Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
MƏHZUNANƏ : Azerbaijani Explanatory Dictionary

sif. [ər. mehzun ve fars.
..ane] Mehzun, qüsseli, qemli, kederli. Məhzunanə baxış. // zərf Mehzun-mehzun, hüznle. Məşədi Heydərəli və onun arvadı Bədirnisə oturublar yan tərəfdə, Nadirquluya məhzunanə baxırlar. M.Əliyev.

MƏHZUNLUQ : Azerbaijani Explanatory Dictionary

is. Mehzun olma; qüsselilik; hüzn, keder, qem, qüsse. [Qızın] qara ipək çadrası altında açıq buraxdığı üzündə bir məhzunluq hiss edilirdi. S.Hüseyn. [Axund] səsinə bir məlahət, bir məhzunluq verməyə çalışdı. Q.Qantemir. Yeməkgəldi, toplandı-lar süfrəyə; Aralıqda gəzirdi bir məhzunluq.
M.Müşfiq.

MƏXARİC : Azerbaijani Explanatory Dictionary

is. [ər. "mexrec" söz. cemi] çıxar (mədaxil eksi). Kəndin mədaxili mə-xaricindən azdır. M.S.Ordubadi. [Daşdemir Yusife:]
.Keçən il bostandan gələn pulu yoxlamaq, necə mədaxil olduğunu, hara mə-xaric olduğunu bilmək lazımdır. B.Bayramov.

MƏXƏZ : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Bir şeyin alındığı yer, esil yeri; menbe.
xüs. Elmi tedqiqatın esaslandığı yazılı abide, sened, eser ve s.; menbe. Tarixi mə-xəzlərdən istifadə etmək.
Başqa məxəzlərdə Naxçıvanın bu dövrdə ən gözəl şəhərlərdən biri olduğu qeyd edilir. (Qezetlerden).

MƏXFİ : Azerbaijani Explanatory Dictionary

sif. ve zərf [ər.]
Gizli, gizlice, xelveti. Məxfi demək.
[Dostum] məxfi şey-lər danışırmış kimi qulağıma əyildi. Mir Celal. [Qedir] nə qədər məxfi söz danışır danışsın, üç ağaclıqdan eşidilirdi. I.Əfendiyev. □ Məxfl qalmaq
gizli saxlanmaq, başqası bilme-mek, gizli qalmaq, aşkar edilmemek. Bəli, bu iş gərək məxfi qala. C.Memmedquluzade. [Əmir Aslan ağa:] O da məxfi qalmasın ki, hər kim mənim əmrimdən baş qaçırarsa, güllə qabağına qoyulacaqdır. S.S.Axundov. Məxfl saxlamaq (tutmaq)
gizli saxlamaq, baş-qasına dememek, başqalarından gizletmek. [Şeyx Senan:] Təbii, səndə var bir xeyli əsrar; Neçin məxfi tutar, qılmazsan izhar? H.Cavid.
Geniş suretde yayılmasına icaze veril-meyen, gizli qalmalı olan, gizli saxlanılan. Bu əski qəza [idaresinin] məxfi arxivindən çıxarılmış bir iş idi. H.Nezerli. Kosa, Süb-hanverdizadənin söylədiyindən, bu kassanın məxfi kağızlar üçün olduğunu yaxşıca bilirdi. S.Rehimov.
Məxfidir şeklinde rəs.
gizli, mexfi saxlanılmalı olan sened, mektub ve s.-nin üzerinde yazılan qeyd.

MƏXFİLİK : Azerbaijani Explanatory Dictionary

is. Mexfi şeyin hal ve keyfiy-yeti. Məktubun, xəbərin məxfiliyi.

MƏXLƏS : Azerbaijani Explanatory Dictionary

ara s. [ər.] Müxteser, sözün qısası, xülase. Məxləs, Nəbigil Qazangöldə Xocahan bəylərini tamam şil-küt eləyib qov-ladılar. "Qaçaq Nebi".

MƏXLUQ : Azerbaijani Explanatory Dictionary

top. [ər.]
Canlı varlıq, canlı vücud (insan, heyvan). Müsəlmanın təsəvvü-ründə
. şeytan hiyləgər məxluqdur, başında bir taskülah var.. C.Memmedquluzade. Lakin insan müstəsna bir məxluqdur. Mir Celal. [Xanın] yuxuda gördüyü qorxunc məxluqlar yadına düşdü. M.Rzaquluzade.
Xalq, camaat, el, adamlar. [Imamyar:] Məxluq çalıb-oynayır.. C.Cabbarlı. [Hüseyn:] Dayı! Nə üçün məxluqu yığmısınız bizim qa-pımıza? S.Rehman.
"Adam, insan" menasında. Ah, ana! Sən nə qədər böyük məxluqsanmış!.. M.Hüseyn.

MƏXLUQAT : Azerbaijani Explanatory Dictionary

[ər. "mexluq" söz. cemi] klas. bax məxluq 1 ve
ci menalarda. Külli-məxluqat yığıla; çətindi sevdam dağıla.. "Koroğlu". Əcaib məxluqat görünürdü,
. kimi buynuzlu və at ayaqlı idi, bəzisi yarı öküz, yarı adam idi. çemenzeminli.

MƏXLUT : Azerbaijani Explanatory Dictionary

is. [ər.] köhn. Qarışıq, xelite.

MƏXMƏR : Azerbaijani Explanatory Dictionary

is. [ər.] üzü qısa xovlu parlaq ipek parça. [Əsger:] çit, ipək, məxmər, bafta, tafta... hər şeyim var. ü.Hacıbeyov. // Mex-merden tikilmiş, mexmerden olan, üzüne mexmer çekilmiş. Məxmər döşək. Məxmər pərdə.
Abı ipək don geymiş qarabəniz xanım yaşıl məxmər divanda böyrü üstə uzanıb
. oxuyurdu. M.S.Ordubadi. Dəmirov astarsız məxmər pencəyini düymələdi. S.Rehimov. □ Məxmər kimi
görünüşce ve ya el vu-randa mexmeri xatırladan şey haqqında. Yaşıl məxmər kimi döşəndi yonca; Vətən qızlarının
ayaq altına. S.Vurğun.
.Məxmər kimi otların arasından büllur sular süzülür, qönçələrə, düyməçələrəparlaq incilər düzülürdü. M.Rza-quluzade.

MƏXMƏRƏK : Azerbaijani Explanatory Dictionary

is. [ər. mexmer ve fars.
..ek] tib. Qırmızı sepki şeklinde yoluxucu uşaq xesteliyi.

MƏXMƏRGÜLÜ : Azerbaijani Explanatory Dictionary

is. bot. Qırmızı rengli, topleçekli bir gül. Bu yerlərdə nə istəsən ta-parsan: sarmaşığımı, dəvəçiçəyinimi, məx-mərgülünümü, dağlaləsinimi deyim, hansı bi-risini deyim? Mir Celal.

MƏXMƏRİ : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] Mexmere oxşar, mexmer kimi; zerif, yumşaq. Məxməri ot.
- Məxməri ormanlarda çiçək dərdiyin yerdə; Baxarsan, çiçəklər var, açar kölgəliklərdə. Ə.Cavad. □ Məxməri bənövşə bot.
benöv-şenin bir növü. [Ceyran xala:] Gör nə qədər məxməri bənövşə əkmişəm? S.Rehman. Məx-məri çay
tünd, etirli çay. Kərim
. məxməri çayı qabağına çəkdi. M.Ibrahimov. [Qaçay:] Elə isə bir stəkan məxməri çaydan!
Oldu? Z.Xelil.

MƏXMƏRLİ : Azerbaijani Explanatory Dictionary

sif.
Mexmerle örtülmüş, üzerine mexmer çekilmiş. Məxmərli divan.
- [Qurban] müvazinətini saxlamaq üçün göy məxmərli yazı stoluna söykəndi. M.Hüseyn. [Nazlı:] Teatrda məxmərli eyvanda oturub, "Əsli-Kərəm"ə baxacağıq. Ə.Memmedxanlı.
B a x məxməri. üfüqdə başı qarlı, döş-ləri, ətəkləri sarımtıl-yaşıl məxmərli dağlar baxışları oxşayırdı. M.Rzaquluzade.

MƏXRƏC : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
riyaz. Kesrde vahi-din neçe hisseye bölündüyünü gösteren eded. Kəsrin məxrəci. Surət və məxrəc.
dilç. bax artikulyasiya. Saitlərin məx-rəci.

MƏXSUS : Azerbaijani Explanatory Dictionary

sif. [ər.]
Yalnız birine aid olan.
Mənə məxsus. Ozünə məxsus. Tələbəyə məx-sus. // Xas olan. [Mirzağanın] özünə məxsus bir əxlaq və təbiəti, bir düşüncəsi vardı. S.Hüseyn. [Kerim baba]
.uşaqlara məxsus bir sevinclə sümsünü iri dodaqları arasına qısıb çalmağa başladı. A.Şaiq.
zərf Xüsusi olaraq, ayrıca. Mən bu söz-ləri məxsus sənə danışıram. O, məxsus mənim üçün gəlmişdi.
Bu pul ilə sən özün üçün məxsus bir alış-veriş aça bilərsən. Ə.Haq-verdiyev.

MƏXSUSƏN : Azerbaijani Explanatory Dictionary

[ər.]
Bax məxsus
ci menada.
Xüsusi olaraq, qesden, bile-bile. O, məx-susən belə edir.

MƏXSUSİ : Azerbaijani Explanatory Dictionary

[ər.] sif. ve zərf
Ancaq bir şeye ve ya bir şexse aid olan, mexsus olan; xüsusi. Məxsusi yer. Məxsusi paltar.
Qız evindən bəy üçün məxsusi bəy xonçası gəlir. R.Əfendiyev.
Ayrıca olaraq, ayrılıqda, xüsusi suretde. Məxsusi danışmaq. Məxsusi görüşmək.

MƏXSUSİYYƏT : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Mexsus olma, aid olma; aidiyyet, xüsusiyyet.

MƏİŞƏT : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
ümumi yaşayış terzi; yaşayış, yaşama, heyat. Kino məişətimizə möhkəm surətdə daxil olmuşdur. Yeni məişət uğrunda mübarizə.
[Zeynal] get-gedə məişət pozğunluğunun çirkabı içinə yuvarlanırdı. S.Hüseyn. [Derviş:] Dayı, bir az da qal, şə-hər məişətinə isinişərsən. A.Divanbeyoğlu.
Dolanacaq, güzeran, zindeganlıq. Biz gərək səy edək məişət üçün; Sənətü kəsb üçün, ziraət üçün. S.Ə.Şirvani. Mirzənin məişəti ağır olduğundan məktəb nəzdində olan cə-miyyəti-xeyriyyə onun uşaqlarını dərs pulun-dan azad etmişdi. Ə.Haqverdiyev. □ Məişət keçirmək
güzeran keçirmek, heyat sürmek, dolanmaq.
.Bircə Usta Ağabala qədimliyində sabit qalıb, otuz il idi ki, bu qərar ilə məişət keçirirdi. çemenzeminli.

MƏİŞƏTÇİLİK : Azerbaijani Explanatory Dictionary

is. dan. Ictimai heyatdan uzaqlaşıb bütün fikrini öz yaşayışına, heya-tına verme.

MƏİYYƏT : Azerbaijani Explanatory Dictionary

is. [ər.] kit. Böyük vezifeli şexsi müşayiet eden heyet. çar konsulu öz dostlarını vəliəhdin məiyyəti içərisində ara-mağa başlamışdı. M.S.Ordubadi.

MƏKAN : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Bir adamın, şeyin sa-kin olduğu yer, oturulan yer; yurd. [Ağa Sal-man:] O sərbazların adı və məkanı sizə mə-lumdurmu? M.F.Axundzade. Görürəm mən yuxuda hər axşam; O mübarək məkanı çox sevirəm. A.Sehhet. // ümumiyyetle, yer. Qə-rib-qərib, qəmgin-qəmgin ötərsiz; üz tutub-suz nə məkana, durnalar! M.V.Vidadi.
fəls. Materiyanın varlığının, hecm ve ölçü ile seciyyelenen esas ümumi obyektiv formalarından biri. Məkan və zaman kate-qoriyası.

MƏKANSIZ : Azerbaijani Explanatory Dictionary

sif. Mekanı, yeri, yurdu olma-yan; yersiz-yurdsuz. Lətifzara gəlmiş bir məkansız quş; Pünhan sirr içində olubdu bihuş. "Letif şah".