Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
SIRDAŞ : Azerbaijani Explanatory Dictionary

is. Bir-birine en yaxın, sadiq iki yoldaşdan, dostdan her biri. Ataşa Qaçay kimi arxa, Qaçaya Ataş kimi sirdaş lazım idi. Ə.Veliyev. Torpaqlara sinəsinə; Bəzən zülmət gecələrdə; Mən itirdim sirdaşımı. N.Xezri. // Mec. menada. Mənim bahar adlı bir sir-daşım var; Mən onu anıram, o məni anır. S.Rüstem. Xəyal insanın ən yaxın sirdaşı, məsləhətçisidir. H.Seyidbeyli.

SIRENA : Azerbaijani Explanatory Dictionary

is. [fr.] Müeyyen tezlikli ses reqs-lerini almaq üçün akustik şüalandırıcı.

SIRIMSIMƏK : Azerbaijani Explanatory Dictionary

f. məh. Nemleşmek, nem çekmek.

SIRIŞK : Azerbaijani Explanatory Dictionary

is. [fars.] köhn.
Göz yaşı. Ağla-ram bülbül kimi bir gülruxin hicrində mən; Axar ol sərvin ayağinə sirişkim cu kimi.
Ə.Vahid.
Damla, zerre, damcı.

SIRK : Azerbaijani Explanatory Dictionary

[lat. circus
daire]
Akrobatlıq, canbazlıq, ekvilibristika, heyvanat ve s. kimi tamaşaları özünde birleşdiren teatr seneti növü. Sirkə tamaşa etmək. Sirki sevmək.
.Elə haman gün Qarabağın qoca və cavan bəyləri "Sirk"də əvvəlimci cərgədə oturub sirk qızlarına
. tamaşa eləyirdilər. C.Memmed-quluzade.
İncesenetin bu növünü nümayiş etdir-mekle meşğul olan tamaşa müessisesi. Sirkdə işləmək. // Tamaşaçıların yerleşmesi üçün amfiteatr şeklinde sahesi olan bina. Böyük sirk maneji.
Oyunlar çox vaxt
. Nikitin qardaşlarının sirkində.. və bir neçə bu kimi yerlərdə gedirdi. S.Rehman.

SIRKAN : Azerbaijani Explanatory Dictionary

is. bot. Sarı çiçekli kol bitkisi. [Şirzad] yeridikcə hündür qalxmış qanqal və sirkan kolları qıçına dolaşırdı. M.İbrahimov.

SIRKANLIQ : Azerbaijani Explanatory Dictionary

is. çoxlu sirkan bitmiş yer. [Mühendis Mayaya:] Bir baxın, hər tərəf boş çöllər, arxlar, sirkanlıqlardır, qabağınıza tül-küdən, çaqqaldan çıxar, qorxarsınız. M.İbra-himov.

SIRKƏ : Azerbaijani Explanatory Dictionary

is. Qıcqırdılmış üzümden hazır-lanan tünd turş şire. Sirkə turşusu. Xörəyə sirkə tökmək. Tünd sirkə.
Sirkə tünd olar, öz qabını çatladar. (Ata. sözü). Aşıq sözün bitirməz; Ovçu ovun itirməz; Uzüm gündə qalmasa; Dönüb sirkə yetirməz. (Bayatı).

SIRKƏ : Azerbaijani Explanatory Dictionary

is. Bitin yumurtası.

SIRKƏLIK : Azerbaijani Explanatory Dictionary

sif. Sirke qoymağa yarayan. Sirkəlik üzüm.

SIRKULYASIYA : Azerbaijani Explanatory Dictionary

is. [lat.]
Fırlanma.
Dövr etme.

SIRLI : Azerbaijani Explanatory Dictionary

sif
üreyinde sirri olan. Sirli adama oxşayır.
Mexfi, gizli, heç kesin bilmediyi. çıxar sorağına dediyim gözəl; Könlündə sirli, gizli bir əməl. S.Vurğun. Xoş biryel insanı oxşayır, köksünə sirli bir fərəh doldururdu. çemen-zeminli. // Əsrarengiz. Mən təyyarənin kiçik pəncərəsindən gah əbədi hərəkətdə olan dər-yaya, gah da sakit, sirli göylərə baxırdım. M.İbrahimov.

SIRLILIK : Azerbaijani Explanatory Dictionary

is. Gizlilik, müemmalıq, anlaşıl-mazlıq. Aldı öz qoynuna budaqlar bizi; Açdıq bu yerdəcə ürəyimizi; Bir sirlilik qalmadı bizim sirdə ki? N.Xezri.

SIRR : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Başqalarından gizli sax-lanılan, başqalarına bildirilmeyen, deyilme-yen, hamının bilmeli olmadığı söz, iş ve s. Ev bizim, sirr bizim. (Mesel). [Kendli Bala-sultana:] Sultan ağa, səndən savayı bizim sahibimiz yoxdur və heç bir sirrimiz yoxdur ki, səndən pünhan olsun. C.Memmedqulu-zade. [Şerif Almaza:] Biz də deyirik ki, belə olsun ki, sirrimiz bayıra çıxmasın. C.Cabbarlı. [Südabenin anası:] Qulaq asın, sizə bir sirr deyəcəyəm. M.İbrahimov. // Gizli sebeb; bir şeyin daxili, gizli mahiyyeti. Müvəffəqiyyə-tin sirri. Qələbənin sirri.
Hele açılmamış, derk edilmemiş, öy-renilmemiş bir müemma kimi qalmış şey. Təbiətin sirləri. Kosmosun sirləri.
[Usta Ramazan] torpağın sirrini öz ürəyinin sirri kimi bilirdi. M.Hüseyn. Dünyanın bütün sir-lərini öz arzu və əməllərinə görə açan və şərh edən insan özünü bu sirrə də vaqif bilirdi. M.Rzaquluzade. // Başqalarının bilmediyi melumat, bilik, üsul, yol. Aktyorluq sənətinin sirlərini bilmək. Oz ixtisasının sirlərini də-rindən öyrənmək.

SIRRÖZ : Azerbaijani Explanatory Dictionary

is. [yun.] Orqanın yeni birleşdirici toxuma emele gelmesi neticesinde böyüyüb berkimesi.

SIR-SIFƏT : Azerbaijani Explanatory Dictionary

is. üz, sifet, üz-göz. Bir onun sir-sifətinə bax. Sir-sifəti qızarmaq.
[Sef-derin arvadı:] Sir-sifətlərini boyamaq [Ziver-gilin] heç yadlarından çıxmır. S.Veliyev. Səməd diqqətlə
. nə sir-sifətində, nə də xa-siyyətində heç bir dəyişiklik olmayan Yusifə baxdı. İ.Hüseynov. // üzün ifadesi. Sir-sifə-tindən görünür... Sir-sifətindən bəllidir...
[Hacı Bayram:] Sir-sifətindən kamallı oğ-lana oxşayırdı. Ə.Haqverdiyev.
◊ Sir-sifətini turşutmaq (yığmaq)
bax qaşqabağını sallamaq (turşutmaq, tök-mək). Alməmmədov indi də ağzında acı bir şey varmış kimi sir-sifətini yığıb tamsına-tamsına stolun qırağındakı düyməni basdı. B.Bayramov. [Memmed] nə üçünsə sir-sifə-tini turşudub üzünü yana çevirdi. V.Şıxlı.

SIS : Azerbaijani Explanatory Dictionary

SIS-DUMAN is. Yere çökmüş bulud-
dan ibaret olan rütubetli duman; çen. Dağ başına sis gəldi; Ocaq yandı, his gəldi. (Ba-yatı). Gilanın üzərində qalın bir sis, günəşin ziyasına mane ola biləcək kəsif bir kölgə vardı. S.Hüseyn. Uca dağların almazkimiparılda-yan qarlı-buzlu təpələrindən sis-duman çə-kilir. M.Rzaquluzade.

SISLI : Azerbaijani Explanatory Dictionary

sif. çenli, sis basmış, duman basmış. Qızarırdı daha az-az dan yeri; Açılırdı sisli payız səhəri. H.K.Sanılı. Alma, armud, gavalı dənizində batan ağacların arasından uzaq-dakı mavi sisli meşə görünürdü. çemenze-minli. Sisli buludlarla qaralmış bayır; Mür-güləyir dağ, dərə, orman, çayır. A.Şaiq.

SISTEM : Azerbaijani Explanatory Dictionary

[yun. systema
bütöv]
Bir şeyin hisseleri arasında düzgün, müntezem düzül-müş ve qarşılıqlı elaqeye esaslanan müeyyen qayda, üsul. Kitabxanada kitabların düzülüş sistemi. Hər şeydə səliqə və sistem lazımdır. Yazdıqlarını sistemə salmaq. // Qebul edilmiş qayda, üsul. Attestasiya sistemini tətbiq etmək. Teatrda abunəçilik sistemi. İşçilərin məzu-niyyət sisteminə riayət etmək. // Adi qayda, üsul, nizam. Qəbul edilmiş sistem üzrə.
zool. bot. Tesnifat, qruplaşdırma. Linne-yin nəbatat sistemi.
Her hansı bir nezeriyyenin, telimin esa-sını teşkil eden prinsiplerin mecmusu. Uşin-skinin pedaqoji sistemi. Dekartın fəlsəfi sistemi.
Bir şeyin (teserrüfat, dövlet, siyasi ve s. vahidlerinin) teşkilat, quruluş forması. Döv-lət quruluşu sistemi. Məhkəmə sistemi.
Bir-birile qarşılıqlı suretde bağlı hisse-lerden ibaret struktur, quruluş. Günəş sistemi. Dilin qrammatik sistemi. Əsəb sistemi. Bit-kinin kök sistemi. Qan sistemi. // geol. Qazıntı halında tapılan müeyyen heyvan ve bitki qa-lıqları ile seciyyelenen süxurların mecmusu. // Teşkilati cehetden birleşdirilmiş teserrü-fat, müessise, idare vahidlerinin mecmusun-dan ibaret struktur. Xalq maarifi orqanları sistemi. Səhiyyə sistemi. Elmlər akademiyası sistemində işləmək. // Bir meqsede xidmet eden mexanizm, maşın ve s. vasitelerin qar-şılıqlı elaqesi mecmusundan ibaret texniki qurğu. Elektrik şəbəkəsi sistemi. İsitmə (qız-dırma) sistemi. // Bir-birile bağlı olan ve bir meqsede xidmet eden maşınların, mexanizm-lerin ve s.-nin mecmusundan ibaret texniki qurğular.
Texniki quruluş prinsipi; konstruksiya.
Avtomat pulemyot sistemi. Hər cür sistemə aid traktorlar.

SISTEMATIK : Azerbaijani Explanatory Dictionary

sif. [yun. systematikos]
Müeyyen bir sistem teşkil eden; müeyyen bir plan esasında qurulmuş, müeyyen sistem üzre qurulmuş. Sistematik təsvir. Sistematik kataloq. Sistematik surətdə.
Müeyyen sisteme esaslanan; tam, ardı-cıl, planlı. Təbii sərvətlərin sistematik təd-qiqi. Sistematik təhsil almaq. Xarici dillərin sistematik öyrənilməsi.
Daimi, müntezem. Əməkçilərin həyat səviyyəsinin sistematik yaxşılaşdırılması. Tapşırıqların yerinə yetirilməsini sistematik yoxlamaq.

SISTEMÄTIK : Azerbaijani Explanatory Dictionary

[yun.] Sistematika (
ci me-nada) mütexessisi.

SISTEMÄTIKA : Azerbaijani Explanatory Dictionary

[yun.]
xüs. Hadiselerin, eşyaların tesnifi, qruplaşdırılması. İzotopların sistematikası.
Botanika ve zoologiyanın, bitkilerin ve ya heyvanların tesnifi ve tesviri ile meşğul olan bölmesi.

SISTEMLƏŞDIRILMƏ : Azerbaijani Explanatory Dictionary

"Sistemleşdiril-
mek"den f.is. Müşahidələrin sistemləşdiril-məsi.

SISTEMLƏŞDIRILMƏK : Azerbaijani Explanatory Dictionary

f.
Sisteme sa-
lınmaq, nizama salınmaq. İşlər sistemləş-dirildi.
xüs. Tesnif edilmek, qruplaşdırılmaq.

SISTEMLƏŞDIRMƏ : Azerbaijani Explanatory Dictionary

"Sistemleşdirmek"-
den f.is.