Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
QURUTMAQ : Azerbaijani Explanatory Dictionary

f.
İslanmış, yaxud nem-lenmiş bir şeyi quru hala salmaq, rütubetini, yaşlığını, nemliyini yox etmek. Paltarını qu-rutmaq. Günəş bir gündə yeri qurutdu. Ba-taqlıqları qurutmaq. Saçlarını qurutmaq.
öz tesiri ile yandırmaq, soldurmaq, te-lef etmek. Günəşin istisi bütün bitkiləri qu-rutmuşdur.
Günəş səhər tezdən
. gözdən itənə qədər od kimi hər tərəfi yandırır və qurudurdu. M.İbrahimov.
məc. dan. Arıqlatmaq, çox zeifletmek, üzmek. Xəstəlik onu tamam qurutmuşdur.
Dondurmaq, hissiz bir hala salmaq, ke-yikdirmek. Soyuq bütün bədənimi qurut-muşdur.
Şaxta qurutmuş bədənin sərbəsər; Zərrəcə yox hissdən onda əsər. A.Sehhet.
0 özünü qurutmaq
sanki cansız, ruh-suz, dilsiz kimi dayanmaq. Hərbi qulluqçu-lar ayaqlarını cütləyib özlərini qurudaraq, nəfəslərini içəri çəkmişdilər. M.İbrahimov.

QUSÄR : Azerbaijani Explanatory Dictionary

[mac.] çar ordusunda ve bezi xarici ölke ordularında: macar forması geyi-nen süvari esger, ya zabit. [Qrinyov:] Adının Ivan Ivanoviç Zurin, özünün isə qusar alayı rotmistri olduğunu öyrəndim. Puşkinden.

QUSDURMA : Azerbaijani Explanatory Dictionary

"Qusdurmaq"dan f.is.
sif. Qusdurucu. Qusdurma dərmanı.

QUSDURMAQ : Azerbaijani Explanatory Dictionary

icb. Qusmasına sebeb olmaq, yediyini qaytartmaq. Bu yemək ada-mı qusdurur. Dərman yediyimi qusdurdu.

QUSDURUCU : Azerbaijani Explanatory Dictionary

sif. Qusduran. Qusdurucu dərman.

QÜSLİ : Azerbaijani Explanatory Dictionary

[rus.] çoxsimli qedim rus çalğı aleti. Bu kəşfiyyat ayrı-ayrı xalqlarda əv-vəlləri sadə və getdikcə təkmilləşən
. qusli, bandura, mandolina
. kimi müxtəlif növlü bir çox simli musiqi alətlərinin yaradılmasını təmin etdi. Ə.Bedelbeyli.

QUSMA : Azerbaijani Explanatory Dictionary

"Qusmaq"dan f.is.

QUSMAQ : Azerbaijani Explanatory Dictionary

f. Yediyini geri qaytarmaq, öyü-mek, sifraq etmek. Yediyi balığı qusdu. // Mec. menada. Bu əmrdə hakimi-vilayətlər şəbih-dirlər zəlilərə ki, qan sorub şişdikdə sahibi oları sıxır, tamam sorduqları qanı qusarlar. M.F.Axundzade.

QUSUNTU : Azerbaijani Explanatory Dictionary

is. Qusulan şey, geri getirilen şey. Mikroblar tüpürcək, asqırıq və ya qu-suntu ilə yerə düşürlər. N.Nerimanov.

QUŞ : Azerbaijani Explanatory Dictionary

is.
Bedeni tük ve lelekle örtülü, ikiqanadlı, ikiayaqlı, dimdikli uçan heyvan sinfi. Yırtıcı quşlar. Ev quşları. Oxuyan quş-lar. Köçəri quşlar. Su quşları.
Quşlar yuva-larında oturub, dimdiklərini təmizləyirdilər. N.Nerimanov. Quşlar qayıdıb oxur təranə; Şaxlarda tikirlər aşiyanə. A.Şaiq.
Ətle dırnağın bitişdiyi yerde etden ara-lanmış ince deri hisseciyi.
0 Quş südü
tapılmaz şey, heç yerde möv-cud olmayan xeyali bir şey. Iş tapmaq, necə deyərlər, quş südü tapmaq kimi bir şey idi. P.Makulu. Quş-quş olmaq
bir-birine bi-tişib aralanmamaq (kirpikler haqqında).
.Bi-bim gəldi bizə, oğlanı naxoş görüb
. dedi:
Ay qız, baxıram, uşağın gözləri saralıb, kir-pikləri quş-quş olub və başının tükü biz-bizdi. "Mol. Nesr." Quşu qonmaq
meyli düşmek, xoşuna gelmek. Dəmirçioğlunun müştəriyə quşu qondu. "Koroğlu".

QUŞALUSU : Azerbaijani Explanatory Dictionary

is. Albuxaraya oxşar bir meyve.

QUŞARMUDU : Azerbaijani Explanatory Dictionary

is. Xırda cır armud. Quş-
armudunun meyvələri şaxtalar düşdükdən sonra yumşalır və yeyilə biləcək şəkil alır. Qedirov. Bu meşənin quşarmuduları, sümük¬lü əzgilləri hələ dayanıb kal-kal gözlərini döyürdülər. S.Rehimov.

QUŞATAN : Azerbaijani Explanatory Dictionary

is. dan. Uşaqların quş vurmaq üçün düzeltdikleri daşatan alet, sapand. İkinci bir uşaq quşatanla ağaca qonmuş sər-çəni nişan aldı. H.Axundlu.

QUŞBAXIŞI : Azerbaijani Explanatory Dictionary

zərf öteri, ani baxış; gözü-nün ucu ile baxış. Quşbaxışı bu adamları müqayisə etdim. Mir Celal.

QUŞBAŞI : Azerbaijani Explanatory Dictionary

sif. İri parçalar şeklinde, quş başı böyüklüyünde (yağan qar haqqında). Parça-parça düşərək quşbaşı (z.) göydən yerə qar; Sarılır ağ mitilə boz dərə, çöllər, dağlar. A.Şaiq. Qar yağır, quşbaşı qar incə çiçəklər üstə.. S.Rüstem.

QUŞBAZ : Azerbaijani Explanatory Dictionary

is. [quş ve fars.
..baz] Quşları, quş saxlamağı seven adam; göyerçin sax-layan adam. Bunlar hamısı keçəndən sonra, bu otuz doqquz nömrədə min doqquzyüz dox-san doqquz rəmmal, kimyagər,
. kəndirbaz, quşbaz.. şəkli çəkmişik. C.Memmedquluzade.

QUŞBAZLIQ : Azerbaijani Explanatory Dictionary

is. Quş saxlayan adamın pe-şesi, işi. Mollaxanadan qovulan gündən eti-barən uşaq fikrini quşbazlıq və bu kimi iş-lərə verərdi. H.Sarabski.

QUŞBEYİN : Azerbaijani Explanatory Dictionary

sif. dan. Ağılsız, derrakesiz, gic, beyniboş.

QUŞBURUN : Azerbaijani Explanatory Dictionary

sif. Burnu quş dimdiyi kimi olan. Bəlkə Müqim bəy pristavlıqdan, polis-likdən də əvvəlki köhnə bəy paltarını geyəydi, başında uzun papaq,
. ayağında quşburun çəkmə olduğu halda gedəydi? S.Rehimov.

QUŞCUQ : Azerbaijani Explanatory Dictionary

ax quşcuğaz. Bir quşcuğun uçuşunda bilsəniz nələr; Nələr duyur bir şairin səyyar ürəyi. S.Vurğun.

QUŞCUĞAZ : Azerbaijani Explanatory Dictionary

"Quş"dan oxş.
.Yaşıl yar-paqlar arasına sığınmış quşcuğazlar səs-səsə verib ötüşürdü. A.Şaiq. Ağabəyim diksinmiş bir quşcuğaz kimi başını cəld qaldırıb, Va-qifin üzünə baxdı. çemenzeminli.

QUŞÇU : Azerbaijani Explanatory Dictionary

is.
Quşçuluq mütexessisi. // Quş-çuluq ferması işçisi, fermada ev quşları bes-lemekle meşğul olan adam.
Quş saxlamaqla meşğul olan adam; quş-baz. Tağı əmi quşçular arasında məşhur idi. O, bəslədiyi quşun önündən bir qırqovul qa-çıb canını qurtara bilməzdi. S.S.Axundov. Quşçular özləri də xəsillərin dibində giz-lənib düdük çalırdılar. H.Sarabski.
Qedimde: xanların, beylerin ov quşla-rına baxan adam. [Bey:] Bunların babaları ya xanın cəlladları olublar, ya təlxək, ya qatırçı, ya quşçu. Ə.Haqverdiyev.

QUŞÇULUQ : Azerbaijani Explanatory Dictionary

is. Kend teserrüfatının bir sahesi kimi ev quşları yetişdirme teserrüfatı. Quşçuluq mühüm kənd təsərrüfatı sahələ-rindən biridir.

QUŞDİLİ : Azerbaijani Explanatory Dictionary

is.
məh. bot. Tünd-yaşıl rengli, yeyilen bir bitki.
məc. Anlaşılmayan bir dil.

QUŞƏLƏYİ : Azerbaijani Explanatory Dictionary

is. çöreye naxış salmaq üçün deste şeklinde bağlanan quş lelekleri topası.