Azerbaijani Explanatory Dictionary
MƏQBƏR : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Qebir, mezar.
MƏQBƏRƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
Qebirlerin üzerinde xüsusi tikili; türbe, mavzoley. Nizami məq-bərəsi.
Böyük şair taxt-rəvandan düşüb, birbaş Azərbaycan şairi Xaqaninin məqbə-rəsinə gəldi. M.S.Ordubadi. Dünyada sənətin yeddi ecazından biri olan Tac Mahal məq-bərəsi də buradadır. M.İbrahimov.
Mezarlıq, qebiristan. Baxmadı oğrusu gedər nərəyə; özü ancaq yüyürdü məqbərəyə. M.Ə.Sabir. Şairin əmrinə görə onun təxt-rəvanını sürənlər birbaş Surxab məhəllə-sindəki şairlər məqbərəsinə tərəf gedirdilər.
M.S.Ordubadi.
MƏQBUL : Azerbaijani Explanatory Dictionary
sif. [ər.]
Qebul olunan, beye-nilen, xoşagelen, yaxşı. [Ağa Kerim:] özün bilmirsən, sir-sifətin çəndan məqbul deyil! M.F.Axundzade. [Xeyyam:] Minlərcə şəhər ya qala almaqdan, əmin ol; Bir sadə çoban könlünü almaq daha məqbul. H.Cavid. □ Məqbul bilmək (görmək)
daha müna-sib ve elverişli bilib qebul etmek; beyenmek, xoşlamaq. Düşmən bu tədbiri, deyəsən, daha məqbul bilmişdi. Ə.Əbülhesen. Məqbul et-mək
qebul etmek, beyenmek, yaxşı hesab etmek. Əgər istəsəydi Allah, ki səni edəydi məqbul; Bizə verdiyi tək əlbət sənə həm ve-rərdipul-mul. M.Ə.Sabir. Məqbul olmaq
qebul olunmaq, qebula keçmek, beyenilmek, xoşlanmaq. [Molla İbrahimxelil:] Həmi sənin təvəssütün həmməzhəblərin barəsində məq-bul oldu, həm mənim sözüm pozulmadı. M.F.Axundzade. Təqsim eylə, olaq yeməyə məşğul! Amma ki, təqsimin olsun həm məq-bul. Q.Zakir.
Şagirdin, telebenin biliyine verilen kafi qiymet. Fizikadan "məqbul" almaq.
MƏQSƏD : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Əlde edilmeye, nail olmağa çalışılan, qesd olunan şey; meram, niyyet, arzu. Məqsədə nail olmaq.
Qaldırdı əşk dün məni ol asitanədən; Kim, məqsədim mənim dəxi ol asitanədir. Füzuli. Beləliklə, Naşad əfəndi öz məqsəd və məramına nail olmuş, Zeynal bir fakt olaraq Mehribanı bo-şamışdı. S.Hüseyn. □ Məqsədə (...məqsə-dinə) düşmək
arzu etmek,
..niyyetinde olmaq. Əlifba qəbul etmək məqsədinə düş-müş millət latın sistemini qoyub heç vədə ərəb sisteminə raqib olmaz. F.Ağazade. Məqsədə (məqsədinə) yetmək (yetişmək, çatmaq)
arzusuna nail olmaq, istediyine çatmaq, ar-zusu heyata keçmek. [Nigar:] Sərdar ölsə ələm yatar; Müxənnət məqsədə çatar. "Koroğlu". Cuma məqsədə yetişmək ümidinin artdığını duyub düşündükcə daha çox qorxmağa baş-layırdı. Ə.Əbülhesen.
MƏQSƏDƏUYĞUN : Azerbaijani Explanatory Dictionary
sif. Meqsede müvafiq olan, cavab veren; niyyete, arzuya düz gelen; münasib. Ən məqsədəuyğun üsullar.
MƏQSƏDƏUYĞUNLUQ : Azerbaijani Explanatory Dictionary
is. Meqsedeuy-
ğun olma, qarşıya qoyulan meqsedle düz gelme; münasiblik.
MƏQSƏDLİ : Azerbaijani Explanatory Dictionary
sif. Müeyyen meqsed güden, müeyyen meqsedle edilen, müeyyen meq-sed daşıyan. Məqsədli səfər.
MƏQSƏDSİZ : Azerbaijani Explanatory Dictionary
sif. Heç bir meqsed güdme-yen; meqsedle edilmeyen; boş, faydasız. Məqsədsiz gəzinti. Məqsədsiz həyat. // Zerf menasında. Imran kişi məqsədsiz kimi verdiyi bu suallara cavab gözləmədən səssizcə ayağa qalxıb, o biri otağa keçdi. M.Hüseyn.
MƏQSUD : Azerbaijani Explanatory Dictionary
is. [ər.] klas. İstenilen, arzu edi-len şey; meram, niyyet, qesd. Məqsudun nə-dir?
Şikəstə könlümün məqsudu, usta! Bu Təbrizin sonaları necədi? "Abbas ve Gülgez".
MƏQTƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
Şeirde pauza, şeir oxu-yarken durulan yer.
ədəb. Qezelin son beyti (mətlə müqa-
bili).
MƏQTUL : Azerbaijani Explanatory Dictionary
sif. [ər.] köhn. öldürülmüş, qetl olunmuş. □ Məqtul olmaq
qetl edilmek, qetl olunmaq, öldürülmek (silahla). Sərhəddə vaqe olan son müharibədə Xivə xanı məğlub və məqtul olmuş, başı isə Tehrana gətiril-mişdir. C.Cabbarlı. // Is. mənasında. öldü-rülmüş, qetl olunmuş adam. Xülasə, məqtul-ların arasında [Yusif şahın] nəşi görünmədi. M.F.Axundzade. Sonra haman qatil gəlib, məqtulun evinə girəndə onun təqsirindən ke-çirlər. Ə.Haqverdiyev.
MƏQUL : Azerbaijani Explanatory Dictionary
sif. [ər.] köhn. Ağıllı, ağlabatan, ağlauyğun. Məqul söz.
MƏLAHƏT : Azerbaijani Explanatory Dictionary
MƏLAHƏT is. [ər.] Gözellik, şirinlik, le-
tafet; cazibe, duzluluq. Xanəndənin səsində məlahət var.
Ortaboylu kəndli qızı məla-hətdən məhrum deyil idi. çemenzeminli. Qızarmış yanaqları, uzun kirpikləri, iri göz-lərinin süzgün baxışı [qadına] məlahət ve-rirdi. T.Ş.Simurq.
MƏLAHƏTLİ : Azerbaijani Explanatory Dictionary
sif. Gözel, letafetli, şirin,
xoş; cazibedar, duzlu. Məlahətli qız. Məla-hətli gülüş.
[Camaat:] Hacı Ağa, bu qız kim ola, nə məlahətli səsi var? Mir Celal. Gözə-lim, gözlərinin söhbəti hər yanda olur; Bu məlahətli baxışlar quzu, ceyranda olur.
Ə.Vahid.
MƏLAHƏTLİLİK : Azerbaijani Explanatory Dictionary
is. Melahetli olma.
MƏLAİK(Ə) : Azerbaijani Explanatory Dictionary
is. [ər. "melek" söz. cemi, Azer. dilinde en çox tek kimi işlenir] Melek. [Molla deyir:] Balam, mən indiyə kimi saq-qalımda bir dəfə də olsun məlaikə görmə-mişəm. "M.N.letif." // Gözellik simvolu kimi. Mina bir pəri, bir məlaikə kimi görünürdü. I.Musabeyov.
MƏLAL : Azerbaijani Explanatory Dictionary
is. [ər.] ürek sıxıntısı; usanma, bıqma. // Hüzn, keder, qem. Sizdən soran olsa, ata, halım; Keyfiyyəti-möhnətü məlalım. Füzuli. Nədir üzündəki ağlayan kölgə? Bir pəri eşqinin məlalımıdır? Ə.Cavad. Adam var yanında olsan bir kərə; Tamam unudu-lar dərdin, məlalın. B.Vahabzade.
MƏLALƏT : Azerbaijani Explanatory Dictionary
ax məlal. Sənin həsrətini vilayət çəkər; Qəmzən yayı dəyər, məlalət çəkər. M.P.Vaqif.
MƏLALLI : Azerbaijani Explanatory Dictionary
sif. Qemli, kederli, hezin. Xeyir, o saf qəlbli, məhzun xəyallı; Aşığım bu saat qəmli, məlallı. M.Müşfiq.
MƏLAMƏT : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Danlaq, danlama, mezemmet, töhmet. Ey Füzuli, mən məlamət gövhərinin gənciyəm; Əjdəhadır kim, yatıb çevrəmdə zənciri-cünun. Füzuli. □ Məla-mət etmək (eləmək, qılmaq)
mezemmet etmek, danlamaq, töhmetlendirmek. [Mirze Rehim ağa:] Neçə dəfə də çağırıb, məzəm-mət, məlamət eləmişəm. M.S.Ordubadi.
MƏLEYKƏ : Azerbaijani Explanatory Dictionary
Bax məlaikə. [Niyaz:] Amma sənin arvadın bir candır ki, məleykə xasiyyətində. Ə.Haqverdiyev.
B a x mələkə.
MƏLƏ : Azerbaijani Explanatory Dictionary
is.
zool. çox berk sancan qanad-sız, zeherli bir cücü.
məh. Taxtabiti.
MƏLƏFƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Döşekağı. Bəy mələfəni götürüb, çarşab kimi saldı başına. C.Mem-medquluzade.
MƏLƏFƏLİ : Azerbaijani Explanatory Dictionary
sif. Melefe salınmış, üzerine melefe çekilmiş; döşekağılı.
MƏLƏK : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
Dine göre, Allahın gösteriş ve emrlerini yerine yetiren, çox gö-zel qadın suretinde qeyri-maddi qanadlı bir mexluq; melaike. Mədhin oxur göy üzündə mələklər; Hər biri bir türfə nidayə düşər. M.V.Vidadi. Cənnətin hurisi, ərzin mələki; Yetişməz yüz çala əl-ayaq sənə. Q.Zakir. ümid bağlamadın göydə mələkə; Dedin ki, yer qızı ondan gözəldir! S.Vurğun.
məc. çox gözel ve ya mesum, xoşxasiy-yet adam haqqında. çöllər, təpələr doldu; Şən üzlü mələklərlə. A.Şaiq. // Mələkim şek-linde
nevazişle müraciet. [Turxan bey:] Canın nə istərsə, qəlbindən nə keçirsə, bir an içində mühəyya olur, mələkim! H.Cavid. [Rüstem:] Gözəl mələkim! Mən də fərağında məcnunam. C.Cabbarlı.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani