Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
MÜHASİBAT : Azerbaijani Explanatory Dictionary

is. [ər. "mühasib" söz. cemi] bax buxalteriya. Mühasibatı yoxlayaq. // Mühasiblik. Sonra Qələndərovu şəhər mü-hasibat kurslarına göndərdilər. Mir Celal.

MÜHƏNDİSLİK : Azerbaijani Explanatory Dictionary

MüHASİBLİK bax buxalterlik
ci me-
nada. Mühasiblik kursu.

MÜHASİRƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Her terefden ehate
olunma, araya alınma; dövreleme. Düşmənin mühasirəsini yarmaq. Mühasirədən çıxmaq. □ Mühasirə etmək
her terefden ehate etmek, dövrelemek, araya alıb başqaları ile elaqesini kesmek. Hadisədən yarım saat keç-mədən Atabəy sarayını Azərbaycan qoşunları mühasirə etdi. M.S.Ordubadi. Düşmənlər du-yuq düşüb aldılar üstümüzü; Etdilər mühasirə dörd yandan kəndimizi. S.Rüstem. Mühasi-rəyə almaq
bax mühasirə etmək. Düş-mən qoşununu mühasirəyə almaq.
[Terlan:] Bilmirəm haradasa almanlar bizim üç alayı mühasirəyə alıb top atəşinə tutmuşdular. H.Seyidbeyli.

MÜHAZİRƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Ali mektebde her
hansı bir fennin professor ve ya müellim tere-finden şifahi şerhi; leksiya. Mühazirəyə qulaq asmaq. Azərbaycan ədəbiyyatı tarixindən mü-hazirə. // Her hansı bir mövzuya dair açıq lek-siya. [Musanın nevesi] klublardakı ədəbi mü-hazirələrin heç birini nəzərdən qaçırmaz. Qantemir. [Aydın:] Mədəniyyət sarayında mühazirə oxunacaq. Z.Xelil.

MÜHAZİRƏÇİ : Azerbaijani Explanatory Dictionary

is. Mühazire oxuyan adam; lektor. Mühazirəçiyə sual vermək.

MÜHƏQQƏQ : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] köhn. Tehqiq olun-muş, doğruluğu ve gerçekliyi melum olmuş: doğru, gerçek, heqiqi, yeqin, sehih. Bu nəzə-riyyə arvadlar məclislərində çox danışıldıq-dan sonra mühəqqəq bir surət aldı. Ə.Haq-verdiyev. [Şemsiyye Selim beye:] Ağam məni sizə sata bilər, bəli, mühəqqəqdir,
o məni sata da bilər, zorla da izdivaca məcbur edə bilər. M.İbrahimov. // Şübhesiz.

MÜHƏNDİS : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Texnikanın her hansı sahesinde ali tehsil almış mütexessis. Neft mühəndisi. Hərbi mühəndis. Mühəndis-mexa-nik. Mühəndis-energetik.

MÜHƏNDİSLİK : Azerbaijani Explanatory Dictionary

is.
Mühendis seneti,
ixtisası. [Haqverdizadenin] hər bir yoldaşı özünə ixtisas seçən zaman, o da yol mühən-disliyini bəyənmişdi. S.Rehimov.
Mühendis seneti ile bağlı olan. Mühən-dislik fakültəsi.
Fərhaddan kağız gəldi ki, mühəndislik diplomunu almışdır, mayın
də gəlir. C.Cabbarlı.

MÜHƏRRİK : Azerbaijani Explanatory Dictionary

[ər.] Her hansı enerjini me-xaniki enerjiye çeviren maşın, bir şeyi here-kete getiren maşın, motor. Buxar mühərriki. Daxili yanacaq mühərriki.

MÜHƏRRİR : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Jurnalist. [Şerif:] Müxbir olsun, mühərrir olsun, şeir yaza bil-məsin! C.Cabbarlı. "Əkinçi"nin mühərrirləri mövhumat və cəhalət əleyhinə mübarizəni çox düşünülmüş və ağıllı şəkildə aparırdılar. M.İbrahimov. // Müellif, yazan. Dəftərin bir neçə səhifəsi cırılmış olduğundan mühərririn adını, təəssüf ki, bəlli edə bilmədim. T.Ş.Si-murq.
Redaktor. Doğrudur, mühərrir belə ya-zını çap etməyəcəkdir. S.Veliyev.

MÜHƏRRİRLİK : Azerbaijani Explanatory Dictionary

is. Müherririn işi, peşesi; jurnalistlik, jurnalistika. Mühərrirlik sənəti Azərbaycanda Həsənbəy Zərdabi ilə başlanır.

MÜHƏWƏL : Azerbaijani Explanatory Dictionary

[ər.]: mühəwəl eləmək (et-mək)
üzerine qoymaq, tapşırmaq. İşi mü-həvvəl etmək.

MÜHƏYYA : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] Mövcud olan, hazır olan; mövcud, hazır. Böyük şəhərdə
. dün-yanın hər bir neməti, yeməli və içməli qəbi-lindən
. həməvaxt şəhər əhli üçün mühəyya-dır. C.Memmedquluzade. □ Mühəyya et-mək (qılmaq)
hazır etmek, hazırlamaq. [Reiyyet] bizə
. lazım olan mayehtacı mü-həyya qıldıqları kimi biz də əvəzində borc-luyuq ki, bunlara
. qulluq edək. F.Köçerli. [Peri:] Anam
. lazımi şeylərin hamısını mü-həyya edib, toy bu günlərdə başlanasıdır. C.Cabbarlı. Mühəyya olmaq
hazır olmaq, hazırlanmaq. [Turxan bey Marala:] Canın nə istərsə, qəlbindən nə keçirsə, bir an içində mühəyya olur, mələkim! H.Cavid. Mühəyya olunmaq
hazır edilmek, hazırlanmaq. [Ne-çernik] dilcavabı hökm eləmişdi ki,
. mək-təbdən ötrü səmtli dam mühəyya olunsun. C.Memmedquluzade.

MÜHİB : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] köhn.
Qorxunc, qor-xulu, tehlükeli. Nəinki uşaqlar ondan [Haqq Mövcuddan] qorxurdular, hətta böyük adam-lar da onun mühib qiyafəsindən çəkinirdilər. Ə.Haqverdiyev. Təpəsi sanki parlayan almaz; Uca, tərpənməyən, mühib Qafqaz. A.Sehhet.
Görünüşce yeke, iri.

MÜHİT : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Her hansı boşluğu dol-duran ve müeyyen xasselere malik olan madde, cisimler. Hava mühiti.
İçerisinde her hansı bir orqanizmin fea-liyyeti cereyan eden tebii ve ya ictimai şerai-tin mecmusu. Coğrafi mühit.
məc. İnsanın yaşadığı ictimai meişet şeraiti, habele bu şerait ümumiliyi ile bağlı olan adamlar. [Qoca Baxşı:] Sən illər boyu mühitimizi boğub üzən çürük fikirlərdən, acı dillərdən qorxursan. C.Cabbarlı. İnanırdım ki, SarıköynəkBakı mühitinə tez alışar. S.Hüseyn.

MÜHÜM : Azerbaijani Explanatory Dictionary

sif. [ər.]
Vacib, lazımlı. Mü-hüm iş.
Həsəni yenə fikir götürdü: yataq pulunun tədarükü mühüm bir məsələ olaraq qarşısında durdu. çemenzeminli. İki saat əvvəl başlanmış bu iclasda çox mühüm mə-sələlər müzakirə olunmuş(du). Ə.Veliyev.
Xüsusi ehemiyyeti olan, xüsusi diqqet verilmeli olan; ehemiyyetli. Mühüm sənəd. Mühüm məsələ. Mühüm kəşf.
Biz də bu gecə mühüm bir hadisənin zəminəsini qoymalıyıq. M.S.Ordubadi. Sabahkı vuruşma qəti və mü-hümdür. H.Nezerli.

MÜHÜMLÜK : Azerbaijani Explanatory Dictionary

is. Xüsusi ehemiyyeti olma; lazımlıq, vaciblik. Məsələnin mühümlüyü. Məlumatın mühümlüyü.

MÜXABİRƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.] köhn. Xeberleşme, yazışma.

MÜXALİF : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Zidd, eks, qarşı, eley-hine olan. [Mehriban] bu qəbahəti əxlaqa mü-xalif bildiyi üçün Səlimə yaxın düşməkdən qorxur. S.Hüseyn. // Düşmen, eleyhdar, re-qib. Müxaliflərimizin həmlələrini dəf etmək və ya onlara həmləvər olmaq üçün sədaqət və doğruluqdan başqa bir silahımız yoxdur. M.İbrahimov. □ Müxalif olmaq
zidd ol-maq, eleyhine olmaq, eksine olmaq.

MÜXALİF : Azerbaijani Explanatory Dictionary

is. [ər.] mus. Klassik Azer-baycan muğamlarından birinin adı. Müxalif təsnifi. Müxalif oxumaq.

MÜXALİFƏT : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Zidd olma, eks olma, eksine getme, müqavimet gösterme, qarşı durma. □ Müxalifət etmək
eks ol-maq, ziddine getmek, qarşı durmaq, müqa-vimet göstermek. çünki Fərəc xan Bağır xanın əmisi oğlu və damadıdır, heç bir əmrdə onun rəyinə müxalifət etməz. M.F.Axundzade. Ancaq mən də [Eldarın] söhbəti dəyişmək ar-zusuna müxalifət etmək istəmədim. M.Rza-quluzade.
Her hansı bir cemiyyet, teşkilat ve s. daxilinde öz fikrini, siyasetini ekseriyyetin fikrine, siyasetine qarşı qoyan deste, qrup. Müxalifət təşkil etmək. Müxalifətin sualına ca-vab vermək. Müxalifətin təklifini səsə qoymaq.

MÜXALİFƏTÇİ : Azerbaijani Explanatory Dictionary

is. ve sif.
Müxalifet eden, qarşı duran, zidd çıxan, eks geden. Mövhumat, mərsiyə və mədhiyyə ədəbiyya-tına qarşı düzələn müxalifətçi qrupların fik-rini nəşr edən şairlər öz şeirlərində mühiti tənqid etməyə başlayırlar. M.S.Ordubadi.
Müxalifetde olan adam, qrup, partiya ve s. (b ax müxalifət
ci menada). Müxa-lifətçilərin mübarizəsi.

MÜXALİFƏTÇİLİK : Azerbaijani Explanatory Dictionary

is. Her hansı fikre, siyasete eks getme, zidd olma, qarşı durma.

MÜXATƏB : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Söz söylenilen şexs, sözle müraciet olunan adam; dinleyen. Mü-xatəbinin sözünü yarımçıq qoymaq, müna-sibətli-münasibətsiz danışmaq bunun köhnə adətidir. Qantemir. Xəlil acıqlananda hə-mişə müxatəbinin üzünə yox, yerə baxardı. M.Hüseyn.

MÜXATİB : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Birine sözle müraciet eden, söz söyleyen şexs; söyleyen. Cuma arxası üstə uzandığı halda əlləri başının al-tında dönüb müxatibinə baxmadan saymaz-yana dedi.. Ə.Əbülhesen. Qorxmaz müxatibi-nin üzünə baxanda Saleh başladı.. Ə.Veliyev.