Azerbaijani Explanatory Dictionary
QOVMAQ : Azerbaijani Explanatory Dictionary
f.
çıxıb getmeye, redd ol-mağa mecbur etmek; çıxıb getmesini, redd olmasını qaba suretde emr etmek. Yazıq Hacı Mirzə Həsən ağa, niyə səni qatır üstə mindirib Təbrizdən çıxardıb qovdular? C.Memmedquluzade. Kişi məni evdən qovsa, bir gün də dolanmağa taqətim yox-dur. N.Vezirov. // dan. çıxarmaq, xaric et-mek. İşdən qovmaq. İnstitutdan qovmaq.
Bir şeyle, yaxud el ile uzaqlaşdırmaq, redd etmek, çıxarmaq; çıxmağa, dağılışıb getmeye mecbur etmek. Milçəkləri qovmaq. İtləri qovmaq.
Zeynəb gah çiçək yığırdı və gah da qışqıra-qışqıra pərvanələri qovur-du. S.S.Axundov. Əlimdəki dəyənəyimlə iti vura-vura qovdum. A.Şaiq.
məc. Qebul etmemek, geri qaytarmaq, redd etmek. Gələn qonağı qovmazlar.
məc. Fikrinden, xeyalından çıxarmaq, uzaqlaşdırmaq. Pis fikirləri qov getsin.
Birinin arxasınca qaçmaq, izlemek, qaçıb getmeye mecbur etmek. Ovu qovmaq. Dov-şanı qovmaq. Oğrunu evinəcən qovarlar.
Qəmər arvad kişilərlə bərabər səngərə girib, quldurları gülləyə basmış, əri ilə bir yerdə atları Araza qədər qovmuşdu. Ə.Veliyev.
Vurmaqla, ya ses çıxarmaqla heyvanı iti getmeye mecbur etmek. Atı dördayaq qovmaq.
öz yerinden hereket etmeye, bir terefe getmeye, qaçmağa mecbur etmek. Qazları həyətə qovmaq.
Günəş yaxın dağlar ucun-dan doğar; Dumanları dağlara doğru qovar. A.Şaiq. Arvad-uşaq ağacların dibini və çu-xurları doldurmuş payız küləyinin o tərəf-bu tərəfə qovduğu xəzəli çuvallara yığırdı. M.İbrahimov.
QOVOTU : Azerbaijani Explanatory Dictionary
is. bot. məh. Yamaclarda ve çe-menlerde biten ot bitkisi.
QOVRAQ : Azerbaijani Explanatory Dictionary
QOVRAQ bax qıvraq.
QOVRAQLAŞMA : Azerbaijani Explanatory Dictionary
"Qovraqlaşmaq"dan f.is.
QOVRAQLAŞMAQ : Azerbaijani Explanatory Dictionary
ax qıvraqlaşmaq.
QOVRAQLIQ : Azerbaijani Explanatory Dictionary
ax qıvraqlıq.
QOVRULMA : Azerbaijani Explanatory Dictionary
"Qovrulmaq"dan f.is.
QOVRULMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Susuz olaraq yalxı ve ya yağda od üstünde bişib qızarmaq. [Xu-dayar bey:] Ət bir tikə də yanmayıb, bəlkə qovrulubdu. Ətin çox yaxşı qoxusu gəlir. C.Memmedquluzade.
məc. Yanmaq. Gündə qovrulmaq.
.Yaz ki, mən Əzim oğlu Qədim pambığıma su istəyirəm, torpağım qovrulur. S.Rehimov. Gün altında qovrulan böyük, quru çöldə tən-dirdən qalxan kimi ağır və isti hava insanın vücudunu bürüyürdü. Mir Celal.
məc. Əzab çekmek, acıq çekmek, izti-rab ve işgence içinde olmaq (bezen "qov-rulub-yanmaq" şeklinde işlenir). O bütün gecəni acığından qovrulurdu. Həsrətdən qovrulmaq.
Sanki mən bədbəxt bu düşün-cələr və bu kədərlərin içində qovrulmaq üçün doğuldum. M.S.Ordubadi. Fəridə bütün gecəni qovrula-qovrula (z.) qaldı. A.Şaiq. Bir ağrı başladı, qovrulub-yandım; Ağrıyır deməyə bəzən utandım. Ə.Cavad.
QOVRULMUŞ : Azerbaijani Explanatory Dictionary
sif. Od üstünde qızardı-
laraq bişirilmiş. Tavada qovrulmuş cücə. Qovrulmuş ət. Qovrulmuş günəbaxan toxu-mu. Qovrulmuş badam.
Hər məcməyinin içində bir nimçə plov, onun üstündə bir to-yuq, toyuğun içində yağla qovrulmuş kişmiş, axta olardı. H.Sarabski.
QOVRUMGÖZLÜ : Azerbaijani Explanatory Dictionary
sif. Gözleri qonur olan.
[Nesir] iri qovrumgözlü, buğdayı bənizli arıqca bir aran uşağı idi. H.Nezerli.
QOVŞAQ : Azerbaijani Explanatory Dictionary
is. Bir neçe şeyin (rabite xet-lerinin, yolların, çayların, kanalların ve s.-nin) qovuşduğu, birleşdiyi yer, nöqte. Dəmiryol qovşağı. Radio-translyasiya qovşağı. Su-elektrik qovşağı (elektrik stansiyaları, kanal-lar ve s. mecmusundan ibaret böyük inşaat).
Gəray isə dənizə baxıb deyir:
Təzə şəhər yollar qovşağında tikilir, böyük rabitələr şəhəri olacaq. Mir Celal.
QOVUQ : Azerbaijani Explanatory Dictionary
is.
İçi hava ile dolu qabarcıq, köpürcek. Balıq arabir üzə çıxıb ağzından qovuqlar buraxır.
Iki tənəffüslü balıqlar üzmə qovuqları vasitəsilə havada da tənəf-füs edə bilirdi. M.Axundov.
İnsan ve heyvan bedeninde maye, ya-xud şire ile dolu kisecik.
Her hansı bir sebeb üzünden derinin üs-tünde emele gelen yumru şiş, qabarıq. Gö-zün üstü şişib olubdu qovuq; Zahirən bu gecə dəyibdi soyuq. S.Ə.Şirvani.
Müxtelif meqsedler üçün işledilen, içi hava, yaxud su ile doldurulan rezinden ve s.-den düzeldilmiş kisecik.
QOVUQCUQ : Azerbaijani Explanatory Dictionary
is. Kiçik qovuq, ince qovuq.
QOVUQLANMA : Azerbaijani Explanatory Dictionary
"Qovuqlanmaq"dan f.is.
QOVUQLANMAQ : Azerbaijani Explanatory Dictionary
f. Qovuqlar, qabarcıq-lar emele gelmek.
QOVUQLU : Azerbaijani Explanatory Dictionary
sif. Qovuğu olan.
QOVULMA : Azerbaijani Explanatory Dictionary
"Qovulmaq"dan f.is.
QOVULMAQ : Azerbaijani Explanatory Dictionary
"Qovmaq"dan məch. Evdən qovulmaq. Işdən qovulmaq. Mal-qara qo-vulub ağıla salındı. Ceyran xeyli qovulduq-dan sonra vuruldu.
Vahidin institutdan qovulmaq xəbərini eşidəndə Rübabə bərk narahat oldu. Mir Celal.
QOVUN : Azerbaijani Explanatory Dictionary
is. Qabaq fesilesinden uzunsov, yaxud girde şekilli, şirin ve etirli bostan mey-vesi; yemiş. Bostançı qovun dərdi; Kal dərdi, qovun dərdi; Yığılın, qohum-qardaş; Ustüm-dən qovun dərdi. (Bayatı).
QOVUNAGACI : Azerbaijani Explanatory Dictionary
is. bot. İsti ölkelerde biten bir ağac.
QOVURGA : Azerbaijani Explanatory Dictionary
is. Qovrulmuş buğda, düyü, darı ve s. deneleri. Qovurğa qarın doyurmaz. (Ata. sözü). çaydanımız ərsin üstə qaynardı; Qovurğamız sac içində oynardı. Şehriyar. □ Qovurğa kimi
çox quru şey haqqında.
QOVURMA : Azerbaijani Explanatory Dictionary
is.
"Qovurmaq"danf.is.
Yağda qovrulmuş etden ibaret xörek. Odur, küpdə qovurma var, ocağı alışdırın, isi-din, dağarcıqdan əppək alın, yeyin. M.Rzaqu-luzade. Həyəti götürən soğan, qovurma, zəfə-ran iyi adamı valeh edirdi. Mir Celal. // Bezi mürekkeb xörek adlarının terkib hissesine daxil olur. Qovurma kabab. Iç qovurması.
QOVURMABOZBAŞ : Azerbaijani Explanatory Dictionary
is. aşp. Şiresi çox olan qovurma.
QOVURMAÇI : Azerbaijani Explanatory Dictionary
is. köhn. ümumiyyetle, et ve xüsusile içalat (qoyun içalatı) bişirib sa-tan adam. [övret:] Qardaş, bihəyalıq edirəm, bağışla, on il bundan əqdəm məni bir qo-vurmaçıya ərə verdilər. N.Vezirov. // sif. Qovurmaçılıqla meşğul olan. Atası qovur¬maçı Səlim öz övrətinə deyir: "Ovrət, bu uşağın məktəbə getmək vaxtıdır; mənim sənətim də bir elə sənət deyil ki, aparım, bu yazığa da öyrədim". Ə.Haqverdiyev.
QOVURMAÇILIQ : Azerbaijani Explanatory Dictionary
is. Qovurmaçı peşesi, qovurmaçı seneti.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani