Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
QURŞUNLAMAQ : Azerbaijani Explanatory Dictionary

ax qurğuşunlamaq.

QURTAQURT : Azerbaijani Explanatory Dictionary

təql. Su ve s. içerken boğaz-dan çıxan ses. Süfrələr açılır, adamlar badə¬lərini bir-birinə vurur, daha damcı-damcı de-yil, qurtaqurtla (z.) içirdi. S.Rehimov. At ağ-zını bulağın daş novuna söykəyib qurtaqurt-la (z.) su içir. Ə.Veliyev.

QURTARACAQ : Azerbaijani Explanatory Dictionary

is.
Bir şeyin qurtaran yeri; son, nehayet, axır. Küçənin qurtaracağı.
Meşənin qurtaracağına iki verst qalmış bir atlı, yaraqlı adam Cəfərin qabağını kəsdi. S.S.Axundov. Yuxarı bazarın qurtaraca-ğında qarşı-qarşıya tikilmiş iki karvansara vardı ki, bunlara qoşa karvansara deyər-dilər. H.Sarabski. // Sif. mənasında. Son, axır. Bəzən bizə elə gəlir ki, bir-iki kilometr qa-baqda baş-başa verib dərənin üstünü almış, sıldırım qranit qayalardan o yana yol yox-dur, ora dərənin qurtaracaq nöqtəsidir. M.İbrahimov.
Netice, aqibet, son. İşin qurtaracağı bəlli deyildir.

QURTARAN : Azerbaijani Explanatory Dictionary

ax qurtarıcı.

QURTARICI : Azerbaijani Explanatory Dictionary

is. Xilas eden, xilaskar; teh-lükeden ve ya çetin bir veziyyetden qurta-ran adam. Ol kəman əbru xədəngi-qəmzə birlə bigünah; Kişvərini öldürür, kimdir anı qurtarıcı? Kişveri.

QURTARICILIQ : Azerbaijani Explanatory Dictionary

is. Xilaskarlıq.

QURTARILMA : Azerbaijani Explanatory Dictionary

"Qurtarılmaq"dan f.is.

QURTARILMAQ : Azerbaijani Explanatory Dictionary

məch. Xilas edilmek, ni-
cat verilmek. Olümdən qurtarılmaq. Girdab-dan qurtarılmaq. Fəlakətdən qurtarılmaq.

QURTARIŞ : Azerbaijani Explanatory Dictionary

is. Qurtulma, xilas, nicat. Ey
süzən qumral qadın; Yazıqsan, süzmə belə; Qurtarış yoxdur sənə; Canımı üzmə belə.
Ə.Cavad.

QURTARMA : Azerbaijani Explanatory Dictionary

"Qurtarmaq"dan f.is.

QURTARMAQ : Azerbaijani Explanatory Dictionary

t-li. Bitirmek, axıra çat-dırmaq, tamamlamaq. İşini görüb qurtarmaq. Məktəbi qurtarmaq. Söhbəti qurtarmaq.
Danışan qazmaçı bir neçə kəlmə ilə sözünü qurtardı. M.İbrahimov.
t-siz. Bitmek, tamamlanmaq, axıra çat-maq. İvanov mənə dedi ki, Kərbəlayı,
. yax-şısı budur ki, sənə taxtapuşda yer salaq, orada dava qurtarınca yat. çemenzeminli. İclas axşam saat
da qurtardı. Ə.Veliyev.
t-siz. Tükenmek. Köhnə taxıl qurtar-mışdır. Pullar xərclənib qurtarmışdır.
t-li. Xilas etmek, azad etmek, nicat vermek. Dənizdə boğulanı qurtarmaq. O,yoldaşını ölümdən qurtardı.
Mey götür, saqi, məni qurtar nəmazü rövzədən; Kim, mən ol zöhdü riyadən tövbəkarəm, doğrusu. Kişveri. Dünyada elə sular var ki, insanı ölümdən qurtarar, məsələn, Qafqazda mə-dən suları. C.Memmedquluzade. [Ağa:] Axır neçə nəfər əliağaclı gəlib məni itlərin ağzın-dan qurtardılar. Ə.Haqverdiyev. // t-li. Ağır, çetin, pis, çıxılmaz veziyyetden çıxarmaq. [Odunçu oğlu:] O qız xeylağı ki burda əsir-dir, baba onu da qurtarmaq üçün mənə kö-mək eləsəydin... Ə.Memmedxanlı.
t-siz. Xilas olmaq, özünü xilas etmek, qurtulmaq, nicat tapmaq. Iran şahları və baş-qaları
. düşməndən qaçıb qurtarmaq məq-sədi ilə bu əcaib ölkəsi olan Qafqaza pənah gətirirdilər. A.Bakıxanov. Kürəkçilər bu ağır əzabdan, bu ömürlük zindandan
. qurtarmaq üçün yeganə bir çarə tapmışdılar. M.Rzaqu-luzade. Bir nəfərin zindandan qurtarması
. [Firidunu] sevindirdi. M.İbrahimov.
t-siz. ölmek, keçinmek. Xəstə artıq qur-tardı.
Amma anam onların köçməyini eşit-cək, qurtaracaq, yəqin bil ki, haman dəqiqə keçinəcək. C.Memmedquluzade.
0 Qurtardı getdi!
vessalam! [Mirze Semender:] Bu məktəbin ixtiyarı məndədir, yox? çıxart bu saat bu maşınları buradan, qurtardı getdi! C.Cabbarlı. Sözün qurta-ranı
deyilenlere yekun vurmaq üçün işlenir
xülase, müxteser, bir sözle. Sözün qurtaranı, məndən döyə-döyə dörd manat alıb yola saldılar. C.Memmedquluzade.

QURTARMAZ : Azerbaijani Explanatory Dictionary

sif. Bitmez, qurtarmayan, axırı olmayan, axırı görünmeyen. Qurtar-maz iş. Qurtarmaz mübahisə.

QURTARMAZLIQ : Azerbaijani Explanatory Dictionary

is. Bitmezlik; bitme-yen, qurtarmayan şeyin xassesi, halı.

QURT-QURT : Azerbaijani Explanatory Dictionary

təql. Darboğazlı qabdan ma-ye tökülerken, yaxud su ve b. maye içerken boğazdan çıxan ses.

QURTULDAMA : Azerbaijani Explanatory Dictionary

"Qurtuldamaq"dan f.is.

QURTULDAMAQ : Azerbaijani Explanatory Dictionary

f. Qurt-qurt etmek.
Ağanın boğazı qurtuldadı. S.Rehimov.

QURTULDATMA : Azerbaijani Explanatory Dictionary

"Qurtuldatmaq"dan f.is.

QURTULDATMAQ : Azerbaijani Explanatory Dictionary

f Qurt-qurt içmek ve ya tökmek. Qarı stəkanının son damlasını da qurtuldadıb [dedi:]
Allah ağzını şirin eləsin! S.Rehimov. // Qurt-qurt yemek
(duru xöreyi). Mən qana bilmirəm, mümkün olan işdirmi, düşbərəni qurtuldadım, qonşum acından kəpək qussun.. N.Vezirov.

QURTULMA : Azerbaijani Explanatory Dictionary

"Qurtulmaq"dan f.is.

QURTULMAQ : Azerbaijani Explanatory Dictionary

f. Xilas olmaq, azad ol-maq, nicat tapmaq; canını xilas etmek. Can nə quşdur ki, qurtula deyəsən; Ənbərin zül-fünün duzağından. Nesimi. [Əvvelinci eri-zeçi:]
.Bugün atımı çaya suvarmağa apar-mışdım; birdən əlimdən qurtuldu, qaçdı. M.F.Axundzade. Qızılquş pəncəsindən qur-tulub özünü insan əlində əsir görən kəklik, qurtulmaq üçün həyəcanla çırpınır, əlləri-mizi dimdikləyirdi. A.Şaiq. [Qorxmaz:] Biz bu ərəb yırtıcılarından, bu vəhşi elbəyilər-dən qurtulmalıyıq. C.Cabbarlı.

QURTULUŞ : Azerbaijani Explanatory Dictionary

is. Xilas, nicat, azadlıq; azad olma, xilas olma, nicat tapma. Qurtuluş bay-ramı.
Əlində tutduğun o böyük məşəl; Gös-tərir aləmə qurtuluş yolu. S.Vurğun. Qələ-bələrimiz bütün dünyada sülh və azadlıq cəb-həsinin ən möhkəm dayağıdır, insanlığın qurtuluş arzularını çiçəkləndirən günəş işığı qədər ürəkaçıcı və fərəhlidir. M.İbrahimov.

QURTUM : Azerbaijani Explanatory Dictionary

is. Adeten saylarla: bir qur-tum
bir içim, bir udum. Bir qurtum su.
[Gülcahan:] Uç gündür ki, nə onun, nə də mənim boğazımdan bir qurtum su da keç-məyibdir. N.Vezirov. Allahqulu piyaləni dodaqlarına yapışdırıb, bir qurtum aldı.. çemenzeminli. Hacı Səməd çaydan bir neçə qurtum içib başladı.. S.S.Axundov.
qurtum-qurtum zərf çaydan qurtum-qurtum içmək.
Cahandar ağa qurtum-qur-tum içdiyi çayı qurtardı, boş stəkanı nəlbə-kiyə qoyub, əlini güllü atlasa uzatdı. İ.Şıxlı.

QURTUMLAMA : Azerbaijani Explanatory Dictionary

"Qurtumlamaq"dan f.is.

QURTUMLAMAQ : Azerbaijani Explanatory Dictionary

f. Qurtum-qurtum,
yaxud bir-birinin dalınca içmek.

QURU : Azerbaijani Explanatory Dictionary

sif.
Yaş olmayan, islanmamış. Quru paltar. Quru dəsmal. // Qurudulmuş. Quru meyvə. Quru balıq.
Mahmud
. quru ot-ələf yığılmış çardağın altına girdi. Ə.Əbülhesen. // Qurumuş, ölgünleşmiş, he-yat şiresinden mehrum olmuş. Quru budaq.
Onların bir neçəsi meşəyə gedib, quru ağac qabıqlarından, çalıdan-çırpıdan yığıb gətirdilər. M.Rzaquluzade. // Şiresiz. Quru yem.
Heyvanın ağzına quru qida düşərsə, tüpürcək miqdarca çox, su ilə zəngin olur; qida quru və qaba olduqda, ifraz olunan tüpürcəkdə selik maddəsi çox olur. Qarayev.
Rütubetsiz, rütubeti çekilmiş, nem ol-mayan. Quru torpaq. Quru otaq. Quru taxta.
Heç yata bilməzdin ipək yataqda; Bəs necə dincəldin quru torpaqda? Ə.Cavad.
Qalıb berkimiş, sertleşmiş; köhne, ba-yat. Quru bulka. Quru lavaş.
[Əsgerin] yediyi, içdiyi həmişə dişləmə çay ilə quru çörək idi. B.Talıblı.
Susuz, suyu çekilmiş. Quru çay. Quru bulaq. Quru arx.
Bitkisiz, çılpaq, yaşıllıqsız. Dağda, də-nizdə, quru çöllərdə, ormanda yaşayan canlı heyvanlar, onların yeyib içməsi və şəkilləri də fərqlidir. M.S.Ordubadi. Gün altında qov-rulan böyük quru çöldə təndirdən qalxan kimi ağır və isti hava insanın vücudunu bü-rüyürdü. Mir Celal.
Yağmur yağmayan, isti, quraq; rütubet-siz, nemişsiz. Quru iqlim. Quru hava.
Arıq, cılız, etsiz-cansız, çox zeif. Quru bədən. Quru qollar.
[Nazlı xanım:] Elə elə ki, mənim bu quru nəfəsim, quru canım hə-mişə sənə duaçı olsun. Ə.Haqverdiyev.
Döşenmemiş, üstüne heç bir şey sa-lınmamış; açıq, çılpaq. Quru yer. Quru dö-şəmə. Quru taxtanın üstündə oturma! // Bom-boş, içinde heç bir şey olmayan, müxelle-fatsız. Belə əziz-giramı oğlun nişanlısı quru evə gəlməməli idi. Mir Celal.
Sade, qatıqsız, yavan, yalxı. Quru ye-mək.
Bir də axı əlli yaşından ötmüş Topuş ömrünün bu çağında haraya gedib özünə bir parça quru çörək tapa bilərdi? S.Rehimov.

Maye ifrazatı olmayan. Quru öskürək (bəlğəmsiz öskürək).
[Sona xanım:] Ge-cələr sübhədək quru öskürək məni boğur. Ə.Haqverdiyev.
məc. Boş, neticesiz, qeyri-ciddi, tesir-siz. Quru söz. Quru söhbət.
Yoxsa ki, et-məz quru iktifa; İş gərək olsun, nə əbəs iddia. A.Sehhet. Bu, quru bir eşqnamə deyil, mən-zum bir siyasətnamədir. M.S.Ordubadi.
məc. Maraqsız, cansıxıcı, darıxdırıcı. Onun üslubu çox qurudur. Məqalə quru dildə yazılıbdır. Bəzi müəllimlər dərsi çox quru (z.) və maraqsız keçirlər.
Daima qısqanan ürkək bir həyat; Məncə bu dünyada bir quru səsdir. S.Vurğun.
məc. Soyuq, laqeyd, etinasız. Quru cavab.
Dəmirov quru və tələbkar bir sifət aldı. S.Rehimov. Bu səbəbdən də o, qısa, quru və sərt cavab verirdi. Ə.Əbülhesen.
məc. Açıq, esassız. Quru böhtan.
Yar olub özgələrə, yar çəkir zövqü səfa; Düşmü-şəm mən quru böhtanlara, töhmət çəkirəm. S.Ə.Şirvani. Elm adına bir quru böhtandı bu! Nifrətə şayandı bu! M.Ə.Sabir.
"Yalnız", "tekce", "ancaq" menasında.
."Dəvəuçan"
. da sökülüb dağılmış, ondan ancaq bir quru ad qalmışdı. S.Rehimov.
0 Quru əl
boş el, kasıb, yoxsul hal. Quru yerdə qalmaq
var-yoxu elinden çıxmaq, her şeyinden mehrum olmaq, kasıblaşmaq. Quru yerdə qoymaq
var-yoxunu elinden almaq.
quru-quru zərf Boş-boşuna, esassız, yalandan, ortada heç bir şey olmadığı halda. Quru-quru vədlər vermək.