Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
QOCALTMAQ : Azerbaijani Explanatory Dictionary

icb. Vaxtından tez qo-calmasına sebeb olmaq. Dərd onu qocaltdı.
f. Qoca kimi göstermek, qoca göster-mek. Sən özünü lap qocaltdın. Bu paltar onu qocaldır.

QOCAMAN : Azerbaijani Explanatory Dictionary

sif.
Yaşlı, çox yaşayıb ya-ratmış, tecrübe qazanmış; uzunmüddetli xid-met ve fealiyyetine göre hamının hörmetini qazanmış; emekdar. Qocaman alim. Qoca-man ədib. Qocaman artist.
Qoca ayrı, qocaman ayrı. (Ata. sözü). Qocaman sənət xadimini dinləməyi arzu edən çox idi. Mir Celal. // Qoca, yaşa dolmuş. Bu gün neçə gündür qocaman Zakir; Tazə-təri sevmiş, tazə-tər olmuş. Q.Zakir.
məc. Əzemetli, iri, böyük, cesametli. Qocaman dağlarda qucaqlaşmış olan bu gözəl kənd bahar zamanı hər tərəfdən çi-çəkli, geniş və sərin qanadları altına bir çox müsafir alırdı. A.Şaiq. Geniş və qocaman meşənin ən yaxşı vaxtı idi. Hər tərəfə ətir səpilmişdi. Mir Celal. Onlar yerli-yataqlı, şax-budaqlı qocaman bir çinarın dibində doyunca yeyib, al şərabdan içmiş, yatıb xu-marlanırdılar. M.Rzaquluzade.

QOCAYANA : Azerbaijani Explanatory Dictionary

ax qocafəndi.

QOÇ : Azerbaijani Explanatory Dictionary

is.
Qoyunun erkeyi, damazlıq er-kek qoyun. Qoç döyüşünə qoç dayanar. (Ata. sözü). □ Qoç döyüşdürmək
keçmişde: eylence üçün xüsusi telim verilmiş qoçları bir-biri ile kelle-kelleye vuruşdurmaq adeti. [Allahqulu:] O məndən bir-iki saat irəli gəlibdir, odur həyətdə qoç döyüşdürür. N.Vezirov.
məc. İgid, qoçaq. Qoç Koroğlu gələr qoşa; Polad qalxan tutar başa. "Koroğlu".
.Tez ol, yüyür, qoçum! Daha yubanma, o vaxt deyil,
. məni qurtar. M.S.Ordubadi. Durma, haydı, carçı göndər, qoç ərləri topla, yağı üstünə axın var, axın! M.Rzaquluzade.

QOÇAQ : Azerbaijani Explanatory Dictionary

sif. İgid, şücaetli, reşadetli, qorx-maz; merd. [Heyder bey:]
.Handa bir rəşid və qoçaq adam cürət edib bir yük, iki yük çıxarda bilər. M.F.Axundzade. Məgər bu şə-hərdə hamıdan qoçaq mən oldum? C.Mem-medquluzade. // Zirek, bacarıqlı, dilaver.
[Ahıl qadın:]
.Cahan hər işi düzəldir, qoçaq arvaddır. Ə.Haqverdiyev. // İs. menasında. Zülməti-şəbdə qızarır dan yeri; Haydı, qoçaq, haydı igid, qoş, yeri! A.Sehhet. Vətən oğlu, el qoçağı Bəxtiyar! Sənə ölməz igid desəm, yeri var. R.Rza. // Nida yerinde. Ay qoçaq! Ay qoçağım!
[Ağa Kerim xan:] Bərək-allah, qoçağım Rəhim, afərin! N.Vezirov.

QOÇAQCASINA : Azerbaijani Explanatory Dictionary

zərf Qoçağa layiq bir su-retde, igidlikle, merdlikle. Qoçaqcasına hə-rəkət.

QOÇAQLANMAQ : Azerbaijani Explanatory Dictionary

ax qoçaqlaşmaq.

QOÇAQLAŞMA : Azerbaijani Explanatory Dictionary

"Qoçaqlaşmaq"dan f.is.

QOÇAQLAŞMAQ : Azerbaijani Explanatory Dictionary

f. Qoçaq olmaq, igid-leşmek, cesurlaşmaq, üreklenmek. // Zirek-leşmek.

QOÇAQLIQ : Azerbaijani Explanatory Dictionary

is. İgidlik, reşadet, şücaet, merdlik. Qoçaqlıq göstərmək.
[Tarverdi:] A qardaş, bircə qulaq as, gör nə deyirəm, sən qoçaqlığı lap qələt anlayırsan. M.F.Axund-zade. // Zireklik, hünerlilik, hüner. [Caha-nın] qoçaqlığını ondan bil ki, bu yaşında üç-dörd ayın içində savadlandı. Ə.Haqverdiyev.

QOÇBAŞI : Azerbaijani Explanatory Dictionary

is. tar. Qedim müharibelerde: qalaların divarlarını delmek üçün bir tere-fine qoyun başı kimi demir taxılmış tirden ibaret herb aleti. Gecə-gündüz divarları qoçbaşı adlanan alətlərlə dağıdırdılar.

QOÇBAZ : Azerbaijani Explanatory Dictionary

is. [qoç ve fars.
..baz] Köhne meişetde: döyüşdürmek üçün qoç saxlayan ve bu işle meşğul olan adam.

QOÇBAZLIQ : Azerbaijani Explanatory Dictionary

is. Köhne meişetde: döyüş-dürmek üçün qoç saxlama ve qoç döyüş-dürme. Mollaxanadan qovulan gündən eti-barən uşaq fikrini quşbazlıq, qoçbazlıq
. və bu kimi işlərə verərdi. H.Sarabski.

QOÇBUYNUZU : Azerbaijani Explanatory Dictionary

sif. ve zərf Qoçbuynuzu kimi buruq. [Zöhre]
. birçəklərini qoçbuy-nuzu burdu, sonra balaca darağı ilə telini darayıb, birçəklərinin arasında qırçınladı. Ə.Veliyev.

QOÇLUQ : Azerbaijani Explanatory Dictionary

is. dan. İgidlik, qoçaqlıq, ürek-lilik, diribaşlıq, zireklik, dilaverlik.

QOÇU : Azerbaijani Explanatory Dictionary

is. köhn. Keçmişde: xalqa eziyyet veren, camaatı qorxu altında saxlayan, ted-hiş eden, qan tökmekden çekinmeyen, özba-şınalıq eden adam; qolugüclü. Qoçular, qul-durlar qatar taxardı; Fağır-füqərayə yan-yan baxırlar. Aşıq Əlesger. Yerli neft bur-
juaziyasının mənfəətini müdafiə üçün yüzlər-cə maaş alan qoçular vardı. M.S.Ordubadi. Bakı qoçuları bütün şəhərdə özbaşınalıq edirdilər. A.Şaiq.

QOÇUBAZLIQ : Azerbaijani Explanatory Dictionary

is. köhn. Keçmişde: varlı-ların qoçu saxlaması, qoçulara arxalanması. // Qoçuluq etme, qoçuluqla meşğul olma; xalqı tedhiş edib eziyyet verme; qoçuların başlı-başınalığı. // Destebazlıq, zorakılıq, qolugüclülük. çar rejiminin zəhərli meyvə-lərindən biri də qoçubazlıqdır. A.Şaiq. O zamanlar Bakıda və Bakının ətraf kəndlə-rində tapançabazlıq, qoçubazlıq mod ol-muşdu. H.Sarabski.

QOÇULUQ : Azerbaijani Explanatory Dictionary

is. köhn. Qolçomaqlıq, qolu-güclülük, zorakılıq. // Qoçuların başlı-başı-nalığı. Doğrudan da, mədənlərdə oğurluq, qoçuluq gündən-günə artırdı. A.Şaiq.

QODUQ : Azerbaijani Explanatory Dictionary

is. Eşşeyin balası (bezen söyüş yerinde işlenir). Qoduq hürkəndə anasın-dan qabaq düşər. (Ata. sözü).

QODUQLAMA : Azerbaijani Explanatory Dictionary

"Qoduqlamaq"dan f.is.

QODUQLAMAQ : Azerbaijani Explanatory Dictionary

f. Bala doğmaq, balala-maq (eşşek haqqında).

QODUQLANMA : Azerbaijani Explanatory Dictionary

dan. "Qoduqlanmaq"dan
f.is.

QODUQLANMAQ : Azerbaijani Explanatory Dictionary

f. dan. Birinin qaba-ğında kiçilmek, alçalmaq, yaltaqlanmaq.

QODUQLUQ : Azerbaijani Explanatory Dictionary

is. dan. Dustaqxanaya zara-fatla verilen ad. Qumru kənd soveti milisini çağırıb,
. [Xuduşu] qoduqluğa saldırdı. Ə.Əbülhesen. Bunların hamısını bu saat apar, yığ qoduqluğa! Sonra bircə-bircə özümüz ayırd edərik. S.Rehimov.

QODU-QODU : Azerbaijani Explanatory Dictionary

is. etnoqr. Keçmişde: ara-sıkesilmeden yağış yağdıqda kend uşaqla-rının toplaşıb heyet-heyet gezerek neğme oxuma merasimi ve bu merasimde oxunan neğmenin özü.