Azerbaijani Explanatory Dictionary
QOY : Azerbaijani Explanatory Dictionary
əd. İcaze, razılıq, emr, lazımlıq bildi-rir. Qoy qalsın. Qoy fikirləşsin. Istəyirsə, qoy getsin. Qoy uşaqlar həyətdə oynasınlar. Qoy bu işi o görsün.
Kim ki bu halə düşmədi, qoy vara kəndi halinə. Nesimi. Qapında inləyim mən; Sözün de, dinləyim mən; Qoy axsın gözüm yaşı; Bir az sərinləyim mən. (Bayatı). Iş apar, baş gedərsə, qoy getsin; Ad qalır, bəs deyilmi, millət ilə? M.Ə.Sabir. [Ağca xanım:] Qoyun! Yol verin! Həyat bağçasına su gəlir, qoyun, sel də olsa, səhraları bassın. Mir Celal. // Arzu bildirir. Qoy o göylərdəki ulduzlara çatsın səsimiz! S.Rüstem. // Xüsusi intona-siya ile söylenilerek, hede bildirir. Qoy bir o bura gəlsin, mən ona göstərərəm.
QOYDURMAQ : Azerbaijani Explanatory Dictionary
"Qoymaq"dan icb. Sur-
xay partladılacaq qayaya göz gəzdirdi. Di-namit qoydurdu. M.İbrahimov.
QOYMA : Azerbaijani Explanatory Dictionary
"Qoymaq"dan f.is.
sif. Əslinde olmayıb sonradan qoyul-muş; süni. Qoyma diş.
Qoyma xaldan xal olmaz. (Ata. sözü).
QOYMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Bir şeyi bir yere burax-maq, bir şeyi bir yere yerleşdirmek. Kitabı şkafa qoymaq. Paltarları sandığa qoymaq. Şeyləri yerinə qoymaq. Yaylığı cibinə qoydu.
- [Qulu:] Otaq təmizdir. Ancaq heç şeyimiz yoxdur ki, qoyaq. N.Nerimanov. Kərim ki-tabı büküb pəncərəyə qoydu. M.İbrahimov.
Əmanet vermek, tapşırmaq, saxlamaq üçün vermek. Pullarını əmanət kassasına qoymaq. Pullarını banka qoymaq.
Oxumaq, işlemek ve s. üçün bir yere göndermek, vermek, düzeltmek. Uşaqları məktəbə qoymaq. Işə qoymaq.
Ona binaən onu uşaq ikən gətirib şəhri-Qəzvində mək-təbə qoydu. M.F.Axundzade. Ağca xanımın təkidi ilə Gəldiyev Izzəti bağçaya qoydu.
Mir Celal.
Bir şey etmeye icaze vermek, yol ver-mek, imkan vermek, buraxmaq. [Cennet:] Mirzə,
. o məni o qədəryandırıbdır ki, bun-dan sonra onu evə də qoymaq istəmirəm. N.Vezirov. Ədə, Həsənəli, qoyma, öküz girdi bağçaya, ağacları sındıracaq. C.Memmed-quluzade.
Rahat buraxmaq, imkan vermek. Bir ta-cirin şöhrətinin dərdi qeyri bir taciri qoy-maz yuxu yuxlasın. C.Memmedquluzade. Lakin qəza təşkilatları Qəhrəmanı özlüyündə qoymur, onu o yan-bu yana çəkişdirirlər. S.Rehimov.
Texir etmek, saxlamaq, sonraya burax-maq, başqa bir vaxta keçirmek, lengitmek. Bu günün işini sabaha qoyma! Söhbəti son-raya qoyaq. Imtahanı axşama qoydular.
- Yarın vüsalın istə bu gün, qoyma yarına; Yarın vüsalı yarına qalmaq gümanədir. Nesimi.
Hevale etmek, yüklemek, tapşırmaq. Usta adı böyük addır, bu ad hər adamın üzərinə böyük vəzifələr qoyur.
Tesis etmek, tikmek, qurmaq. Heykəl qoymaq. Abidə qoymaq.
.Bu axır vaxt-larda Qafqazın müsəlmanları gözlərini açıb başlayıblar hey bir ucdan məktəb binası qoymağa. C.Memmedquluzade. Dənizdə buruq qoymağın çətinliyini yoldaşlar yaxşı bilirlər. M.Hüseyn.
Geymek, yaxud geydirmek, başına ke-
çirmek. Başına araqçın qoymaq.
[Rex-
şende] saçlarını vurdurmuş, başına çəpəki
olaraq qırmızı rəngli qadın papağı qoymuş-
du. M.Ibrahimov. Gənc qızlar yüyürüşüb
oğlanın başına ətirli dağ çiçəklərindən
.
çələnglər qoydular. M.Rzaquluzade.
Serf etmek, işletmek, xerclemek. Pul qoymaq. Maya qoymaq. Mən bu işə zəhmət qoymuşam.
Bir də ayrıca-ayrıca yazıb gös-tərərdi ki, qonşularından nə qədər pul borc alıb, bayram süfrəsinə qoyubdur. S.Rehimov.
Müeyyen bir tesir emele getirmek meqsedi ile bir şeyin üstüne, arasına yerleş-dirmek, salmaq, döşemek. Kompres qoymaq. Zəli qoymaq. Xəstəyə banka qoymaq. Termo-metr qoymaq.
Teyin etmek. Məsul işə qoymaq. Növ-bətçi qoymaq. Onu zavoda direktor qoyublar.
Müeyyen etmek. Vaxt qoymaq. Möh-lət qoymaq.
Hell etmek, yerine yetirmek, yaxud müzakire üçün ireli sürmek, teklif etmek. Məsələni ciddi qoymaq. Qərarı müzakirəyə qoymaq.
Yazı ile ifade etmek, işare etmek; yaz-maq. Durğu işarələri qoymaq. Şagirdə "yaxşı" qiymət qoymaq. Nişan qoymaq.
Düzeltmek, teşkil etmek, tertib etmek. Tamaşaya qoymaq. Təcrübə qoymaq.
Bir adam ve ya şey üçün her hansı bir şerait, veziyyet yaratmaq, bu ve ya diger veziyyete, şeraite düşmesine sebeb olmaq. çətin vəziyyətdə qoymaq.
Bəndə saldın mə-nim kimi dustağı; çox məni qoyubsan darda, gül, Pəri. Aşıq Abbas. Kitayda yapon malını boykot eləyib, yapon karxanalarını işsiz qo-yublar. C.Memmedquluzade. [Pristav:] Bu kasıb bədbəxtin öküzünü aparıbsan, əli qoynunda qoyubsan. Ə.Haqverdiyev.
Bir şeye lazımi veziyyet vermek, la-zımi şekle salmaq. Gəzərkən ayaqlarını düz-gün qoymaq.
Uzatmaq, saxlamaq. Saç qoymaq. Bığ qoymaq. Saqqal qoymaq.
Gederken özü ile beraber götürme-mek, olduğu, çatdığı, geldiyi yerde burax¬maq. Uşaqları evdə qoymaq. Gözlüyümü evdə qoymuşam.
Iskəndər onlara [qala ehline] başqa yer verib, qalanı təmir etdirdi və orada bir qədər qoşun qoydu.
. A.Bakıxanov.
Her hansı bir veziyyetde, şekilde,
halda saxlamaq. Məsələni açıq qoymaq (həll
etməmək). Məni rahat qoy! Bu hadisə bizi
heyrətdə qoydu.
Saxlamaq. Axşama bir az çörək qoy.
Buraxmaq, buraxıb getmek, terk et-
mek, atmaq, atıb getmek (bezen "qoyub get-
mek" şeklinde işlenir). Yoldaşını təhlükədə
qoyma! Ailəsini qoyub getdi.
A kişi, ya bez,
ya zər, sizə nə? Nə gətirdi öz evinə aparacaq.
Sənin evində ki qoymayacaq. H.Sarabski.
Əziziyəm, bir yana; Bir alışa, bir yana; Ca-
malın müştağıyam; Qoyub getmə bir yana.
(Bayatı).
Keçmek, feda etmek, serf etmek, hesr etmek. Vətən yolunda canını qoymaq.
Yo-lunda qoydu Nəsimi cahan ilə canı. Nesimi.
dan. Kesilmek, dayanmaq, yox olmaq. Dişimin ağrısı qoydu.
Bir sıra isimlere qoşularaq mürekkeb feil ve müxtelif ifadeler düzeldilir; mes.: ad qoymaq, qol qoymaq, çay qoymaq, sese qoy-maq, lağa qoymaq, araya qoymaq.
QOYULMA : Azerbaijani Explanatory Dictionary
"Qoyulmaq"dan f.is.
QOYULMAQ : Azerbaijani Explanatory Dictionary
məch.
Bir yere yerleşdi-rilmek; düzülmek. Kitabların hamısı şkafa qoyuldu.
Bir azdan sonra stol üzərinə qə-ləm, kağız və mürəkkəb qoyuldu. M.S.Ordu-badi. Sürahilər şərbət və şərablarla doldu-rulub, sərin bulaqlara qoyulmuş(du). M.Rza-quluzade.
Əmanet verilmek, saxlanmaq üçün ve-rilmek. Pullar əmanət kassasına qoyulmuşdur.
Icaze verilmek, müsaide edilmek, rüs-xet verilmek, imkan verilmek, buraxılmaq. Heç kəs içəri qoyulmur. Zala adam qoyulmur.
Oxumaq, işlemek ve s. üçün bir yere gönderilmek, verilmek, düzeldilmek. Uşaq-ların üçü də məktəbə qoyulmuşdur.
Saxlanmaq, texire salınmaq, lengidilmek, keçirilmek. Iclas sabaha qoyulmuşdur.
Tapşırılmaq, hevale edilmek. Uzərimizə çox məsul vəzifələr qoyulmuşdur. Siyahını tutmaq onun öhdəsinə qoyulmuşdur.
Yüklenmek, vurulmaq. Arabalara ağır yük qoyulmuşdur.
Tesis edilmek, tikilmek, qurulmaq. Də-nizin içində çoxlu buruq qoyulmuşdur. Dünən klub binasının özülü qoyuldu.
Qoyuldu özüllər, boylandı tağlar. M.Müşfiq.
Geyilmek, keçirilmek. Başa papaq qo-yulmaq.
Serf edilmek, işlenmek. Bu işə çoxlu zəhmət qoyulmuşdur.
Bir şeyin üstüne, yaxud arasına yer-leşdirilmek, salınmaq, döşenmek. Kompres qoyulmaq. Quyunun ağzına böyük bir daş qoyulmuşdur.
Teyin edilmek. Məsul işə qoyulmaq. Növbətçi qoyulmaq.
Kəndin ətrafına qa-rovul qoyuldu. M.Hüseyn.
Hell edilmek, yerine yetirilmek, ya-xud müzakire üçün ireli sürülmek, teklif edilmek. Məsələ ciddi qoyulmuşdur.
Yazılmaq, işare edilmek. Durğu işa-rələri düzgün qoyulmamışdır.
Düzeldilmek, teşkil edilmek, tertib edilmek. Bu gecə səhnədə hansı pyes qoyu-lacaqdır? Təcrübə qoyulmaq.
Müeyyen edilmek, qerarlaşdırılmaq, lap ibtidadan verilmek. İnsanın təbiətində iki ümdə xasiyyət qoyulubdur. M.F.Axundzade.
Saxlanılmaq. Axşama heç bir şey qo-yulmayıbdır.
QOYULUŞ : Azerbaijani Explanatory Dictionary
is.
Qoyulma (bax qoyul-maq
cu menada). Su təsərrüfatı tədbir-lərinə kapital qoyuluşu 50 faizdən çox art-malıdır.
Qoyulmaq terzi, qoyulmaq qaydası. Kərpicin qoyuluşu.
İreli sürülme, meydana atılma. Məsə-lənin qoyuluşu, müzakirəsi və həlli elə gəlib yetişmişdi ki, burada hiylə olduğunu heç kəs güman etməzdi. Mir Celal.
QOYUM : Azerbaijani Explanatory Dictionary
is. köhn. Qızıl ve gümüşden dü-zeldilmiş bezek şeyleri, ya qab-qacaq.
QOYUMÇU : Azerbaijani Explanatory Dictionary
sif. köhn. Qızıl-gümüşden qab-qacaq, bezek şeyleri qayıran usta; zerger.
QOYUMÇULUQ : Azerbaijani Explanatory Dictionary
is. köhn. Qoyumçu se-neti, qızıl ve gümüşden qab-qacaq ve zinet şeyleri qayırmaq seneti; zergerlik.
QOYUN : Azerbaijani Explanatory Dictionary
is. Ət, yun ve süd veren sıx, qıv-rım tüklü gövşek ev heyvanı. Alışan taya-ların işığında hürküşüb bir-birinə qarışmış qoyun sürüləri mələşir. M.Rzaquluzade.
0 Qoyun kimi
tebietce çox yumşaq, helim, sakit, dinc. Qoyunu qoyun ayağın-dan, keçini keçi...
her kese öz emeline, işine ve s.-ye göre yanaşmalı, qiymetlen-dirmeli. Qoyunu qurda tapşırmaq
etibar edile bilmeyen adam haqqında. Qurdla qo-yun bir yerdə otlayır
emin-amanlıq, asa-yiş, dinclik menasında.
QOYUN : Azerbaijani Explanatory Dictionary
is.
Ağuş, qucaq. Anası uşağı qoynuna alıb yatdı.
Necə ki, insana qur-bağanı ələ alıb qoynuna qatmaq nagüvara gələr, elə də bəlkə bundan artıq Zeynəbə Xudayar bəyin iri burnuna və kifir sifətinə baxıb ona ər demək nagüvara və naxoş gö-rünürdü. C.Memmedquluzade. Bütün bir səhəri yalvardım durdum; Boş qalmış qoy-nuna çiçək doldurdum. Ə.Cavad. // Obrazlı tesvirlerde. Xəzər dənizinin qoynuna girmiş olan Bakı şəhərinin gecəsini
. elektrik işıq-ları alaqaranlıq bir səhərə çevirmişdi. A.Şaiq. [Beyrek]
. yüyürüb özünü köpüklənən dalğaların qoynuna atdı. M.Rzaquluzade.
Paltarın döşe qovuşan yeri, döşü; qol-tuq. Molla İbrahim Xəlil
. saatı qoyun ci-bindən çıxarıb baxır. M.F.Axundzade. Mən kağızı qoynumdan çıxarıb ona verdim. M.S.Ordubadi. Kiçikxanım şəkli qoynuna qoydu. Mir Celal.
QOYUNBOĞAN : Azerbaijani Explanatory Dictionary
is. bot. Rütubetli yer-lerde biten alaq bitki.
QOYUNÇU : Azerbaijani Explanatory Dictionary
is.
Qoyunçuluq mütexes-sisi. // Qoyun saxlamaqla, qoyunçuluqla meş-ğul olan adam, teserrüfat. Keçən təsərrüfat ilində qoyunçularımız hər yüz ana qoyun-dan yüz quzu almışlar.
köhn. Satmaq meqsedi ile qoyun yetiş-dirib saxlayan adam; serkar.
QOYUNÇULUQ : Azerbaijani Explanatory Dictionary
is. k.t. Qoyun yetişdirme, qoyun saxlama. Qoyunçuluq sovxozu. Qo-yunçuluq təsərrüfatı. Kolxozun qoyunçuluq ferması. Qoyunçuluğun inkişafı.
QOYUN-QUZU : Azerbaijani Explanatory Dictionary
top. Qoyunlar, quzular bir yerde; davar. çöldən gəlir mal-qara, mə-ləşir qoyun-quzu. R.Rza.
QOZ : Azerbaijani Explanatory Dictionary
is.
Berk qabıqlı, qoşa lepeli bir meyve. Qoz ləpəsi.
Teyibə evə yolu dü-şəndə Bahadır üçün həmişə fındıq, qoz, sa-çaqlı konfet, iydə və bəzən xurma gətirirdi. M.Hüseyn. // Bu meyvenin ağacı. Qoz ağacından əla mebel hazırlanır.
Molla Qasım həyətdə qoz ağacının altında həsir saldırıb uzanmışdı. S.S.Axundov.
dan. Qoza oxşayan şiş, ur, çıxıq. Alnın-dan qoz çıxıb.
0 Qoz qabığına girmək
qorxudan qaçıb özüne bir sığınacaq tapmaq, qorxudan qaçıb gizlenmek. Qoz qabığına salmaq (sox-maq)
çox sıxışdırmaq, çıxılmaz veziyyete salmaq. Qoz-qoz oynamaq
behsleşmek, dikbaşlıq etmek. [Xasmemmed:] Ancaq bir şərtlə ki, o
. bizimlə qoz-qoz oynamasın. C.Cabbarlı. Qozunun üstünə qoz qoymaq
dərdini daha da artırmaq, işini daha da çətinləşdirmək.
QOZA : Azerbaijani Explanatory Dictionary
is.
Palıd, şam ve qayın ağacla-rının qoza oxşayan yeyilmeyen meyvesi. Səndə bitər bir neçə vecsiz qoza; Ancaq o da qismət olar donquza. M.Ə.Sabir.
Pambıq kolunun hele açılmamış, yuvar-laq şekilli ve içinde pambıq olan qönçesi. Pambıq qozası.
Vıyıldayan şiddətli külək pambıq kollarını dalğalandırır, qurumuş qozaları xəzəl kimi xışıldadırdı. M.Hüseyn.
Keçmişde qadın paltarının qollarında gümüş, ya qızıldan yuvarlaq bezek.
QOZACIQ : Azerbaijani Explanatory Dictionary
is. Balaca qoza, kiçik qoza.
QOZALAMA : Azerbaijani Explanatory Dictionary
"Qozalamaq"dan f.is.
QOZALAMAQ : Azerbaijani Explanatory Dictionary
f. Qoza getirmek, qoza ile örtülmek, düymelenmek (pambıq, palıd ağacı ve s.). [Pambıq kollarının] biri açılmağa başladığı halda, digəri yenicə qozalayırdı. Ə.Veliyev.
QOZALANMA : Azerbaijani Explanatory Dictionary
"Qozalanmaq"dan f.is.
QOZALANMAQ : Azerbaijani Explanatory Dictionary
f. Qoza halına gelmek.
Qoza tökmək.
QOZAVARİ : Azerbaijani Explanatory Dictionary
sif. Qoza kimi, qozaya ox-şayan.
QOZBEL : Azerbaijani Explanatory Dictionary
sif.
Döş ve ya arxa sümük-lerinin eyilmesi neticesinde beli qoz kimi qalxıq; donqar. Qozbel adam.
[Qulu:] Pod-nos elə köhnədir ki, ortası qozbel adamın beli kimi qalxıbdır. S.S.Axundov. // İs. mena-sında. [Dilber:] Doğru demişlər: qozbeli qəbir də düzəldə bilməz. C.Cabbarlı.
Bükülmüş, eyri, bir terefi çıxıq. Qozbel tir. Qozbel divar.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani