Azerbaijani Explanatory Dictionary
QURDLU : Azerbaijani Explanatory Dictionary
sif.
Qurd düşmüş, qurd dey-miş. Qurdlu alma. Qurdlu pendir.
məc. Kinli, qelbiqara, paxıl. Qaragünün dərdi böyük idi. Onun gözü ac, ürəyi qurdlu idi. M.Rzaquluzade.
QURDLUQ : Azerbaijani Explanatory Dictionary
is. Canavarlıq, vehşilik, yırtı-cılıq. Qurd doğulduğu zaman qurdluq xa-siyyəti ilə yox, yalnız qurdluq şəkli ilə do-ğulur. M.S.Ordubadi.
QURDLULUQ : Azerbaijani Explanatory Dictionary
is. Qurd düşmüş şeyin halı.
QURDOTU : Azerbaijani Explanatory Dictionary
is. bot. Paxlalılara mensub yabanı bir bitki.
QURDU-QURDU : Azerbaijani Explanatory Dictionary
is. dan. Heyecan, yaxud narazılıq elameti olaraq gizli danışma, deyin-me, qeybet etme. □ Qurdu-qurduya düş-mək
heyecan, yaxud narazılıq elameti ola-raq gizli danışmaq, deyinmek, qeybet etmek.
QURDURMA : Azerbaijani Explanatory Dictionary
"Qurdurmaq"dan f.is.
QURDURMAQ : Azerbaijani Explanatory Dictionary
"Qurmaq"dan icb.
QURĞAN : Azerbaijani Explanatory Dictionary
is. məh. Hasar; böyük ve hün-dür barı.
QURĞU : Azerbaijani Explanatory Dictionary
is. Bir yerde qurulmuş mexa-nizm, maşın, cihazlar sistemi ve s. texniki avadanlıq. Orda keşik çəkən bütün fəhlələr; Gözü tək qoruyur bu qurğuları. S.Vurğun. // Her hansı bir işi, emeliyyatı icra etmek üçün vasite ola bilen alet, cihaz, tertibat, ve-sait. İdman qurğuları.
QURĞU : Azerbaijani Explanatory Dictionary
is. dan.
Büsat, tentene, desgah. çərxin gərdişindən bimürvət fələk; Sitəmin-dən necə canlar itibdir; zülmünü aşikar qıl-dın nümayan; Qurğular pozulub, sanlar itib-dir. Aşıq Əlesger.
Hiyle, kelek, dolab, el altından hazırla-nan tele. Sübhanverdizadə tələdən sağ-sa-lamat çıxan Dəmirov üçün yenə də ayrı-ayrı qurğular düşünürdü. S.Rehimov. □ Qurğu qurmaq
birine qarşı gizlinden tele hazır-lamaq, hiyle düzeltmek, biclik işletmek. İşdi
. birdən tutulsam, onda bir qurğu qurub Ko-roğlunu Bayazidə göndərəcəyəm. "Koroğlu". [Hacı Əli:] Bax, bizi yoxlamaq üçün belə qur-ğular qurulur. P.Makulu.
QURĞUŞUN : Azerbaijani Explanatory Dictionary
is.
Göye çalar bozumtul rengli çox ağır yumşaq metal. Ərgin qurğu-şun. Mətbəə hərfləri qurğuşundan tökülür.
Ayrı-ayrı kimyəvi elementlərdən alüminium, sürmə, volfram, nikel, kobalt, qurğuşun və radioaktiv metalların yeni yataqlarının ax-tarışı xüsusi əhəmiyyət kəsb edir. M.Qaşqay. □ Qurğuşun rəngi
tutqun. Qurğuşun rən-ginə çalan buludlar şəhər üzərindən ağır-ağır gəlib ötdükcə, elə bil dənizlə göy qovuşurdu. M.Hüseyn. // Qurğuşundan qayrılmış. Qur-ğuşun güllə. Qurğuşun boru.
Tüfeng ve tapança güllesi.
məc. çox ağırlıq menasında. [Hacı Qara:]
..Qədək, şilə verənin əli qurğuşun imiş, üç
aydır
. beş top satmışam. M.F.Axundzade.
Axı niyə Zərintac xanım öz ərinin başına belə
bir qurğuşun qapaz salmaqla bu qədər ağ
eləsin?! S.Rehimov. [Qaraca çobanın] başı
qurğuşun kimi ağırlaşmış, qulaqları uğul-
dayır, bədəni uçunurdu. M.Rzaquluzade.
QURĞUŞUNLAMA : Azerbaijani Explanatory Dictionary
"Qurğuşunlamaq"dan f.is.
QURĞUŞUNLAMAQ : Azerbaijani Explanatory Dictionary
f. tex. Qurğuşuna tut-
maq, üzerine qurğuşun çekmek, qurğuşunla örtmek, qurğuşunla işlemek.
QURĞUŞUNLANMA : Azerbaijani Explanatory Dictionary
"Qurğuşunlanmaq"-
dan f.is.
QURĞUŞUNLANMAQ : Azerbaijani Explanatory Dictionary
t-siz. Qurğu-
şuna çevrilmek, qurğuşun kimi olmaq.
məch. İçine qurğuşun tökülmek, yaxud qurğuşunla suvanmaq, qurğuşunla örtülmek, üzerine qurğuşun çekilmek.
QURĞUŞUNLAŞMA : Azerbaijani Explanatory Dictionary
"Qurğuşunlaşmaq"-
dan f.is.
QURĞUŞUNLAŞMAQ : Azerbaijani Explanatory Dictionary
f. Qurğuşuna dön-
mek, qurğuşun kimi olmaq.
QURĞUŞUNLU : Azerbaijani Explanatory Dictionary
sif. Terkibinde qurğuşun
olan, qurğuşun qatışığı olan.
QUR-QUR : Azerbaijani Explanatory Dictionary
təql.
Qarın quruldaması, ba-ğırsaqların içindeki qaz ve ya mayenin here-ketinden qarında hasil olan ses.
Qurbağaların çıxardığı ses, quruldama.
Boğazı dar qabdan tökülerken mayenin çıxardığı ses. // Sulu qelyanı çekerken, kü-pünün içinde hasil olan ses.
Qarışıq, anlaşılmaz danışıq, ses. Qur-qur salmaq.
QUR-QUR : Azerbaijani Explanatory Dictionary
is. dan. İçine gileli meyve yığmaq üçün ağac qabığından qayrılan boruşekilli qab. Uşaqlar qur-qurda çiyələk gətirmişdilər.
QURMA : Azerbaijani Explanatory Dictionary
"Qurmaq"dan f.is.
sif. Qurulan, yaylı. Qurma oyuncaq.
QURMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Yaratmaq, teşkil etmek, meydana getirmek. Yeni həyat, yeni məişət qurmaq.
Tikmek, bina etmek, tesis etmek, inşa etmek, qayırmaq. Sədd qurmaq. Zavod qurmaq.
Istehkamçı
mühəndis deməkdir. Yəni körpü tikəcək, yolları bərpa edəcək, sən-gər quracaqsınız. Mir Celal. [Qaraca çoba-nın] igid yoldaşları bir neçə möhkəm tiri çə-kib bir-birinə bənd etdilər, körpü qurdular. M.Rzaquluzade.
Düzeltmek, tertib etmek. Məclis qur-maq. Süfrə qurmaq. Tələ qurmaq. Yas qur-maq. Iki cümləni qura bilmir.
.Qəzetlərdə yazırlar ki, Təbrizdə övrətlər mitinq qurur-lar, köhnə adətləri aradan götürürlər, isla-hat tələb edirlər. C.Memmedquluzade. Atam Kərim baba ilə alaçıq qurmağa getdi. A.Şaiq. Qaratoyuq tutmaq üçün at qılından cələ hö-rüb, bağda ağaclar altında çox xəzəl olan yerdə qururduq. S.S.Axundov.
Bir şeyin üzerinde esaslandırmaq, teş-kil etmek. Planı real imkanlar əsasında qur-malı. Işləriyeni üsul ilə qurmaq.
.Gələcək qohumluğu möhkəm əsaslar üstündə qur-maq üçün, o, Səliminin
. bəzi hərəkətlərini təshih etməli idi. M.Ibrahimov.
Xeyalında yaratmaq. Cürbəcür fərziy-yələr qurmaq. Xəyalında böyük-böyükplan-lar qurmaq.
Saat ve s. mexanizmlerin yayını bur-maq ve işe salmaq. Saatı qurmaq. Patefonu qurmaq.
QURNA : Azerbaijani Explanatory Dictionary
is.
çeşme, hamam ve s. kranı altında suyun tökülüb yığılması üçün daş-dan ve s.-den düzeldilmiş kiçik hovuz. Ha-mam, çeşmə qurnası.
Kran. Lüzum vaxtında qurnanı açırsan, pakizə su cari olur. M.F.Axundzade. [Xort-dan:] Divarlarda samovar qurnasına oxşar bir şey qoyubdurlar. Ə.Haqverdiyev.
QURNAZ : Azerbaijani Explanatory Dictionary
sif. Hiyleger, aldadıcı, mekrli. Təbiət qurnaz baqqallar kimi bizi aldadır. C.Cabbarlı. Bilirik, tülküdən daha qurnaz-san; Dilində "qardaşlıq", əlində silah. S.Vurğun. // Ayıq, aldanmaz, zirek.
QURNAZCASINA : Azerbaijani Explanatory Dictionary
zərf Hiylegercesine,
bic-bic. [Gülerin] daima qurnazcasına gü-lümsəyən iri mavi gözləri vardı. C.Cabbarlı.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani