Azerbaijani Explanatory Dictionary
QƏFİLDƏN : Azerbaijani Explanatory Dictionary
zərf Birden, birden-bire, göz-lenmeden, xebersiz, ansızın. Qəfildən vur-maq.
Nəbigil qəfildən [beylerin] qabağına çıxıb atlarını saxladılar. "Qaçaq Nebi".
..Qəfildən girən qonaq ev sahibinin xəcalət çəkməsinə səbəb ola bilər. M.S.Ordubadi. Birdən tingə başında qəfildən bir dəstə qız onun qarşısına çıxdı. Ə.Memmedxanlı.
QƏFLƏT : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
Qafillik, xebersizlik.
Qılma bizi qəflət ilə mədhuş; Həmsöhbətin eyləmə fəramuş. Füzuli. [Ziba xanım:] Vay sənin halına, vay sənin halına ki, qəflət gö-zünü örtübdür. M.F.Axundzade. Bülbül, ke-çirtmə bağda qəflətdə ömrünü. S.Ə.Şirvani. □ Qəflətdə olmaq
xebersiz olmaq, bilme-mek. Həqiqətdə də mən öz səmimi dostlarım haqqında qəflətdə olmuşam. M.S.Ordubadi.
Cehalet, avamlıq. □ Qəflətdə saxla-maq
qesden ayılmağa, başa düşmeye qoy-mamaq, cehaletde saxlamaq.
Diqqetsizlik, qeydsizlik, huşsuzluq, sehlenkarlıq. □ Qəflət eləmək (etmək)
diqqetsizlik, qeydsizlik göstermek; unutmaq, nezerden qaçırmaq; sehlenkarlıq etmek. [Ağa Kerim:] Ağa Mərdan hər nə istəsə, ona yol tapar; onun müqabilində gərək qəf-lət eləməmək. M.F.Axundzade.
0 Qəflət yuxusu
etrafında baş veren hadiselerden tam xebersizlik. Vaiz sözünə tutma qulaq, qafil olma, kim; Qəflət yuxusu-nun səbəbi ol fəsanədir. Füzuli.
.Qadından təsadüfi öyrəndiyi əhvalat Xəlili sanki qəflət yuxusundan oyatdı. M.Hüseyn.
QƏFLƏTƏN : Azerbaijani Explanatory Dictionary
zərf [ər.] Qefilden, birden,
gözlenmeden, xebersiz, tesadüfen. [Müsyö Jordan:] Əlbəttə, sehrdir, mat qalmalı işdir, bir türfətüleyndə qəflətən Parij xarab olubdur. M.F.Axundzade. Su kənarında qəflətən na-çar; Bir quzu bir gün oldu qurda düçar. A.Seh-het. Atamın qəflətən ölümü sağalmaz biryara kimi uzun müddət qəlbimi ağrıtdı. A.Şaiq.
QƏHƏR : Azerbaijani Explanatory Dictionary
dan. bax qəhr. Uşaqların belə kədərli ağlamasını görüncə Gövhərə qəhər üz verirdi. Ə.Veliyev.
QƏHƏRLƏNMƏ : Azerbaijani Explanatory Dictionary
"Qeherlenmek"den f.is.
QƏHƏRLƏNMƏK : Azerbaijani Explanatory Dictionary
f. Acıq çekmek, hid-
detlenmek, acığından boğulmaq. // Mütees-sir olmaq, kederlenmek, kövrelmek, dolux-sunmaq, boğula-boğula ağlamaq. Bu söz-lərdən sonra qadın qəhərləndi, çarqatının ucu ilə gözlərini sildi. P.Makulu. QƏHƏRLİ sif. Acıqlı, qezebli, hiddetli.
Ufüq qəhərli bir ürək kimi sökülür, dalğalar hücum edən ordular kimi şəfəqlərə tökülür, kainat oyanırdı. Mir Celal.
QƏHƏT : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Qıtlıq, yoxluq; quraqlıq-dan mehsulatın ve s.-nin yetişmemesi, az-lığı, tapılmaması. □ Qəhət olmaq, qəhətə çıxmaq
tapılmamaq, yoxa çıxmaq.
◊ Başına (başıma) iş (sənət ve s.) qə-hətdir? (qəhət idi?)
lazımsız, yersiz iş gören adama deyilir, yaxud öz işinden nara-zılığı ifade edir. [Hacı Qara:] Sizin təqsiriniz nəyerə sığışır, nə göyə,
. başınıza sənət qə-hət olubdur? M.F.Axundzade. [Mirze Ca-vad:] A məlun,
. məgər başına iş qəhətdir? Ə.Haqverdiyev.
QƏHƏTLƏŞMƏ : Azerbaijani Explanatory Dictionary
"Qehetleşmek"den f.is.
QƏHƏTLƏŞMƏK : Azerbaijani Explanatory Dictionary
f. Qıtlaşmaq, tapılma-
maq, yoxa çıxmaq.
QƏHƏTLİK : Azerbaijani Explanatory Dictionary
is. Qıtlıq, mehsulsuzluq; quraqlıq neticesinde mehsul bitmemesi üzünden töreyen aclıq. Təbrizdə bu saat qə-hətlikdir və əhali çörək üzünə həsrətdir. C.Memmedquluzade. // Bir şeyin tapılma-ması, azlığı, çatışmaması; ehtiyac.
QƏH-QƏH : Azerbaijani Explanatory Dictionary
ax qəhqəhə. □ Qəh-qəh çəkmək
bax qəhqəhə çəkmək. Naçal-nik Qurbanəli bəyə baxıb, qəh-qəh çəkib dedi. C.Memmedquluzade. Qoca keşikçi qəh-qəh çəkib güldü. M.Hüseyn.
QƏHQƏHƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Berkden gülüş, sesle
gülme. Bu sözə qarşı oturan sərxoşlardan qeyri-təbii qəhqəhələr eşidildi. M.S.Ordu-badi. Ayrım qızının belə öyünməsindən, Kə-rim babanın elə sükut ilə büzülüb durmasın-dan bir qəhqəhə qopdu. A.Şaiq. Ancaq qızı qəhqəhə ilə güləndə Mirzə Hüseyn gülüm-sünərək ayağa qalxdı. S.Rehman. □ Qəh-qəhə çəkmək
qehqehe ile gülmek; berkden, sesle gülmek. Tamam qorxunc bir qəhqəhə çəkərək, ildırım kimi çaya tərəf qaçır. S.S.Axundov. Sitarə ata-anasını görcək, qəhqəhə çəkib
. deyirdi:
Bilmir-siniz? Nişanlıma gül yığmağa getmişdim. çemenzeminli.
QƏHMƏR : Azerbaijani Explanatory Dictionary
ax qahmar. [Qarı:] Bala, o, xozeyinlər, naçalniklər üçün qorxulu adam-dır. Sənin kimi, mənim kimi fağırların onun kimi qəhmər çıxanı olmasaydı, indi bizim gözümüzə od salmışdılar. S.S.Axundov. Yeni dünya quran bizik; Haqqa qəhmər duran
bizik. R.Rza. Gizlədərəm hissimi, əlaqəmi birtəhər; Deyərəm yaxşı olmaz, çıxsam oğlana qəhmər. M.Rahim.
QƏHR : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Hiddet, qezeb, acıq. çeş-mində qəzəb yoxsa dili-zarım üçündür; Qəhri o təbibin dili-bimarım üçündür. S.Ə.Şirvani. Kuyində məhrəm etdi rəqibi səfa ilə; Qəhr ilə etmədi məni həm yad, ağlaram. X.Nate-van. Qəhr [Mirze Hüseyni] boğdu, cibindən qırağı haşiyəli bir yaylıq çıxarıb gözlərini sildi. S.Rehimov.
Bir mehrumiyyet, haqsızlıq ve s. üzün-den doğan hedsiz ruhi ezab ve iztirab. Firqə-tin qəhri bəni yaqdı və incitdi, əzizim! Nesimi. On bir aydır mənim üzüm gülmədi; Qəza qəhri məndən heç üzülmədi. Aşıq Əlesger.
0 Qəhr etmək
1) mehv etmek, yox et-mek. Xalq bugünkü və sabahkı düşmənlə-rini qəhr edə bilməzsə, öz taleyini həll edə bilməz. S.Rehimov; 2) cebr etmek, zülm etmek; cezalandırmaq, iztirab vermek. Necə qəhr eyləyəsən, aşiqinə rəhm eylə; Ki, sənin rəhmətinə aşiqi-heyran susadı. Nesimi. Qəhr olmaq
mehv olmaq, yox olmaq. Qəhr olsun!
mehv olsun! yox olsun!
QƏHRƏMAN : Azerbaijani Explanatory Dictionary
[fars.]
sif Müharibede, yaxud başqa bir işde qoçaqlıq, fedakarlıq nümunesi gösteren; igid. Qəhrəman ordu. Qəhrəman əsgər. // İs. menasında. Azərbay-canın milli qəhrəmanları.
Seyr edin zama-nın qəhrəmanını; Əynində şinel var, çiy-nində tüfəng. S.Vurğun. Bu gün alqış demək qəhrəmanlara; Dünyada hər şeydən mənə şirindir. O.Sarıvelli. // sif. Qoçaq, cesur, qorxmaz. [Ceyran] cəsur, mətin, qəhrəman bir qadın idi. S.Hüseyn.
is. öz dövrünün ictimai mühitinin se-ciyyevi xüsusiyyetlerini özünde tecessüm etdiren şexs. Zəmanəmizin qəhrəmanı.
is. Ədebi eserde iştirak eden şexslerin en birincisi, başlıcası. Romanın qəhrəmanı. Pyesin qəhrəmanı.
QƏHRƏMANANƏ : Azerbaijani Explanatory Dictionary
[fars.] bax qəhrəman-casına. Şəfiqə qəhrəmananə ətrafa baxırdı. İ.Musabeyov.
QƏHRƏMANCASINA : Azerbaijani Explanatory Dictionary
zərf Qehremana,
igide yaraşan bir terzde; qoçaqlıqla, reşa-detle; igidcesine. Qəhrəmancasına döyüş-mək. Qəhrəmancasına hərəkət etmək.
QƏHRƏMANİ : Azerbaijani Explanatory Dictionary
is. mus. Azerbaycan xalq oyun havalarından birinin adı. Yallı musiqi-sinin forması və ölçüsü əsasında inkişaf edə-rək meydana gələn Azərbaycan rəqslərin-dən birisi də "Qəhrəmani" və "Pəhləvani" oyun havalarıdır. Ə.Bedelbeyli.
QƏHRƏMANLAŞMAQ : Azerbaijani Explanatory Dictionary
f. Qoçaqlaşmaq,
qehreman olmaq.
QƏHRƏMANLIQ : Azerbaijani Explanatory Dictionary
is. İgidlik, müstesna qo-çaqlıq, reşadet, cesurluq; qehremanca he-reket. Qəhrəmanlıq dastanı. Antik cəmiyyə-tin "qəhrəmanlıq dövrü". Qəhrəmanlıq gös-tərmək.
Qəhrəmanlıq yalnız silah deyil, bi-lik də tələb edir. M.S.Ordubadi. Əşrəf həya-tında hələ heç bir qəhrəmanlıq eləməmişdi. S.Rehman.
QƏHRLƏNMƏK : Azerbaijani Explanatory Dictionary
ax qəhərlənmək.
QƏHVƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
Tropik ölkelerde biten qehve ağacının girde etirli denleri. Qovrul-muş qəhvə. Uyüdülmüş qəhvə.
Bu denenin ovuntusundan hazırlanan içki. Qəhvə içmək. Qəhvə bişirmək. Qara qəhvə. Südlü qəhvə.
[Əbdül:] Yorulmuşdum, döndüm çayxanaya ki, bir-iki fincan qəhvə içim. Ə.Haqverdiyev. // Qehve surroqatı. Arpa qəhvəsi. Palıd qəhvəsi. Soya qəhvəsi.
0 Qəhvə dəyirmanı
bax dəyirman.
QƏHVƏALTI : Azerbaijani Explanatory Dictionary
is. Günorta yemeyinden bir neçe saat qabaq yeyilen yemek ve ya içilen qehve, çay ve s. Küncdəki stol başın-da üç kişi oturub qəhvəaltı edirdi. A.Şaiq. Abakərin arvadı böyük məcməyidə qəhvəaltı gətir(di).. Ə.Əbülhesen.
QƏHVƏÇİ : Azerbaijani Explanatory Dictionary
is.
Qehvexana; qehve sa-tılan yer. // Sif. menasında. Yetdi bir mərtə-bəyə surəti-kar; "Parlaman" qəhvəçi dükan oldu. M.Ə.Sabir.
Qehve hazırlayıb satan adam.
QƏHVƏÇİLİK : Azerbaijani Explanatory Dictionary
is. Qehveçinin işi, peşesi.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani