Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
QİYAFƏT : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Paltar, geyim, üst-baş. Böyükxanım da Münəvvərin əlbisə və qiya-fətini mülahizə edib dərin-dərin düşünürdü. M.S.Ordubadi. // Bir adamın zahiri görü-nüşü, sureti; görkem. [Behram:] Əvvəl sən belə deyildin, mən səndən qaçırdım, amma indi başqa bir qiyafət almışsan. C.Cabbarlı.

QİYAQ : Azerbaijani Explanatory Dictionary

is. bot. Nazik şüy şeklinde biten yarpaqsız ot bitki. [Tarverdi]
. yaşıl qiyağa qarışmış ala, qırmızı çiçəkləri yerə tökürdü. S.Rehimov. çayların üstündə əmələ gələn qara qiyaqların yalnız boynu burulur, çayırların kötüyü kəsilmirdi. Ə.Veliyev.

QİYAM : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
özbaşına, qeyri-müte-şekkil üsyan, hakimiyyete qarşı silahlı çıxış; bunt. Atabəyin xəstə yatdığı şayiələri məmlə-kətə yayıldığı vaxt, bir çox evlərdə üsyan və qiyamlar başlayırdı. M.S.Ordubadi. □ Qiyam etmək
üsyan qaldırmaq, üsyan etmek. Qoy küçədə naz ilə xuram eyləsin oğlun! Oz xoşla-dığı əmrə qiyam eyləsin oğlun! M.Ə.Sabir.
klas. Qalxma, ayaq üste durma. // Birine hörmet üçün ayağa qalxma. Eylə sücud sidq ilə əbruyi-saqiyə; Ol sərvqamətin nəzərində qiyam bul. Q.Zakir.

QİYAMÇI : Azerbaijani Explanatory Dictionary

is. Qiyam eden, qiyamda işti-rak eden adam; üsyançı. [Sedr:] Müttəhim Baxşının qiyamçılar təşkilatlarına mənsub olması haqqında sizin əlinizdə başqa bir sübut varmı? C.Cabbarlı.

QİYAMÇILIQ : Azerbaijani Explanatory Dictionary

is. Qiyamda iştirak etme, qiyam herekatı.

QİYAMƏT : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Dini etiqadlara göre axırzamanda alem dağıldıqdan sonra bütün ölülerin dirilib qalxması; mehşer günü. Gü-man etməyin ki, Şeyx Şəban azan verməyinə muzd alırdı; xeyr, əstəğfürullah, azan verməyi məhz savab əməl hesab edərdi və əcrini qiya-mətdə Allahdan gözləyirdi. Ə.Haqverdiyev.
məc. Müsibet, felaket, bela, ezab, iş-gence menasında. Mənə bir munca qara-qorxu gəlmə ruzi-məhşərdən; Qiyamət varmı, ey vaiz, firaqi-yardən artıq? M.V.Vidadi. Hər günüm hicrində, ey məh, bir qiyamət tək keçər. S.Ə.Şirvani.
məc. Gurultu, patıltı, ses-küy, mereke.
.Bunu görüb hər bir kəsdən soruşdumsa:
Bu nə qiyamətdir?
mənə cavab verən ol-madı. C.Memmedquluzade. Lakin paltarları səhnəyə aparılmış arvadların qiyamətindən xəbərim yox imiş. Evə gələr-gəlməz üç yer-dən üstümə düşüb ağızlarından çıxanı de-dilər. H.Sarabski.
məc. çox gözel, çox yaxşı, ela, gör-meli, eşitmeli, çox maraqlı şey, hadise, adam ve s. haqqında. Vəh nə qamət, nə qiyamət, bu nə şaxi-güli-tərdir. Füzuli. Sürmələnmiş siyah gözlər süzülür; Oturub-durmağı qiya-mət olur. M.P.Vaqif. Yatana yaxın da bir kasa qatıq tapılsa, lap qiyamət olar. M.İbrahi-mov. Dostlar oturmuşdular. Gecəni qiyamət keçirirdilər. Mir Celal. // Eyni menada bezen "qiyametdir" şeklinde işlenir. Mən öz-özlü-yümdə bu qədər ağıllı, bu qədər kamallı, bu qədər səliqəli Hacı görməmişəm, desəm, ina-nın, Hacı qiyamətdir, qiyamət! Qantemir.
məc. dan. çoxluq, bolluq bildirir. Bazar-da qiyamət mal var.
Günün istisindən qar əriyib, qiyamət palçıq etmişdir. N.Vezirov.
0 Qiyamət eləmək (etmək)
1) çox bö-yük nailiyyet, müveffeqiyyet elde etmek, şöhret qazanmaq, böyük fealiyyet göstere-rek hamının diqqetini özüne celb etmek. Səni meydanda görən kimsə desin nam-xuda; Eyləyibdir genə aləmdə qiyamət, Hadi.. S.Ə.Şirvani; 2) son derece gözel, qeşeng şey haqqında. Yüzün qiyamət eylər şol zülfü xal içində. Nesimi. Səri-kuyin məh-şər, qəddin qiyamət; Qiyamət edərsən saət-bəsaət. Q.Zakir. Qiyamət qoparmaq
1) qışqırıq salmaq, haray qaldırmaq, velvele salmaq, mereke salmaq, dava qaldırmaq. Qıldı mən xəstəni məlamət; Başıma qopardı yüz qiyamət. Xetayi; 2) şiddet etmek. Hüsa-məddinin ordusunu mühasirəyə almış Aran atlıları qiyamət qoparmışdı. M.S.Ordubadi. Külək yenə də qiyamət qoparırdı. S.Rehimov. Qiyamət qopmaq
çaxnaşma düşmek, ses-küy qalxmaq, velvele düşmek, mereke qopmaq, alem qarışmaq. Qiyamət qopdu hüs-nündən, yeddi iqlimə yayıldı. Nesimi. Qiya-mət qopsa, xublara; Aşiqindən zərər gəlməz. Q.Zakir. Qiyamət qopdu yahu, köhnə dünya tarü mar oldu. M.Möcüz. Qiyamətə qalmaq
çox uzun ve gelib çatacağına az ümid olan, yaxud heç ümid olmayan vaxt haqqında. Sirr sözüm yadlara aça bilmirəm; Qaldı qiyamətə dağ ürəyimdə. Aşıq Əlesger. O zaman anla-dım itib əməyim; Qaldı bir də qiyamətə dilə-yim. A.Sehhet. Qiyamətə qədər, qiyamətə-cən
heç bir vaxt, heç bir zaman. [Qemer:]
.Adam ki biriynən bir tikə çörək kəsdi, qi-yamətəcən gərək onu unutmasın. M.İbrahi-mov. Qurdla qiyamətə qalmaq kin.
bax qurd

QİYAS : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Mentiqde: bir şeyi başqa bir şeye benzederek ve ya onunla müqayise ederek hökm verme, mühakime yeritme.
Zenn, güman, texmin. [Molla Salman:] Hacı Nuru, sənin qiyasına görə, mən gərək Qarun olaydım; bəs mən niyə bir həsir və lüləyindən qeyri bir zada malik deyiləm? M.F.Axundzade. □ Qiyas etmək
1) mü-qayise etmek, tutuşdurmaq, oxşatmaq; 2) zenn etmek, ehtimal etmek, hesab etmek. çünki şah çox cavan və göyçək oğlan idi.. Hərəmlər bu əmri zarafat kimi bir şey qiyas edirdilər.. M.F.Axundzade. Hükəma belə qiyas edir ki, bizim zəmanədə olan heyvanat və nəbatatın hamısı bir neçə cüft heyvan və ələfdən əmələ gəlmişdir. H.Zerdabi.

QİYƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.] köhn. üç girvenkeye beraber köhne ölçü vahidi. Biz bir qiyə buğdanı min hiylə ilə ələ keçirdiyimiz halda, onların payız və qış ərzaqları anbarda hazırdır. M.S.Ordubadi.

QİYMƏ : Azerbaijani Explanatory Dictionary

is.
çox xırda döyülmüş et. □ Qiymə etmək
qiymelemek, çox narın döymek. Əti qiymə edib qızartmaq.
Xırda döyülmüş etden hazırlanmış xörek.
0 (Ətini) qiymə çəkmək məc.
tike-tike doğramaq. Anacan,
. məni çəngələ asacaq-lar, ətimi qiymə çəkəcəklər. M.Rzaquluzade.
qiymə-qiymə zərf Xırda-xırda, tike-tike. Əti qiymə-qiymə doğramaq.
[Əlemdar:] Bu ikiağızlı qılıncımla onu qiymə-qiymə doğraram! S.Rehimov.

QİYMƏBALIQ : Azerbaijani Explanatory Dictionary

is. aşp. İçine yumurta, so-ğan ve s.-den hazırlanmış qiyme qoyulmuş balıq (xörek).

QİYMƏÇIĞIRTMA : Azerbaijani Explanatory Dictionary

is. aşp. Soğan, istiot ve zeferan qarışdırılıb qovrulmuş ve üze-rine yumurta vurulmuş qiymeli et xöreyi.

QİYMƏKEŞ : Azerbaijani Explanatory Dictionary

is. [qiyme ve fars.
..keş] Əti narın döymek üçün kesici alet, böyük ağır bıçaq.

QİYMƏQOVURMA : Azerbaijani Explanatory Dictionary

is. Qiyme edilmiş et-den, şabalıd ve s.-den bişirilen xörek; xuruş.

QİYMƏLƏMƏ : Azerbaijani Explanatory Dictionary

"Qiymelemek"den f.is.

QİYMƏLƏMƏK : Azerbaijani Explanatory Dictionary

f. Qiyme etmek, narın
döymek. Əti qiymələmək.

QİYMƏLƏNMƏK : Azerbaijani Explanatory Dictionary

məch. Qiyme edilmek,
narın döyülmek (et ve s.).

QİYMƏLƏTDİRMƏK : Azerbaijani Explanatory Dictionary

ax qiymələt-mək.

QİYMƏLƏTMƏ : Azerbaijani Explanatory Dictionary

"Qiymeletmek"den f.is.

QİYMƏLƏTMƏK : Azerbaijani Explanatory Dictionary

icb. Əti ve s.-ni xırda-
xırda doğratmaq, qiyme halına saldırmaq.

QİYMƏLİ : Azerbaijani Explanatory Dictionary

sif. Xırda doğranmış etden hazırlanmış. Qiyməli xörək.

QİYMƏLİK : Azerbaijani Explanatory Dictionary

sif. Qiymeye yararlı, döy-meye yararlı. Qiyməlik ət.

QİYMƏPLOV : Azerbaijani Explanatory Dictionary

is. aşp. Xuruşu qiyme olan plov.

QİYMƏŞABALID : Azerbaijani Explanatory Dictionary

is. aşp. Qiyme ve şa-balıddan hazırlanan yemek, ya xuruş.

QİYMƏT : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Bir şeyin (emteenin) pul vahidleri ile ifade olunan deyeri. Malın qiyməti. Bazar qiymətləri. Baha qiymət. Ucuz qiymət. Malların qiyməti aşağı salınmışdır.
məc. Əhemiyyet, deyer, rol; etibar. Bu sözlərin heç bir qiyməti yoxdur. O, mənim gözümdə bütün qiymətini itirmişdir. Bu şeyin bizim üçün qiyməti azdır.
Haqq sözə gərəkdi, düz qiymət olsun; Qiyməti verməyə mərifət olsun. Aşıq Əlesger. □ Qiymətdən salmaq
hörmetden, etibardan salmaq, göz-den salmaq. [Şemsiyye]
.özünü qiymətdən sala biləcəyini, sərhəng Səfainin belə bir şə¬rəfə layiq olmadığını kəsdirdi. M.İbrahimov. // məc. Qedir-qiymet, deyer. Bilməz vəfanın qiymətin hər kim cəfayə tən edər. Nesimi.
Şagirdin, telebenin bilik derecesi haq-qında verilen nömre. Orta qiymət. Pis qiy-mət. Dərslərindən əla qiymət almaq.
0 Qiymət vermək (qoymaq)
1) bir şeyin deyeri ve keyfiyyeti haqqında fikir söylemek, hökm vermek, qiymetlendirmek, deyerlendirmek.
Azərbaycanın qabaqcıl oğulları əsərə və tamaşaya yüksək qiymət vermişlər. M.İbrahimov. Sağlığında qiymət verin insanlara! C.Novruz; 2) şagirdi, telebeni ve b. imtahan ederek bilik derece-sine nömre vermek; 3) bax qiymətləndir-mək. Mənim rəncimə, yəni zəhmətimə qiy-mət verərsən. S.Rehimov. Damla zəhmətimə, zərrə şerimə; Sənsən qiymət verən dəryalar qədər. B.Vahabzade.

QİYMƏTDAR : Azerbaijani Explanatory Dictionary

sif. [ər. qiymet ve fars.
..dar] köhn. Qiymetli, deyerli. Nə qədər ki, məcmuəmizin adı söylənir, onun əziz və qiy-mətdar qələm yoldaşlarının qabaq sırala-rında əziz yoldaşımız Əliqulu Qəmküsarın adı həmişə zindəbad alqışlarıyla zikr olu-nacaqdır. C.Memmedquluzade.