Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
NAM-NIŞAN : Azerbaijani Explanatory Dictionary

is. [fars.] Ad, yer-yurd, esil-neseb menasında. Nam-nişanını bilmək (öy-rənmək).
[Hakim] arvadın nam-nişanını bilib, çıxıb gedir. "M.N.letif."

NAMÖHKƏM : Azerbaijani Explanatory Dictionary

sif. [fars. na... ve ər. möh-kem] Möhkem olmayan, davamsız. Bu da göstərir ki, mövqeyim olduqca namöhkəmdir.
M.S.Ordubadi.

NAMURAD : Azerbaijani Explanatory Dictionary

sif. ve is. [fars. na... ve ər. murad] Muradına çatmamış; uğursuz, bext-siz, talesiz. Rəhm et məni-zarü namurada; Qoyma bu məşəqqətü bəlada. Füzuli. Saqi, məni-namuradə; Dərdi-sər vermə ziyadə. Q.Zakir. Dar günümdə qohum-qardaş yad olu; Məğrurluq eyləyən namurad (z.) olu. Aşıq Əlesger.

NAMUS : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
İnsanın öz şexsi ve ictimai davranışını teyin eden menevi ve ex-laqi prinsiplerin mecmusu; şeref, qeyret, hey-siyyet. [İmamverdi:] Bəy, namus bir bəyza-dələrdə deyil, kasıb-küsubun da özünə görə namusu var və namusum da məni qeyzlən-məyə vadar eləyir. Ə.Haqverdiyev. [Nazlı:] Maral! Maral!.. Həyat beşgünlükdür, fəqət namus... Namus əbədidir. H.Cavid. [Babası Fatmaya:] Sənin namusun olsa, mənim qa-pıma gəlməzsən, itil gözümün qabağından, çəngi! çemenzeminli. □ Namusdan sal-maq
lekelemek, abırdan salmaq, biabır etmek, rüsvay etmek. Namusuna qısılmaq
abır gözlemek, öz heysiyyetini, şerefini göz-lemek. Namusuna toxunmaq
bax qey-rətinə toxunmaq ("qeyrət"de). [Mercan bey:] Buraxın, məni tutmayın, bu saat mən bu kişini qanına bələşdirim, bu mənim namu-suma toxunan işdir. ü.Hacıbeyov. Namu-sunu satmaq
özünü rüsvay etmek, abır-dan salmaq, öz heysiyyet ve şerefini atmaq. [Settar xan:] Namərd sən özünsən, sən həm bacının, həm də vətənin namusunu satmaq istəyirsən. M.S.Ordubadi. [Gülnaz] qaravaş kimi işləyir, amma namusunu satmağa razı olmur. M.İbrahimov. // Bekaret, ismet, te-mizlik.
Namusla şeklinde zərf
1) şerefle, şeref ve heysiyyetini gözleyerek. Namusla yaşamaq.
Mən deyirəm; Bu namusla yaşa-yanlar bəxtiyardır. S.Vurğun. Namusla sür-müşəm öz dövranımı; Verərəm haqq üçün şi-rin canımı. M.Rahim; 2) çox yaxşı, yüksek seviyyede, ela suretde. Namusla işləmək. öz vəzifəsini namusla və vaxtında yerinə ye-tirmək.

NAMUSLU : Azerbaijani Explanatory Dictionary

sif. Abırlı, ismetli, exlaqlı, qey-retli, meneviyyatca temiz. [Anaxanım] na-muslu və çalışqan bir qadın idi. A.Şaiq. [Dürre] bilirdi ki, adaxlısı təmiz və namuslu adamdır. S.Veliyev. // Temiz, vicdanlı, düz. Namuslu adam.
Məşədi sadəürəkli, sə-mimi və son dərəcə namuslu bir oğlan idi. M.Hüseyn.

NAMUSSUZ : Azerbaijani Explanatory Dictionary

sif. Namusdan mehrum, na-musu olmayan, qeyretsiz. Namussuz kişi.
[Sara:] Siz məni namussuz qızlaramı bənzə-dirsiniz! C.Cabbarlı.

NAMUSSUZLUQ : Azerbaijani Explanatory Dictionary

is. Qeyretsizlik, şeref-
sizlik, namusdan mehrumluq. [Huri xanım:] Mən bu namussuzluğu götürə bilmərəm. "Koroğlu".

NAMÜƏYYƏN : Azerbaijani Explanatory Dictionary

sif. [fars. na... ve ər. müey-yen] Müeyyen olmayan, qeyri-müeyyen. Namüəyyən məlumat.
Cavablar da namüəy-yən, qısa, kiçik olur, heç kəsi təmin etmirdi.
Mir Celal.

NAMÜƏYYƏNLİK : Azerbaijani Explanatory Dictionary

is. Qeyri-müeyyenlik,
müeyyen olmama.

NAMÜMKÜN : Azerbaijani Explanatory Dictionary

sif. [fars. na... ve ər. müm-kün] Mümkün olmayan, qeyri-mümkün. [Vasif:] Onu qandırmış o xain, lakin; Mən sağ olduqca bu iş namümkün. H.Cavid.

NAMÜNASİB : Azerbaijani Explanatory Dictionary

sif. [fars. na... ve ər. müna-sib]
Münasib olmayan, qeyri-münasib, yersiz.
.İlin belə bir namünasib fəslinə bax-mayaraq, təbiblərin əmrinə görə azarlını Tif-lisə göndərməyə məcbur olduq. C.Memmed-quluzade. Şərəfoğlunun belə namünasib vaxtda gəlməsi Rüstəm kişini çaşdırmışdı. M.İbrahimov. // Leyaqetsiz, layiq olmayan; pis, yaraşmayan. Namünasib yerə gedib-gəl-məyə; Namusu, qeyrəti, arı gərəkdir. Q.Zakir.
Ədebsiz, yaramaz, nalayiq. Namünasib hərəkət. Namünasib söz.
[Vezir:] Əyərçi namünasib təklifdir, amma müzayiqə yoxdur. M.F.Axundzade. [Axund:] özünüz, şükür, durbin adamsınız. Beşinci ildən, iğtişaşlar-dan sonra camaat arasında namərbut, na-münasib hərəkətlər artıb. Mir Celal.

NAMÜNASİBLİK : Azerbaijani Explanatory Dictionary

is. Münasib olmama, qeyri-münasiblik, yersizlik.

NAMÜRÜVVƏT : Azerbaijani Explanatory Dictionary

sif. [fars. na... ve ər. mü-rüvvet] Mürüvveti olmayan, mürüvvetsiz, merhemetsiz. [Qedir:] Bu namürüvvət uşa-ğını tanımırsanmı? Mir Celal.

NAMÜTƏNAHİ : Azerbaijani Explanatory Dictionary

sif. [fars. na... ve ər. mü-tenahi] İntehasız, nehayetsiz, sonsuz, bit-meyen, ucu-bucağı olmayan. [Əbülhesen bey:] Mənim varlığım, təbiri-cayizsə, təbiət fəlsəfələri kimi anlaşılmaz və axırı bilinməz namütənahi (z.) birşəkil almışdır. M.S.Ordu-badi. öpərkən gecələr dəsti-səbahi; Duyur-dum hərəkət namütənahi. S.Vurğun.

NAMVAR : Azerbaijani Explanatory Dictionary

sif. [fars.] köhn.
İgid, qehre-man, pehlevan.
Adlı, sanlı.

NAN : Azerbaijani Explanatory Dictionary

is. [fars.] klas. çörek. Kəl qoşub ko-tan əkməyən; Nanın süfrəyə tökməyən; Arının qəhrin çəkməyən; Balın qədrini nə bilir? "Koroğlu". Ey dərbədər gəzib ürəyi qan olan çocuq! Bir loğma nan üçün gözü giryan olan çocuq. M.Ə.Sabir. Olmur, qoy olmasın quru bir nanın, ay yazıq; İşlə çıxınca cisimdəki canın, ay yazıq! Ə.Nezmi.

NANAY : Azerbaijani Explanatory Dictionary

is. Uzaq Şerqde yaşayan xalq; hemin xalqa mensub olan adam.

NANDİ : Azerbaijani Explanatory Dictionary

is. Afrikada yaşayan qohum xalq-lar qrupu.

NÄNDU : Azerbaijani Explanatory Dictionary

is. Uça bilmeyen quşlar qrupu; Amerika devequşuları.

NANƏ : Azerbaijani Explanatory Dictionary

[ər.] bot. Yeyilen çoxillik etirli göyerti növü. Nanə qurutmaq. üç dəstə nanə. □ Nanə cövhəri (arağı)
naneden çekilen araq, cövher (tebabetde işledilir).
0 ürəyi nanə yarpağı kimi (tək) əsmək (titrəmək)
bax ürək. üstündə nanə yar-pağı tək (kimi) əsmək
son derece ezizle-mek, qeydine qalmaq, nazını çekmek. Uşa-ğın üstündə nanə yarpağı tək əsmək.

NANƏCİB : Azerbaijani Explanatory Dictionary

sif. ve is. [fars. na... ve ər. ne-cib] Haqq-say itiren; nankor, şerefsiz, ya-ramaz, namerd, bedesil. Nanəcib adam.
[Hafize xanım:] Gəl bundan sonra nanəcibə yaxşılıq elə. Ə.Haqverdiyev. [Nebi:] Amma bizim bu nanəcib bəylərimiz davam edirlər. S.S.Axundov. □ Nanəcib çıxmaq
yaxşı-lığını itirmek, haqq-say itirmek, zehmeti ba-tırmaq. [Meleyin anası:] Gədə çox nanəcib çıxıb. M.İbrahimov.

NANƏCİBLİK : Azerbaijani Explanatory Dictionary

is. Namerdlik, şerefsizlik,
nankorluq, haqq-say itirme. Kasıblıq eyib deyil, nanəciblik eyibdir. Mir Celal.

NANIX : Azerbaijani Explanatory Dictionary

sif. məh. Bacarıqsız, fersiz.

NANKOR : Azerbaijani Explanatory Dictionary

sif. ve is. [fars.] Yaxşılıq bilme-yen, haqq-say itiren, yaxşılığı yere vuran, duz-çörek itiren. [Şeyx Hadi:] Mərvan! Gör-mədim mən sənin qədər nankor; Bir gözün kor deyil ki, vicdan kor! H.Cavid. [Giley-güzarov:] Mən bu hekayəni övladlarını başlı-başına buraxmış nankor atalar əleyhinə yaz-mışam. S.Rüstem.

NANKORLUQ : Azerbaijani Explanatory Dictionary

is. Yaxşılıq bilmeme, haqq-say itirme, yaxşılığı yere vurma. [Hümmet-eli:]
. nankorluğun bu cür ağır bir fəlakətə gətirib çıxaracağını əvvəldən düşünmədiyinə görə peşmançılıq çəkirdi. M.Hüseyn.