Azerbaijani Explanatory Dictionary
SAVAŞMAQ : Azerbaijani Explanatory Dictionary
f. Dalaşmaq, vuruşmaq, sö-yüşmek, küsüşmek. Dost dost ilə əbəs yerə savaşmaz; Sevənin sevəndən könlü bulaşmaz. M.P.Vaqif. Gahdan xoşluğunan, gah savaşı-nan; Köksünü açmağın nə damağı var? Aşıq Əlesger. Dünənki hərb günündə də; Sava-şanda ana torpaq; O dəhşətli cəbhələri; Mən burada gördüm ancaq. B.Vahabzade.
SAVAY(I) : Azerbaijani Explanatory Dictionary
qoş. Başqa, qeyri. Səndən savayı adamım yoxdur. Evdə uşaqdan savay adam yox idi.
Təsvir etdiyimiz Mirzə Mustafanın göstərdiyimiz sifətlərdən savayı bir başqa si-fəti də var idi. E.Sultanov. [Gülperi:] Ayran-dan savay nəyim olacaqdır? N.Nerimanov. Başımı yavaşca qovzayıb yan-yörəmə bax-dım. Heyvan sümüyündən və zibildən savayı bir şey görmədim. çemenzeminli.
SAY : Azerbaijani Explanatory Dictionary
is.
Əded, reqem. Sayı yadda sax-lamaq. Sayı öyrənmək.
Miqdar, kemiyyet. [Hesen ağa:] Şükür-lər olsun, gəldikcə ziyalılarımızın sayı artır, onları bir göndər, yanıma gəlsinlər, bir söh-bət edək. Ə.Haqverdiyev. □ Saya gəlmə-mək
sayı çox olmaq, miqdarı, kemiyyeti bilinmemek. Dənizə bax, dənizə, saya gəlməz buruqlar; Suların altında da neft var, qara qızıl var. S.Rüstem. Dedi:
Bahar əyyamı-dır; Sevinclərim gəlməz saya. N.Refibeyli.
..sayı yoxdur,
..sayı-hesabı yoxdur
say-sızdır, çoxdur. Qarışqanın sayı var idi, qoşu-nun sayı yoxdur. "Koroğlu". [Hacı Murad:] Qapısında nökər-qulluqçunun sayı-hesabı yoxdur. S.S.Axundov.
məc. Sayılan, seçilen, hörmetli. Sən ul-duzsan, mən ayam; Say quşlardan mən sa-yam; Məcnun kimi gəzərəm; Leyli müştağın-dayam. (Bayatı).
0 Saya almamaq
bax saymaq
cü menada. Amansız ölümü almayıb saya; çıx-dım qarşısına qara yellərin. S.Rüstem. Yeni-dən girməkçin qızğın davaya; Onlar çətinliyi almayır saya. M.Rahim. Saya salmamaq
bax saya almamaq. Dünyanı saya salma-yırdı dəli şair; Dərin-dərin düşünərkən hə-yata dair. S.Vurğun. [Xuduş:] Bu boyda adamları da saya salmırlar. İ.Əfendiyev. Saya-sana salmaq
bax saymaq
cü me-nada. Heyf ki, Musa dayının Təzə şəhər uşaq-larını saya-sana salmağı uzun çəkmədi. Mir
Celal.
SAY : Azerbaijani Explanatory Dictionary
is. Denizde, gölde, çayda gemiler üçün tehlükeli olan dayaz yer. Gəmi saya oturdu.
çıxır gəmi karvanları neçə dərya-ya; Gedir böyük bir qürurla, oturmaz saya. M.Rahim.
SAYA : Azerbaijani Explanatory Dictionary
sif.
Bir rengde olan, birrengli. Saya parça. Saya gülməxmər. // Bu parçadan tikilmiş. Saya paltar. Saya kofta. // Naxışsız, gülsüz. Saya ləçək. Saya şal.
[Rüstem] sətin köynəyi büzməli tumanın içinə salıb, üstün-dən göy saya jaket geymiş Tellini acıqlı-acıqlı süzdü. M.İbrahimov.
Mürekkeb olmayan, sade. Saya naxış.
Saya ilgək vurmaq.
Sade. Saya adam.
SAYAÇI : Azerbaijani Explanatory Dictionary
is. ədəb. Qoyun, quzu ve keçi haq-qında mahnı qoşan ve oxuyan adam. Sayaçı mahnıları. Sayaçı sözü.
Saya-saya sayadan; Yun gəlir qayadan; Sayaçıya pay verin; Maz-lığı mayadan. (Bayatı).
SAYAD : Azerbaijani Explanatory Dictionary
ax səyyad. Sayadam, duraram mən; Boynumu buraram mən; Harda bir tər-lan görsəm; Ona tor quraram mən. (Bayatı).
SAYAGI : Azerbaijani Explanatory Dictionary
qoş. Söze qoşularaq, onun ifade etdiyi şeye oxşarlığı bildirir:
..kimi,
..tek,
..benzer,
..oxşar. İlan sayağı qıvrılıb. Yar-paq sayağı bükülmək. Canan sayağı geyinmək.
SAYAQ : Azerbaijani Explanatory Dictionary
zərfBenzerlik bildirir: cür, kimi, terzde, veziyyetde, qaydada. Paltarlarının hamısını usta Ağabala topladı, dolma bükülü sayaq bir fitəyə büküb qoydu səkiyə. çemen-zeminli. [Necminin] on dördyaşlı ikinci oğlu Şirin hələ bu yaşdan karikatura sayaq şəkil-lər çəkirdi. Ə.Əbülhesen. □ Ayrı (özgə) sa-yaq
başqa cür, ayrı cür. çünki qarı bildi bu keyfiyyəti; özgə sayaq oldu onun niyyəti. A.Sehhet. Məşədibəyin və atalarının hər də-qiqə halını-əhvalını soruşduğu bu qonaq, deyəsən, ayrı sayaq adamdı. M.Hüseyn. Bir sayaq
birteher, bir cür, bir növle. Bunların hamısına [müxtelif ağır işlere] yenə bir sa-yaq tab gətirmək olar, bunlar demək olar ki, dərdin yarısıdır. F.Köçerli. Bu sayaq
bu cür, bu teher, bu qayda ile. [Əsger:] Yox, mən bu sayaq evlənmək istəmirəm. ü.Hacı-beyov. İyirmi beş il bu sayaq bənnəlikdə çalı-şıb da, [Kerbelayı Əzim] ad qazana bilmişdi. T.Ş.Simurq. Qabaqkı (əvvəlki, köhnə) sayaq
evvellerde (qabaqlarda, keçmişde) olduğu kimi, keçmiş kimi.
.Həkim [Molla Abbasın da] üz-gözünə qabaqkı sayaq bax-dıqda Molla Abbas birdən "pıqq" eləyib göyə tullanır.. C.Memmedquluzade. Hər tərəfdə durur işlər elə əvvəlki sayaq. Ə.Nezmi. Nə sayaq
nece, ne cür, ne teher. Kassio dəs-malı tapıb çox heyrətə düşür ki, bu dəsmal nə sayaq və haradan onun otağına düşübdür. F.Köçerli. İndi mən bildim ki, qızların həyat məsələsi nə sayaq həll olunurmuş. T.Ş.Simurq.
SAYAQ : Azerbaijani Explanatory Dictionary
ax sayıq
ci menada. [Halay-pozan] özü də elə sayaq yatardı ki, lap sərçə kimi. "Koroğlu". çadırlar uyqudadır, atan-lar orda sayaq; Gəray bəyin yanında yalnız Cəlaldır oyaq. S.Vurğun. □ Sayaq durmaq
diqqetli olmaq, sayıq olmaq, ayıq olmaq. Mənim göz olduğum sayaq durduğum dün-yada; Mümkünmüdür səni salmamaq yada?
M.Rahim.
SAYAQLAMA : Azerbaijani Explanatory Dictionary
"Sayaqlamaq"dan f.is.
SAYAQLAMAQ : Azerbaijani Explanatory Dictionary
ax sayıqlamaq. Oğlan oyuna bir mərtəbədə aludə olmuşdu ki, gecə vaqiədə də oyundan sayaqlayırdı. Ə.Haqver- diyev. Xəstə sayaqlayır, hərarət içində çırpı-nıb dururdu. M.Ibrahimov. [Hümmet Hem-zeye:] Sən də ağsaqqal əmin oğlu kimi görək nə sayaqlayacaqsan. B.Bayramov.
SAYALANMA : Azerbaijani Explanatory Dictionary
"Sayalanmaq"dan f.is.
SAYALANMAQ : Azerbaijani Explanatory Dictionary
f. məh. Sağalmaq Yara sa-yalanıb.
Nəzakət vaxtında, xublar çağında; Baxdım, yar yarası sayalanıbdı. "Qurbani".
SAYCA : Azerbaijani Explanatory Dictionary
zərfSay etibarile, sayına göre; miqdarca, miqdarına göre. Sayca çox. Sayca az dəstə.
[Döyüşçüler] kəndin sayca az və meşəyə qaçmış olan camaatını geri qaytar-dılar. Ə.Veliyev.
SAYDIRMA : Azerbaijani Explanatory Dictionary
"Saydırmaq"dan f.is.
SAYDIRMAQ : Azerbaijani Explanatory Dictionary
icb.
Saymağa, hesabla-mağa mecbur etmek, sayma işi gördürmek. Pulları təzədən saydırmaq.
məc. Saymağa, hörmet etmeye, hesab-laşmağa vadar etmek. Bir milləti saydırmaq üçün onun mədəni cəhətlərini göstərməlidir. çemenzeminli.
SAYƏ : Azerbaijani Explanatory Dictionary
is. [fars.]
Kölge. Sən bir ağac-san ki, ömründə heç kəs; Nə sayə görübdür, nə səmər səndən. Q.Zakir. [Derviş:] Ruqiyyə əvəzində duman arasında sayə görürdüm.. A.Divanbeyoğlu. □ Sayə salmaq
kölge salmaq, kölgelemek. Qaşın qabağında sı-ğallı birçək; Sayə salmış üzə şölə mübarək.
M.P.Vaqif.
məc. Himaye, mühafize, qoruma. [Per-vizxan:] Mərhəmətiniz artıq, lütfünüz ziyadə, sayəniz kəm olmasın. M.S.Ordubadi. □ Sayə salmaq
himaye etmek, mühafize etmek, kömek etmek, himayesi altına almaq. Şahlar şahı sayə salsın üstümə; Ələsgərtək bəxtiqara dolansın. Aşıq Əlesger.
Sayəsində şeklinde
"neticesinde", "sebebile", "kömeyile" menalarında. Müəl-limlərin səyi və qeyrəti sayəsində çox qövm və tayfalar xoşbəxt olub ağ günə çıxıblar... F.Köçerli.
0 Bu (o) sayədə
bunun (onun) netice-sinde, sebebile, üzünden. Qoy cahan elm ilə pürnur olsun; Vətən o sayədə məmur olsun.
A.Sehhet.
SAYƏBAN : Azerbaijani Explanatory Dictionary
is. [fars.] klas. üstü yarpaq, şax ve s. ile örtülü yer; çardaq, kölgelik. Gös-tərdi bir tərəfdə bir sayəban; "Otur burda, bu yer sənindir"
dedi. A.Sehhet.
SAYGAC : Azerbaijani Explanatory Dictionary
is.
Bir şeyi hesablamaq üçün xüsusi quruluşlu cihaz, alet. Elektrik (qaz) sayğacı (işlənən elektrikin, suyun, qazın miq-darını hesablayan cihaz). Taksi sayğacı (tak-silərdə gedilmiş yolun məsafəsini və haqqını göstərən cihaz).
Dördkünc çerçivede köndelen millere keçirilmiş yuvarlaq sümükcüklerden ibaret sade riyazi hesablamalar aparmaq üçün alet, çötke. [Meded:] Mən isə idarədə oturub sayğac danələrinin səsinə qulaq asmazdım. Ə.Veliyev. [Şahmar] o biri otaqda sayğacını aram-aram şaqqıldadan hesabdarın yanına keçdi. B.Bayramov.
SAYGI : Azerbaijani Explanatory Dictionary
is.
Hörmet, ehtiram, sayma, ehti-ram etme. [Birinci qulam:] çəkil ordan, nə sayğı bilməz adam. H.Cavid.
Sayıqlıq, ehtiyat.
SAYGILI : Azerbaijani Explanatory Dictionary
sif.
Başqalarına sayğı göste-ren, hörmet eden; sayan.
Sayılan, hörmetli, möhterem.
SAYÜISIZ : Azerbaijani Explanatory Dictionary
sif.
Ehtiram göstermeyen, hörmet etmeyen, hörmet gözlemeyen, say-mazlıq gösteren, saymaz. [Aydemir heyretle gülerek:] Bu sayğısız adamlara vaqonlarda gözlənilməsi lazım olan qaydaları anladı-nız,
deyə ağzından köpük saçır. A.Şaiq. [Knyaz:] Ən qaba insan; Ən sayğısız, ən qor-xulu düşmən. H.Cavid.
Ehtiyatsız, diqqetsiz, laqeyd, tehlükeni, qorxunu vecine, saya almayan. Zikirsiz mö-mini şeytan alladar; Sayğısız igidi düşmən alladar. Aşıq Əlesger.
SAYÜISIZLIQ : Azerbaijani Explanatory Dictionary
is.
Ehtiramsızlıq, saya almama, saymazlıq.
Ehtiyatsızlıq, diqqetsizlik, saymazlıq, la-qeydlik, fikir vermeme, aldırmama, vecine almama. Bir zamanlar təkcə gecələrin qa-ranlığından vahimələnən Ulduz, indi zülmət gecələrdə canavar kimi ağzını açıb od püs-kürən topların üstünə bir sayğısızlıq və həqa-rətlə getməkdə idi. Ə.Memmedxanlı.
SAYXAŞ : Azerbaijani Explanatory Dictionary
sif. dan. Sakit, durğun, küleksiz. Sayxaş hava.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani