Azerbaijani Explanatory Dictionary
NALLATMA : Azerbaijani Explanatory Dictionary
"Nallatmaq"dan f.is.
NALLATMAQ : Azerbaijani Explanatory Dictionary
icb. Nal vurdurmaq. [Kor-
oğlu:] Yay olanda dağa yollat; Yaz olanda ipçin nallat! "Koroğlu". [Niyaz] sabahı günü nalbənd çağırdı. Boz atı ipçin nallatdı. Ə.Veliyev.
NALLI : Azerbaijani Explanatory Dictionary
sif. Nal vurulmuş; nallanmış. Nallı at.
Əyilmiş çəkmənin nallı dabanı; Siyrilib papağın o yan-bu yanı. H.K.Sanılı.
NALŞƏKİLLİ : Azerbaijani Explanatory Dictionary
sif. Nala oxşayan, nal kimi olan; yarımdairevi.
NALTOKƏN : Azerbaijani Explanatory Dictionary
ax nalqıran. Naltökən ya-mac.
Naltökən dağları yel kimi keçər; Hər zümrüd yamacdan bir çiçək seçər. S.Vurğun.
NAM : Azerbaijani Explanatory Dictionary
is. [fars.]
Ad. Koroğlu namın gö-türən; Yurdunda son olan yoxdu. "Koroğlu". Qəm yemə, təxfif ver amalına; Az çəkər, hey-kəl yaparlar namına. A.Sehhet. [Nüma-yende:] Torpaq komissarlığı namindən xə-layiqin səhhətinə bais olası bu suyun lentini kəsirəm. Ə.Haqverdiyev. □ Nam almaq (çı-xarmaq)
şöhret qazanmaq, meşhur olmaq, adı çıxmaq. Qəflətdə yatıb, ad batırıb nam alırız biz; Başa yumruq zolladırız, kam alırsız
biz. M.Ə.Sabir.
Naminə şeklinde tənt.
xatirine, xatiri üçün, şerefme, uğrunda,
..üçün. İnsan səa-dəti naminə quruculuq, yaradıcılıq uğrunda mübarizə.
Bütün xalq
. böyük məqsəd na-minə çalışır. M.İbrahimov. Dağ əzəmətli tanklar düşmənə hücum edir; Qopur "ura" səsləri azad vətən naminə. Ə.Cemil.
NAMAZ : Azerbaijani Explanatory Dictionary
is. [fars.] din. Müselmanların günde beş defe müeyyen vaxtlarda müey-yen qaydalar üzre icra etmeli olduqları iba-det. □ Namaz qılmaq
bu ibadeti icra et-mek. [Meşedi Əhmed] adəti üzrə ucadan sübh namazını qılırdı. S.Hüseyn. [Kişi] bir bucaqda salınmış qələmkar canamaz üstə qiraətlə namaz qılır. H.Sarabski.
NAMAZGAH : Azerbaijani Explanatory Dictionary
is. [fars.] köhn. din. Namaz qılmaq üçün yer. [Birinci memur] arqadaşına imamzadə ilə namazgahı göstərir. H.Cavid. Şah məscidinin çox böyük səhnindən başqa, bir neçə namazgahı da vardı. P.Makulu.
NAMAZLIQ : Azerbaijani Explanatory Dictionary
sif. dan. üzerinde namaz qıl-maq üçün xalça, örtü ve s. Namazlıq xalça.
NAMDAR : Azerbaijani Explanatory Dictionary
sif. [fars.] klas. Ad qazanmış, adlı-sanlı, meşhur, şöhretli, tanmmış. [Qerib:] Haq səni dünyada namdar eyləsin; Ağlaram, sızlaram, kimsəm yox mənim. "Aşıq Qerib". İkinci otaqda
. səfəviyyə nəslindən vəfat edən padşahların və namdar şahzadələrin təsviri çəkilmişdi. M.F.Axundzade.
NAMEHRIBAN : Azerbaijani Explanatory Dictionary
sif. ve zərf [fars. na... ve ər. mehriban] Mehriban olmayan, soyuq olan; sert, şefqetsiz. Əzəl gün mehr edərdin ta könül oldu giriftarın; Dönüb, ey səngdil, daşə, əcəb namehriban oldun. S.Ə.Şirvani. Rüstəm kişi-nin sözləri qiyabi olaraq Mayanın ürəyində Qoşatxana qarşı namehriban bir duyğu oyat-mışdı. M.İbrahimov.
NAMEHRIBANLIQ : Azerbaijani Explanatory Dictionary
is. Qeyri-mehribanlıq, şefqetsizlik, münasibetde soyuqluq, sertlik.
NAMEYI-ƏMAL : Azerbaijani Explanatory Dictionary
is. [fars. name ve ər. emal] Dini etiqada göre, her bir şexsin bu dünyada gördüyü bütün savab ve günahları yazılmış kitabça. [Meşedi:] Ay qurbanın olum, nameyi-əmalımı mənə daldan göstərirsən, mənim ki başımın dalında gözüm yoxdur. Ə.Haqverdiyev. // məc. zar. Bir şexsin bütün emelleri qeyd olunmuş kağız, sened. Onun nameyi-əmalını əlinə verdilər.
çünki anket-lər Anketov üçün nameyi-əmal hökmündə idi.
Mir Celal.
NAMƏ : Azerbaijani Explanatory Dictionary
is. [fars.] Mektub, kağız. Bir namə yazım, badi-səba yarə yetirsin. Heyran xanım. Vaqifin Vidadiyə və Vidadinin Vaqifə yazdıq-ları namələri möhtərəm oxucular mütaliə bu-yursalar sözümüzü təsdiq edərlər. F.Köçerli. [Vaqif:] Oxu bu naməni, əzizim Eldar; Qoy mənim dərdimi dinləsin dağlar. S.Vurğun.
...namə [fars.] İsimlere qoşularaq, onlar-dan gösterdiyi şeye dair kitab, risale, vereqe, sened ve s. menası bildiren sözler düzeldi-lir; mes.: "Şahname", "Derbendname", sal-name, ehdname, şehadetname, etibarname, müracietname ve s.
NAMƏHRƏM : Azerbaijani Explanatory Dictionary
[fars. na... ve ər. mehrem]
is. İslam dinine göre, qadrmn yaşrnmalı olduğu kişi, yaxud kişinin görmeye ixtiyarı olmadığı qadın (qız). Naməhrəmdən yaşınmaq köhnədən qalma adətdir.
[Meşedi Qedir:] Yəni arvadlar gərək üzlərini açsınlar, naməh-rəmlər də onlarla söhbət etsinlər. T.Ş.Simurq.
sif. Şeriete göre, mehrem olmayan.
[Sona xala:] A qoca qarı, heç həya etmirsən
ki, üzünü açıb bu naməhrəm kişilərə göstə-
rirsən. S.S.Axundov. [Yaşlı kişi:] Mən yad və
naməhrəm qadınları qonaq saxlamağa hazır
deyiləm,
dedi. S.Hüseyn.
sif. Yad, özge, kenar. Xotkar özü tapşı-
rıb ki, gərək bir naməhrəm adam Nigar xanı-
mın boyunu görməsin. "Koroğlu".
NAMƏQBUL : Azerbaijani Explanatory Dictionary
sif. [fars. na... ve ər. meqbul] Meqbul olmayan, qebul oluna bilmeyen, işe keçmeyen. Naməqbul iş. // Münasib olmayan, namünasib. Mühərrir özgə bir əlac tapmayıb, məzkur həcvin bəzi naməqbul yerlərini atıb. F.Köçerli.
NAMƏLUM : Azerbaijani Explanatory Dictionary
sif. [fars. na
.. ve ər. melum] Melum olmayan, tanınmayan, bilinmeyen; mechul. Naməlum yer.
Naməlum adam çayı keçmək üçün körpüyə yanaşmadı. M.S.Ordu-badi. [Qoca usta] əsəbi bir halda işləyir, ara-bir şübhəli nəzərlə naməlum adama baxırdı. A.Şaiq. □ Naməlum qalmaq
melum ol-mamaq, bilinmemek, aydınlaşmamaq, mec-hul qalmaq, örtülü qalmaq. [Qarı:] Bir gün dedilər, Güləndam öldü; Nə dərddən öldü, orası naməlum qaldı. çemenzeminli.
NAMƏLUMLUQ : Azerbaijani Explanatory Dictionary
is.
Melum olmama,
tanınmama, bilinmeme; mechulluq.
Qeyri-müeyyenlik.
.Qarşıdakı namə-lumluq
. Tapdığı qorxutmuşdu. Ə.Əbülhesen.
NAMƏRBUT : Azerbaijani Explanatory Dictionary
sif. [fars. na... ve ər. mer-but] Nalayiq, namünasib. Namərbut söz.
[Fexreddin bey:] Bilirsən nə var, ana, belə namərbut hərəkət ancaq bizim bu xaraba vi-layətdə baş verə bilər.. N.Vezirov. Camaat arasında namərbut, namünasib hərəkətlər artıb. Mir Celal. // Söyüş meqamında işlenir (bezen zarafatla). [Hacı Mehdi:] Bəs, namər-but, neçə vaxtdır gəlib, mənə niyə xəbər elə-məyibsən? Ə.Haqverdiyev. [Hacı Murad:] Kəs səsini nadürüst, namərbut! S.S.Axundov.
NAMƏRD : Azerbaijani Explanatory Dictionary
sif. [fars.] Alçaq, müxennes, nakişi, eclaf. Namərd adam. // Vefasız. [Serqo:] Gözəl eşqində könül yanar, sızlar; İnsaf, mərhəmətyox namərd fələkdə. H.Cavid. □ Namərd çıxmaq
ehdi pozmaq, vefasız-lıq etmek, xain çıxmaq, xeyanet elemek. Gülnar xanım bir vaxt ayıldı, baxıb gördü, ay dad-bidad, heç kəs yoxdu. Elə o saat bildi ki, qız namərd çıxıb. (Nağıl). // İs. menasında. [Koroğlu:] Xəbər alın o namərdin zatını; Aparıbdı mərd igidin atını. "Koroğlu". Na-mərd körpüsündən rahət keçincə; Razıyam apara o sellər məni. Q.Zakir. [Peri xanım:] Mən gərək ürəyimi sındıran, mənə zülm edən namərddən qisas alam. Ə.Haqverdiyev.
NAMƏRDLIK : Azerbaijani Explanatory Dictionary
is. Alçaqlıq, nakişilik; xain-lik, xeyanet, vefasızlıq, ehdi pozma. [Süley-man:] [Qızı] elə gəlmişkən özüm üçün istəyim! Yox, bu, yoldaş haqqında namərdlik olar. ü.Hacıbeyov. Cavan bir adamın arzusunu könlündə qoymaq namərdlik olar. Ə.Veliyev.
NAMXUDA : Azerbaijani Explanatory Dictionary
[fars. name-xuda] "Maşallah", "göze gelmesin", "göz deymesin" menaların¬da işledilen terif sözü. [Heydereli:] Maşal-lah, namxuda, heç builki kimi sən baş çapma-mışdın. M.Əliyev. [Neneqız:]
.Kişi eləyaxşı-laşıb ki, namxuda, deyirsən, bəs heç üstündən qış addamayıb. Ə.Veliyev.
NAMIZƏD : Azerbaijani Explanatory Dictionary
is. [fars.]
Bir vezifeye, yere seçilmek, ireli çekilmek, teyin ve ya qebul olunmaq üçün adı gösterilen şexs. Deputat-lığa namizəd.
[
ci qadın:] Biz səni kənd Şurası sədrliyinə namizəd seçmişik. Ə.Haq-verdiyev. Məcnun roluna ən yaxşı namizəd Hüseynqulu idi. S.Rehman.
İlk, kiçik elmi derecesi olan şexs. Filo-loji elmlər namizədi. Tibb elmləri namizədi.
köhn. Nişanlı, adaxlı, ad olmuş. [Nise xanım:] O, xana bildirəcəkdir sən guya onun namizədinə göz dikirsən.. M.F.Axundzade. [Hambal:] Məşədi, deyəsən, qızın iki namizədi vardır. ü.Hacıbeyov.
NAMIZƏDLIK : Azerbaijani Explanatory Dictionary
is.
Namized (
ci me-
nada) kimi çıxışetme imkanı ve ya hüququ. Namizədliyini irəli sürmək.
İlk, kiçik elmi derece ile elaqedar olan. Namizədlik dərəcəsi. Namizədlik imtahanı.
Mövzu götürüb namizədlik dissertasiyası yaz-maq istəyirdim. M.Hüseyn. □ Namizədlik minimumu
seçilen sahede elmi tedqiqat işi aparmaq, müvafiq elm sahesinde elmler namizedi derecesi almaq ve dissertasiyanı hazırlamaq üçün lazım olan biliklerin mec-musu. Namizədlik minimumu vermək.
NAMLU : Azerbaijani Explanatory Dictionary
is. Lüle (topda, tüfengde ve s.).
.Topun namlusundan mərmi çıxdıqca yer dartınıb gücə düşmüş kimi silkələndi, sarsıldı. Ə.Əbülhesen. Tüfəng namlusuna söykənərək mən; Bu soyuq səngərdə təkcə durmuşam.
Ə.Cemil.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani