Turuz Dictionary
BÖRQÜNÜ : Turuz Dictionary
-börkünü tərs geydirmək: börk geydirmək: börk qoymaq. qandırmaq. aldatmaq. qalıblamaq
BÖRQÜVƏ : Turuz Dictionary
örküvə.
börküvə anlat: börküvü dinlət: ged başqasın qandır. boşuna danışma
BÖRQÜVÜ : Turuz Dictionary
örküvü.
börküvü dinlət: börküvə anlat: ged başqasın qandır. boşuna danışma
BÖRQÜYƏ : Turuz Dictionary
örgüyə. börüyə. qurdda.
it arıq olduğnu börgüyə bildirməzimiş
BÖRQÜZ : Turuz Dictionary
örküz. boyunadək enib, üzüdə tutan başlıq, börk
BÖRÜ : Turuz Dictionary
qaçqır. qurd.¶-ağzı dişsiz, əli dırnaqsız börü olamaz.¶-ayrılanı ayı, bölünəni börü yər
BÖRÜ : Turuz Dictionary
börü qarğışı qoyuna yetməz. (qurt ilənci qoyunu tutmaz).
börü gizli durar dağ buruğunda, yamana qarşı tikan, gül qoruğunda.
acçıl börü, gündə alar verməz geri, yoxdur onda doymaq yeri. (acçıl: acqarın).
acığan börü qan seçməz!. (acığan börü qan görməz).
ağzala itlərdə, börü görcək birləşər. (ağzala: ağız ala).
gəzməsə börü, ac qalır qarın. (qurd yemi ayağdan).
qarrı arslan sıçana, qarrı börü itlərə yem olarmış.
yağu yok demə dalunda, börü yok demə ormanda.
yağu dalında, börü ormanda. (yağu yox demə dalında, börü yox demə ormanda)
BÖRÜ : Turuz Dictionary
bor. boro. boru. (boğuq). boz. qıri. kül, topraq boya. gənəlliklə qara ilə ağ ortasında olan hər çeşit boğuq boyaya adlanır.
qaşqır. qasqır. qurd.
qaşqırın gəzdiyi yer, quz quzqunsuz olmaz..¶-qart börü: qoca qurt..¶-oğru tün aşınca, börü (qurd) don (aşınca)
BÖRÜ : Turuz Dictionary
-börü azığı, yoldan. (qurdun çörəyi yoldan. qurdu, bacaqları bəslər). (hər işin qaçınılmaz işi işgili var)
BÖRÜ : Turuz Dictionary
-börü yağmurdan qaçmaz..¶-börü sevmiş boranı. (boran: dumanlı hava)..¶-börü boran güdər, çovğuna təpər. (boran: yelli küləkli, qarışıq alıq, hava). (çovğun: yelli küləkli, qarlı qalıq, hava). (qurd qar yağışı keşinlər, avılqar)
BÖRÜ : Turuz Dictionary
qurd.
qoyla börü nə qandaşdır, nə qardaş.¶-oğru eli pozanmaz, dağı börü. el oğrusu tututlar, dağ börüsü boğular
BÖRÜ : Turuz Dictionary
dağdan börü, bağdan tülkü, eldən oğru kəm olmaz
uşaqla pulu əldəkən qoru, bıraq izin qapdıqda börü. (börü: qurd). (qapdıqda börü: qurda yem olursa. doğru yoldan sapırsa)
BÖRÜLCƏ : Turuz Dictionary
(qara göz lobyə, loba). kəndirik.
kənəbağla. üstü çilli bənəkli lobya türü
BÖRÜLƏR : Turuz Dictionary
-yırtıqıc börülər: yırtıcı börülər
BÖRÜMƏK : Turuz Dictionary
köpcəmək. püggəmək. şişmək. şişilmək (işinmək). pilənmək. süflənmək. poflanmaq
BÖRÜMÜ : Turuz Dictionary
-tülkümü börümü: qızdı oğlandı?
BÖRÜNQƏ : Turuz Dictionary
-atam oğlu dura dur, börüngə bax, ula dur! (ula dur: ayıq dur). (kardışim, evrin (evir. dünya) duranca durasın, qurd kimi, ayıq olasın)
BÖRÜNÜN : Turuz Dictionary
börünün nə özü, nə gözü doymaz
BÖRÜQ : Turuz Dictionary
- keçəbörük: keçəbörk: geçə börklü. keçəpapax. geçipapax. dəlxək. məzhəkəçi.
kəndirçinin yanında, eli əğləndirmək üçün keçəbörkdə olur.
keçəpapax olub, düşüb ortalığa
BÖRÜSÜ : Turuz Dictionary
-el oğrusu, dağ börüsü qırılsın
BÖRÜSÜ : Turuz Dictionary
-oğru eli pozanmaz, dağı börü. el oğrusu tututlar, dağ börüsü boğular
BÖRÜSÜZ : Turuz Dictionary
-el oğrusuz, dağ börüsüz olmaz
BÖRÜSÜZ : Turuz Dictionary
-el oğrusuz, dağ börüsüz olmaz.(börüsüz: qurdsuz)
BÖRÜTQƏN : Turuz Dictionary
örütgən. xamuş< qamuş. (qapuş). tümüşg. tümşək > təmeşg (fars).
oyuq kovuq, boş nərsələrə uğraşmaq, çağın sürmək: oylanmaq. korlanmaq
BÖRÜYƏ : Turuz Dictionary
-ayıdan qaçıb börüyə , yağışdan qaçıb damcıya düşmək. (düşmək: tutulmaq).¶-yaluza uçrur eldən ayra düşən, börüyə yemdir sürüdən. (yaluz: şeytan). (uçrur: yenilir. məhv olur. məğlub olur)
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani