Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
QIRXMA : Azerbaijani Explanatory Dictionary

"Qırxmaq"dan f.is.

QIRXMAQ : Azerbaijani Explanatory Dictionary

f.
üzündeki, başındakı ve ya bedeninin başqa yerlerindeki tükleri ülgüc ve ya qayçı ile dibinden kesmek. üzü-nü qırxmaq. Dəllək başımı qırxdı.
.Usta bir müştərinin başını qırxıb qurtarıb qanat-dığı yerlərə pambıq düzürdü. C.Memmed-quluzade. Tütünçüoğlu ülgüc və qayçını çıxarıb Molla Qurbanın bığlarını və saq-qalını qırxdı. M.S.Ordubadi.
Qoyunun yununu qayçı ile dibinden kesmek, qayçılamaq.

QIRXYARPAQ : Azerbaijani Explanatory Dictionary

is. məh. bot. çoxyarpaqlı, xırda gül açan ot bitki.

QIRICI : Azerbaijani Explanatory Dictionary

sif.
Qıran, mehv eden, qırıb telef eden, öldürücü. Həşərat qırıcı vasitələr.
Düşmen gemi ve teyyarelerini mehv etmek, düşmen diversantları ve s. ile müba-rize etmek vezifesini daşıyan. Qırıcı avia-siya. Qırıcı dəstələr. Döyüş təyyarələrinin bir növü qırıcı təyyarələrdir.
Kənd içində qırıcı batalyon keşikçisindən başqa kimsə görünmürdü. Ə.Əbülhesen. // is. Qırıcı teyyare. Qırıcılarımızın o birisi qəsəbənin üzərində hərlənir və yoldaşının keşiyini çə-kirdi. Ə.Veliyev.

QIRIQ : Azerbaijani Explanatory Dictionary

sif.
Qırılmış, kesilmiş. Qırıq ip. Qırıq məftil.
Rabitesiz, elaqesiz. Qırıq cümlə.
Sınıq, sınmış. Qırıq kasa. Qırıq şüşə.
Sarxan əlindəki qırıq fənəri yuxarı qaldırdı. M.Hüseyn. Yelkənlər qırıq quş qanadı kimi cansız bir hərəkətlə yırğalanırdı. M.Rzaqu-luzade. Təsərrüfatçı ona [Qedire] qırıq bir taxt göstərib dedi: "Hələlik ötüş". Mir Celal. // Yaramaz, deyersiz, sınıq. Yaxşı ki, dədəm Qafar sənə bu qırıq tüfəngi qoyub getmişdir. A.Şaiq.
is. Qırılmış, sındırılmış, parçalanmış şeyin kiçik parçası, tikesi. Şüşə qırığı. Qənd qırığı. İp qırığı.
Gülsüm xala
. barmağını uşağın ağzına salıb, əzgil çəyirdəyindən, ga-valı çəyirdəyindən, kömür qırığından çıxa-rırdı. Ə.Haqverdiyev. // Tullantı; qırıntı. Ka-ğız qırıqları. Papiros qırığı.
"Bir" sözü ile: bir qırıq
bir tike, bir az, bir zerre. Bir qırıq çörək.
məc. İncimiş, sınmış. Qırıq könül.

QIRIQÇI : Azerbaijani Explanatory Dictionary

dan. bax sınıqçı.

QIRIQÇILIQ : Azerbaijani Explanatory Dictionary

dan. bax sınıqçılıq.

QIRIQ-QIRIQ : Azerbaijani Explanatory Dictionary

sif. ve zər/Tike-tike, parça-
parça. Qırıq-qırıq xətt. Qırıq-qırıq olmaq. //Rabitesiz. [Ustalar]
. arabir danışır, qırıq-qırıq fikirlər və mülahizələr yürüdürdülər. çemenzeminli. [Sübhanverdizade]
.Nemə-tullayev ilə bir növ qırıq-qırıq danışır və ca-vab verirdi. S.Rehimov. Gülşən bir qədər sü-kutdan sonra, qırıq-qırıq danışmağa başladı. Ə.Veliyev.

QIRIQ-QURAQ : Azerbaijani Explanatory Dictionary

sif. Qırıq parçalardan ibaret olan.

QIRIQ-QURUQ : Azerbaijani Explanatory Dictionary

dan. bax qırıq-sökük
ci menada.

QIRIQLIQ : Azerbaijani Explanatory Dictionary

is.
Qırıq şeyin halı; sınıqlıq.
Əzginlik, ağrı, sızıltı. Bütün vücudum-da bir qırıqlıq, bir sızı hiss edirəm. A.Şaiq.

QIRIQ-SOKÜK : Azerbaijani Explanatory Dictionary

dan.
sif. Rabitesiz, dağınıq.
sif. Dağılmış, sökülmüş, sınıq.
is. Qırıntı, söküntü, tullantı.

QIRIQ-TOKÜK : Azerbaijani Explanatory Dictionary

ax qırıq-sökük 1 ve
ci menalarda.

QIRILDAMA : Azerbaijani Explanatory Dictionary

"Qırıldamaq"danf.is.

QIRILDAMAQ : Azerbaijani Explanatory Dictionary

f. Qır-qır etmek, qırıltı sesi çıxarmaq. Qarğa qırıldayır.
Mırt-mırt oxuyub mırıldayırsan; Qarğa kimi hey qırıldayırsan. M.Ə.Sabir.

QIRILDAŞMA : Azerbaijani Explanatory Dictionary

"Qırıldaşmaq"dan f.is.

QIRILDAŞMAQ : Azerbaijani Explanatory Dictionary

qarş.
Ses-sese verib qır-qır etmek, qırıldamaq. Qarğalar qırıl-daşır.
Hərə bir tərəfdən qırıldaşırdı. S.Rehman.
məc. Here öz yerinden danışmaq, arası kesilmeden ne ise demek. Kəndlilər Əm-rahın gülləsi ilə ölən pristava söyüş yağ-dırıb, hər tərəfdən qırıldaşmağa başladılar. M.Hüseyn.

QIRILDATMA : Azerbaijani Explanatory Dictionary

"Qırıldatmaq"dan f.is.

QIRILDATMAQ : Azerbaijani Explanatory Dictionary

f. dan. Uzun danışmaq, menasız danışmaq, çox danışmaq. [Əlemdar:] Ədə, boş-boş qırıldatma! S.Rehimov.

QIRILMA : Azerbaijani Explanatory Dictionary

"Qırılmaq"dan f.is.

QIRILMAQ : Azerbaijani Explanatory Dictionary

f.
Kesilmek, kesilib ayrıl-maq, qopmaq, qopub düşmek. Ip qırıldı. Düymə qırılıb düşdü.
.Taxılın sünbülləri ayaq üstə durduğu yerdə bilmirsən nədənsə qırılıb düşür yerə. C.Memmedquluzade.
Birden kesilmek, elaqe kesilmek.
Söhbət ortada qırıldı. Əlaqə qırıldı.
Sınmaq, parçalanmaq, tike-tike olmaq. Pəncərənin şüşəsi qırıldı. Qablar əlindən düşüb qırıldı. Saat düşüb qırıldı.
Inək qoca idi. Bir buynuzu da dibindən qırılmışdı. C.Memmedquluzade. Qılıncı qırılmış, pa-pağı itmiş polis nəfərləri tələdən qurtulmuş tülkü kimi qaçırdılar. M.S.Ordubadi.
məc. İncimek, sınmaq, xatirine deymek. Qəlbi qırılmaq. Könlü qırılmaq.

Kütlevi suretde telef olmaq, mehv olmaq, ölmek. Quşlar soyuqdan qırıldı. Görülən tədbirlər nəticəsində siçanların hamısı qırıldı.
[üçüncü kendli:] Bir üç il bundan irəli kəndə "xalyar" naxoşluğu düş-müş idi, nə qədər adam qırıldı. Ə.Haqver-diyev. [Pirqulu:] Onsuz da ki acından ölürük, qoy birdəfəlik qırılaq. C.Cabbarlı.
Ağrımaq; sümüklerde ağrı, sızı, ez-ginlik hiss etmek. Bədənim bütün qırılır.
Onun sümükləri qırılırdı. Bir qədər də yor-ğana büründü, titrəməyə düşdü. S.Rehimov.

QIRILMAZ : Azerbaijani Explanatory Dictionary

sif. Möhkem, sarsılmaz, po-zulmaz; ebedi. Qırılmaz əlaqə. Qırılmaz dostluq.
[Toğrul] qırılmaz bir iradə qüv-vəsi ilə və qəvi barmaqlarını sıxıb, eşidilən bir səslə:
Hər nə olursa olsun, səbat lazımdır,
dedi. H.Nezerli. Urəkdən-ürəyə xəbər aparan iki dost, iki məslək yoldaşı arasında qırılmaz əlaqə yaradan mehriban bir nəzərlə bir-birinə baxdılar. M.İbrahimov.

QIRILMAZLIQ : Azerbaijani Explanatory Dictionary

is. Qırılmaz şeyin halı; möhkemlik, sarsılmazlıq.

QIRILMIŞ : Azerbaijani Explanatory Dictionary

f.sif.
Kesilmiş, üzülüb ay-rılmış, qopmuş, qopub düşmüş. Adamlar daş pilləkənlərdən təmiz küçəyə enəndə qırılmış boyunbağı kimi səpələnib dağılırdılar. Mir
Celal.
Sınmış, parçalanmış, tike-tike olmuş.
Qırılmış boşqablar.
dan. Qarğış, söyüş menasında.

QIRILTI : Azerbaijani Explanatory Dictionary

is.
Qarğanın, sağsağanın çı-
xardığı ses.
İki sert şeyin bir-birine sürtülmesin-den çıxan ses. // Arası kesilmeyen qarışıq, anlaşılmaz ses. Qırıltıdan baş-qulağımız getdi.