Azerbaijani Explanatory Dictionary
NAXÜNƏK : Azerbaijani Explanatory Dictionary
is. Birinin üzüyumşaqlığından istifade ederek şeyini götürme (adeten na-xünək vurmaq, naxünək etmək şeklinde işlenir).
Ye bala, ye!..
deyə Kərbəlayı özü də böyürdən naxünək vurmağa başladı. M.Hüseyn. Prokuror formalı bir nəfər naxü-nəkpapirosuyandıraraq sözə qarışdı. "Kirpi".
NAXÜNƏKÇI : Azerbaijani Explanatory Dictionary
is. Naxünek vurmağı adet etmiş adam. Naxünəkçinin cibi gen olar.
(Mesel).
NAXÜNƏKÇILIK : Azerbaijani Explanatory Dictionary
is. Naxünekçinin xasiy-yeti, sifeti. Naxünəkçilik eləmək.
NAIB : Azerbaijani Explanatory Dictionary
is. [ər.] tar.
Böyük bir şexsin ye-rini dolandıran şexs; vekil, canişin. Padşahın naibi.
Yerli inzibati idare reisi, kend icması başçısı. Nahiyə naibi. Qəza naibi. Şəhər nai-bi.
Keşikçi [qasidi] naibin yanına götürdü.
M.S.Ordubadi.
Kömekçi, elaltı. [Xotkar:] Ondan sonra ya gərək gedib ona nökərdən, naibdən olaq, ya da ki, qaçıb dağlarda, daşlarda qaçaqlıq eləyək. "Koroğlu". Hatəm xan nökər, naiblə birlikdə atlanıb, Yədulla xanın malikanəsinə üz qoydular. S.Rehimov.
NAİBLİK : Azerbaijani Explanatory Dictionary
is.
Naibin işi, vezifesi; vekil-lik, canişinlik.
Naibin idaresi altında olan yerler.
NAİL : Azerbaijani Explanatory Dictionary
[ər.]: nail olmaq
elde etmek, mü-veffeq olmaq, çatmaq, yetmek. Məqsədə nail olmaq. İstəyinə nail olmaq.
[Derviş:] Dilə-diyimiz arzuya nail olduq. A.Divanbeyoğlu. Beləliklə, Naşad əfəndi öz məqsəd və məra-mına nail olmuş(du). S.Hüseyn.
NAİLİYYƏT : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
Her hansı bir sa-hede, işde elde edilmiş yaxşı netice; müvef-feqiyyet. Azərbaycan xalqı hər sahədə yeni və böyük nailiyyətlər əldə etmişdir. M.İbrahi-mov. [Qurban] qazdığı hər quyuda
. elm və texnikanın son nailiyyətini cəsarətlə həyata keçirmişdir. Ə.Sadıq.
köhn. Əlde etme, nail olma, isteyine çatma.
NAİNSAF : Azerbaijani Explanatory Dictionary
[fars. na... ve ər. insaf] İnsafsız. Nainsaf qonşular Süleymanın bu qədər zəh-mətinə baxmayıb, yenə də onu əvvəlki kimi "Süleyman" deyə çağırırdılar. B.Talıblı. // İs. menasında. Nainsafın kəli qaçar. (Ata. sözü).
.Heç bir dəfə də olmuyub ki, bu nainsaflar, heç olmasa tək bircə dəfə bu xəstəlikdən şəfa tapmış olalar. C.Memmedquluzade.
NAİNSAFLIQ : Azerbaijani Explanatory Dictionary
is. İnsafsızlıq. Nainsaflıq et-mək.
[Ana:] Hərgah ülkər qızı aparmaq is-təyirsə, üz vurma. Balanı anadan ayırmaq nainsaflıqdır. Ə.Veliyev.
NAKAM : Azerbaijani Explanatory Dictionary
[fars.] bax kamsız. Nakam cavan. Nakam ölmək. Nakam məhəbbət.
[Əbdül:] Sara da getdi! Yazıq qız, nakam qız! Onun ölümü mənim sinəmə bir dağ çəkdi. C.Cabbarlı. [Xan] gözlərini məchul bir nöq-təyə zilləmiş, igid oğlunun nakam taleyini, vəfalı arvadının qara bəxtini düşünürdü.. M.Rzaquluzade. ürəyində sevgisi nakam ölən qızların; Alacağam qanlıdan amansız qisa-sını. M.Rahim. □ Nakam qalmaq
arzu-suna çatmamaq, meqsedine yetmemek, arzusu üreyinde qalmaq. Arzular, diləklər nakam qalmadı; çöllər sudan doydu, gözlər işıqdan. O.Sarıvelli. Nakam etmək (qoy-
maq)
bedbext elemek, kama yetmeye qoy-mamaq, arzusunu üreyinde qoymaq. [Nü-şabe:] Bil, sənə casusluq edən bu adam; çağ-layan eşqimi qoymuşdur nakam. A.Şaiq. Na-kam olmaq
kama çatmamaq, arzusuna yet-memek, bedbext olmaq. Bir gülən yox bu qayğılı dünyada; çoxlar nakam olub irməz murada. H.Cavid.
NAKAMLIQ : Azerbaijani Explanatory Dictionary
is. Kama yetmeme; kamsız-lıq. Olsa nakamlığım gər o pərinin kamı; Dili-divanəni həq dəhrdə nakam eləsin. S.Ə.Şir-vani.
NAKƏS : Azerbaijani Explanatory Dictionary
sif. ve is. [fars.] Şerefsiz, yara-maz, alçaq, rezil. Nakəs adam danışıqnan saz olu; Kərəmdən kəm, səxavətdən az olu. Aşıq Əlesger. // İs. menasında. Mərdlər ilən gəz ki, vəfadar olur; Nakəslərə yoldaş olan xar olur. M.V.Vidadi. Nakəslər və naəhllər ilə dəxi dostluq etmək rəva deyil. F.Köçerli.
NAKƏSLİK : Azerbaijani Explanatory Dictionary
is. Alçaqlıq, rezillik, yaramaz-lıq. Nakəslik eləmək.
NAKİŞİ : Azerbaijani Explanatory Dictionary
sif. Namerd, xain. Nakişi adam. // İs. menasında. [Mürsel:] İlqarından dönən, andını pozan, verdiyi sözə əməl eləməyən na-kişidir! Ə.Veliyev.
NAKİŞİLİK : Azerbaijani Explanatory Dictionary
is. Namerdlik, xainlik. Onda nakişilik olardı, axı, sən Hacı Atakişisən,
. uşaq-muşağa baş qoşmayacaqsan ki..
deyə Əmir gülümsündü. Ə.Abasov.
NAQABİL : Azerbaijani Explanatory Dictionary
sif. [fars. na... ve ər. qabil]
Nalayiq, yersiz, münasibetsiz. Müdir cə-nablarına minnətdar olub, naqabil sözümdən üzr istəyirəm. Mir Celal. [Neneqızın] dilinə naqabil kəlmə gəlməz, ağzından tikanlı söz çıxmazdı. Ə.Veliyev. // İs. mənasında. Nala-yiq, leyaqetsiz adam; qanmaz. Nə işim var, naqabilə söz deyəm, damağına ya dəyməyə, ya dəyə. (Mesel). Əlli min suxtə, əlli min sail; Əlli min hoqqabazi-naqabil. S.Ə.Şirvani.
İmkansız, mümkün olmayan; çetin, ma-hal. O, naqabil bir işdir.
Əxz etmeye, götürmeye qabiliyyeti, is-tedadı olmayan; qeyri-qabil. Tərbiyəyə na-qabil.
NAQAFİL : Azerbaijani Explanatory Dictionary
sif. ve zərf [fars. na... ve ər. qafil] Qefilden, birden, nagahan, gözlenil-meden, xebersiz. Naqafil azara düşmək. Naqafil söz demək. Naqafil gəlmək.
Azqalmışdı duram, bir özgə tərəfə üz qoyam, birdən, aha, rəfiqim Rzaqulu bu tərəfdən na-qafil çıxdı. C.Memmedquluzade. [Kerbelayı Receb:] Balaqardaş zalım oğlu naqafil an-bardan çıxdı, ürəyim qopdu. N.Vezirov.
NAQAFILLIK : Azerbaijani Explanatory Dictionary
is. Gözlenilmezlik, naga-hanlıq; gözlenilmez olma. Gəlişin naqafilliyi. Olümün naqafilliyi.
NAQAN : Azerbaijani Explanatory Dictionary
[xüs. is.
den] Herlenen topu (barabanı) olan tapança növü. [Balaqardaş:] Güldəstə! Bir gözümün içinə dürüst bax! Bu naqanı görürsənmi? N.Vezirov. Dəmirov
. naqanı götürüb, topunu hərlədi, sonra qobura qoydu.. S.Rehimov.
NAQIL : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
xüs. bax keçirici. Metal elektrik naqilidir.
köhn. Daşıyan, bir yerden başqa bir yere
aparan, neql eden. Mən ki böyük çayam, xalqa
naqiləm; Səbəb odur bu qanuna tabeyəm.
A.Sehhet.
köhn. Neql eden, revayet eden; eşitdiyi,
bildiyi ehvalatı başqasına danışan, çatdıran;
ravi.
NAQILLIK : Azerbaijani Explanatory Dictionary
is. fiz. Neql etme, keçirtme, ötürme qabiliyyeti; keçiricilik. Metalların na-qillik qabiliyyəti.
NAQIS : Azerbaijani Explanatory Dictionary
sif. [ər.]
Tam ve mükemmel olmayan, yarımçıq, natamam, eskik. Naqis kitab. Naqis məktub.
çağırdı yarımı əğyar, qaldı ülfəti naqis. S.Ə.Şirvani.
Eyib ve qüsuru olan; nöqsanlı, eyibli, qü-
surlu. Cahangir ağa zəif iradəli, naqis ağıllı,
düşkün fikirli bir adam idi. Ə.Veliyev. □ Na-
qis etmək
nöqsanlı etmek, şikest etmek.
[Hesen ağa:] Hüsnü xanım mənə yalvara-
raq:
Nə üçün məni naqis edirsən?
dedi.
M.S.Ordubadi.
riyaz. köhn. çıxma emeli. Beş naqis iki
elər üç.
NAQISLIK : Azerbaijani Explanatory Dictionary
is.
Qüsurluluq, natamamlıq; qüsurlu, nöqsanlı olma. [Şagirdin] zəifliyi öz təbiətindən yox, bizim tərbiyə üsulumuzun naqisliyindən irəli gəlirmiş. M.Hüseyn.
Naqis olma, eyiblilik, eyib ve qüsuru olma. Bir qadın kimi [Seidenin] zahiri gör-kəmində böyük naqisliklər vardı. B.Bayramov.
NAQISÜLƏQL : Azerbaijani Explanatory Dictionary
sif. [ər.] köhn. Ağıldan na-qis, ağıldan zeif, kem.
NAQQA : Azerbaijani Explanatory Dictionary
NAQQABALIGI is. zool. Şirin
suda yaşayan üstü pulsuz, bığlı, iri yırtıcı balıq. Dəryalar tutdu məni; Naqqalar uddu məni. (Bayatı). Naqqabalığın çəkisi iki puda yaxın, uzunluğu təqribən iki metr idi.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani