Azerbaijani Explanatory Dictionary
MƏMƏCİK : Azerbaijani Explanatory Dictionary
is.
Balaca meme, kiçik meme. Quzunun məməciyi.
anat. Görme sinirinin göz almasına daxil olduğu yer.
anat. Derinin üstünde selikli qişada hes-sas çıxıntı.
MƏMƏCİKLİ : Azerbaijani Explanatory Dictionary
sif. Memeciyi olan, çıxıntılı (bax məməcik
cü menada).
MƏMƏÇİ : Azerbaijani Explanatory Dictionary
is. məh. Südü olmayan qadın-ların uşağını emizdirib saxlayan qadın; daye.
MƏMƏLİ : Azerbaijani Explanatory Dictionary
sif. Memesi olan. □ Məməli heyvanlar
bax məməlilər. Soyuq ölkə-lərdə yaşayan məməli heyvanların dərilərin-dəki tük həm sıx, həm də çox olur. M.Axundov.
MƏMƏLİLƏR : Azerbaijani Explanatory Dictionary
cəm, zool. Balalarını öz südü ile besleyen ali onurğalı heyvanlar sin-finin adı. Ilk məməlilər sürünənlərdən əmələ gəlmişdir. "ümumi zootexniya".
MƏMƏŞ : Azerbaijani Explanatory Dictionary
is. uş. Meme.
MƏMƏYEYƏN : Azerbaijani Explanatory Dictionary
is.
məməyeyəndən-pəpəyeyənə qədər (kimi)
böyüklü-kiçikli, hamı, hamısı (adamlar haqqında). Əhalidə olan bu sevinc məməyeyəndən-pəpəyeyənə kimi hamının ürəyindən axıb gəlirdi. Ə.Veliyev. [Nise xanım:] Məməyeyəndən-pəpəyeyənə qədər, qırılmışlar, hamısı yığılıb. Ə.Memmedxanlı.
MƏMLƏKƏT : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Bir xalqın yaşadığı yer, erazi; diyar; ölke. Siz bilirsiniz ki, bizim məmləkətin əhalisi qədim zaman atəşpərəst idi. Ə.Haqverdiyev. Bundan təkcə bir adama zərər dəymir, bu boyda məmləkətin işi axsa-yır. M.Hüseyn.
MƏMLUK : Azerbaijani Explanatory Dictionary
is. [ər.] tar.
Vaxtile Misirde olmuş herbi zadegan silki ve bu silke men-sub şexs (bu silk ibtidada Türkiye sultanları-nın şexsi qvardiyasını teşkil etmiş çerkez qullardan emele gelmişdi).
Napoleon Bonapartın Misir seferi za-manı teşkil etdiyi şexsi mühafize qvardiyası esgeri.
MƏMNU : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Qadağan, qadağan edil-miş, yasaq.
MƏMNUN : Azerbaijani Explanatory Dictionary
sif. [ər.]
Razı olan, razı, xoş-nud. Neyləmişsən Molla Səfi, Bəybaba; Məm-nundu, əzizim, bu qədər səndən. Q.Zakir. [Kor Seyid] Məsmənin bu təşəbbüsündən məmnun deyilmiş. S.Hüseyn. // Zərf məna-sında. Razı, xoşhal; sevincek. Məmnun qa-yıtmaq. □ Məmnun etmək
sevindirmek, şad elemek, razı salmaq, razı etmek. [Xanı-mın] gülər üzü studenti çox məmnun etdi. çemenzeminli. Məmnun qalmaq
razı qal-maq, xoşhal olmaq. Səyahətçilər müəssisə müdirinin verdiyi ziyafətdən məmnun qaldılar. M.S.Ordubadi. Sənin məmnun olduğun gün; Ruhum məndən məmnun qalır. Ə.Cavad. Məmnun olmaq
razı düşmek, xoşhal ol-maq, sevinmek, şad olmaq. [Şeyda:] Ah, bil¬səniz bu xəbərdən nə qədər məmnun oldum.
H.Cavid.
MƏMNUNİYYƏT : Azerbaijani Explanatory Dictionary
[ər.]
Bax məmnun-luq. [Hacı Qulu] dodaqlarında məmnuniyyət andıran bir təbəssüm olduğu halda [dedi]. A.Şaiq. Xəlilin qanı coşdu, həyatına qarşı olan məmnuniyyətinin həddi yox idi. çemen-zeminli.
Məmnuniyyətlə şeklinde zərf
xoş-luqla, razılıqla; şad olaraq, sevinerek, mem-nun halda, memnunluqla. Aslan məmnuniy-yətlə razı olub, Hacıdan xahiş elədi ki, pulsuz da xidmət etməyə hazırdır. C.Cabbarlı. Gül-zar məmnuniyyətlə dolu gözlərini Rüstəmə tərəf qaldırıb gülümsədi. T.Ş.Simurq.
MƏMNUNLUQ : Azerbaijani Explanatory Dictionary
is.
Xoşhallıq, razılıq, se-
vinc. Məmnunluğunu ifadə etmək.
Məmnunluqla şeklinde zərf
bax məmnuniyyətlə ("məmnuniyyət"de). Vahid də bu gün xoş bir xatircəmlik, məmnunluqla evə qayıtdı. Mir Celal.
MƏMUL : Azerbaijani Explanatory Dictionary
[ər.] sif. Hazırlanmış, düzeldil-miş. [Cehiz üçün] iki dəst yorğan-döşək, naz-balış,
. gümüşdən məmul zirəndazlar.. təda-rük görüləcəkdir. R.Əfendiyev.
MƏMULAT : Azerbaijani Explanatory Dictionary
is. [ər. emal olunmuş şeyler] Fabrik ve ya başqa vasitelerle istehsal olun-muş, hazırlanmış şeyler, mehsullar. Zavodun məmulatı. // Hemin mehsulun eyni qrupa daxil olan növü. Saxsı məmulatı. Kulinariya məmulatı.
MƏMUR : Azerbaijani Explanatory Dictionary
[ər.] köhn.
is. Dövlet idare-lerinde (esasen, mehkeme, polis ve s.) çalı-şan qulluqçu; dövlet xidmetçisi, çinovnik. Hökumət məmuru.
Hər kəs [Zeynala] adi bir idarə məmuru kimi baxırmış. S.Hüseyn. Qarşımızı polis məmurları saxladı siz bizi məktəbə dönməyə məcbur etdilər. T.Ş.Simurq.
sif. Müeyyen bir iş, vezife görmeye emr ve ya tapşırıq almış. Kürsünü çəkməyə məmur olan çar soldatı öz vəzifəsini artıq ye-rinə yetirmişdi. M.S.Ordubadi.
MƏMUR : Azerbaijani Explanatory Dictionary
is. [ər.] klas. Abad, abadan. Qoy cahan elm ilə pürnur olsun; Vətən o sayədə məmur olsun. A.Sehhet. Qalmadı bərqərar bir xanə; Cümlə məmur oldu viranə. M.Ə.Sa-bir. // Əhalisi olan, meskun, şen.
MƏMURİYYƏT : Azerbaijani Explanatory Dictionary
is. [ər.] köhn. Dövlet
xidmetinde olma; vezife, xidmet, qulluq.
O : Azerbaijani Explanatory Dictionary
zaman mənim məmuriyyətim Ənzəlidə idi. S.Hüseyn.
MƏN : Azerbaijani Explanatory Dictionary
Danışan adamı bildiren birinci şexs evezliyinin teki. Mən sonra gələrəm. Mən deyən oldu.
Ah, mən gündən-günə bu gö-zəlləşən; Işıqlı dünyadan necə əl çəkim? M.Müşfiq.
0 Mən ölüm dan.
xahiş ve ya yalvarış meqamında işledilir. Sizə bu təziyədən özgə həvəslərdi murad; Mən ölüm, sən bir özün eylə mürüvvət, Hadi! S.Ə.Şirvani.
MƏN : Azerbaijani Explanatory Dictionary
is. [ər.] köhn. Qadağan, yasaq; bu-raxmama, qoymama, yol vermeme. □ Mən etmək
qadağan etmek, qoymamaq, yol ver-memek, icaze vermemek, daşındırmaq. Sa-hibi-xanə qardaşının sözlərini eşidib, onu bu xatalı səfərdən mən edir. F.Köçerli. [Mirze Ceferxan:] Söhbət axır bu yerə yetdi ki, Əli-xan Əfşar bizim hər bir təklifimizi mən etdi. Ə.Haqverdiyev. Mən olmaq
qadağan edil-mek, icaze verilmemek, qoyulmamaq.
MƏNA : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
Sözün, cümlenin ifade etdiyi mefhum, anlayış. Sözün hərfi mənası. Həqiqi məna. Məcazi məna.
Ləfz özü bir ləfzdir, amma ki, məna müxtəlif. S.Ə.Şirvani. Sözlərdəki məna səslərdəki titrəyiş isə [Rüs-teme] çatmırdı. M.İbrahimov.
Bir şeyin ağılla derk edilen daxili men-tiqi mezmunu, mahiyyeti. Hadisələrin mə-nası. // Meqsed, ağlabatan sebeb. Bunu belə etməkdə məna yoxdur.
.Orucluğun ümdə mənası budur ki, müsəlmanlar ac qalmağa adət eləsinlər. C.Memmedquluzade. □ Məna vermək
ehemiyyet vermek, diqqet yetir-mek. Həmişə kəmetina Zeynal bu gecə hər şeyə diqqətlə baxıb, hər bir hənirtiyə məna verməyə başladı. çemenzeminli.
MƏNACA : Azerbaijani Explanatory Dictionary
zərf Menaya göre, mena cehet-den; mezmunca. Mənaca dərin əsər. Mənaca təhrif olunmuş ifadə.
MƏNAFE : Azerbaijani Explanatory Dictionary
is. [ər. "menfeet" söz. cemi]
Menfeet, fayda, nef, xeyir. Mənim dediyim budur ki, pul qazanmaqda sairlərinin məna-feyinə əl uzatmayasan. ü.Hacıbeyov.
Bir kesin, bir şeyin rifahını teşkil eden, onun xeyrine olan, ehtiyac ve teleblerine xid-met eden şey. Sinfi mənafe. Şəxsi mənafeyi cəmiyyətin mənafeyi ilə uzlaşdırmaq.
MƏNALANDIRMA : Azerbaijani Explanatory Dictionary
"Menalandırmaq"dan f.is.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani