Azerbaijani Explanatory Dictionary
QƏRİBLƏŞMƏ : Azerbaijani Explanatory Dictionary
"Qeribleşmek"denf.is.
QƏRİBLƏŞMƏK : Azerbaijani Explanatory Dictionary
QƏRİBLƏŞMƏK f. Qerib olmaq, getdikce
yad olmaq, uzaqlaşmaq.
QƏRİBLİK : Azerbaijani Explanatory Dictionary
is.
Yad yerde olan, qür-betde olan adamın halı. // Qürbet. Qərib-likdə yaşamaq. Qəriblikdə ölmək.
Qəriblik ixtiyar etməz, kimin kim, yarı yar olsa. Kiş-veri. Qəriblikdə yada düşər, yanaram; Aşna, yoldaş, yar, müsahib, ellər, hey. M.V.Vidadi. Durnalar ötüb gedir; Qəriblikdən qürbətə; İkisi bir, üçü bir. R.Rza.
Yazıqlıq, zavallılıq, adamsızlıq, kim-sesizlik, teklik. // Hüzn, elem, keder, qem-ginlik. Onun çıraq kimi yanan gözlərində bir qüssə, bir qəriblik vardı. M.İbrahimov. çox-dandır tökülmüş sarı yarpaqlar; Günəşdə bu axşam bir qəriblik var. N.Refibeyli.
0 Qəribliyə düşmək
qulaqardına vu-rulmaq, sayılmamaq, ehemiyyet verilme-mek. Sözlərinin bu cür qəribliyə düşdüyünü görüb pərt olan Güləlioğlu
. katiblə vida-laşmadan haraya isə getdi. M.Hüseyn. Qəribliyə salmaq
ehemiyyet vermemek, qulaq asmamaq, etina etmemek, saymamaq. Qəzetimizdə "Ordan-burdan" yazan "Filan-kəs"in zarafatyana yazdığı sözləri hər halda qəribliyə salmaq olmaz. F.Köçerli. Bəşir müəllimin sözünü qəribliyə salmağa haqqı-mız yoxdur. Mir Celal.
QƏRİBNƏVAZ : Azerbaijani Explanatory Dictionary
[ər. qerib ve fars.
..nevaz] Qeribleri himaye eden, onlara kömek eden, hörmet eden.
QƏRİBNƏVAZLIQ : Azerbaijani Explanatory Dictionary
is. Qeribleri himaye
ve onlara kömek etme, hörmet etme. Sən bizi tamam yaddan çıxardın, axı qəribnəvazlığın qaydası belə olmaz. M.F.Axundzade.
QƏRİBSƏMƏ : Azerbaijani Explanatory Dictionary
"Qeribsemek"den f.is. Bəhram özünə bəlli olmayan bir qəribsəmə duydu. Ə.Veliyev.
QƏRİBSƏMƏK : Azerbaijani Explanatory Dictionary
f özünü bir yerde tek ve kimsesiz görüb qemgin olmaq, qeriblik hiss etmek, darıxmaq. Bu dadlı söhbətlərin için-də belə yenə də ağsaqqal həkim öz ailəsi üçün çox bərk qəribsəyir, öz Mehriban xanımı üçün bərk darıxırdı. S.Rehimov. Mən tanıdığım bir nəfər də yox idi. Ona görə bir küncdə qə-ribsəyirdim. Mir Celal. Mən də sizsiz qərib-sədim, uçmaq istər ruhum daha. Ə.Cavad.
QƏRİNƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Əslinde 33 illik bir dövr olub, esr menasında işlenir. Qərinələrlə məst olub cəhalətə uyuduq! Nə gördük? Nə qa-zandıq? C.Memmedquluzade. Elə bir ca-han ki, onun hər anı; Mənalı görünür bir qərinədən. S.Vurğun. Qərinələr yolçusu
ay göyləri dolanar; Göy üzünün şamları sübhəcən sönər, yanar. Ə.Cemil.
QƏRQ : Azerbaijani Explanatory Dictionary
[ər.] Adeten "etmek", "olmaq" kömekçi feilleri ile birge işlenir. □ Qərq etmək
1) batırmaq (suda). Düşmən və-ziyyətin çıxılmazlığını görüb, gəmilərini qərq etdi; 2) boğmaq (suda).
.Bir də gör-düm dəryanın suyu qalxır yuxarı, az qalır məni qərq edə. C.Memmedquluzade; 3) məc. mehv etmek. Bu müsibət müharibə qızışdı-rıcılarını hökmən boğub qərq edəcəkdir. (Qezetlerden); 4) məc. bir şeyin çoxluğunu ifade edir. [çimnaz:]
.Bəsdirin, qızlar, nə onu çiçəyə qərq edirsiniz. Ə.Memmedxanlı. [Kerim:] Bizə elə bir lampa lazımdır ki, günəş kimi parlasın, aləmi öz işığına qərq etsin. Ə.Sadıq; 5) batırmaq, bulamaq. Ey həmdəmim, səni qana qərq elər; Gəl tər-pətmə yaralanmış könlümü. M.V.Vidadi. çeynədilər, dişlədilər, diddilər; Bir-birini al-qana qərq etdilər. A.Sehhet. Qərq olmaq
1) batmaq. Gəmiçi özünü itirsə əgər; Tufanlar içində qərq olub gedər. S.Vurğun. Gəminin dalınca üzmək istədi, bacarmayıb suya qərq oldu. M.Hüseyn; 2) boğulmaq (suda). Batmış gəmidəki yolçuların hamısı qərq oldu.
Ciğato çayı minlərlə qərq olmuş insan meyitləri(ni)
. axıdıb Urmu gölünə aparırdı. M.S.Ordu-badi; 3) adeten terkiblerde işlenib bir şeyin çoxluğunu, şiddetini, derinliyini ve s.-ni bildirir. Gözümün yaşına qərq oldu tənim; Bu hal ilə işim müşküldür mənim. Q.Zakir. Sabir kimi qərq oldu gözüm yaşına cismim. M.Ə.Sabir. Keçmişdi keçən şəb gecədən bir neçə saət; Məhtab ilə olmuşdu cahan qərqi-lətafət. A.Sehhet. Sonra səs-səmir kəsildi, kənd böyük bir sükuta qərq oldu. çemenze-minli. Afaqın solğun üzü göz yaşları içəri-sində qərq oldu. Ə.Memmedxanlı.
QƏRYƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər.] köhn. Kend. Yollar xa-rab, qəryələr viran,
. qəbiristanlar küçələrin içində havanın kəsafətinə bais. M.F.Axund-zade. İki gün yol gedib yetişdik məşhur Kə-leybər qəryəsinə.. C.Memmedquluzade.
Eşidirdim mən atların səsini; Qəryəyə ax-şam üstü dönməsini. A.Sehhet. [Usta:] Bəli, oğlum, görünür ki, bütün ətraf qəryələri tapdaya-tapdaya məxsusən mənim yanıma gəlmisən. S.Rehimov.
QƏRZ : Azerbaijani Explanatory Dictionary
is. [ər.] köhn. Borc. [Rüstem] axır ayağa qalxıb, Əkbərdən üç günün müddətinə yüz manat qərz alıb yola düşdü. Ə.Haqver-diyev.
QƏRZƏK : Azerbaijani Explanatory Dictionary
is. məh. Teze qoz, fındıq kimi meyvelerin deydikce yarılıb tökülen yum-şaq üst qabığı. Yetişmiş qozaların qərzəkləri saralır və ağzı açılaraq içərisindəki qozalar yerə tökülməyə başlayır. Axundzade.
QƏRZƏKLƏMƏK : Azerbaijani Explanatory Dictionary
f. Qerzeyini soymaq (bax qərzək).
QƏRZƏKLƏNMƏK : Azerbaijani Explanatory Dictionary
f. Qerzeyi soyulmaq
(bax qərzək). Qərzəklənmiş qozu qaxsıma-maq üçün günün qabağına sərirlər.
QƏRZƏKLİ : Azerbaijani Explanatory Dictionary
sif. Qerzeyi olan, üstünde ya-şıl qabıq olan (teze qoz, fındıq ve s.). Badam qərzəkli meyvə bitkiləri qrupuna daxildir.
QƏRZƏN : Azerbaijani Explanatory Dictionary
zərf [ər.] köhn. Borc olaraq.
QƏSABƏ : Azerbaijani Explanatory Dictionary
is. Köhne zamanlarda qadın pal-tarının yuxarısından aşağıya doğru uzanan bezekli yaxalıq. Ətəkliyi altun, qəsabəsi zər; çəhrayı çarqat qəddə bərabər. M.P.Vaqif.
QƏSB : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Zorla alma, qapma, zebt etme, tutma, zorla menimseme. □ Qəsb et-mək
zorla almaq, tutmaq, tapmaq, menim-semek, zebt etmek.
.Hətta bütün şimal əya-lətlərini qəsb etmək istədikləri qəzetlərdə faş olunmalıdır. M.İbrahimov. Qəsb olun-maq
zorla alınmaq, zorla tutulmaq, zebt edilmek.
.Işçilər xüsusi mülklərin zəhmət-keşlərə təqsim olunmasını tələb edirlər və belə olan surətdə mülk sahibləri razı olma-yacaqlar və onlardan alınan mülklər qəsb olunacaqlar. C.Memmedquluzade.
QƏSBKAR : Azerbaijani Explanatory Dictionary
is. [ər. qesb ve fars.
..kar] öz-genin malını, mülkünü, torpağını ve s.-ni zorla tutan, eline keçiren, qesb eden adam. Xalqın yadelli qəsbkarlara qarşı mübarizəsi "Ko-roğlu", "Qaçaq Nəbi" kimi dastan və mahnı-larda tərənnüm edilir.
Talançılar boğazın-dan çəkilmişdir bu gün dara; Nifrət olsun, lənət olsun tarixlərdə qəsbkara. M.Dilbazi.
QƏSBKARLIQ : Azerbaijani Explanatory Dictionary
is. özgenin malını, mül-künü, torpağını ve s.-ni zorla tutma, eline keçirme, qesb etme. Ərəb hakimi Haşimin dövründə Dərbənd əhalisi naçar qalıb alver və qəsbkarlıqla məşğul oldu. A.Bakıxanov.
QƏSD : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
Niyyet, meqsed, meram. Xudayar bəyin qəsdi Zeynəbin və səqirlərin var-yoxuna
. sahib olub, Zeynəbi çölə ötürmək idi. C.Memmedquluzade. Buraya gəlməkdən qəsdim səndən kömək istə-məkdir. Ə.Haqverdiyev. Göyərçin onu görüncə əsdi; Bildi ki, nədir tərlanın qəsdi. M.Seyidzade. // ilə qoşması, yaxud
lə şekilçisi ile
1)
..meqsedi ile,
..niyyeti ile,
..üçün. Ayrım qızı
. Kərim babaya acı dərs vermək qəsdi ilə yumrubaşlı iri çomağı götürüb özünü naxıra yetirmişdi. A.Şaiq; 2) qesden, müeyyen meqsedle. Qəsd ilə ni-han edib kitabın; Həddən aşırırdı iztirabın. Füzuli. Burada Araz və Culfa sözlərini mən qəsdlə yazıram. C.Memmedquluzade. □ Qəsd etmək
1) niyyetinde tutmaq, fikrinde tutmaq, nezerinde tutmaq; 2) niyyetinde olduğu şeyi heyata keçirmeye teşebbüs etmek. O ki öz varını insana vermiş; Ona qəsd eləmək cinayət olar. B.Vahabzade.
B a x qərəz
ci menada. Bu işdə heç
bir qəsd olmamışdır.
Birini öldürmek, yaralamaq, yaxud
zerer vermek üçün edilen teşebbüs, görülen
iş; sui-qesd. □ Qəsdinə durmaq (girmək)
- birinin ölümüne, mehvine, yaxud bedbext-
liyine çalışmaq. Heç bilməzəm nədir güna-
hım mənim; Durubdur qəsdimə cəlladın
sənin. M.P.Vaqif. Zalım cəllad nə giribdi
qəsdimə; Xəbər verin övladıma, dostuma.
Aşıq Əlesger. Canına (həyatına) qəsd et-
mək
birini öldürmeye teşebbüs etmek;
// mec. menada. Gözünü düzüb süzürsən, dilü
canə qəsd edirsən. Nesimi. Qəsd eləmişdin
nə üçün canına; Olmuş idin təşnə onun qa-
nına? A.Sehhet.
Qəsdindən şeklinde
üreyinden, qel-
binden, xeyalından, fikrinden. Hər kəsin qəs-
dindən aşıqlıq keçər; Qarşı gəlsin, edək
cəngi qıjhaqıj. Aşıq Əlesger.
0 Şirin cana qəsd eləmək zar.
özüne eziyyet, ezab vermek (çox işlemekle, çalış-maqla ve s. ile). Gülxar Zal qızı, siz şirin cana qəsd eləmişsiniz. Nə tikirsiniz? Ə.Veliyev.
QƏSDÇİ : Azerbaijani Explanatory Dictionary
is. Qesd hazırlayan, qesdde işti-rak eden, terrorçu.
QƏSDÇİLİK : Azerbaijani Explanatory Dictionary
is. Terrorçuluq, sui-qesd dü-zeltme.
QƏSDƏN : Azerbaijani Explanatory Dictionary
zərf [ər.] Bilerek, bile-bile, mü-eyyen meqsedle. Qəsdən bu sözü söylədi. Mən qəsdən belə dedim.
Qəsdən unudurdu dərsin ol zar; Leyliyə deyirdi: ey vəfadar! Füzuli. [Əsger:] Mən də qəsdən demədim ki, qoy axıra kimi qızı sınayım. U.Hacıbeyov. Ceyran oturub oğlu ilə əylənməyə, gülməyə başlayır. Qəsdən özünü nəşəli göstərir. S.Hü-seyn. O, yelqanadlı atını qəsdən çapmırdı ki, ovu atasının gözü önündə ovlasın. M.Rza-quluzade.
QƏSD-QƏRƏZ : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Düşmençilik, eda-vet, qerez. [Odabaşı:]
.Xalqın eşşəyini oğur-layıb gətirmisən, qatmısan mənim karvansa-rama. Niyə görə? Mənimlə qəsd-qərəzin var? C.Memmedquluzade. [Derviş:] Bu sözlərdən mətləb nədir?.. Mənə nə qəsd-qərəzin var? A.Divanbeyoğlu.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani