Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
QOZDƏSTƏ : Azerbaijani Explanatory Dictionary

is. dan. zar. Tapança. Zeynal
. Veysin belindəki tapançaya baxıb, asta¬dan zarafatla dedi:
Bəlkə sən bu qozdəs-təni çayqıraqlılara göstərmək istəyirsən? Ə.Əbülhesen.

QOZQURAB : Azerbaijani Explanatory Dictionary

is. bot. Tarlalarda torpaq altında biten kiçik kartofa benzer kök bitki.

QOZQUR(T)MAQ : Azerbaijani Explanatory Dictionary

f. dan. özünden uydu-rub söylemek, uydurma sözler danışmaq, ecaib şeyler danışmaq, cefengiyat danış-maq, lovğalanmaq, öyünmek, gop basmaq. [Divanbeyi:] A kişi, sən nə qozqurursan? M.F.Axundzade. [Mirze Semender:] A kişi, sən çox qozqurtma ha! Sənin kimiləri çox görmüşük. C.Cabbarlı.

QOZLA : Azerbaijani Explanatory Dictionary

QOZLU [rus. Koanw] Araba ve fayton kimi miniklerde sürücü oturan yer; şahnişin.
.Bacım Tutunu, on səkkiz yaşın-dakı oğlunu da qoydum faytona, kuçerimiz Əsədi mindirdim qozluya və özüm də min-dim. C.Memmedquluzade. Gədə də tüfəngi götürüb yuxarıda, qozluda əyləşdi. S.Rehi-mov. Qozlada oturan başınişanlı fərraş yerə tullandı. P.Makulu.

QOZLANMA : Azerbaijani Explanatory Dictionary

"Qozlanmaq"dan f.is.

QOZLANMAQ : Azerbaijani Explanatory Dictionary

f. dan. Kibrlenmek, te-şexxüslenmek, qürrelenmek, lovğalanmaq, kişilenmek.

QOZLUQ : Azerbaijani Explanatory Dictionary

is. çoxlu qoz ağacı biten yer, qoz meşesi.

QÖNÇƏ : Azerbaijani Explanatory Dictionary

is. [fars.] Açılmamış qızılgül ve ya başqa çiçek; gül ve ya başqa çiçeyin tu-murcuğu. Qızılgül qönçə açmışdır.
Bülbül qonub qönçə üstə; Nə şirin dillər açılıb. Aşıq Əli. // Sif. mənasında. Açılmamış, qön-çe halında olan. Qönçə gül.
Ətir saç aləmə, sən, ey qönçə gül! S.Vurğun. // Obrazlı teş-behlerde. Qaydasıdır qönçə yatar xar ilə; Bülbül kimi zimistanə gözlərin. Aşıq Peri. Mürur ilə gül qönçəsi açılar; O, zor ilə açıl-sa, bərbad olar. M.Möcüz. Sən sevgili vətənciyimin gül fidanısan! Sən bir gözəlcə qönçəsən, ammayabanısan! A.Sehhet. // Al, qızılgül rengi. Bir anda qızın yanaqlarını bir bahar qönçəsinin rəngini andıran qızartılar bürüdü. M.İbrahimov. // klas. Gözelin ağzı, dodaqları, yaxud özü qönçeye oxşadılır. Ey qönçə ağızlı, bəni yandırdı hicrin dikəni; Gəl, gəl ki, sənsiz qönçə tək doldu içim qan, qandasan? Nesimi. Könlüm açılır zülfi-pərişanını görcək; Nitqim tutulur qönçeyi-
xəndanını görcək. Füzuli. Qamətin tək heç bir qamət biçilməz; Dodaqların tər qönçə-dən seçilməz. M.P.Vaqif. çiçəklər açarkən gülüşlərindən; Xəlq olmuş o qönçə dodağın sənin! A.Şaiq.

QÖNÇƏCİK : Azerbaijani Explanatory Dictionary

is. Zerif qönçe. Şəmə pər-vanə şövqmənd olmuş; Qönçəciklər həbibi-dir budağın. A.Sehhet.

QÖNÇƏDƏHAN : Azerbaijani Explanatory Dictionary

QöNçƏDƏHƏN sif. ve is. [fars.] klas. Ağzı qönçe kimi kiçik ve gö-zel. Bir təbəssüm qıl xuda üçün, güli-qönçə-dəhan. Kişveri. Ey qönçə-dəhanü sərvqamət; Gül, oyna, zəmani et fərağət! Füzuli. Soruş-dum qızlardan, Allahı sevən; Neçin mükəd-dərdi o qönçədəhən? Q.Zakir. [Şeyx Senan:]
.Söylə, ey nazənin qönçədəhən! Söylə, ruhum, nə tez unutdun sən. H.Cavid. Könlümü qan eyləyən varmı bu aləmdə məgər; Bir sənin tək üzü-gül, qönçədəhəndən qeyri? Ə.Vahid.

QÖNÇƏDODAQ(LI) : Azerbaijani Explanatory Dictionary

sif. Dodaqları qönçe kimi gözel, zerif. Ucaboylu, incəbelli, qön-çədodaqlı
. qız utanaraq, qumral saçlarını üzünə örtüb, ürkmüş maral kimi evə qayıdır. H.Sarabski.

QÖNÇƏLƏB : Azerbaijani Explanatory Dictionary

sif [fars.] bax qönçədo-
daq(lı).

QÖNÇƏLƏNMƏ : Azerbaijani Explanatory Dictionary

"Qönçelenmek"den f.is.

QÖNÇƏLƏNMƏK : Azerbaijani Explanatory Dictionary

f. Qönçe açmaq; açıl-
maq. Sənin açıq, ağ alnını öpdü sərin küləklər; Hər addımın dəyən yerdə qönçələndi çiçəklər. S.Vurğun. Laləli yaz gəlsin, gül qönçələnsin; Yetişsin bülbüllər gülə, sevgilim! Aşıq Hüseyn. // Mec. menada. [Ağabeyim ağanın] yalnız ağ tafta köynəkdə qönçələnən köksü həyə-can içində çırpınırdı. çemenzeminli.

QÖNÇƏLİ : Azerbaijani Explanatory Dictionary

sif. Qönçe açmış, çiçekli, güllü. Pəncərədən baxanda qumluq səhra yox, ya-şıl ağaclar, güllü qönçəli kollar görünsün.
Mir Celal.

QÖNÇƏLİK : Azerbaijani Explanatory Dictionary

is. Gülün qönçe halı, qönçe vaxtı. Gül qönçəlikdə gərçi olur xarə aşina; Açsa niqabını, olur əğyarə aşina. S.Ə.Şirvani.

QÖVL : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Söz, danışıq. Onun qövlü ilə işi düz gəlmir.
Qövli-zahidlə əməl etmə-mişəm həşr günü; Var ümidim ki, mənə dadrəs olsun bu əməl. S.Ə.Şirvani. Mənəm-mənəm deyənlərin inanma çox da qövlünə; Gərəkli gündə onların qıçındakı fərari gör!
M.Ə.Sabir.

QÖVLƏN : Azerbaijani Explanatory Dictionary

zərf [ər.] Sözle, sözle olaraq (felən ziddi).

QÖVM : Azerbaijani Explanatory Dictionary

[ər.] Kiçik xalq, tayfa. Bu qövm bizim vətənimizin başına elə müsibətlər gə-tirmişlər və onun xarabalığına səbəb olmuş-lar ki, onları xatırlayarkən ağıllı bir insanı ağlamaq tutmaya bilməz. M.F.Axundzade.

QÖVMİ : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] Qövme mensub olan, bir xalqa aid olan.

QÖVMİYYƏT : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Bir qövme, bir xalqa mensub olma. çünki buna onların qövmiy-yəti də icazə verir. M.S.Ordubadi.

QÖVR : Azerbaijani Explanatory Dictionary

qövr etmək
narahat etmek, in-citmek, daim özünü hiss etdirmek. Sinəsinə vurulan yara yenidən qövr elədi. Mir Celal. Səlim ürəyində qövr edən dərdi gizlədə bil-mədi. M.Hüseyn. Qocanın ifadəsindəki inam çobanı tutdu, ürəyində qövr edən odu so-yutdu. M.Rzaquluzade. Son qoysun bu gecə, əsr-əsr; Urəklərdə qövr eləyən, möhnətə, dərdə. R.Rza.

QÖVS : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Yay, kaman. // Şekilce qövsü xatırladan, qövse oxşayan şey. Qəza-dır qaşların qövsi, qədərdir kirpigin səhmi; Bəni amac üçün eynin bu mənindən nişan etdi. Nesimi. Qızların qövs qaşları və se-hirli gözləri qaraldı. M.S.Ordubadi.
.Fi-şənglər havada qırmızı qövs təşkil edərək, arxaya əyilib söndü. Ə.Əbülhesen.
hənd. Daire çevresinin ve ya diger eyri xettin bir hissesi. Dairənin qövsü. Qövs cızmaq.
Xüsusi terminologiyada: qövs lampa-ları, generatorları, fənərləri. Elektrik işıq mənbələri, qövs və közərmə lampaları XIX əsrin ikinci yarısında ixtira edilmişdir.

QÖVSİ : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] Qövs şeklinde olan. [Set-
tarxanın] əymə və qövsi qaşları qalxır(dı).
M.S.Ordubadi.

QÖVSİ-QUZEH : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Güneş şüalarının havadakı yağış damcılarından keçerken sınması neticesinde göyde görünen renga-reng yarımdaire şekilli qurşaq; göy qurşağı, qarınene örkeni. Hər şey günəşə qurutdu yaşın; Qövsi-qüzeh açdı tər qumaşın. Xetayi. Bir gün [Qadir] qövsi-qüzehdən danışarkən, Sona cumub təmiz bir stəkan dolusu su gə-tirmiş(di). Ə.Əbülhesen. // Obrazlı teşbehler-de. Bəyaz cəbinində qövsi-qüzehtək; Hərami qaşların tağı görünsün. Q.Zakir. Qövsi-qüzeh gözlü, ləbləri yəmən; Camalın şairə veribdir nişan. Şair Veli. // Qövsi-qüzehe oxşar ren-gareng şey haqqında. Havada yavaş-yavaş qövsi-qüzeh düşür kimi Münəvvərin çöhrəsi rəngarəng olmaqdadır. M.S.Ordubadi.