Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
QƏTL : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
öldürme, öldürülme. Dilbər əlində aşiqin qətli nədən həram ola; Aşiqə çün həlal edər vəslini qan bahasına. Nesimi. Mənə deyirlər ki, filankəs babidir; yəni mürtəddir. Mən də bilirəm ki, onun qətli vacibdir. C.Memmedquluzade. Zamanovun qətli məsələsi getdikcə Dəmirovu hiddətlən-dirirdi. S.Rehimov. □ Qətl etmək, qətlə yetirmək
öldürmek. Qətlə yetişmək
öldürülmek.
.Məşhur yunan tarix yazanı Herodot.. Misirə səyahət edən zaman Misir davasında qətlə yetişən farsları məhz baş-larının çanağının nazikliyi ilə tanıyıb. C.Memmedquluzade. [Qayadibi kendinin] əhalisinin bir parası qətlə yetişib, yerdə qa-lanı da qaçıb dağlarda, meşələrdə gizlən-mişdi. S.S.Axundov. Qətli-am köhn.
ele keçirilen bir ölkenin bütün ehalisinin qı-lıncdan keçirilmesi; kütlevi qırğın. Qətlinə fərman (vermək)
birinin öldürülmesi, edam olunması haqqında hökm, emr (ver-mek). Natəvan, müjdə, bu gün qətlinə fər-man gətirir. X.Natevan. Bu xaki-siyəhdən başımız çərxə ucaldı; Ol lalərüxun qətlimə fərmanını görcək. S.Ə.Şirvani.
.Sünbüllər məzlum-məzlum başlarını aşağı salıb, qət-linə fərman verilmiş müqəssirlər tək cəllad-ları olan biçinçilərə müntəzir idilər. Ə.Haq-verdiyev.
din. köhn. Meherremlikde düzeltdik-leri imamların öldürülmesi hadisesini tem-sil eden tamaşa; şebih (bu menada çox vaxt "qetl" şeklinde işlenir). Soyuğa və qara bax-mayaraq, qətl hazırlığı görünürdü, əlvan geyimli şəbihlər bir tərəfə toplanıb, rolla-rını əzbərləyir. çemenzeminli.

QƏTLGAH : Azerbaijani Explanatory Dictionary

is. [ər. qetl, fars.
..gah] Adam öldürülen yer. Şah bağı indi həqiqi bir sal-laqxana, qətlgah və işgəncə ocağını xatırla-dırdı. P.Makulu. // məc. Müharibe meydanı.

QƏTL-QARƏT : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Adam öldürmekle müşayiet edilen qaret, soyğunçuluq. Biz yal-nız Təbrizdə qətl-qarətin qarşısını almaq üçün deyil, lazım görüldüyü zaman Təbrizə daxil olan qüvvətin tərk-silah olunması üçün də hazırlıq görmüşdük. M.S.Ordubadi. [Serdar:] Şəhərdə tez-tez böyük qətl-qarətə yol verilir. P.Makulu.

QƏTNAMƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər. qet ve fars.
..name] bax qərar
ci menada. İclasın qətnaməsi. Qətnamə yazmaq.
Qədirin iştirak etdiyi elə bir iclas yox idi ki, protokolun ayağında qətnaməyə zidd gedən olmasın. Mir Celal.

QƏTRAN : Azerbaijani Explanatory Dictionary

[ər.] bax qatran. Kaşanələr ağaların, qazma bizim, viran bizim; Eyş on-ların, nuş onların, zəhər bizim, qətran bizim.
M.Müşfiq.

QƏTRƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Damcı. Otuz-qırx il bun-dan irəli bir müsəlman ki, bir rus məclisinə düşərdi, öldürsəydin də bir qətrə də içki di-linə vurmazdı. C.Memmedquluzade. Artıq fəvvarədən sıçrayan qətrələr şəbnəm kimi onun [Dilşadın] incə yanaqlarına düşdü. M.S.Ordubadi. [Azad Ulduza:] Qayıdarkən səni müdafiə etdim,
deyə bilmək üçün mən son qətrə qanımı belə əsirgəməyəcəyəm. Ə.Memmedxanlı.

QƏTRƏBƏQƏTRƏ : Azerbaijani Explanatory Dictionary

ax qətrə-qətrə.
// Bir-bir. Vəzirləriniz əlimə düşsəydilər, sözləri qətrəbəqətrə düzərdim, qardaşlarım, ərz edərdim cənaba! N.Vezirov.
qətrə-qətrə zərf Damcı-damcı. Qətrə-qətrə saçılır didələrimdən qanlar. Füzuli. çöhreyi-alında qətrə-qətrə yaş; Sanasan gül-zara şəbnəm oturmuş. Q.Zakir. Firaqi-ləli-ləbindən o sərvi-lalərüxun; Qəmində gözdən axan qətrə-qətrə qanı yazım. S.Ə.Şirvani.

QƏVAİD : Azerbaijani Explanatory Dictionary

is. [ər. "qaide" söz. cemi] köhn. Qaydalar, üsullar. Bu bilik sayəsində öz Şərq musiqimizin qəvaidini daha tez
. dərk etmək və binaənileyh tərəqqisinə də daha artıq kö-mək etmək olar. U.Hacıbeyov.

QƏVİ : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] Qüvvetli, güclü, möhkem. Beşinci tühaf "Sofi Hüseyn" adı ilə məşhur uzunboylu, ağ uzun saqqallı, qəvi heykəl bir kişi idi. Ə.Haqverdiyev. İndi [Toğrulun] qəvi əzələləri təpədən dırnağa kimi qorxunc bir əsəbilik ilə titrəyirdi. H.Nezerli. Əgər mən olmasaydım, məsul cəbhəmdə qəvi; O zaman bu ölkədə nəyə gərəkdim, nəyə? S.Rüstem.

QƏVVAS : Azerbaijani Explanatory Dictionary

is. [ər.] köhn. Batmış şeyleri ve s. çıxarmaq üçün denizin dibine dalıb çıxan üzgüçü; dalğıc. // Klassik şeirde ve folk-lorda mecazi menada işlenmişdir. Ayrılıq gölündə, qəm dəryasında; Təzə qəvvas olub üzən necoldu? (Qoşma). Atı minmişəm gəz-məyə; Düşmən bağrını əzməyə; Tona çayını üzməyə; Qırat bir qəvvas olaydı. "Koroğlu". Əgər qəvvas isən, üz arasına; Bir gör axır ondan gözlər, nə gözlər! Nebati. Şayəd gö-türəm damənə ol dürri-yetimi; Qəvvasə dö-nüb eşqlə dəryalərə düşdüm. S.Ə.Şirvani.

QƏYUR : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] Qeyretli, qeyret çeken, qeyretkeş, çalışqan. Doğrudan da, Aslan qa-yət qəyur, çalışqan bir uşaq idi. C.Cabbarlı.

QƏYYUM : Azerbaijani Explanatory Dictionary

is. [ər.] hüq. Heddi-büluğa çatmamış uşaqlara, yaxud ruhi xestelik üzünden öz işlerini idare etmeye qabil ol-mayan şexslere ve onların mal ve mülküne nezaret eden adam. [Ağa Merdan:] O vaxt-dan mən ona [Zeynebe] özümü çox asan-lıqla qəyyum edərəm. M.F.Axundzade. [Ma-yor:]
.Hacı olub dəli, dəliyə gərək qəyyum tikilə,
. mən onu gözləyə bilmərəm. N.Vezi-rov. Bu yetimlərə qəyyum olmağı özünə peşə qayırmışdı. Ə.Haqverdiyev. // məc. Vekil. Uşaq mənimdir baba, dəxli nədir sizlərə? Kim sizi qəyyum edib, hökm edəsiz bizlərə?
M.Ə.Sabir.

QƏYYUMÇULUQ : Azerbaijani Explanatory Dictionary

is. özünü qeyyum kimi gösterme meyli, himayeçilik (menfi menada).

QƏYYUMLUQ : Azerbaijani Explanatory Dictionary

is. Qeyyum vezifesi, qey-yum olma. Qəyyumluq etmək.
[Hacı Ferec:] Ola bilərmi zəhmət çəkib Ziynət xanımı ça-ğırasınız gəlsin bura, çünki qəyyumluğa dair çox vacib işlər var. N.Vezirov. // Himaye-çilik, himaye. Məsmənin həyatının üçüncü səhifəsi öz baldızının qəyyumluğundan çıx-dığı tarixdən başlayır. S.Hüseyn. // məc. Ve-killik. [Oqtay:] Insan könlü kimsənin qəy-yumluğunu qəbul etməz. C.Cabbarlı.

QƏZA : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Bedbext hadise, fela-ket. Dəmiryol qəzası. Gəmi qəzası. Tramvay qəzası. Qəzaya uğramaq.
Keşlə yaxın-lığında qatarımız dayanmağa məcbur oldu; irəlidəki qatar qəzaya uğramışdı. S.Hüseyn. // İşlerken sınma, xarab olma. Qazıma zamanı əyri quyu, qazıma kəmərinin daha gərgin şəraitdə fırlanması nəticəsində boruların qəzaya uğramasına və daha tez sıradan çıx-masına səbəb olur. Quliyev.
Qeziyye, gözlenilmez hadise, vaqie, ehvalat. Əgər bir kəsin belə bir qəza başına gəlsə, durmuyub gəlsin mənim yanıma. C.Memmedquluzade.
Qismet, tale, müqedderat, qeder. Vəslü firaqə vasitə çünki qədərdir, ey könül! Cəh-dilə kimsə qadirin mən eləməz qəzasını. Ne-simi. [Xidmetçiler:] Qəzanın təqdirindən, usta Yusif, bu gün sən bizim padşahımızsan. M.F.Axundzade. Fəda o qamətə kim, qəza nə xoş çəkmiş. X.Natevan. Zəmanədə bu cə-falar mənə qəzadəndir. S.Ə.Şirvani.

QƏZA : Azerbaijani Explanatory Dictionary

is. [ər.] tar.
ci il rus inqila-bından qabaq quberniya ve ya başqa böyük inzibati-erazi vahidi terkibinde ve SSRİ-de rayon bölgüsüne qeder olan inzibati-erazi vahidi. Qəza naçalniki, ofiserlər, bir neçə yüz də kazak orada durmuşdu. M.S.Ordu-badi. çaparxananı idarə edən Rəhim bəy tamam qəzada "Gödək Rəhim bəy" adı ilə məşhur idi. Ə.Haqverdiyev.
ci ildə Azərbaycan qəzaları içərisində ikinci ola-raq Qubada qəzet nəşr edilməyə başlayır. Ə.Sadıq. // Qeza merkezi menasında. Qəza-dan gələn işçi nitqlər söyləyirdi, idarələri təftiş edirdi və şikayətlərə baxırdı. B.Talıblı.

QƏZADAN : Azerbaijani Explanatory Dictionary

zərf Gözlenilmeden, tesadüfi olaraq, tesadüfen, birden. Sərçəni bir qırğı edərkən şikar; Bir tələyə oldu qəzadan dü-çar. A.Sehhet. Qəzadan o gecə həmin mən-hus gecə imiş ki, məzlum artist onun sabahı günü xüsusi öz faciəsində axırıncı rolunu oynayıb, fani dünya ilə əbədi vida edəcək-miş. S.M.Qenizade.

QƏZAL : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Ahu, buynuzu hele çıxma-mış ceyran balası (klassik şeirde: gözel, dil-ber menasında işlenmişdir). Gördü ki, bir ovçu dam qurmuş; Daminə qəzallar üz vur-muş. Füzuli. Zülfləri sünbüldür, yanağı lalə; Baxışı tən edər vəhşi qəzalə. S.Ə.Şirvani.

QƏZALƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.] klas.
Dişi ceyran; dişi ceyran balası. Gərək gözlərinə millər çəkilə; Hər kim desə vəhşi qəzalə sənə. Q.Zakir.
məc. Ceyran gözüne işaredir. Zülfləri sünbüldür, yanağı lalə; Baxışı tən edər vəhşi qəzalə. M.P.Vaqif.

QƏZAVAT : Azerbaijani Explanatory Dictionary

is. [ər.] din. köhn. Müselman-lıqda: islam dininden olmayan xalqlarla din uğrunda aparılan müharibe; cihad.

QƏZAVƏT : Azerbaijani Explanatory Dictionary

is. [ər.] din. köhn. Qazilik, qazi idaresi, dini idare. Mülki və siyasi işlər hökumətə aid məsələ olduğundan, qəzavət bu işə qarışmamışdır. M.S.Ordubadi.

QƏZAVƏTXANA : Azerbaijani Explanatory Dictionary

is. [ər. qezavet ve fars.
..xane] Dini mehkeme, qazıxana. Ruhaniləri və qazıları ancaq məscidlərdə və qəzavət-xanalarda görməlidir. M.S.Ordubadi. Qaldı bu barədə nəqdən xeyli məbləğ lazımdır ki, qəza qazisi qəzavətxanasında bu iş hiyleyi-şərə salınsın. S.Rehimov.

QƏZA(VÜ) : Azerbaijani Explanatory Dictionary

QƏDƏR is.
Tale, qismet,
müqedderat. Müvərrixlər [Napoleona] qəzavü qədərin oğlu ləqəb veribdirlər. M.F.Axund-zade. Qəzavü qədərin ağırlığını biz çəkmə-sək də, kim çəkəcəkdir? M.S.Ordubadi. Ka-zım da qəzavü qədərə inanan adam olduğu üçün, arvadın sözləri ona bir az təsəlli verdi. çemenzeminli.
Başa gelen hadise, ehvalat, macera, qe-ziyye. Əgər keçən vaxtlarda mənim başıma gələn qəzavü qədəri nəql eləsəm, o vədə görərsiniz ki, dustaqxanadan qorxmağa mən çox haqlıyam. C.Memmedquluzade. Mənim qəzavü qədərim çoxdur, çox işdə olmuşam. A.Şaiq. Səməd dayının başına gə-lən qəzavü qədər qayət maraqlı olduğundan, hər iki kişinin sinirlərini oyatdı. B.Talıblı.

QƏZAZƏDƏ : Azerbaijani Explanatory Dictionary

sif. [ər. qeza ve fars.
..zede] Qezaya uğramış, qezadan zerer görmüş.

QƏZET : Azerbaijani Explanatory Dictionary

is. [ital.] Her gün, bezen vaxt-aşırı neşr edilen ve ictimai-siyasi heyatın cari meselelerinden behs eden, habele tenqidi ve kütlevi elmi meqaleler derc eden böyük sehifeler şeklinde dövri metbuat orqanı. Gündəlik qəzet. Həftəlik qəzet. Qəzet müx-biri.
[Settarxan:] Bizə öz ana dilimizdə məktəb, kitab, qəzet lazımdır. M.S.Ordubadi. Novruzun qəzetdə çıxmış şəkli əldən-ələ do-laşır, onun adı dillərdə əzbər olurdu. S.Reh-man. □ Qəzetə vurmaq dan.
qezetde ten-qid etmek, qezetde ifşa etmek. [Meded:] Bu boyda kənddə bizdən savay adam tapmadınız qəzetə vurasınız? İ.Əfendiyev; // ümumiy-yetle, haqqında qezetde yazılmaq. Divar qəzeti
idare, ya müessisenin yerli ictimai teşkilatının el ile, yaxud maşında yazılıb divara vurulan qezeti. Zavodun divar qəzeti. Məktəbin divar qəzeti.
.Divar qəzeti üçün çəkdiyim şəkildə yazın əvvəlində Ağsu qo-vaqlarının başında hacıleyləklər yuva tik-mişdi. Ə.Memmedxanlı.
0 Canlı qəzet
her cür yenilikleri bilen ve yayan adam haqqında.