Multilingual Turkish Dictionary

Azerbaijani

Azerbaijani
VAX : Turuz Dictionary

-ha vax: nə vax: qança. qançağ. qaçağ. haçan. haçağ.
uçuş qaçağdı.
qança gəlsən, varam qulluğunda mən..¶-hər vax: qaçan. haçan. hər vax.
haçan gəlsən, xoş gəldin..¶-qayvax: nə vax

VAX : Turuz Dictionary

-vax keçir: çağatur.
yeyib gedirlər, üstündən bir çağ atur

VAXT : Turuz Dictionary

çağıt. öğün (öğütmək: oğmaq. birbirindən ayırmaq). nərsə üçün ayrılan çağ.
öğün qalmadı: çağıt qalmadı
bizə ayrılan çağıt (öğün) bitdi.
bu öğün: bu çağıt. bu vaxt.
vaxıt. çağul.
çağul nə ol, qança gəlgin gəlirsə gəl: vaxıt nədir, haçan gəlmək istəsən gəl..¶-vəxtiniz xeyir olsun: öğün uğur..¶-vaxtından tez: çağalı. ertəli. tez.
biz sizdən çox çağalı yetdik

VAY : Turuz Dictionary

-əğri poxun yeyib tox gəzər, vay doğrunun tavına. (əğri bir pox tapıb tox gəzər, vay doğrunun çağına). (çağına: tavına: halına)

VAY : Turuz Dictionary

-geçi can hayında (vayında. qayında. dərdində), qəssab yağ izində (peşində. dalında)

VAY : Turuz Dictionary

uvay. evay. qınanc, qorxu, ağrıdan çıxarılan doğal səs

VAYA : Turuz Dictionary


sənsiz günüm aya dönər, xoşluq gedər vaya dönər

VAYIN : Turuz Dictionary

-yetimin nə hayın gör, nə vayın

VAZ : Turuz Dictionary

-vaz keçmək: yandunmaq. (cantunmaq) yan keçmək. yaytunmaq. yaytuşmaq. qaytunmaq. qaytuşmaq. danğılmaq. dartunmaq. baş çəkmək. münsərif olmaq.
gedmək istirdi nədən yandurdu.
ağzın aşdı, ama deməkdən yandurdu.
sən bu işdən yaytun

VAZ : Turuz Dictionary

-üstündə durmaqdan vaz keçmək: qələm çəkmək. çatal çəkmək. sav keçmək.
vaz keç: gəlget. gəlgeç. boşver.
gəlget canım.
vaz keçmək: sav keçmək. savıcmaq. savlamaq. kəsmək. salıtmaq. salmaq. bıraxmaq. qoymaq. qomaq. qovermək. kövermək. qoyu vermək. qoyurtmək. salmaq.
nədən içgini, nədən çəkini kəsmir, nədən!

VAZ : Turuz Dictionary

-vaz keç: boş ver. quma yaz

VAZ : Turuz Dictionary

-vaz keçmək: boşuqlamaq

VAZ : Turuz Dictionary


vaz geçməyin, boş verməyin, keçinməyin öğrəşən, tüm yaşadır sevgilərin uğurla.
vaz geçdiklərindir. boşverdiklərindir:-gahdan tovaçlıq seçdiklərin deyil, boşverdiklərindir. (tovaçlıq: tovçalıq:: tovğaclıq: cürət. cəsarətlilik. baturluq. bağraqulluq).
vaz keçilmәz: qayraq qoyulmasız.
başda bilik, qolda ilik varınsa, yaşa yaşat sevindir, ölüm gəlməz deyib gurrama, ölüm qorxmaz kimsədən, vaz keçməmiş heçnədən. (ilik: güc. bacarıq).
ölüm qorxmaz kimsədən, vaz keçməmiş heçnədən

VAZINŞINMAQ : Turuz Dictionary

qəycirmək. əğilmək. bükülmək. burulmaq. qıvrışmaq. işdən qaçınşımaq, qaçışmaq. qacırışımaq. qaycırışımaq, qacırşımaq. qaycırşımaq. qacırı, qaycırı, qayırı bükmək, boğmaq. qıcırı, qıycırı, qıyırı bükmək. qıcırın, qıycırın, qıyırın bükmək. qıcır, qıycır, qıyır bükmək. qıcırım, qıycırım, qıyırım bükmək, boğmaq

VAZQEÇİLMƏTƏN : Turuz Dictionary

-heç cürə, bir türlü yumuşamayan, vazkeçilmədən sürdürülən inad: keçi başlı

VECİNƏ : Turuz Dictionary


nə umud gedənə, nə umuq gələnə, həp güvən içinə,çevrən olmasın vecinə

VEL : Turuz Dictionary

ıssız. işsiz. möhməl. mətruk

VELƏNQƏR : Turuz Dictionary

veləngər. suvuq. şol.
suvuq kişi iş görməz, gördük işi xan sevməz

VELLƏ : Turuz Dictionary

atur. ötür. boşla. bırax

VELLƏ : Turuz Dictionary

yox ver. yox kimi say

VELLƏ : Turuz Dictionary

oşat. ötür

VELLƏMƏK : Turuz Dictionary

salğaşmaq. əl çəkmək

VELLƏNMƏK : Turuz Dictionary

sütrəşmək. sürtəşmək. sürütlənmək. boşuna gəzmək.
haralarda sürtəşib qaldız

VELLƏNMƏK : Turuz Dictionary

axınmaq. çalxanmaq