Azerbaijani Explanatory Dictionary
QƏLTAN : Azerbaijani Explanatory Dictionary
[ər.] Əsil menası "bulanmış", "bulaşıq" olub, adeten, qanına qəltan ol-maq (etmək) yaxud al qana qəltan etmək
şeklinde işlenir
qanına boyanmaq (boya-maq). [Sefer bey Ramazana, Əhmede:] Əgər biriniz yaxın gəlsəniz, al qana qəltan edəcəyəm. B.Talıblı.
QƏLYAN : Azerbaijani Explanatory Dictionary
is. Tenbeki çekmeye mexsus cihaz. Qəlyan çəkmək.
[Hacı Qara:] Bu dükan sizə peşkəşdir; çubuqmu çəkirsiniz, qəlyanmı istəyirsiniz? M.F.Axundzade. Qo-naqlar eyvana çıxıb qəlyan, siqar çəkməyə məşğul oldular.. S.S.Axundov. çinar kölgə-sində tüstülənməyir; Ixtiyar babamın ağac qəlyanı! S.Vurğun. □ Sulu qəlyan
tenbe-kinin tüstüsünü sudan keçiren çekim cihazı; nargile. Səyyah deyir:
Bu adətlər, əfsa-nələr; Qəlbimizə xoş görünür xəyal qədər; Sulu qəlyan, acı tiryək nə oldu bəs? S.Vurğun.
QƏLYANALTI : Azerbaijani Explanatory Dictionary
is. Seher yemeyi. Star-
şinadan taqımın qəlyanaltı yeyib,
. iclasa yığışdığını bilincə, Mədətov yerindən qalxa-raq qazmadan bayıra sıçradı. Ə.Əbülhesen. // Yüngül yemek.
.Elə olmaz ki, günorta bir balaca qəlyanaltı hər nədən olsa olsun, amma axşam abi-guşt olmasa, mən heç yata da bilmərəm. N.Vezirov. □ Qəlyanaltı etmək (eləmək)
azacıq, yaxud telesik bir şey yemek. Kimi geyinib pəncərə qabağında du-rur,
. kimi öz kupesində çay-çörək hazırla-yıb qəlyanaltı eləyirdi. Mir Celal. // dan. Bezen ayaqüstü yemekxana menasında.
QƏLYANBAŞI : Azerbaijani Explanatory Dictionary
is. Qelyanın, içerisine tenbeki ve od qoyulan hissesi.
QƏLYANBOĞAZ : Azerbaijani Explanatory Dictionary
sif. dan. Uzunboğaz.
QƏLYƏ : Azerbaijani Explanatory Dictionary
is. aşp. Lobya, balqabaq, badım-can ve s.-den bişirilen xörek.
QƏM : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Keder, derd, qüsse, könül tutqunluğu. Insanın təbiətində iki ümdə xa-siyyət qoyulubdur: biri qəm, biri fərəh; ağ-lamaq əlaməti qəmdir, gülmək əlaməti fərəh-dir. M.F.Axundzade. Eşqin yolunda qəm verə üz, aşiq inciməz. S.Ə.Şirvani. Cahanda düşdüsə min qəmə, dərdə; Qaranlıq çəkmədi gözünə pərdə. S.Vurğun. // Obrazlı teşbeh-lerde. Yaman gün keçər gedər; Omrümü bi-çər gedər; Dünyada qəm şərbətin; Hər gə-lən içər, gedər. (Bayatı). Olubdu qəm yatağı şad gördüyün könlüm. Heyran xanım. Qəm mülkündən azad olum; Yaratdığım bir sə-nətlə! S.Vurğun. Qoy mən hicranınla qalım baş-başa; Sən qəm zəncirini qır, boynundan at. R.Rza. Qəm mizrabı min dərd çaldı onun ürək telində. Ə.Cemil. □ Qəm çəkmək
bax qəm yemək. Qəm çəkmə bu qədər divanə könül; Həmişə ruzigar belə dar ol-maz. Qurbani. Könül, qəm çəkmə, dəhrin gül-şənində; Açan hər bir gülün min xarı vardır. Heyran xanım. [Hacı Murad:] Allaha şükür, mənim kimi atan var, sən niyə qəm çəkəsən? S.S.Axundov. Qəm dəryasına batırmaq (qərq etmək)
son derece kederlendir-mek, qemgin etmek, qemlendirmek. Məni qərq elədin qəm dəryasına; Ey çeşmi-xuma-rım, nöşün ağladın? M.P.Vaqif. Qəm dər-yasına batmaq (qərq olmaq)
son derece qemgin olmaq, perişan olmaq, derdli olmaq, kederlenmek. Məmmədhəsən əmi qəm dəryasına qərq olmuşdu. C.Memmed-quluzade. [Hacı Murad:] Imran ağa, nə qəm dəryasına batmısan? S.S.Axundov. Qəm eləmək (etmək)
bax qəm yemək. [Qönçe:] Qəm eləmə, işimiz düzələr, bir yerdə kəsb-karlıq edərik. B.Talıblı. Qəm yemək
qem çekmek, fikir çekmek, qeme batmaq, derd çekmek. Araz qəhqəhə ilə güldü, sonra əli ilə onun çiyninə vurdu:
Qəm yemə, bizimki soyulmaqdan gəlib,
dedi. A.Şaiq. [çim-naz:] Qəm yemə, küsü nə qədər bərk isə, ba-rışıq o qədər şirin olacaqdır.. Ə.Memmed-xanlı. Qəmə batmaq
bax qəm dər-yasına batmaq. [Deli Semed] birdən nazik qollarını qırışdırıb və uzun ucuqırma bur-nunu sallayıb, belə qəmə batırdı ki, elə bil ömürdən məqsəd bilmərrə görmürdü. çemenzeminli. Qəminə qalmaq
derdine qalmaq, qeydine qalmaq, halı ile maraqlan-maq. Yar məgər yarını yadına salmaz? Arayıb-axtarmaz, qəminə qalmaz? Q.Zakir. Qəminə ortaq olmaq
derdine şerik olmaq. Bu gözəl aləmi gəzdikcə dağ-dağ; Oldum sevincinə, qəminə ortaq. M.Müşfiq.
QƏMALUD : Azerbaijani Explanatory Dictionary
sif. [ər. qem ve fars.
..alud] klas. Kederli, qemli, hüznlü; qem getiren, hüzn getiren.
.Dərdim məgər azdır ki, sən də sübh vaxtı bu qəmaludə söhbəti başladın. N.Vezirov.
QƏMAVƏR : Azerbaijani Explanatory Dictionary
sif. [ər. qem ve fars.
..aver] klas. Qem getiren, cansıxıcı. Badkubənin qəmavər işlərindən qaçıb bir qədər təsəlli tapmaq istədim, o da belə çıxdı.. N.Vezirov.
QƏMDİDƏ : Azerbaijani Explanatory Dictionary
sif. ve is. [ər. qem ve fars.
..dide] klas. Qem görmüş, qem çekmiş.
QƏMƏ : Azerbaijani Explanatory Dictionary
is. Kiçik xencer. Əlini ətəyinin altındakı qəmənin dəstəsinə aparıb səslən-di:
Uşaqlar! Hazır olun! M.S.Ordubadi. Hər kəs dəyənək, tüfəng, qəmə, it götürüb getdi. A.Şaiq. Almurad baba
. dəri qından bir qəmə çıxardıb satıla çəkdi. İ.Əfendiyev.
QƏMƏLƏMƏK : Azerbaijani Explanatory Dictionary
f. Qeme ile yaralamaq, qeme ile vurmaq.
QƏMƏLƏNMƏK : Azerbaijani Explanatory Dictionary
məch. Qeme ile ya-
ralanmaq, qeme ile vurulmaq.
QƏMƏLİ : Azerbaijani Explanatory Dictionary
sif. Beline qeme bağlamış, belinde qeme olan, qeme ile silahlanmış. Hamısı qəməli və patrondaşlı, bircə Qəhrə-man yüzbaşı patrondaşını çıxarıb qoyub qabağına. C.Memmedquluzade. Hər dəvə-nin örkəni şişpapaq, beli qəməli bir sar-banın əlində idi. çemenzeminli.
QƏMƏLTİ : Azerbaijani Explanatory Dictionary
is. məh. Desteli keser alet, böyük bıçaq. Göyçəyin indi qəməlti dediyi qara saplı iri bıçağı o ili Gorusdan təzə almışdım. Ə.Veliyev.
QƏMƏNGİZ : Azerbaijani Explanatory Dictionary
is. [ər. qem ve fars.
..engiz] klas. Qem getiren, qüsse getiren.
QƏMƏR : Azerbaijani Explanatory Dictionary
[ər.]
is. şair. Ay. Süzülən nu-runu toplayıb qəmər; Girdi buludlara, qa-raldı göylər. M.Rahim. Yırğalanır göy su-larda; O gecələr qızı qəmər. N.Refibeyli. // məc. Klassik şeirde gözel üz menasında. Camalın günəşdir, qəmərdir üzün. M.P.Vaqif. Rüxsarına bənzər fələk üzrə qəmər olmaz. S.Ə.Şirvani.
sif. Açıq-qara. Qoşa qəmər atlarımın [cilovlarını] aldım əlimə. C.Memmedqulu-zade. Həyətdə bağlanmış qəmər madyanın yanında qaşqa bir qulun kişnəyib sıçrayırdı. Ə.Veliyev. Yusif yəhərinin tərkində dolu xur-cun olan qəmər madyanı tərpədib,
. kəndə tərəf sürdü. Ə.Abasov.
QƏMƏRÇÖHRƏ : Azerbaijani Explanatory Dictionary
sif [ər. qemer ve fars. çöhre] klas. bax qəmərüzlü.
QƏMƏRİ : Azerbaijani Explanatory Dictionary
sif. [ər.] Aya mensub olan. Qə-məri il (göydeki ay ile hesab olunan il).
QƏMƏRİYYƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər.] İçinde oturub istira-het ve ya söhbet etmek üçün bağlarda quru-lan üstüörtülü, yanları açıq talvar; köşk. Səhnə bağçada bir qəməriyyəni təsvir edir. A.Şaiq.
QƏMƏRSURƏT(Lİ) : Azerbaijani Explanatory Dictionary
ax qəmərüz(lü).
QƏMƏRUZ(LU) : Azerbaijani Explanatory Dictionary
sif klas. şair. Ayüzlü, ay-beniz, gözel. Ey şəmsü qəmərüzlü, şirin do-dağın duzlu; Vey şəhdü şəkər sözlü, dida-rına müştaqəm. Nesimi.
QƏMFƏZA : Azerbaijani Explanatory Dictionary
sif. [ər. qem ve fars.
..feza] klas. Qem artıran, qem getiren. Qəmfəza bir mənzərə təşkil qılmış kainat. M.Hadi.
QƏMGİN : Azerbaijani Explanatory Dictionary
sif. [ər. qem ve fars.
..gin]
Qemli, kederli, tutqun, meyus, perişan. Mən ömrümdə heç bir kəsə qəmgin və kə-dərli xəbərlər vermək istəmirəm. M.S.Ordu-badi. Əmrah birdən duruxdu, qəmgin gözlə-rini evinə tərəf zillədi. M.Hüseyn. Yoxsa hüzn dolu qəmgin səsində; Dostumun muradı, ürək sözü var? M.Rahim. // Zerf menasında. Məmməd Həsən əmi qəmgin
. oturub, gö-zünü dikmişdi şəhər yoluna. C.Memmedqu-luzade. Nurəddin çox qəmgin evə qayıdırdı. S.S.Axundov. □ Qəmgin olmaq
keder-lenmek, tutulmaq, meyus olmaq, perişan olmaq. Qaraca qızın ürəkyandırıcı faciəsin-dən rəhmdil Piri kişi xeyli qəmgin oldu. S.S.Axundov.
Qem doğuran, keder getiren, hüzn do-ğuran, hezin; darıxdırıcı, cansıxıcı. Qəmgin mənzərə. Qəmgin hadisə.
Hər tərəfə qəm-gin sükut çökmüşdü. M.Hüseyn. Hər tərəf qaralır, fikrə qərq olmuş kimi görünən qəm-gin qəbir daşları mavi bir pərdəyə bürü-nürdü. S.Rehman.
qəmgin-qəmgin zərf Qemli halda, hezin-hezin. Qərib-qərib, qəmgin-qəmgin ötərsiz; Uz tutubsuz nə məkanə, durnalar? M.V.Vi-dadi. Bu ellərin kefi onda saz olar; Siz, ey qəmgin-qəmgin ötən durnalar! S.Rüstem.
QƏMGİNLƏŞDİRMƏ : Azerbaijani Explanatory Dictionary
"Qemginleşdir-
mek"den f.is.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani