Azerbaijani Explanatory Dictionary
QURD : Azerbaijani Explanatory Dictionary
is. Canavar. Düşdü qəzadan ora qurdun yolu; Baxdı ki, görsün, quyu boşdur, dolu. A.Sehhet. Qurd da öz yerini qaranlıq istər ki, onu heç görən olmasın, o da əlinə keçəni dağıdıb gəmirsin, sümüklü-sümüklü, qanlı-qanlı udsun. S.Rehman. // məc. Teş-behlerde. [Hacı Murad:] Mən olmuşam bir leş, siz olmusunuz bir ac qurd. S.S.Axundov. [Vaqif:] Xalq razı qalmasa bir hökmdar-dan; Hakimi qurd kimi didəcək zaman. S.Vurğun. [Qazanxan:] Gördüm ki,
. qara quduz qurdlar evimi dəlir.. M.Rzaquluzade.
0 Qurd nağılı
vaxt keçirmek üçün da-nışılan aldadıcı sözler. Qurd ürəyi yemək
cesaretli olmaq, qorxmamaq, ürekli olmaq.
.Bax, indi düşmənlə dalaşmaq vaxtı gəlib çatmışdır. Oğlan oldu, ya qız, gərəkyeri gələndə qurd ürəyiyemiş olsun. S.Rehimov. Qurd yağı
mövhumata inananların etiqa-dına göre, guya iki yaxın adamı ve ya qo-humu bir-birine düşmen etmek, yaxud bir-birinden ikrah etdirmek qüvvesine malik olan madde (buna nail olmaq üçün bu mad-deni onların paltarına sürtmek ve ya onların evlerinin astanasında basdırmaq kifayet imiş). [Nurcahan:] Belə olan surətdə, ba-lam, yəqin ki, oğlana qurd yağı sürtüblər. N.Vezirov. Qurdla qiyamətə qalmaq zar. kin.
çox yaşamaq, ölmemek, hemişe ya-şamaq (adeten inkar şeklinde işlenir). Ona bir deyən yoxdur ki, ay arvad, qurdla qiya-mətə qalmayacaqsan ki.. S.Rüstem. Qurdla quzu bir yerdə, yaxud qurd quzu ilə otla-yır
çox sakitlikdir, dinclikdir, emin-amanlıqdır.
.Guya müxbirimiz oradan yazır ki, "sakitlikdir, qurd quzu ilə otlayır". C.Memmedquluzade. Qoyun cildinə (dəri-sinə, donuna) girmiş qurd
öz pis niyyet-lerini xeyirxahlıq perdesi altında gizleden qeddar, riyakar adam haqqında. Gözünün qurdu ölmək
bax göz. Köhnə qurd
heç bir hiyleye aldanmayan, uymayan, hiy-leger, tecrübeli, ayıq, zirek adam haqqında. O, köhnə qurddur, onu aldatmaq olmaz.
QURD : Azerbaijani Explanatory Dictionary
is. zool. Yumşaq bedenli, uzun-sov, ayaqsız, sürünerek hereket eden kiçik heyvan. Formaları, rəngləri, növləri, böyük-lükləri və yaşayış tərzləri xeyli müxtəlif və qəribə olan minlərlə qurd növü dənizin sət-hindən tutmuş dibinə qədər hər bir yerində yaşayır. "Sualtı alem". "Qurdlar" mövzu-sunu keçərkən ən əlverişli obyekt diri soxul-can hesab olunur. Cebrayılbeyli. Kirpi bos-tanın qurdlarını yeyib tələf edər. S.S.Axun-dov. □ Qurd düşmək
bax qurdlanmaq. Pendirə qurd düşmüşdür. Qurd yemək
çürümek, pozulub xarab olmaq. Göyçək ba-cının dediyinə görə, uşaq çox şirni sevdi-yindən, dişlərinin hamısını qurd yemişdi. Ə.Veliyev.
QURDABƏNZƏR : Azerbaijani Explanatory Dictionary
sif. Görünüşce qurda (soxulcana) oxşayan.
QURDAĞZI : Azerbaijani Explanatory Dictionary
is. bot. çoxillik ot bitki; itağzı.
QURDALAMA : Azerbaijani Explanatory Dictionary
"Qurdalamaq"dan f.is.
QURDALAMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Bir şeyi eli ile ve ya başqa bir şeyle elleşdirmek, yerinden ter-petmek, qarışdırmaq, o teref-bu terefine to-xunmaq. Şeyləri qurdalamaq.
Rəhim bəy dodaqaltı gülümsədi, böyründəki maşanı götürüb manqalın közlərini qurdaladı. M.Hüseyn. // Əli ile araşdırmaq. [Ferhad] sağ cibini qurdaladı. Bir loğma quru qara çörək tapdı. Ə.Veliyev.
Qaşımaq, toxunmaq, elleşdirmek,
qıcıqlandırmaq. Yaranı qurdalamaq.
məc. Tezelemek, üstünü açmaq, yaxud
yaddan çıxmış bir şeyi tezeden yada sal-
maq. Mən məsələni çox da qurdalamaq is-
təməyərək, intibahnaməni oxumağa başla-
dım. M.S.Ordubadi. Keçmişlərini qurdala-
maq, onu yaxından tanımaq arzusu gündən-
günə artırdı. A.Şaiq.
QURDALANMA : Azerbaijani Explanatory Dictionary
"Qurdalanmaq"dan f.is.
QURDALANMAQ : Azerbaijani Explanatory Dictionary
f.
öz yerindece ter-peşmek, ne ise bir şeyle elleşmek, meşğul olmaq, yüngülce işlemek; sakit oturmamaq. Binanın o biri başında, üst mərtəbənin balaca eyvanında Salman qurdalanırdı. S.Rehimov. Yunis yaxınlaşanda ağac altında boz köy-nəkli, yaxası açıq bir kişinin qurdalandığını gör(dü). Mir Celal. Əsəd həyətdəki tərəvəz-likdə qurdalanırdı. S.Rehman.
məch. Tezelenmek, tezeden yada sa-lınmaq. Bu xatirənin qurdalanmağından nə fayda? Ə.Əbülhesen.
QURDALAŞMA : Azerbaijani Explanatory Dictionary
"Qurdalaşmaq"dan f.is.
QURDALAŞMAQ : Azerbaijani Explanatory Dictionary
f. öz-özüne terpeş-mek, öz yerinde qurdalanmaq. Asta-asta də-bərib qurdalaşırsan, deyəsən; Bəzi əfsanə-çilərlə yanaşırsan, deyəsən. M.Ə.Sabir.
QURDAOXŞAR : Azerbaijani Explanatory Dictionary
ax qurdabənzər.
QURDBAĞRI : Azerbaijani Explanatory Dictionary
is. bot. Meşelerde geniş yayılmış bir kol bitki; birgöz. Birgöz və ya qurdbağrı
. Azərbaycan meşələrində geniş yayılmışdır. Hündürlüyü 3 m-ə qədər olan koldur. M.Qasımov.
QURDBASAN : Azerbaijani Explanatory Dictionary
is. İri çoban iti.
QURDBOĞAN : Azerbaijani Explanatory Dictionary
is. bot. Acı ve zeherli şi-resi olan bir bitki, ot.
QURDEŞƏNƏYİ : Azerbaijani Explanatory Dictionary
is. dan.
Bir-birine qa-
rışdırılmış, alt-üst edilmiş şey ve ya yer haqqında. Bu nədir, elə bil qurdeşənəyidir, hər şey alt-üst edilmişdir.
Beden etinin parça-parça qızarmasın-dan ibaret xestelik.
QURDKOLU : Azerbaijani Explanatory Dictionary
is. bot. Paxlalılar fesilesin-den kol bitki.
QURDQOVAN : Azerbaijani Explanatory Dictionary
QURDQOVUCU sif. tib. İnsan, ya heyvan bağırsaqlarındakı qurdları çıxaran (derman ve s.). Alimlərimiz tərəfin-dən qankəsici, qurdqovucu, ödqovucu, qus-durucu təsirə malik bir sıra dərman bitkiləri də öyrənilmişdir.
QURD-QUŞ : Azerbaijani Explanatory Dictionary
top. Heşerat, cücüler. Toyuq cücələri ilə o ağaclıqda gəzişir, qurd-quş, çəyirtkə tutub yeyir və çalaların altında eşə-lənirdi. A.Şaiq.
QURDLAMA : Azerbaijani Explanatory Dictionary
"Qurdlamaq"danf.is.
QURDLAMAQ : Azerbaijani Explanatory Dictionary
f. Bala doğmaq, balala-maq (qurd haqqında).
QURDLANDIRMA : Azerbaijani Explanatory Dictionary
"Qurdlandırmaq"dan
f.is.
QURDLANDIRMAQ : Azerbaijani Explanatory Dictionary
f. Bir şeyi çox sax-layaraq qurdlanmasına, qurd düşmesine se-beb olmaq; iylendirmek. Pendiri qurdlan-dırmaq. Əti qurdlandırmaq.
QURDLANMA : Azerbaijani Explanatory Dictionary
"Qurdlanmaq"dan f.is.
QURDLANMAQ : Azerbaijani Explanatory Dictionary
f.
çox qalmaqdan, is-tiden, yaxud başqa bir sebebden qurd düş-mek, iylenmek. Pendir qalıb qurdlanıbdır.
məc. dan. Paxıllıq etmek, üreyinde pa-xıllığını çekmek.
QURDLATMAQ : Azerbaijani Explanatory Dictionary
ax qurdlandırmaq.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani