars.] Qaniçen, zalrm, cel-lad, qandan doymayan; yrrtrcr. Xunxar olan əfradi-bəni-növ
ünə daim; Bu vəhşiyü ğür-ranlarına şükr, xudaya! M.Ə.Sabir. Sən ya-zırsan mənə, ay molla ki, əşaryazım; Mülkə-darı, bəyi və xanları xunxar yazım? Ə.Nezmi. // Məc. mənada. Gözele işare. Neyləmişəm o xunxara; Müttəsil baxar əğyarə; Bir dəm eyləməz nəzzarə; Məni-rüsvaya gözlərin.
Q.Zakir.
XUNXARLIQ : Azerbaijani Explanatory Dictionary
is. Qaniçicilik, zalrmlrq, celladlrq, rehmsizlik, vehşilik, yrrtrcrlrq. [Ce-mil bey:] Əcəba insanlarda bu cəlladlıq, bu xunxarlıq nə vaxta qədər davam edəcək!
H.Cavid.
XUNTÄ : Azerbaijani Explanatory Dictionary
[isp. junta
toplanma, birleşme] İspaniyada ve Latrn Amerikasr ölkelerinin çoxunda ictimai-siyasi teşkilat ve birleşme-lerin adr; herbi çevriliş neticesinde höku-met başrna keçen herbçiler destesi. Yasaq olan bir ölkədə; Qatı zülmət işıqlıqda; nur kölgədə... Buna dözmək? Necə dözmək? Xunta qeyri-qanunidir; Əxlaqsızın törəməsi; bicə dözmək; Necə dözmək? B.Vahabzade.
XURAFAT : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Mövhumat. Zülm nə din bildi, nə dil, nə Vətən; Cəhalət uydurdu Islam adına; Açıqfikirlilər qaçdı ölkədən; Dözməyib cahilin xurafatına. B.Vahabzade. // məc. Əfsane, nağrl, uydurma. Və ya ki Şuşədə bir sərsəmin xurafatı; Səhifələr ilə məşğul edər "Füyuzat"ı. M.Hadi. [Bahadrr:] Ey ağlını qayıb etmiş qoca, nə üçün bu
avam zavallıları belə xurafat ilə aldadır-san? S.S.Axundov.
XURAL : Azerbaijani Explanatory Dictionary
is. [monq.] Monqolustanda ali dövlet hakimiyyeti orqanr.
XURAMAN : Azerbaijani Explanatory Dictionary
sif. [fars.] klas. Nazla, eda ile yeriyen, nazlana-nazlana, sallana-sallana ye-riyen. Sərvi-azad qədinlə mənə yeksan görü-nür; Nəyə sərgəştə olan baxsa xuraman gö-rünür. Füzuli. Dilqəməm, qarşıma çıxdı xura-man; Bir şəbi-yeldadə bir mahi-taban. Aşrq Dilqem. □ Xuraman olmaq
naz ve eda ile, nazlr-nazlr, sallana-sallana yerimek. Ey şaxi-gül, ol qaməti-mövzun həvəsindən; çox sərv bu gülşəndə xuraman olacaqdır. Qövsi.
Sərvi-xuraman şeklinde
klassik şeirde gözelin epitetlerinden biri. Lütf edib-sən, məgər ey bad! Bu gündən böylə; Verəsən bir xəbər ol sərvi-xuramanımdan. Füzuli. Boyu yaraşıqlı, sərvi-xuraman; Əndamıdır ağ gül, sinəsi meydan. M.P.Vaqif.
xuraman-xuraman zərf Nazla, eda ile, sallana-sallana, nazlana-nazlana. Pəri Sol-tan xuraman-xuraman gəlib, özünü zindanın qapısına yetirdi. (Nağrl). Səs-səsə verəydi həzarə, bülbül; Düşəydi payinə bənövşə, sün-bül; Xuraman-xuraman əlində də gül; Gəzəy-din hər tərəf bağı, görəydim. Q.Zakir. Səhər vaxtı, yarəb! Nə gördüm ki, canan; Gəlir şadü xəndan, xuraman-xuraman. H.Cavid.
XURCUN : Azerbaijani Explanatory Dictionary
is. İçerisinde şey qoymaq üçün adeten yük ve ya minik heyvanlarrnrn belin-den aşrrrlan, palaz kimi toxunan, ya da cod parçadan tikilen ikigözlü torba, iri heybe. At belinə xurcun qoymaq. Xurcunu tərkinə salmaq.
[Əhmed]
.başına bir çəlləksoyuq su tökülmüş adam kimi kor-peşman yenidən malları bir-bir xurcuna yükləyib [eşşeye] mindi. B.Talrblr. Tahir isə anasından dolu xurcunu alıb mətbəxə apardı.. M.Hüseyn. Başında çal papaq, çiynində xurcun; Ildırım çaxırdı gözündə onun. B.Vahabzade.
XURD-XƏŞIL : Azerbaijani Explanatory Dictionary
zərf Əzik-ezik, xrncrm-xrncrm, sağ-salamat yer qalmamrş, srnrq-srnrq. Amma birdən işdi mən çölə-zada çıxmalı olsam, sən gərək xurd-xəşil olasan. "Koroğlu". Elə o günü məntəqəyə bütün bilək sümüyü xurd-xəşil olmuş bir yaralı gətirdilər. Ə.Əbülhesen. [Qarakişi Hüm-mete:] Sən öləsən, [Yusif] səni boz atdan elə salacaq ki, qabırğaların xurd-xəşil olacaq. B.Bayramov. □ Xurd-xəşil etmək
berk ezişdirmek, ezik-ezik etmek, bedeninde sağ-salamat yer qoymamaq. Mollabacı biçarə mütəəlliməni xurd-xəşil edəndən sonra həyətə çıxdı və üzünü qon-şuya tutub, ağzına gələni dedi.. çemenze-minli. [Sernişinlerden biri:] Dünən Qara şəhərdə qoca bir arvadı tramvay aldı altına, xurd-xəşil elədi. Qantemir.
XURMA : Azerbaijani Explanatory Dictionary
is. bot.
Subtropik ve mülayim iqlimli ölkelerde biten, lelekvari yarpaqlarr çetir kimi olan uca ağac ve bu ağacrn şirin meyvesi. Qayada ilan ötər; Bağdadda xurma bitər; Ay qız, elə sallanma; Cava-nam, ağlım itər. (Bayatr). [Teybe]
.evəyolu düşəndə Bahadır üçün həmişə fındıq, qoz, saçaqlı konfet, iydə və bəzən xurma gəti-rərdi. M.Hüseyn.
B ax xırnik.
.Xurma toxumunun qabı-ğı qalın olduğuna onlar bir neçə ildən sonra göyərir, ona binaən onları tez göyərtmək-dən ötrü Avropa bağbanları bu toxumların qabığını üsul yarıb sonra əkirlər. "Əkinçi".
XURMALIQ : Azerbaijani Explanatory Dictionary
is. Xurma ağaclarr bitmiş yer, xurma ağaclarr ekilmiş yer; xurma bağr. Gah xurmalıqlar görünür, gah dupduru göllər; Gah qanlı ilkindi; gah alovlu səhər. R.Rza. [Leyli Mecnuna:] Gedək o xurma-lıqdakı sərin çeşmədən bir ovuc su içək. Ə.Memmedxanlr. Qəzənfər
. şəhərin kəna-rındakı xurmalıqda gizləndi.. S.Veliyev.
XURMAYI : Azerbaijani Explanatory Dictionary
sif. Xurma renginde, açrq-qehveyi. Xurmayı göz. Xurmayı saç.
Hə-cər gözlərini sildi, geri çəkildi, onun nəzəri Nəbinin divardan asılmış xurmayı papağına sataşdı. S.Rehimov.
XURMAYISAÇ(LI) : Azerbaijani Explanatory Dictionary
sif. Saçlarr xurmayr olan. On altı-on yeddi yaşlarında, qamətli, xurmayısaç
. qız, utancaq tərzdə gözlərini yerə zilləmişdi. M.Hüseyn. Bir azdan
. xurmayısaçlı, incəbel, yaraşıqlı bir qız olan Səriyyə
. gəlib çıxdı. İ.Əfendiyev.
XURŞİD : Azerbaijani Explanatory Dictionary
is. [fars.] klas. Güneş. // Klassik şeirde gözelin epitetlerinden biri. Xurşidim, xavərim, hilalım sənsən; Şəkərim, şərbətim, zülalım sənsən. M.V.Vidadi. Sən hüsndə xurşidi-fələkdən də gözəlsən; Ya əyri qa-şından nəyi artıqdı hilalın. Ə.Vahid.
XURŞİDVƏŞ : Azerbaijani Explanatory Dictionary
sif. [fars.] klas. Güneş kimi gözel, güneş camallr. Qoyma, ey xurşidvəş, gözdən məni şəbnəm kimi. Qövsi.
XURT : Azerbaijani Explanatory Dictionary
xurt düşmək
bihuş olub se-rilmek. Qız xörəyi hazırlayıb bihuşdarını da daxil elədi içinə, gətdi ortalığa. Səlim bir az yeyənnən sora xurt düşdü. (Nağrl).
XURUŞ : Azerbaijani Explanatory Dictionary
is. [fars.] Plovla yeyilmek üçün ayrrca bişirilib hazrrlanan et, toyuq, kişmiş ve s.-den ibaret yemek; qara. Balaca nim-çələrdə tirmə süfrənin ortasına düzülmüş xuruşlar və yeməklər hamıdan artıq Məşədi Məmmədin diqqətini cəlb edirdi. B.Talrblr.
.Kiçik qazançalarda aş üçün azacıq əvvəl kə-silən üç qoyunun ətindən xuruş [qara] hazır-lanırdı. Ə.Əbülhesen. [çiyelek] plovun xu-ruşlarını hazırlamağa girişdi. B.Bayramov.
XUŞGƏBAR : Azerbaijani Explanatory Dictionary
is. [fars.] Quru meyve. Xuşgəbar dükanı.
Ildə neçə dəfə böyük karvanlar Hacı Səlim Sərdarovun xuşgəbar yüklərini Xorasandan Türküstana gətirir-dilər. Ə.Haqverdiyev. [Hacr Seyidin] iki pa-roxodxuşgəbarı dənizdə batmışdı. Mir Celal.
XUŞGƏBARÇI : Azerbaijani Explanatory Dictionary
is. kohn. Xuşgebar satan adam. Bakıda iri ticarətlə məşğul olan dü-yüçülər, xuşgəbarçılar, ipəkçilər, xalçaçı-lar, qaraneftçilər də az deyildi. H.Sarabski.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani