Azerbaijani Explanatory Dictionary
QIZINMAQ : Azerbaijani Explanatory Dictionary
qayıd. Odun ve ya güneşin qabağında, yaxud bir şeyin istisinde öz be¬denini qızdırmaq, istilendirmek; isinmek. [Onlar] xırda qruplara ayrılıb, günün isti-sində qızınır və söhbət edirdilər. M.S.Ordu-badi. Mən istədim ki, sizdə bir az qızınıb ra-hat olam. S.S.Axundov. Mahmud və yoldaşı çay içdikdən sonra, bir az qızınıb hallandı-lar. B.Talıblı. // Mec. menada. İlk yaz gü-nəşi ilə qızınan torpaq da sanki adamlar kimi.. nəfəs alır, ayılırdı. M.İbrahimov.
QIZINMAQ : Azerbaijani Explanatory Dictionary
ax qızmaq
Bütün Təb-
rizdə sizdən başqa qızınıb etibar edəcəyim bir nəfər də adam tanımıram. M.F.Axundzade.
QIZIRGALANMAQ : Azerbaijani Explanatory Dictionary
ax qızırğa(n)maq.
QIZIRGA(N)MAQ : Azerbaijani Explanatory Dictionary
f. Müzayiqe etmek,
esirgemek, heyfi gelmek, xesislik etmek, vermeye eli getmemek, bir şeyi başqasına çox görmek. Utanmırsan, 9 manatı qızırğa-nırsan, sənin yanında bizim doqquz manat-lıq da xatirimiz yoxdur? C.Memmedqulu-zade. [Gülperi:] Hərgah istəyirsən ki, iş dü-zəltsin, gərəkdir ki, pula qızırğanmayasan. N.Nerimanov.
QIZITMA : Azerbaijani Explanatory Dictionary
"Qızıtmaq"dan f.is.
QIZITMAQ : Azerbaijani Explanatory Dictionary
f. Qızdırmaq, istilendirmek,
isitmek. Soyuqdan donmuş bədənimi öz tə-ləbə otağımın isti havasında qızıtmağa tələ-sirdim. T.Ş.Simurq.
QIZIŞDIRICI : Azerbaijani Explanatory Dictionary
is. Tehrikçi, araqarışdıran. □ Müharibə qızışdırıcı
bax müharibə qızışdıran ("qızışdırmaq"da).
QIZIŞDIRICILIQ : Azerbaijani Explanatory Dictionary
is. Tehrikçilik, araqa-
rışdırıcılıq, ara qarışdırma.
QIZIŞDIRILMA : Azerbaijani Explanatory Dictionary
"Qızışdırılmaq"dan f.is.
Mübarizənin qızışdırılması. Mübahisənin qızışdırılması.
QIZIŞDIRILMAQ : Azerbaijani Explanatory Dictionary
məch.
Alovu daha
da şiddetlendirilmek; alovlandırılmaq.
Qızdırılmaq, isidilmek, istilendirilmek.
məc. Şiddetlendirilmek; qüvvesi, şid-deti, gerginliyi ve s. daha da artırılmaq.
məc. Hirslendirilmek, acıqlandırılmaq, coşdurulmaq.
məc. Tehrik edilmek, salışdırılmaq.
QIZIŞDIRMA : Azerbaijani Explanatory Dictionary
"Qızışdırmaq"dan f.is.
QIZIŞDIRMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Odun alovunu daha
da şiddetlendirmek; alovlandırmaq. Ocağı üfürüb qızışdırmaq. Uşaqlar tonqalı qızış-dırdılar.
Qızdırmaq, isitmek, istilendirmek. Əllə-rimi oda tutub bir az qızışdırdım.
Qızışdırar
bahar ayı yerin, göyün havasını; Dəyişdirər, tünüklədər xəlaiqin libasını. A.Sehhet.
məc. Şiddetlendirmek; bir şeyin qüv-vesini, şiddetini, gerginliyini ve s.-ni daha da artırmaq. Mübahisəni daha da qızışdır-maq. Ədavəti qızışdırmaq. □ Müharibə qı-zışdıran
işğalçılıq müharibesi tebliğ eden, işğalçı. Müharibə qızışdıranlar nə qədər fit-nəkar olsalar da, onlar nə qədər qızğın təbli-ğat aparsalar da öz məqsədlərinə nail ola bilməyəcəklər. S.Vurğun. // məc. Daha da can-landırmaq, feallaşdırmaq. Məclisi qızışdır-maq. Söhbəti qızışdırmaq.
Məşədi Heydər məclisi qızışdırmaq üçün söz atdı. B.Talıblı.
məc. Hirslendirmek, acıqlandırmaq, coşdurmaq. Ayrım qızı Kərim babanı qızış-dırmaq fikri ilə əlini onun çiyninə vuraraq, deyirdi:
Bu yaramazı görürsünüzmü? Ay-larca üzünü görməzdim; işi nə idi? Boşbo-ğazlıq. A.Şaiq. Usta nə qədər çalışdısa, ar-xitektoru qızışdıra bilmədi. M.İbrahimov.
məc. Tehrik etmek, birini başqasının üstüne salışdırmağa çalışmaq. [Vaqif:] Bun-lar hamısı məliklərin işidir,
dedi,
xalqı qızışdırıb avara qoyurlar. çemenzeminli.
məc. Döymek, ezişdirmek. [Merdan] hacının yaxasından tutub yastıq kimi yerə atdı, üstündə oturdu, baş-qulağını qızışdırdı. Mir
Celal.
QIZIŞQAN : Azerbaijani Explanatory Dictionary
sif. Qudurğan, azğın, qızışmış.
QIZIŞQANLIQ : Azerbaijani Explanatory Dictionary
is. Qudurğanlıq, azğınlıq, qızğınlıq.
QIZIŞMA : Azerbaijani Explanatory Dictionary
"Qızışmaq"danf.is.
QIZIŞMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Qızmaq, istileşmek, he-raretlenmek; canı qızmaq, bedeninde xoş bir istilik hiss etmek, soyuqluğu ref olmaq. Soyuqdan donmuş bədənim qızışdı. Havalar qızışmışdı.
Cəbiş danışmaqla öz-özünə sığınır, bədənini qızdırır, onun paltarı da qı-zışır, içəridən buğlanırdı. S.Rehimov. Sadıq dalbadal bir neçə stəkan tünd çay içib qı-zışdı, rahatlandı. Mir Celal.
Daha da şiddetlenmek, güclenmek.
Yanğın qızışaraq ətrafa yayıldı.
Mübahisə
getdikcə daha da qızışır. S.S.Axundov. Dost-
lar arasında başlanmış mübahisə hər an
qızışırdı. M.Hüseyn.
məc. özünden çıxmaq, hirslenmek, qız-
maq, acığı tutmaq. Səlimi danışdıqca qızışır
və geri dönmək mümkün olmadığını görüb
. heç şeydən qorxmadan düşündüyünü deyir-di. M.İbrahimov. Xan büsbütün qızışıb qə-zəblə bağırdı. M.Rzaquluzade.
Qıcqırmaq, çox qalıb turşumaq, xarab olmaq (sirke ve s.).
QIZIŞMIŞ : Azerbaijani Explanatory Dictionary
ax qızmış. Qızışmış fayton atları dördnala çaparaq, şose yolunun daş-larından qığılcım qoparırdı. M.Hüseyn.
QIZQUŞU : Azerbaijani Explanatory Dictionary
zool. bax qızlarquşu.
QIZLARAĞASI : Azerbaijani Explanatory Dictionary
is. tar. Hökmdarın herem-xanasına nezaret eden saray xidmetçisi. Ən-dərun, birun, qısqanc xədimlər, sərt qızlar-ağası, qürbət... Bütün bunları düşündükcə Kiçikbəyimin ürəyi sıxılırdı. çemenzeminli.
QIZLARQUŞU : Azerbaijani Explanatory Dictionary
is. zool. Sığırçın boyda kiçik, bel ve qanadlarının tükleri yaşıl bir quş. Bizim aran yerlərində [arıların] birinci düşməni qızlarquşudur. Qızlarquşu köçəri quşdur,
. onlar dəstə ilə arı suya gedən yolu kəsib, onları tutub yeyir. H.Zerdabi.
QIZLIQ : Azerbaijani Explanatory Dictionary
is.
Qadın cinsinin ere gedin-ceye qeder olan halı, qız olma dövrü. Qızlıq dövrü qadın həyatının ən mühüm dövrüdür. M.S.Ordubadi. [Mesme:] İndi öz otağıma daşındıqda, ta qızlığımdan xəyalımda nəq-şəsini çəkdiyim otağı hazırlamağa başladım. S.Hüseyn. Tükəzban xalanın qızlığından bir azarı vardı ki, indiyəcən başından çıxma-mışdı. B.Talıblı.
Bekaret.
Biri terefinden övladlığa götürülmüş qız
uşağı, yaxud ana ardınca bir kişinin evine
getirilen qız uşağı. [Sekine xanım:] ümidim
budur ki, məni qızlığa qəbul edib, mənim bu
dar günümdə köməyini məndən əsirgəməyə-
sən. M.F.Axundzade.
QIZMA : Azerbaijani Explanatory Dictionary
"Qızmaq^
dan f.is.
QIZMA : Azerbaijani Explanatory Dictionary
"Qızmaq2"danf.is.
QIZMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Berk istilik almaq, heraret almaq, çox istilenmek, herareti artmaq. Su qızmamışdır. Havalar getdikcə qızır.
Qızdı günəş, əsdi isti yellər; Qarlar əridi, axışdı sellər. A.Şaiq.
.Otağa cənub küləyinin ilıq şüaları dolur, beləliklə, ev bir az daha qı-zırdı. Ə.Əbülhesen.
məc. Hirslenmek, hiddetlenmek.
.Ba-kıya dönməyi israr və təkid edərkən rədd cavabı alınca [Əhmed] qızaraq:
Bilmi¬rəm, bu nə ölümdür...
demişdi. A.Şaiq. Əş-rəf, anasının bu böyük xəbəri etinasız qar-şılamasına qızdı. Mir Celal.
məc. Qızışmaq, coşmaq. çırmanırıq keçməyə çay gəlməmiş; Başlayırıq qızmağa yay gəlməmiş. M.Ə.Sabir.
QIZMAQ : Azerbaijani Explanatory Dictionary
f. dan. İnanmaq, etibar etmek, bel bağlamaq, xatircem olmaq, arxayın olmaq (çox vaxt "üreyi" sözü ile beraber). Ona heç qızmaq olmur.
[Şehrebanı xa-nım:] De görüm, ürəyim dürüst qızasıdırmı? çünki bu iş çox çətin işdir. M.F.Axundzade. [Şahnise xanım:] Axı, ürəyim qızmır,
dedi,
yad ölkə, uzaq yer.. çemenzeminli. Hacı ilk dəfə bu məsələni ürəyi qızan adamlara açdı. Mir Celal.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani