Azerbaijani Explanatory Dictionary
QƏNDAB : Azerbaijani Explanatory Dictionary
is. [ər. qend ve fars. ab] Şer-bet. çavuş qəndabı içib corabı aldı və qoydu atının tərkindəki xurcuna. C.Memmedqu-luzade. Təkyələrdə çay və qəndab sel kimi axırdı. Ə.Haqverdiyev. // məc. çox şirin şey haqqında. Ey dəhani şəkər, ləbləri qəndab!
M.P.Vaqif.
QƏNDABİ : Azerbaijani Explanatory Dictionary
sif. [ər. qend ve fars. abi] Şerbetli, şirin, şirni qatılmış. [Ağa Merdan:] Ağa Kərim, bizim nökərlərdən birisini gön-dər, bazardan çilovpəzdən 4 nəfər üçün
. qəndabi çilov gətirsin. M.F.Axundzade.
QƏNDDAN : Azerbaijani Explanatory Dictionary
[ər. qend ve fars.
..dan] bax qəndqabı.
.Dördkünc ağ qənddanlar bahalı konfet və şirni ilə doldurulmuşdu. Ə.Veliyev.
QƏNDDİŞLƏYƏN : Azerbaijani Explanatory Dictionary
ax qənddoğrayan.
QƏNDDOĞRAYAN : Azerbaijani Explanatory Dictionary
is. Qend doğramaq
üçün kelbetin.
QƏNDİL : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Asma lampa. Körpünün daş qapıları və yüz arşın ucalığındakı tağlar minlərcə qəndillərin əlvan şəfəqləri altında parlayırdı. M.S.Ordubadi. Oğlan cəld onu [qadını] qaldırıb əmr etdi ki, tavandan asıl-mış beşçıraqlı qəndili düşürüb ona versin-lər. Ə.Haqverdiyev. Küncdə yanan qəndilin zəif titrək işığında zirzəmi hərəkət edən kölgələrlə dolu görünürdü. M.Rzaquluzade.
QƏNDİLLİ : Azerbaijani Explanatory Dictionary
sif. Qendilleri olan, qendiller asılmış, qendillerle bezedilmiş ve işıqlan-dırılmış.
QƏNDQABI : Azerbaijani Explanatory Dictionary
is. Qend qoymaq üçün qab; qenddan. Şəbanın evini alt-üst etdilər. Həqiqət
. iki dəst gümüş çəngəl-bıçaq, neçə gümüş qəndqabı və sair şeylər tapıldı. Ə.Haqverdiyev.
QƏNDQIRAN : Azerbaijani Explanatory Dictionary
ax qənddoğrayan.
QƏNDSINDIRAN : Azerbaijani Explanatory Dictionary
ax qənddoğrayan.
QƏNƏPƏ : Azerbaijani Explanatory Dictionary
[esli fr.] köhn. Taxt, divan. Is-kəndər görüşüb, yumşaq qənəpənin üstündə oturdu. çemenzeminli.
QƏNİ : Azerbaijani Explanatory Dictionary
sif. [ər.] köhn. Varlı, dövletli, zen-gin. Vəslindən oldum çün qəni, bən mülkü malı neylərəm. Nesimi. Aç kiseyi-səxavətü-vün bəndin, ey qəni! M.Möcüz. Məclis vaqe olur qəni və Avropa qaydası ilə bəzənmiş Saranın otağında. C.Cabbarlı. Mən səni dünya malından qəni edərəm. İ.Əfendiyev.
QƏNİM : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Düşmen. Hay-hay deyib qənim üstə varanda; Kəllə gərək bu mey-danda qalanı. "Koroğlu". Bax, bizim qəni-mimiz indiyədək bizi əsarətdə saxlayan həmin çarşab olubdur. C.Memmedqulu-zade. // Birinin öhdesinden gelen, gözünün odunu alan, qeddar düşmeni olan; dehşet, qorxu yağdıran; bir şeyin tam ziddi. Qoyu-nun qənimi qurddur. Pişik siçanın qənimi-dir.
Hər şeyin bir qənimi, bir zavalı var. M.İbrahimov. Dekabrda olduğu kimi, bu ba-tareya iyunun birindən bəri də düşmən təyyarələrinin qənimi idi. Ə.Əbülhesen. □ Qənim kəsilmək, qənimi olmaq
düş-men kesilmek, düşmeni olmaq, öhdesinden gelmek, gözünün odunu almaq, öz gücünü tanıtmaq. Komandir tamamilə əmin olmuşdu ki, qorxu bilməyən gənclər düşmənin aman-sız qənimi olur. Ə.Veliyev. Qənim olmaq din.
cezasını vermek, uğursuzluğa meruz qoymaq, öz tesirini göstermek. Xalalardan birisi gəlib mənə xəbər verdi ki, "Molla Nəsrəddin" jurnalı bağlanıbdır. Pirin kəra-mətini gördünmü, necə ona qənim oldu? "Mol. Nesr."
QƏNİMƏT : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
Müharibede düş-menden alınan her cür şey. Atlı bölüklər meydandan çapıb keçərkən dünənki döyüş-də düşməndən qənimət aldıqları qara bay-raqları ağ daşdan tikilmiş 7 zəfər sütunu önündəyerə atırdılar... Ə.Memmedxanlı.
Tesadüfen ele keçen ve bir daha ele keçmesi mümkün olmayan şey, tapılmış kimi olan şey. Doğrudur, kəndlərdə və balaca şəhərlərdə qışın o qədər bir səfası yoxdur, amma Tiflis kimi yerdə qış böyük bir qə-nimətdir. C.Memmedquluzade. // Fürset.
Bir belə
. şəxs ilə qohum olmaq elə bir qə-nimətdir ki, dünyada az-az adama qismət ola bilər. C.Memmedquluzade. Etməyin qəflət, bu fürsətdən qənimət vaxtıdır. M.Ə.Sabir. □ Qənimət bilmək (saymaq)
- fürset bilmek, fürsetden istifade etmek, tapılmış kimi bilmek. Gülün vüsalını gül-zardə qənimət bil; Ki, bir də ömrünə yox etibar, ey bülbül! S.Ə.Şirvani. Mən də kağız tapa bilməyib, divarın səhifələrini qənimət bilirdim ki, orada Usta Zeynalın bəd-bəxtliyini təsvir edim. C.Memmedquluzade. Osman kişi ömrünün hər dəqiqəsini qənimət bilir, hər anından həzz alır. Ə.Sadıq.
QƏNİMƏTÇİ : Azerbaijani Explanatory Dictionary
is. Her şeyi qenimet bilen, fürsetden istifade ederek bir şey qoparmağa çalışan, cürbecür yollarla öz işinden öz şexsi xeyri üçün mümkün qeder daha çox fayda götürmeye cehd eden adam.
QƏNİMƏTÇİLİK : Azerbaijani Explanatory Dictionary
is. Her şeyi qenimet bilme, fürsetden istifade ederek, bir şey qoparmağa, cürbecür yollarla öz işinden şexsi xeyri üçün, mümkün qeder daha çox fayda götürmeye çalışma.
QƏNİR : Azerbaijani Explanatory Dictionary
is. dan. Tay, misil, beraber. [Zey-neb:] Yox, o, quş deyil, gəlindir. Ozü də deyirlər, gözəl bir gəlin olub. Elə bir gəlin ki, su sonası kimi, bir qənir üzünə baxmaq olmurmuş. İ.Şıxlı.
QƏNİRSİZ : Azerbaijani Explanatory Dictionary
sif. dan. Tayı-beraberi olma-yan, misilsiz. El nağıllarında belə qızlara qənirsiz gözəl deyirlər. M.Hüseyn. Əziz Gülsəbaya deyirdi:
Kəndimizin qənirsiz gözəli sənsən. Ə.Veliyev. Mənə deməyin ki, "Cahandan az de; Nə çoxdur qənirsiz qız-lar, gözəllər!" Ə.Cemil.
QƏNNADI : Azerbaijani Explanatory Dictionary
is. Qendden emal edilen her növ şirniyyat. Qənnadı məmulatı. Qənnadı fabriki.
[Mirze Qulam:] Yadımızdan çıxıb,
- dedi,
burada bir yaxşı qənnadı mağazası var. Mir Celal. [Fidan] dedi ki,
. anası qənnadı fabrikində ustadır. İ.Melikzade.
QƏNNADIÇI : Azerbaijani Explanatory Dictionary
is. Qennadı (şirniyyat) ha-zırlamaqla meşğul olan adam; şirniyyatçı. Qəssab məsələni anlayıb, çobanı Şeytanba-zara bir qənnadıçının yanına yollayır. çemenzeminli.
QƏNNADIÇILIQ : Azerbaijani Explanatory Dictionary
is. Qennadıçı seneti, peşesi. [Bakıda] əhalinin bir qismi də xırda ticarətlə
çayçılıq, kababçılıq, həlmaşıçılıq, qənnadıçılıqla məşğul olardı. H.Sarabski.
QƏNŞƏR : Azerbaijani Explanatory Dictionary
is. Qarşı teref, ön teref; ireli, qabaq. Qapının qənşəri. Evin qənşərində.
Kəndlinin qənşərində bir sürü qaz; Bir çu-buqla sürürdü çox saymaz. A.Sehhet. Ya-nında xırda gümüş qaşıq olan fincan isə qo-canın qarşı tərəfindəki həsir səndəlin qən-şərinə qoyulmuşdu. İ.Əfendiyev. □ Qənşər gəlmək
üz-üze gelmek, rast gelmek. Uğura qənşər gələsən, oğul,
deyə qoca çobanın qolundan tutub öz yanında oturtdu. M.Rzaquluzade. // Qarşıda yaxşı görünen yer. [Semedi] Krım çöllərində Uçtəpə adlanan qənşər bir yerdə basdırdı(lar). Ə.Veliyev.
QƏNŞƏRLƏMƏK : Azerbaijani Explanatory Dictionary
f. Qabağa çıxmaq,
qarşılamaq.
QƏNŞƏRLİK : Azerbaijani Explanatory Dictionary
is. önlük, döşlük.
QƏPİK : Azerbaijani Explanatory Dictionary
is. [rus. KoneüKa] Manatın en ki-çik ölçü vahidi.
0 Qəpiyə güllə atmaq
heç pulu olma-maq. Bir qəpiyə dəyməz
heç bir qiymeti, deyeri, ehemiyyeti olmayan şey haqqında. Hər bir şeyin qondarması bir qəpiyə dəy-məz. C.Memmedquluzade.
qəpik-qəpik zərf Qepiklerde, bir qepik-bir qepik. Dama-dama göl olar, qəpik-qəpik yığılıb ağca manat əmələ gələr. N.Vezirov.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani